Dialektik coğrafiya
161
“İnsan potensialın inkişafı” termini cəmiy-
yətin dinamik gerçəkliklərinə dair ideyaları
önəmli sayılır. İnsan potensialın fərqli stan-
dartlarla ölçülməsi = sosial inkişaf, siyasi
inkişaf və s. = həm də dialektik inkişaf ilə
əlaqədardır.
On üçüncü önəm
İnsan potensialın genezisi və inkişaf
mənbələri
İnsan potensialın çoxxətli mənbələri
Dialektika məfhumi kimi insan potensialı yeni keyfiyyət gerçəkliklərini
özündə birləşdirən elmi mənbələrindən sayılır. Məhz buna görə də insan po-
tensialı nəzəri baxışlara söykənərək müəyyən dialektik qanunauyğun önəmin-
də funksional dəyişilmələrə məruz qalır. Gerçəklik ondan ibarətdir ki, dəyişi-
lən funksional insan potensialının elmi mənbələrdə təhlillərinin aparılması və
praktikası effektli nəticələr verir.
Hər hansı ölkənin inkişafı başqa strukturlarla yanaşı, insan potensialının
funksional strukturunun coğrafiyasından da çox asılıdır və ümumi elmi tədqi-
qatlar çərçivəsində onun praktikası daha effektlidir.
Qloballaşan cəmiyyətdə iq-
tisadi paradiqma, yəni hər han-
sı ölkənin potensialına iqtisadi
nöqteyi-nəzərdən yanaşma do-
minantlıq təşkil etdiyindən,
ədəbiyyat mənbələrində çox
zaman “inkişaf” dedikdə məhz
iqtisadi inkişaf yanaşmasına istinad edilir.
İnsan inkişafı konsepsiyası ilkin olaraq iqtisadi nəzəri baxışlara söykəndiyi
üçün problemin məqsədləri və keyfiyyəti ilə əlaqədar təkliflərin fəaliyyətinin
əsası kimi qəbul edilir. Dialektik iqtisadi inkişafının önəmində təhlil edilən
iqtisadi artımı, struktur dəyişmələrini, insanın həyat şəraitinin və keyfiyyətinin
yaxşılaşdırılmasını əhatə edən çoxfunksionallığının bir prosesdir. Məlumdur
ki, hər hansı ölkənin iqtisadi inkişafının xarakterinin önəmi və dinamikası in-
san potensialının yaratdığı struktur dəyişiklikləri ilə sıx əlaqəlidir.
XX əsrin ikinci yarısından başlayaraq fəlsəfi və eləcə də iqtisadi,sosial və
coğrafi elmi mənbələrində “dialektik inkişaf”, “iqtisadi inkişaf”, “sosial inki-
şaf”, “demokratik inkişaf” və s. bu kimi anlayışlar elmi tədqiqatlarda mövqe
üstünlüyü nəzəri cəlb edir. Bu baxımdan insan inkişafı konsepsiyasında yeni
profilli və elmi-metodoloji dəyərlərə malik olan ideyalar irəli sürülmüşdür. Bu
Ağazeynal A. Qurbanzadə
162
ideyalarda insan inkişafı konsepsiyasının fəlsəfi baxışları, insan keyfiyyətinin
sosial və iqtisadi inkişafın dərəcəsi, həm elmi-texniki nailiyyətlər kimi fun-
damental araşdırmalar əsaslandırılmışdır.
Mahbub ul Haqın “İnsan inkişafı haqqında düşüncələr” adlı monoqrafik
əsərində göstərir ki, “insan inkişafı paradiqmasını bu gün mövcud olan ən mü-
hüm tamamlanmış modellərindən biri kimi aktullıq kəsb edir. Bu model hər
bir inkişaf problemini – iqtisadi artımı, sosial sərmayələri, insanların səlahiy-
yətlənməsini, baza ehtiyacların təminatını və sosial müdafiəni, siyasi və mədə-
ni azadlıqları və insanların həyatının bütün başqa spektrlərini əhatə edir”.
Qeyd etmək lazımdır ki, ölkənin təkcə iqtisadi inkişaf baxımından deyil,
həm də insan inkişafı nöqteyi-nəzərindən yanaşsaq, cəmiyyətin inkişafı həmişə
müsbət xətti istiqamətdə getmir. Cəmiyyətin inkişafı ritmik olaraq yüksəliş və
enişli olmaqla, kəmiyyət və keyfiyyət dəyişmələrinin fonunda tarixi dövrlər-
ləşmənənin tələbinə uyğun bir-birini əvəz edir.
Sosial-iqtisadi və strateji mövqeyə malik olan insan inkişafının konseptual
əsasları müəyyən elmi yanaşmalarının nəticəsində meydana gəlmişdir. “Mə-
kan-zaman” gerçəkliyinin fəlsəfi düşüncə tərzininın müxtəlif baxışları, cəmiy-
yətin təbiətində insan potensialının dərk edilməsi məsələlərinin önəmi coğrafi-
ya elminin mühüm idealoji təlimlərindən sayılır.
İ.Kant insanların bütün fəaliyyətinin həqiqi oriyentiri kimi qəbul edən qə-
dim ənənəni davam etdirmişdir: “Elə hərəkət et ki, istər öz şəxsində, istərsə də
başqalarının şəxsində insanlığa sadəcə vasitə kimi deyil, həmişə ümdə məqsəd
kimi münasibət göstərəsən.”
135
Buna oxşar fikirlər sonralar R.Maltus, K.Mar-
ks, C.Mill və b. elmi araşdırmalarının nəzəri baxışlarında öz əksini tapmışdır.
Qeyd etmək lazımdır ki, insan inkişaf problemlərinin əsaslandırılmasının op-
timal meyarlarının seçimi müxtəlif nəzəri elmi məktəblərinin nümayəndələri
üçün əsas tədqiqat mövzusu olmuşdur. Bu nəzəri baxışlarının məzmunu ondan
ibarətdir ki, inkişaf etməkdə olan və keçid iqtisadiyyatı dövrünü yaşayan öl-
kələr üçün insan inkişaf probleminin strateji sosial məsələlərinə üstünlük ve-
135
Кант И. Сочинения. Том 1. М.,1966.
Mahbub ul Haq: Pakistanın görkəmli elm xadimi
İnkişaf etməkdə olan ölkələrdə insan potensialın inkişaf
konsepsiyasına dair ideyalar təklif etmişdir. Qloballaşmaya
uyğun olaraq “insan inkişaf indeksi” modeli BMT-nın proq-
ramlarında strateji məqsəd kimi qəbul olunmuşdur.
Dialektik coğrafiya
163
rilməsi olmuşdur. İnsan inkişafı konsepsiyasının formalaşması və praktiki ola-
raq dəyərləndirilməsi məhz bu dövrə təsadüf edir.
XX əsrin sonunda keyfiyyətli iqtisadi-sosial inkişaf anlayışına yeni yanaş-
ma: insan inkişafın nəzəri baxışları optimal səviyyəyə çatdırıldı və praktiki
olaraq iqtisadi cəhətdən güclü ölkələrinin davamlı siyasətinə çevrildi. Məntiqi
nəticə ondan ibarətdir ki, insan inkişafı konsepsiyası yox yerdən yaranmamış,
özündən əvvəlki dialektik inkişaf mənbələrinnin (fəlsəfi, iqtisadi, sosial və s.)
rasional ideyalarına əsaslanmışdır.
İnsan potensialının davamlı inkişafı
İnsan potenisalı üzrə geniş profilli ABŞ təfqiqatçı alimi D.Bell göstərir ki,
“gələcəkdə yüksək sosial təbəqənin müəyyənləşdirilməsi və inkişafı insanın
intellektual potensialından asılı olacaqdır”
136
konsepsiyası elmi məktəblər
tərəfindən aktual ideya kimi qəbul edilir.
Elm mərkəzlərinin apardıqları araşdırmalar göstərir ki, cəmiyyətin ərazi təş-
kili və idarə edilmısi konsepsiyasında başlıca ideya mənbələrinin formalaşma-
sında insan potensialı hərəkətverici “qüvvə”si hesab edilir. Məntiqi olaraq,
qloballaşan cəmiyyətin dayanıqlığı insanın düşüncə tərzi ilə uzlaşan funksio-
nal konsepsiyalarının praktika ilə əlaqələndirilməsi önəmli strategiya hesab
edilir.
137
Məsələ onunla ölçülür ki, “innovativ texnologiya” tədbiqinə əsaslanan ölkə-
lərinin iqtisadi-siyasi “güc” qüvvəsinin çərçivəsi insan elmi təfəkküru ilə idarə
edilən davamlı inkişafa söykənir. İqtisadi və siyasi cəhətdən inkişaf etmiş sə-
naye ölkələrin əsas ideya istiqaməti insan potensialından elmi əsaslarla istifadə
edilməsi ilə əlaqələdirməsidir.
İqtisadi-siyasi “güc” qüvvəsinə malik olan (əsasən “Yeddillər”) dövlətlərin
elmi tədqiqat mərkəzlərinin yaradılmasına və praktiki önəminə üstünlük ver-
məklə yanaşı, insan potensialının kapitala çevrilməsinə strateji məqsəd kimi
136
Белл Д. Социальные рамкий информационного общества. М., 1986.
137
Устойчивое развития: методология и методики измерения. М., 2010.
D.Bell:
İnsan potensialının funksional sosial problemlərinin formalaş-
masına dair tədqiqatlar aparmışdır. Onun problemə dair araşdır-
maları elmi tədqiqatlarda konseptual mövqe qazanmışdır.
Dostları ilə paylaş: |