Microsoft Word Säkerhetskopia av neche xatire dL



Yüklə 367,24 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix25.08.2018
ölçüsü367,24 Kb.
#64034
1   2   3   4   5   6   7   8   9   ...   15

www.achiq.info 

 



Seyid Cəfər şah sarayına yaxın bir qızla evlənmişdi. Atası şahın etibar etdiyi 

məmurlardan idi. Anası isə Tiflis türklərindəndi (azərbaycanlı). Çox gec evlənmişdi, peşəkar 

inqilabçı idi. Evlənəndə sarayla əlaqəsi olan qızla evlənmişdi ki, saraya nüfuz edə bilsin. 

Seyid Cəfər işi ilə bağlı bir yerə gedəndə Məsumə mənim yanımda qalardı. Seyid 

Cəfərə qarşı çox nəzakətli, qayğıkeş idi. Onun işlərinə qarışmaz, onun rahatlığı üçün həmişə 

şərait yaradardı. Məsumə xanım yaxşı tar çalardı. Bircə oğulları qaldı. Atasının evdən son 

gedişində oğlu Dəryuşun 20 yaşı vardı. Həyat yoldaşının müəmmalı ölümündən sonra 

Məsumə xanım Bakıda qala bilmədi. Dəryuş da sonra bibisi qızı– yəni böyük qızım Rüxsarə 

ilə evləndi. İki övladları oldu. Biri atasının, o biri isə anasının sənətini seçib, mühəndis və 

həkim oldular. İndi Almaniyada yaşayırlar. 

Mənə bəzən qardaşımla bağlı qəribə suallar verirlər. Onlardan bir də S.C. Pişəvərinin 

vəsiyyətnamə yazıb qoyması ilə bağlıdır. 

Onun axı, cəmi 55 yaşı var idi. Bizim Şərq aləmində vəsiyyəti adətən ölümqabağı yazıb 

qoyurlar. Bunu da adətən ahıl, yaşlı bir də tezliklə öləcəyini bilən və duyan xəstə adamlar 

edirlər. 

O ömrü boyu çox əziyyətlərə qatlaşmışdı. 11 il «Qəsri-Qacar həbsxanasında 

saxlanılaraq işgəncələrə dözmüşdü. Oradan çıxanda onu çətinliklə tanıya bildim. O  ağbəniz 

idi, iri gözləri vardı. Uşaqların içində ən gözəgəlimlisi idi– zahiri anama çəkmişdi. Zindandan 

azad olanda qarayanız olmuş, gözləri alacalanmışdı. 

Azərbaycan Milli Hökumətinin qələbəsindən çox fərəhlənirdi. Yetim uşaqları 

küçələrdən yığışdırmış, kəndlilərə torpaq paylamış, qadınlara hürriyyət vermiş, türk dilli 

məktəblər açdırmışdır. Biz o zaman ailəmizlə İraqda idik. Yoldaşım Sultanabadda dəmiryol 

çəkilişinə rəhbərlik edirdi. Bizə məktub yazmışdı ki, nəyi gözləyirsiniz, qayıdın Vətənə. Biz 

də geri döndük. 

1946-cı ilin dekabr ayında onu buraya – Bakıya çağırdılar. Mənə onda xəbər eləmişdi 

ki, əlində vacib işi də olsa qoysun, durmayıb gəlsin. Xasiyyətinə bələd idim. Tez-tələsik bir də 

yola düşdük. Bizi bir neçə ailə bir birlikdə Bakıya gətirdilər. Mərdəkanda bir hərbi sanatoriya 

vardır. Orada iki aya yaxın saxladılar, sonra bizi tələm-tələsik başqa yerə apardılar. 

S.C.Pişəvəri bizə heç nə götürməyə icazə vermədi. Dedi ki, 2-3 günə yenə qayıdacağıq. 

Amma səfərimiz çox uzun çəkəsi oldu. Əvvəl Astaraya, sonra isə Naxçıvana getdik. Seyid 

Cəfər öz maşınının ixtiyarını mənə və xanımına vermişdi. O vaxtlar Azərbaycanın birinci 

katibi olmuş M.Bağırovla onun arasında məxfi söhbət olmuşdu. M.Bağırov çalışırdı ki, o, 

sərhəd rayonlarından imtina etməyə razılıq versin. Bunun üçün ona çox şey boyun olurdu. 

Qoşun, silah-sursat, ümumiyyətlə hər nə istəsə idi alacaqdı. Lakin S.C.Pişəvəri buna heç cür 

razı olmamışdı. O deyir ki, bu işə qol qoysam xalq mənə nə deyər? 

M.Bağırovun İ.Stalinlə sonuncu dəfə danışığından sonra Pişəvəriyə fikirləşmək üçün 

vaxt verilmişdi. O zaman 3 gün ərzində bütün İranboyu sərhədlər açıldı. 

M.Bağırovla söhbətdən sonra onun qanı çox qaralmışdı. Deyirdi ki, bizi bura gətirməklə 

aldatdılar. Onun dediyi işə razılaşsam, mənə nə deyərlər? Qayıtmalı olacağam, qoşunları 



www.achiq.info 

 



yığacağam. Lazım gəlsə fədailəri başımıza yığıb partizanlıq edəcəyik. Son sözlərindən biri də 

bu oldu ki, burda daha qalmaq olmaz, səhər də olmasa, o biri gün yola çıxmalıyıq. Bakıda və 

respublikanın bir çox rayonlarında yerləşdiyi fədailərin hər bir ehtiyacı ilə özü məşğul olurdu. 

Yuxarıdakı sözləri deyəndən sonra o, fədailərinə pul və paltar çatdırmaq üçün maşına minib 

yola düşdü. Onu da deyim ki, son 3 gün ərzində şəxsi sürücüsünü (Çeşmazərin qardaşı idi) 

dəyişdirmişdilər. Mənə naməlum olan sürücünü isə məndən maşını təmizləmək üçün bəzi 

şeylər soruşanda görə bilirdim. O, bunu deyəndən sonra fədailərinə paltar çatdırmaq üçün 

maşına minib yola düşmüşdü. 

1947-ci il iyulun 11-də o, avtomobil qəzasına düşüb həlak oldu. Dedilər təsadüfi 

hadisədi, qəzadı, filandı… 

Bir onu bilirəm ki, öləsi var, gedəsi yoxdu deyən o Seyid Cəfər, bizim Seyid Cəfərin 

qatili oldu! 



Təqdim edəni Pərvanə Məmmədli. Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat 

institutunun Cənubi Azərbaycan ədəbiyyati şöbəsinin elmi işçisi 

 

 



 

İsmail Şəms: 

O, Mütəfəkkir, Həm Də Sadə İnsan İdi 

Doktor Cavidin oğlu mərhum Azad Cavid, Sabir Taftеi və mən, Əkrəm Bijе (Rəhimli) ildə bir 

nеçə dəfə imkan olanda bağında xəstə yatan Ismayıl Şəms müəllimə baş çəkərdik. Novruz bayramında 

onun görüşünə gеtməyimiz mütləq olardı. 2005-ci ilin Novruzunda biz növbəti dəfə onun görüşünə 

gеdərkən mən S.C.Pişəvəri haqda xatirələrini kitaba daxil еtmək üçün ona dеdikdə o, Pişəvəri haqda 

kitablar, məqalələr yazılmasını vacib iş saydı. Öz xatirələrində S.C.Pişəvəriyə xüsusi yеr vеrdiyini 

bildirdi. Gözləri görmək qabiliyyətini itirdiyi üçün o, bu işi görə bilmədiyinə təəssüfləndi və kövrəldi. 

Biz qərara gəldik o, S.C.Pişəvəri haqda bildiklərini sual-cavab şəklində dеsin biz yazaq. 

Təklifimiz Ismayıl müəllim tərəfindən məmnuniyyətlə qəbul еdildi. 2005-ci il martın 22-də vеrdiyimiz 

suallarla cavabları oxucuların diqqətinə çatdırırıq.  

 

Sual: S.C.Pişəvəri ilə nə vaxt, nеcə tanış olmusunuz? 

Cavab: əvvələn sizə təşəkkür еdirəm ki, məni yaddan çıxarmırsız. O ki qaldı böyük 

rəhbərimiz, mərhum Pişəvəri ilə ilk görüşümə, o haqda yadımda qalanlar təqribən bunlardı: 

Indi nеçənci ildir? 

2005-ci il. 

(O, barmaqlarında hеsablama apardıqdan sonra) 



Yüklə 367,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə