Ağazeynal A. Qurbanzadə
138
İnsan artımın ritmik dialektik coğrafiyası
Tarixən insan artımının ritmik hərəkəti elmi mənbələrdə tədqiqat sahəsi
kimi aktuallıq kəsb etməsi ilə fərqlənmişdir. Müəyyən olunmuşdur ki, insanın
artım ritmik hərəkəti müəyyən zaman kəsiyində dəyişkənliyə məruz qalmışdır.
Son 300 il ərzində yer kürəsində insanının dinamik artımında fərqlərinin
yaranması müşahidə olunmuşdur. Belə ki, 1650-ci ilə qədər yer kürəsində ≈
500 mln insan məskunlaşmasına dair mənbələr mövcuddur. Sonrakı yüzillik-
lərdə insan artımın ritmik coğrafiyası tarixi dinamik olaraq dəyişilmişdir.
124
XX əsr dünya tarixində insan artımının səviyyəsinin dinamikası daha
yüksək
olmuşdur. BMT-nin məlumatında 1820-ci ildə yer kürəsində 1.0 mlrd, 1927-ci
ildə, yəni təxminən 100 ildən sonra 2.0 mlrd., 1960-cı ildə, yəni 33 il sonra 3.0
milyard nəfərə qədər insan olmuşdur.
Dünya ölkələrində 1985-ci ildə orta hesabla illik artım 1.73% olduğu halda,
1960-cı illərdə isə illik orta artımı yüksək dərəcədə olması nəzəri cəlb edir
(2.1%). 1950-1985-ci illər arasındakı 35 illik müddətdə dünya ölkələrinin
insan artımı 2.5 milyarddan 4.8 milyarda qədər artmış, bu müddət ərzində yer
kürəsinin əhali sıxlığı hər km
2
sahədə 17 nəfərdən 30 nəfərə çatmışdır.
İnsanın ritmik artımına müxtəlif faktorlar təsir göstərir.
Yer kürəsinin geniş
təbii-coğrafi şəraiti, bioloji resursları, tarixi-ictimai struktur formasiyaları və s.
faktorlar insanın həyat tərzinə fizoloji xassəsinə, qida rasionuna təsir göstərir.
Yer kürəsində məskunlaşan insanlarının ≈ 50%-i yalnız mülayim qurşağın po-
tensialında cəmləşmişdir. Müasir mərhələdə 5 mln.-dan çox insan səhra təbii
kompleksində daimi məskunlaşma prosesinə uyğunlaşmışdır.
Hər bir təbii-coğrafi zonalarının potensial resurs gerçəkliyinə uyğun de-
moqrafik, mədəni və iqtisadi inkişafa malik insan qrupları,
müxtəlif səviyyə-
lərdə məskunlaşma sistemləri formalaşmışdır. Faktiki olaraq dünya üzrə insan-
ların ≈ 60%-ə yaxını Asiya materikinin təbii zonalarında məskunlaşmışdır.
Dünya ölkələrində insan artmı təbii və miqrasiya yolu ilə artır. Təbii artım-
doğulanların sayından ölənlərin sayı çıxılır və hər 1000 nəfərə görə promillə
ölçülür. Demoqraflar təbii artıma görə dünya ölkələrəni tipoloji cəhətdən dörd
təsnifada ayrırlar: birinci təbii artıma inkişaf etmış ölkələr daxil edilir (müasir
tip). Bu
tipdə əhalinin sosial, tibbi, elmi səviyyələrinin yüksək olmasıdır. Mü-
asir mərhələdə İEÖ təbii artım aşağı səviyyədədir, bu tipli ölkələr üçün
“Demoqrafiq böhran” xasdır.
124
С.П.Карица. Общая теория роста человечества. М., 1999.
Dialektik coğrafiya
139
Dünya üzrə insan artımı (mlrd. nəfər)
İllər Dünya Asiya
Afrika
Avropa
Latın
Amerika
Şimali
Amerika
Avstraliya və
Okeaniya
2000 6.1
3.7(60.5%) 0.8(13.4%) 0.7(11.9%) 0.5(8.5%) 0.3(5.2%) 0.003(0.5%)
2005 6.5
3.9(60.5%) 0.9(14.1%) 0.7(11.2%) 0.6(8.6%) 0.3(5.1%) 0.003(0.5%)
2010 6.9
4.2(60.3%) 1.0(15.0%) 0.7(10.6%) 0.6(8.5%) 0.3(5.1%) 0.003(0.5%)
2015 7.3
4.4(60.1%) 1.1(15.8%) 0.7(10.1%) 0.6(8.5%) 0.4(5.0%) 0.003(0.5%)
2025 8.0
4.8(59.6%) 1.4(17.5%) 0.7(9.1%) 0.7(8.4%) 0.4(5.0%) 0.004(0.5%)
2030 8.3
4.9(59.2%) 1.5(18.3%) 0.7(8.7%) 0.7(8.3%) 0.4(4.9%) 0.004(0.5%)
2040 8.8
5.1(58.2%) 1.8(20.1%) 0.7(8.0%) 0.7(8.2%) 0.4(4.9%) 0.004(0.5%)
2050 9.1
5.2(57.2%) 2.0(21.8%) 0.7(8.0%) 0.7(8.0%) 0.4(4.9%) 0.005(0.6%)
Dünya üzrə insan artımı cədvəli BMT-nın məlumatlarına əsasən tərtib edilmişdir. Möhtərizədə
dünya əhalisinə görə xüsüsi çəkisidir.
Təbii artımın ikinci tipi (ənənəvi tip) ölkələrində yüksək doğum,
orta ölüm,
yüksək təbii artım müşahidə olunur. Bu tipı inkişaf etməkdə olan ölkələri aid
edilir. Dünya əhalisinin sayı əsasən bu ölkələrinin hesabına artır. Bu tip ölkə-
lərdə
“Demoqrafik paratlayış” xasdır.
Üçünçü tipə aid olan ölkələrdə isə təbii artımı azaltmağa müvafiq siyasət
yeridilir. ÇXR-da ikinci uşağa əlavə vergi tətbiq olunur. Səudiyyə Ərəbistanı,
Hollandiya ailədə doğulan ikinci uşağa görə həvəsləndirici yardım verilir.
Dünya ölkələrində əhalinin artımı ərzaq və sair məhsullara olan təlabatı
artırır, əhalinin müəyyən areallarda məskunlaşmasını sürətləndirir
və ekoloji
gərginliklərinin yaranmasına səbəb olur. Dünya əhalisinin 45%-i aşağı səviy-
yədə qidalanır, 70-75%-i kalorinin catışmaması ilə üzləşmişdir. Bu səbəbdən
də dünyanın mütərəqqi elm mərkəzləri tərəfindən biosferin məhsuldarlığının
optimallaşdırmaq və əhalinin qida məhsulları ilə təminatına dair kompleks la-
hiyələr üzərində çalışırlar.
Gepontologiya - ritmik inkişafının sərhədləri
Gepontologya
125
elminin əsas məqsədi və vəzifələri insanın
yaş mərhələri
üzrə bioloji, sosial və psixoloji aspektlərini öyrənməkdən ibarətdir. “Geponto-
125
Gepontologya – insan ömrünün yaş mərhələsini öyrənir.
Təbiətdə və cəmiyyətdə həyat ritminin mürəkkəb dialektikası mövcuddur. Cəmiyyətin hə-
yat ritmi-mürəkkəb və zidiyyətli problemlərlə bağlıdır. Təbiətdə isə həyat ritminin özünə
məxsus nizamlıdır. Canlılar özlərinin həyat ritmlərinə olduqca dəqiq əməl edirlər və bu
onların normal inkişafına, enerji qənaətinə və s. kömək edir. Məsələn, işıldayan dəniz yo-
sunları ancaq kecələr özlərindən soyuq işıltı verən lyuminisasiya edici (zəif işıltı verən)
maddə ifraz edirlər. Lakin gündüzlər zəif işıltılar effekt vermədiyi üçün ifrazı dayandırırlar.