Microsoft Word Strateji marketinq doc



Yüklə 5,78 Mb.
Pdf görüntüsü
səhifə16/237
tarix29.09.2017
ölçüsü5,78 Mb.
#2430
1   ...   12   13   14   15   16   17   18   19   ...   237

 

44 


proqnozlaşdırılır,  məhsulun  yaradılması  variantları  hazırlanır,  onlar  öz 

aralarında və rəqib məhsullarla müqayisə edilir, müəssisənin mənafeyinin 

və istehlakçının tələbatının ödənilməsini təmin etmək baxımından ən sə-

mərəli variant seçilir.  

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Məhsulun  istehsal  imkanlarının  tədqiqi.

  stehsal  imkanlarının  təd-

qiqi  mərhələsində  bazara  çıxarılması  nəzərdə  tutulan  məhsulun  istehsalı 

ilə müəssisənin imkanları arasında uyğunluq yaradılır, məhsulun təcrübə-

laboratoriya  nümunələri  hazırlanır,  onun  texniki-iqtisadi  parametrləri  və 

istehlak xüsusiyyətləri laboratoriya şəraitində yoxlanılır və dəqiqləşdirilir, 

zəruri  hallarda  hazırlanmış  nümunələr  istehlakçıların  iştirakı  ilə  test-

ləşdirilir  və  bunların  əsasında  məhsulun  istehlakçıların  tələbatına  uyğun 

gəlib-gəlməməsi haqqında qərar qəbul edilir. 

Marketinq planlarının tərtibi.

 Marketinq planlarının tərtibi mərhələ-

Tələbatların öyrənilməsi

 

Məhsul satışı imkanlarının tədqiqi 



Məhsulun istehsal imkanlarının tədqiqi 

 

Marketinq planlarının tərtibi



 

Ticarət-bölüşdürmə şəbəkəsinin təşkili

 

Marketinq planlarının yerinə yetirilməsi 



üzrə işlərin əlaqələndirilməsi

 

Satışdan sonrakı fəaliyyət



 

Şə

kil 1.2. Müəssisənin resurslarının bazarın tələbinə uyğunlaşdırıl-



ması baxımından marketinq prosesinin mərhələləri 


 

45 


sində  toplanmış  informasiya  əsasında  marketinq  planları  və  proqramları 

tərtib edilir, onların  yerinə  yetirilməsi üçün zəruri olan tədbirlər, bu təd-

birlərin həyata keçirilmə vaxtı və müddəti, kim tərəfindən həyata keçirilə-

cəyi  müəyyən  edilir,  marketinqin  büdcəsi  tərtib  edilir  və  əldə  ediləcək 

mənfəətin məbləği hesablanır. 

Planların yerinə yetirilməsi üzrə işlərin əlaqələndirilməsi.

 Planların 

yerinə yetirilməsi üzrə işlərin əlaqələndirilməsi prosesində marketinq təd-

birlərinin realizasiyası və marketinqin idarə edilməsi üzrə operativ fəaliy-

yət  həyata  keçirilir,  müəyyən  edilmiş  plan  tapşırıqlarının  yerinə  yetiril-

məsi  gedişinə  nəzarət  edilir,  plandan  kənarlaşmalar  və  onların  səbəbləri 

aydınlaşdırılır, marketinq fəaliyyəti təftiş edilir, zəruri hallarda marketinq 

planlarına düzəlişlər edilir və s.  



Ticarət-bölüşdürmə  şəbəkəsinin  təşkili.

  Bu  mərhələdə  bölüşdürmə 

və satış kanallarının seçilməsi, ticarət şəbəkələrinin təşkili və yerləşdiril-

məsi,  ticarət  şəbəkələri  üzrə  kvotaların  müəyyənləşdirilməsi,  satışın 

həvəsləndirilməsi və reklam fəaliyyəti həyata keçirilir, satış xərcləri sme-

tası tərtib edilir, ehtiyatların həcmi və strukturu müəyyən edilir, ehtiyatla-

rın səviyyəsinə nəzarət təşkil edilir və s. 

Satışdan sonrakı fəaliyyət.

  Bu fəaliyyət əsasında müəssisə ilə bazar 

arasında əks əlaqə yaradılır. Belə ki, marketinq fəaliyyətinin həyata keçi-

rilməsi  prosesinin  gedişində  istehlakçıların  və  alıcıların  məhsula  reaksi-

yası  öyrənilir,  onların  məhsulun  hansı  xüsusiyyətlərinə  üstünlük  verdiyi 

və  ya  narazı  qaldıqları  sorğular,  müsahibələr,  müşahidələr  və  s.  metod-

larla  aşkar  edilir,  onların  tələbatlarında  və  alış  motivlərində  baş  verən 

dəyişikliklər  aşkar  edilir,  ümumiləşdirilir,  təhlil  edilir  və    marketinq 

fəaliyyətinin  nəticəsi  qiymətləndirilir,  həmçinin  marketinq  prosesinin 

müxtəlif mərhələlərinə müvafiq düzəlişlər edilir. 

Marketinq probleminin həlli və onun operativ tənzimlənməsi qəbul 

edilən  qərarlara  və  həyata  keçirilən  fəaliyyətin  nəticələrinə  qeyri-

müəyyənlik amilinin təsirini və bunun sayəsində, riskin səviyyəsini aşağı 

salmağa imkan verir. 

Marketinq problemi həllinə yuxarıda izah edilən mərhələli yanaşma 

metodlarının  xarakterik  xüsusiyyəti  marketinq  prosesində  qabaqcadan 

səhvlərə, hesablamalarda yanlışlıqlara yol verə bilməsinin qəbul edilməsi-

dir.  Buna  görə  də  marketinq  probleminin  həllinə  yanaşma  metodlar 




 

46 


həyata  keçirilən  tədbirlər  nəzərdə  tutulan  nəticəni  vermədiyi  halda 

prosesin yenidən təkrar edilməsini nəzərdə tutur. 

 

Xülasə 

Marketinq,  istehsalçının  maksimum  mənfəət  əldə  etməsi  məqsədi 

ilə istehlakçının və digər bazar subyektlərinin mənafeyinin ödənilməsinə 

yönəldilmiş  bazar  fəaliyyətidir.  Marketinqin  geniş  yayılmasına  və  uzun 

müddətdən  bəri  tətbiq  edilməsinə  baxmayaraq  mütəxəssislər  arasında 

onun  mahiyyətinə  vahid  yanaşma  mövcud  deyildir.  Marketinqin  mahiy-

yətinə yanaşma baxımından mütəxəssisləri üç qrupa bölmək olar. Birinci 

qrup  mütəxəssislər  marketinqi  məhsul  və  xidmətlərin  istehsalçılardan 

istehlakçılara  çatdırılması;  ikinci  qrup  mütəxəssislər  onu  istehlakçıların 

tələbatının  ödənilməsinə  yönəldilmiş  sahibkarlıq  fəaliyyəti  kimi;  üçüncü 

qrup  mütəxəssislər  müəssisələrin  istehsal-satış  fəaliyyətinin  idarə  edil-

məsi  funksiyası  kimi  izah  edirlər.  Marketinqin  mahiyyətinə  bu  cür 

müxtəlif  yanaşmalar  onun  təkamülü,  müxtəlif  dövrlərdə  yerinə  yetirdiyi 

funksiyaların  və  onun  qarşısında  qoyulan  məqsədlərin  müxtəlifliyi  ilə 

izah edilir. 

Marketinq  konsepsiyası  öz  inkişafında  1)  istehsal  yönümlü 

marketinq;    2)  məhsul  yönümlü  marketinq;  3)  satış  yönümlü  marketinq; 

4)  istehlakçı  yönümlü  marketinq  və  5)  sosial  məsuliyyət  yönümlü 

marketinq  mərhələlərindən  keçmişdir.  stehsal  yönümlü  marketinq  kon-

sepsiyasının  mahiyyəti  ondan  ibarətdir    ki,  istehsalçı  istehsal  prosesinin 

təşkili  və  texnologiyasını  təkmilləşdirməklə  məhsulun  qiymətini  aşağı 

salmağa  və  bunun  sayəsində  satışın  həcmini  artırmağa  və  maksimum 

mənfəət  əldə  etməyə  cəhd  edir.  Məhsul  yönümlü  marketinq  konsepsiya-

sında  istehsalçı  daim  məhsulun  keyfiyyətini  yüksəltməyə,  onun  yeni 

istifadə sahələrini aşkar  etməklə satışın həcmini və əldə ediləcək mənfə-

ə

tin məbləğini artırmağa  çalışırlar. Satış yönümlü marketinq konsepsiya-



sında istehsalçının bazar uğuru kommersiya amilləri, o cümlədən reklam 

və  satışın  həvəsləndirilməsi  və  onların  intensivləşdirilməsi  ilə  əlaqələn-

dirilir.  stehlakçı yönümlü marketinq konsepsiyasının əsasını istehlakçının 

tələbatının,  alış  motivlərinin  və  davranışının  öyrənilməsi  və  bu  tələbatı 

rəqib müəssisələrə nisbətən daha dolğun ödəyə bilən məhsulların istehsal 

edilməsi,  müəssisənin  resursları  və  imkanlarının  bazarın  tələbatına  daha 




Yüklə 5,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə