Microsoft Word Strateji marketinq doc



Yüklə 5,78 Mb.
Pdf görüntüsü
səhifə14/237
tarix29.09.2017
ölçüsü5,78 Mb.
#2430
1   ...   10   11   12   13   14   15   16   17   ...   237

 

38 


Marketinqin  xarici  mühitinin  və  marketinqin  müəssisədaxili  amil-

lərinin  tədqiqi  prosesində  marketinqin  makro  və  mikromühit  amillərində 

baş  verən  dəyişikliklər,  müəssisədaxili  amillər  təhlil  edilir,  bu  mühitin 

yaratdığı  imkan  və  təhlükələr,  müsəssisənin  güclü  və  zəif  tərəfləri  aşkar 

edilir. 

Marketinq tədqiqatları prosesində marketinq fəaliyyətinə təsir edən 

bütün subyekt və amillərin təhlili və alınmış nəticələr digər funksiyaların 

realizasiyasında  istifadə  edildiyindən  o,    digər  marketinq  funksiyalarının 

ə

sasını təşkil edir. 



2.  Məhsul  çeşidinin  planlaşdırılması.  Marketinqin  bu  funksiyası 

çərçivəsində müəssisənin məhsul siyasətinin hazırlanması; istehsal edilən 

və  gələcəkdə  istehsal  edilməsi  nəzərdə  tutulan  məhsul  növlərinin  və 

çeşidlərinin müəyyən edilməsi; məhsul çeşidinin idarə edilməsi, biznes və 

məhsul portfelinin təhlili; məhsulların texniki-istismar, funksional, estetik 

və  digər  parametrlərinin  istehlakçıların  tələbatına  uyğunlaşdırılması; 

məhsulun  həyat  dövranının  hansı  mərhələsində  olmasının  öyrənilməsi; 

yeni  məhsulların  yaradılması,  məhsulun  rəqabət  qabiliyyətinin  yüksəl-

dilməsi  üzrə  tədbirlərin  hazırlanması,  ticarət  markası  strategiyasının 

hazırlanması,  məhsulların  qablaşdırılması  və  bu  kimi  digər  işlər  həyata 

keçirilir.  Başqa  sözlə  desək,  bu  funksiya  vasitəsilə  bazar  və  onun  ətraf 

mühiti,  istehlakçıların  tələbatı  və  tələbi  haqqında  məlumatlar  məhsula, 

onun  texniki-istismar,  keyfiyyət  və  dəyər  parametrlərinə  transformasiya 

olunur. 


3.  Məhsulların  bölüşdürülməsi  və  satışı.  Məhsulların  bölüşdürül-

məsi və satışının məqsədi istehlakçıya lazım olan məhsulu münasib olan 

vaxtda,  münasib  yerdə  və  münasib  olan  qiymətlə  ona  çatdırmaqdan  iba-

rətdir.  Bu  funksiyanın  yerinə  yetirilməsi  sayəsində  məhsulların  bölüşdü-

rülməsi  və  satışı,  onların  istehsalçıdan  istehlakçıya  çatdırılması  həyata 

keçirilir.  Bu  funksiyaya  məhsulların  bölüşdürülməsi  və  satışı  siyasətinin 

hazırlanması;  satış  və  bölüşdürmə  kanallarının  seçilməsi;  ticarət-bölüş-

dürmə  şəbəkəsinin  təşkili;  müxtəlif  satış  kanalları  vasitəsilə  məhsulların 

satışının  təşkili;    satış  kanallarına  daxilolma  imkanlarının  öyrənilməsi; 

bazarın  əhatə  edilməsi  strategiyalarının  seçilməsi;  satışın  həcminin  və 

bazar payının müəyyən edilməsi; məhsulların nəqledilməsi və anbarlarda 

yerləşdirilməsi;  ehtiyatların  optimal  həcminin  müəyyən  edilməsi;  satış 




 

39 


büdcəsinin tərtib edilməsi və s. əməliyyatlar daxildir. 

4.  Reklam  və  satışın  həvəsləndirilməsi.  Bu  funksiya  daxilində 

həyata  keçirilən  fəaliyyət  növlərinin  məqsədi  istehlakçıya  təsir  etməklə 

məhsula  tələbatın  formalaşdırılması,  alıcını  daha  çox  məhsul  almağa 

təhrik etmək və bunun sayəsində satışın həcminin artırılmasıdır. Bu funk-

siya çərçivəsində reklam və satışın həvəsləndirilməsi siyasətinin hazırlan-

ması;  kommunikasiya  sisteminin  təşkili;  satışın  həvəsləndirilməsinin 

effektli  metod  və  üsullarının  seçilməsi  və  tətbiq  edilməsi;  ictimaiyyətlə 

ə

laqənin  təşkili;  mağazadaxili  reklamın  təşkili;  istehlakçılara  satış 



prosesində və satışsonrası servis xidmətinin təşkili və s. həyata keçirilir.  

5. Qiymətqoyma. Marketinqin qiymətqoyma funksiyası onun ən çə-

tin və mürəkkəb funksiyasıdır. Çünki məhsulun qiyməti, bir tərəfdən, is-

tehsalçıya  öz  xərclərini  ödəməklə  yanaşı  müəyyən  məbləğ  mənfəət  əldə 

etməyə,  digər  tərəfdən,  alıcıya  daha  az  xərclərlə  daha  çox  miqdarda 

məhsul  almağa  imkan  verməlidir.    Başqa  sözlə,  mənafeyləri  bir-biri  ilə 

ziddiyyət təşkil edən hər iki bazar subyektinin mənafeini ödəməyə imkan 

verməlidir. 

Marketinqin qiymətqoyma funksiyası çərçivəsində müəssisənin qiy-

mətqoyma  strategiyası  və  taktikası  hazırlanır;  qiymətqoyma  metodları 

seçilir; hər bir bazar üzrə məhsulun həyat dövranına uyğun olaraq  məh-

sulların  qiyməti  müəyyənləşdirilir;  qiymətin  dəyişmə  mexanizmi  hazır-

lanır və müəssisənin qiymət siyasətinə aid olan digər əməliyyatlar həyata 

keçirilir. 

6.  Marketinqin  idarə  edilməsi.  Bura  müəssisədə  marketinqin  idarə 

edilməsinin təşkili; marketinqin idarəetmə strukturunun müəyyənləşdiril-

məsi  və  təşkili;  idarəetmənin  müxtəlif  səviyyələrində  marketinqin  plan-

laşdırılması  və  marketinq  proqramlarının  tərtib  edilməsi;  marketinq 

fəaliyyətinə  dair  qərarların  hazırlanması  və  qəbulu;  müəssisənin  inkişaf 

imkanlarının  müəyyənləşdirilməsi;  marketinq  nəzarət  sistemi;  marketinq 

auditi;  müəssisənin  marketinq  bölməsinin  fəaliyyətinin  qiymətləndiril-

məsi və s. aiddir. 

Bəzi müəlliflər marketinqin  yuxarıda   qeyd  edilən funksiyalarını 

1) analtik funksiya, 2) istehsal funksiyası, 3) satış-bölüşdürmə funksiyası 

və  4)  idarəetmə  funkusiyası  kimi  qruplaşdırırlar.  Onlar  marketinqin 

analtik  funksiyasına  marketinq  tədqiqatlarını;  istehsal  funksiyasına  məh-




 

40 


sul  çeşidinin  planlaşdırılmasını;  satış-bölüşdürmə  funksiyasına  məhsul-

ların bölüşdürülməsi və satışı, reklam və satışın həvəsləndirilməsi,  həm-

çinin qiymətqoyma funksiyalarını və idarəetmə funkusiyasına isə yuxarı-

da izah edilən eyniadlı funksiyanı aid edirlər. 



Marketinqin  prinsipləri.  Marketinqin  funksiyaları  yerinə  yetiri-

lərkən  bir  sıra  ümumi  prinsiplərə  əməl  edilməlidir.  Marketinqin  prinsip-

ləri dedikdə, marketinqin əsasını təşkil edən, bunun mahiyyətini və təyi-

natını açan müddəalar, hallar və tələblər başa düşülür. Marketinq fəaliy-

yəti aşağıdakı prinsiplərə əsaslanır: 

1.  Bazarın  tələbatının  hərtərəfli  öyrənilməsi  və  ya  “istehlakçı 

ş

ahdır”.  Marketinqin  bu  prinsipi  təsərrüfat  qərarlarının  qəbulu  zamanı 



istehlakçıların  tələbatlarının  və  alış  motivlərinin,  tələbin  və  bazar  kon-

yunkturunun müasir vəziyyətinin və inkişaf dinamikasının aşkar edilməsi 

və onların nəzərə alınması vasitəsilə təmin olunur; 

2.  stehsalın  bazarın  tələbatına,  tələbin  quruluşuna  uyğunlaşdırıl-

ması və  ya “o məhsul istehsal et ki, o satılır”. Bu prinsip istehsal edilən 

məhsulların  istehlakçıların  tələbatlarına,  onların  alış  motivlərinə,  həyat 

stilinə və onları xarakterizə edən digər xüsusiyyətlərə uyğunlaşdırılmasını 

nəzərdə tutur;  

3. Bütün mümkün vasitələrlə istehlakçılara təsir edilməsi, tələbatın 

formalaşdırılması  və  aktivləşdirilməsi.  Buna  satışın  həvəsləndirilməsi 

üzrə  tədbirlərin  həyata  keçirilməsi  və  reklam  kampaniyaların  təşkili  ilə 

nail olunur. Marketinqin bu funksiyası “məhsul yaratmısansa ona tələbat 

da yarat” pinsipi adlandırılır; 

4.  Bazarın  daima  dəyişən  tələbatların  tez  reaksiya  vermək  üçün 

marketinq strategiyası və taktikasının vəhdətinin təmin edilməsi; 

5.  Bazarın  daima  dəyişən  tələbatlarının  ödənilməsi  üçün  müəssisə-

nin məhsul çeşidinin  yeniləşdirilməsi, məhsulların diferensiallaşdırılması 

və mövcud məhsulların təkmilləşdirilməsi; 

6.  Müəssisənin  fəaliyyətinin  uzunmüddətli  effekt  əldə  edilməsinə 

yönəldilməsi. Bunun üçün müəssisə bazar situasiyasının dəyişməsinin və 

onun  nəticələrinin  proqnozlaşdırılmasına  imkan  verən  tədqiqatlara,  bu 

tədqiqatlar əsasında yüksək rentabelli məhsulların layihələşdirilməsinə və 

istehsalına xüsusi diqqət yetirməlidir; 

7. Qarşıya qoyulan məqsədə nail olmaq üçün proqram-məqsədli və 




Yüklə 5,78 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə