Microsoft Word Strateji marketinq doc



Yüklə 5,78 Mb.
Pdf görüntüsü
səhifə17/237
tarix29.09.2017
ölçüsü5,78 Mb.
#2430
1   ...   13   14   15   16   17   18   19   20   ...   237

 

47 


effektli  uyğunlaşdırılması  ideyası  təşkil  edir.  Sosial  məsuliyyət  yönümlü 

marketinq konsepsiyası marketinq fəaliyyətinin cəmiyyət tərəfindən qəbul 

edilmiş  sosial-etik  və  ekoloji  normalara  və  standartlara  əməl  etməklə, 

həmçinin  istehlakçının,  müəssisənin  və  bütünlükdə  cəmiyyətin  mə-

nafeyini uzlaşdırmaqla həyata keçirilməsini nəzərdə tutur. 

Müəssisə və təşkilatlar istehsal-satış fəaliyyəti qarşısında qoyulan məq-

səd və vəzifələri  yüksək  effektlə  həyata keçirmək  üçün müxtəlif marketinq 

formalarından  istifadə  edirlər.  Marketinq  a)  müxtəlif  bazarları  əhatəetmə 

səviyyəsinə  görə  beynəlxalq  və  daxili  marketinqə;  b)  milli  iqtisadiyyatın 

səviyyəsindən  asılı  olaraq  makromarketinqə  və  mikromarketinqə;  c)  tətbiq 

edildiyi fəaliyyət sahəsinin məqsədinin xarakterinə görə məhsullar marketin-

qinə, xidmət marketinqinə, ixrac marketinqinə, həmçinin qeyri-kommersiya 

marketinqinə;  ç)  bazar  seqmentlərini  əhatəetmə  səviyyəsindən  asılı  olaraq 

diferensiallaşdırılmamış,  diferensiallaşdırılmış  və  təmərküzləşdirilmiş  mar-

ketinqə;  d)  tələbatın  ödənilmə  səviyyəsinə  görə  konversiya  marketinqinə, 

həvəsləndirici  marketinqə,  inkişaf  edən  marketinqə,  remarketinqə,  sinxro-

marketinqə,  sabit  marketinqə,  demarketinqə  və  əks  təsirli  marketinqə  və  e) 

istehlakçılarla ünsiyyət üsuluna görə aktiv və passiv marketinqə bölünür. 

Marketinqin strateji (başlıca)  məqsədi istehlakçıya yönümlülük, is-

tehlakçının  və  cəmiyyətin  tələbatının  ödənilməsi  şərti  ilə  maksimum 

mənfəət əldə etmək, daha effektli marketinq tədbirləri həyata keçirməklə 

müəssisənin  başlıca  məqsədinə  nail  olmaqdır.  Lakin  müxtəlif  zaman 

kəsiklərində müəssisə marketinq sahəsində başqa məqsədlər də (məsələn, 

məhsulların  təkmilləşdirilməsi,  satışın  həcminin  və  bazar  payının  artırıl-

ması və s.) qoya bilər. 

Müəssisə  marketinq  sahəsində  qarşıya  qoyulmuş  məqsədlərə  nail 

olmaq məqsədi ilə bir sıra funksiyalar yerinə yetirir. Bu funksiyalara mar-

ketinq tədqiqatları; məhsul çeşidinin planlaşdırılması; məhsulların bölüş-

dürülməsi və satışı; reklam və satışın həvəsləndirilməsi; qiymətqoyma və 

marketinqin idarə edilməsi aiddir.  

Marketinqin funksiyaları yerinə yetirilərkən bir sıra ümumi prinsip-

lərə  əməl  etmək  lazımdır.  Bura  istehlakçıların  tələbatının  və  alış  motiv-

lərinin  hərtərəfli  öyrənilməsi  və  nəzərə  alınması;  istehsalın  bazarın  tələ-

batına,  tələbin  quruluşuna  uyğunlaşdırılması;  tələbatın  formalaşdırılması 

və  həvəsləndirilməsi;  istehsal-satış  fəaliyyətinin  yüksək  effektlə  həyata 



 

48 


keçirilməsi; qarşıya qoyulan məqsədə nail olmaq üçün proqram-məqsədli 

və  sistemli  yanaşma  metodunun  tətbiq  edilməsi;  müəssisənin,  ayrı-ayrı 

istehlakçıların  və  bütünlükdə  cəmiyyətin  mənafeyinin  uzlaşdırılması  və 

marketinq fəaliyyətində insan amilinin gücləndirilməsi aiddir. 

Marketinq  prosesinin  həllinə  iki  yanaşma:  1)  tələbatın  aşkar  edil-

məsi  və  ödənilməsi  və  2)  müəssisənin  resurslarının  bazarın  tələbatına 

uyğunlaşdırılması  aspektindən  yanaşma  mövcuddur.  Birinci  yanaşmada 

marketinq  prosesi  istehlakçının  və  bazarın  tələbatının  aşkar  edilməsi, 

həmin  tələbata  uyğun  gələn  məhsulun  layihələşdirilməsi,  hazırlanması, 

bölüşdürülməsi və satışı üzrə mərhələlərin və əməliyyatların ardıcıl sıra-

lanmış  məcmusu  kimi  izah  edilir.  Bu  zaman  marketinq  prosesinin  həlli 

aşağıdakı ardıcıllıqla: məsələnin qoyuluşu; informasiyanın toplanması və 

təhlili;  məqsədin  müəyyənləşdirilməsi;  marketinq  strategiyasının 

hazırlanması; strategiyanın realizasiyası və marketinq tədbirlərinin yerinə 

yetirilməsinə nəzarət və fəaliyyətin qiymətləndirilməsi həyata keçirilir.  

kinci  yanaşmada  isə  marketinq  prosesi  istehlakçının  tələbatını 

ödəyən  və  müəssisəyə  mənfəət  əldə  etməyə  imkan  verən  məhsulların 

yaradılmasının  və  satışının  bütün  mərhələlərinin  qarşılıqlı  əlaqəsi  kimi 

xarakterizə  edilir.  Bu  yanaşmada  marketinq  prosesinin  həlli  bu  mərhə-

lələri: tələbatın öyrənilməsi; məhsulların satışı imkanlarının tədqiqi; məh-

sul  istehsalı  imkanlarının  tədqiqi;  marketinq  planlarının  tərtibi;  planların 

yerinə  yetirilməsi  üzrə  işlərin  əlaqələndirilməsi;  ticarət  bölüşdürmə  şə-

bəkəsinin təşkili və satışdan sonrakı fəaliyyəti əhatə edir. 

 

Özünüyoxlama sualları və tapşırıqlar 

1.  Ölkəmizdə  marketinq  konsepsiyasının  öyrənilməsinin  və 

tətbiqinin zəruriliyi  nə ilə əlaqədardır?  

2.  Marketinqin  mahiyyətinə  hansı  yanaşmalar  mövcuddur?  Bu 

yanaşmaların fərqi nədən ibarətdir? 

3.  Müəssisə  daha  mütərəqqi  istehsal  texnologiyası  tətbiq  etməklə, 

material  resurslarından  daha  səmərəli  istifadə  etməklə,  məhsulun  maya 

dəyərini  ixtisar  etməklə  və  bunun  sayəsində,  ona  aşağı  qiymət  təyin 

etməklə  satışın  həcmini  artırmağa  çalışır.  Bu  halda  müəssisə  hansı 

marketinq konsepsiyasından istifadə edir? 

4.  Müəssisə  bazarın  seqmentləşdirilməsini  həyata  keçirmiş, 




 

49 


istehlakçılarının  tələbatlarını  və  davranışlarını  öyrənərək  bazara  onların 

məmnunluğunu  təmin  edən  məhsul  çıxarmaqla  satışın  həcmini  və  bazar 

payını    artırmağa  nail  olmuşdur.  Bu  halda  müəssisə  hansı  marketinq 

konsepsiyasından istifadə edir? 

5.  Marketinq  konsepsiyası  ilə  satış  konsepsiyasının,  həmçinin 

marketinq konsepsiyası ilə sosial-etik marketinq  konsepsiyasının fərqləri 

nədən ibarətdir? 

6. Mübadilənin baş verməsi üçün hansı şərtlərə əməl edilməlidir? 

7. Tətbiq edildiyi sahələrin və ya məhsulun, fəaliyyətin xarakterinə, 

həmçinin  tələbatın  ödənilmə  səviyyəsinə  görə  marketinqin  formalarını 

izah edin.  

8.  Demarketinq  və  remarketinq  tələbatın  hansı  formasında  tətbiq 

edilir? 

9.  Marketinq  funksiyalarını  izah  edin.  Marketinqin  məhsulların 

bölüşdürülməsi  və  satışının  təşkili  funksiyası  özündə  hansı  əməliyyatları 

birləşdirir? 

10.  Marketinq  probleminin  həllinə  hansı  yanaşmalar  mövcuddur? 

Bu yanaşmaların fərqi özünü nədə göstərir? 

 

 

 



Yüklə 5,78 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə