Ağazeynal A. Qurbanzadə
116
D.V.Hacıyevin apardığı elmi-tədqiqatlar zamanı çənənin ibtidai insana
məxsus olması müəyyən edilmiş və tapıntıya şərti olaraq azıxantrop tipli ibti-
dai insan adı verilmişdir.
“Coğrafi mühit – insan” elmi baxışın məzmunu
“Coğrafi mühit-insan” fəlsəfəsinə söykənən insan coğrafiyası elminin for-
malaşmasının genetik təbiətində: “maddi varlıq-məskunlaşma-yaşamaq tərzi”
sistemi durur. Bu sisteminin öyrənilməsində və tədqiqat obyektinə çevrilmə-
sində insan sivilizasiyasının kompleks inkişaf meyillərinə dair araşdırmalar üs-
tünlük təşkil edir.
114
Coğrafi mühitlə insanın fəaliyyətinin
dinamikliyinin ara-
sında funksional əlaqə qanunlarının dialektikasının genetik tipli struktur bağlı-
lıqları mövcuddur. Bu mənada insan coğrafiyası elminin metodologiyasının
ilkin əsasını fəlsəfi düşüncə tərzinin rasional biliklərinin sistemini təşkil edir.
Konseptual olaraq
“coğrafi mühit-insan” genetik təbiətinin elmi məzmunun
arasında aşağıdakı
dialektik qırılmalarının kompleksliyi mövcuddur.
▼
“Coğrafi mühit-insan” dialektik coğrafiya elmi çərçivəsinin legitimli-
yinin funksiyalarını yaradır və formalaşdırır. Bu legitimlik dövlət-millət
sistemininin “reaksiyası”nın dinamikasının ideyasını gerçəkləşdirir, iqti-
sadi-sosial inkişafının modellərinin strateji və dayanıqlı mühitinin yaran-
masında iştirak edir.
“Coğrafi mühit-insan” modeli əsasında ətraf mühitlə insan fərdinin hə-
yat tərzinin dinamikası sosial-iqtisadi və strateji məzmuna çevrilir. İnsa-
nın ətraf mühitlə dayanıqlı inkişafının dialektik formaları gercəkləşir.
Məntiqi olaraq, insanın varlığının coğrafiyası “məkan və zaman” dialek-
tikası arasında yaranan boşluqdur. Bu boşluq
coğrafi mühitin fəlsəfəsinin
əsasında insanın idrak praktikası ilə tamamlanır.
“Coğrafi mühit-insan” qloballlaşan cəmiyyətin dialektik genetik təbiə-
tinin kompleksində insan varlığının dayanıqlığınının təminatında fəallıq
nümayiş etdirir. Bu mənada insanın həyat fəaliyyəti qloballaşan cəmiy-
yətinnin fonunda müxtəlif elmi cəryanlar tərəfindən idarə olunur.
Yuxarıda göstərilən genetik təbiətlə yanaşı coğrafi mühitlə insanın yaşayış
həyat tərzi arasında müəyyən səviyyədə tarazlıq münasibətləri də hökm sürür:
*rasional qidalanma;
*xammal resurs təminatı və ondan istifadə edilməsi;
114
Qurbanzadə A.A. İnsanşünaslıq. Bakı, 2009.