Microsoft Word Strateji marketinq doc



Yüklə 5,78 Mb.
Pdf görüntüsü
səhifə11/237
tarix29.09.2017
ölçüsü5,78 Mb.
#2430
1   ...   7   8   9   10   11   12   13   14   ...   237

 

30 


Təşkilatların marketinqi

. Təşkilatların marketinqi hədəf auditoriya-

sının hər hansı bir təşkilata müsbət münasibətinin yaradılması, bu müna-

sibətin qorunub saxlanması və ya dəyişdirilməsi məqsədi ilə həyata keçi-

rilən fəaliyyətdir. Bu marketinqi təşkilatların ictimaiyyətlə əlaqə bölməsi 

və  ya  bu  sahədə  ixtisaslaşmış  müəssisələr  həyata  keçirir.  ctimaiyyətlə 

ə

laqənin təşkili çərçivəsində ictimaiyyətin təşkilata münasibəti, təşkilatın 



fəaliyyət  prinsipləri  və  fəndləri  ilə  ictimai  maraqların  uyğunluğunun 

qiymətləndirilməsi  həyata  keçirilir,  həmçinin  ictimaiyyətin  mövqeyinin 

və  davranışının  müsbət  istiqmətdə  dəyişdirilməsinə  yönəldilən  fəaliyyət 

proqramı hazırlanır və realizə olunur.  



Ayrı-ayrı şəxslərin marketinqi

. Ayrı-ayrı şəxslərin marketinqi hədəf 

auditoriyasının  hər  hansı  bir  şəxsə  müsbət  mövqeyinin  formalaşdırılma-

sına və müsbət davranış göstərməsinə, həmçinin onun qorunub saxlanma-

sına  yönəldilən  fəaliyyətdir.  Ayrı-ayrı  şəxslərin  marketinqinin  ən  geniş 

yayılmış  forması  məşhur  adamların  marketinqi  və  siyasi  namizədlərin 

marketinqidir.  Məşhur  adamların  marketinqi,  bir  qayda  olaraq,  həmin 

adamın mətbuat katibi, siyasi namizədlərin marketinqi isə seçki kampani-

yasının təşkili üzrə ixtisaslaşmış təşkilatlar tərəfindən həyata keçirilir.  

Ə

razi 

və ya yer marketinqi. Ərazi marketinqi hədəf auditoriyasının 

ayrı-ayrı  ərazilərə,  mənzillərə,  təsərrüfat  zonalarına,  müəyyən  ərazilərə 

investisiya  qoyuluşlarına,  istirahət  yerlərinə  və  s.  müsbət  mövqeyinin 

formalaşdırılmasına  və  ya  müsbət  davranış  nümayiş  etdirməsinə  və  bu 

müsbət münasibətin qorunub saxlanmasına yönəldilən fəaliyyətdir. Ərazi 

marketinqi  müəyyən  tədbirlər  həyata  keçirməklə,  məsələn,  hər  hansı  bir 

ə

razidə kifayət qədər təbii və əmək resurslarını, onun inkişaf etmiş infra-



strukturunun  mövcudluğunu  təbliğ  etməklə  həmin  əraziyə  investisiya 

qoyuluşunu stimullaşdıra bilər. 



deya marketinqi

.  stənilən marketinq fəaliyyəti mahiyyət etibarıilə 

ideya və ya bəzən ictimai marketinq adlandırılan marketinq fəaliyyətidir. 

deya  marketinqi  hədəf  auditotiyasının  ictimai  xarakterli  ideyaları  qəbul 

etməsi  və  qavraması  məqsədi  ilə  ictimai  proqramların  hazırlanmasına, 

həyata  keçirilməsinə  və  ona  nəzarət  edilməsinə  yönəldilən  fəaliyyətdir. 

Hədəf  auditoriyasının  maksimum  cavab  reaksiyasına  nail  olunması  üçün 

ideya marketinqində bazarın seqmentləşdirilməsi həyata keçirilir. Hər bir 

seqmentin  istehlakçılarının  motivləri  və  davranışı,  onların  ictimai  pro-



 

31 


qramlara münasibəti öyrənilir, onların həmin proqramları mənimsəməsini 

asanlaşdıran üsullar və kommunikasiya proqramları hazırlanır. 



Bazar  seqmentini  əhatəetmə  səviyyəsinə  görə

  marketinq  a)  difer-

rensiallaşdırılmamış və ya kütləfi marketinqə; b) diferensiallaşdırılmış və 

ya  seqment  marketinqinə,  c)  təmərküzləşdirilmiş  və  bazar  sığınacağı 

marketinqinə və ç) fərdi marketinqə bölünür. Müəssisənin bazarda uğuru 

həlledici  dərəcədə  bu  marketinq  formalarının  düzgün  seçilməsindən  və 

tətbiq edilməsindən asılıdır.  



Diferensiallaşdırılmamış 

və  ya  kütləvi  marketinq  dedikdə,  müəssi-

sənin  eyni  bir  təkliflə  bazarın  bütün  seqmentlərinə,  bütün  istehlakçılara 

müraciət etməsi və onları ələ keçirməyə cəhd etməsi başa düşülür. Başqa 

sözlə  desək,  diferensiallaşdırılmamış  marketinqdə  müəssisələr  istehlak-

çıların  tələbatlarında,  motivlərində,  davranışlarında  və  onları  xarakterizə 

edən  digər  xüsusiyyətlərdə  olan  fərqləri  nəzərə  almır,  onların  oxşarlı-

ğ

ında,  eyniliyində  fokuslaşır  və  irimiqyaslı  kütləvi  istehsal  təşkil  edir, 



standart  marketinq  kompleksi  və  marketinq  proqramı  ilə  bütünlükdə 

bazara  müraciət  edir.  O,  müəssisəyə  miqyas  effekti  əldə  etməyə  və 

məhsul  vahidinin  istehsalı  və  satışına  sərf  edilən  məsrəflərin  səviyyəsini 

ixtisar etməyə və ona aşağı qiymət təyin etməyə imkan verir. Müəssisənin 

marketinqin bu formasından bazarda rəqiblər olmadıqda, rəqiblər bazarın 

ə

hatə  edilməsinin  digər  strategiyalarından  istifadə  etmədikdə,  istehsal 



edilən  məhsullar  və  istehlakçılar  yekcins  olduqda  və  (və  ya)  məhsulun 

bazara çıxarılmasının ilk mərhələsində istifadə etməsi məqsədəuyğundur. 



Diferensiallaşdırılmış  marketinqin

  və  ya  seqment  marketinqinin 

ə

sasını  istehlakçıların  alış  motivlərindən,  davranış  tərzindən  və  digər 



ə

lamətlərdən asılı olaraq seqmentlərə bölünməsi və müəssisənin bir neçə 

bazar  seqmentində  fəaliyyət  göstərməsi  ideyası  təşkil  edir.  Bu  halda 

müəssisə seqmentlərin fərqli xüsusiyyətlərini nəzərə alır, hər bir seqment 

üçün fərqli marketinq kompleksi və marketinq proqramları hazırlayır. Bu, 

bir  qayda  olaraq,  marketinqə  sərf  edilən  xərclərin  həcminin  artmasına 

gətirib çıxarır. Lakin məhsulun və marketinq kompleksinin digər element-

lərinin  hər  bir  seqmentin  xüsusiyyətlərinə  uyğunlaşdırılması  satışın 

həcminin  artmasına  və  diferensiallaşdırmaya  sərf  edilə  xərclərlə  müqa-

yisədə daha böyük məbləğdə əlavə gəlir əldə etməyə imkan verir. 



Təmərküzləşdirilmiş  marketinq

  və  ya  bazar  sığınacağı  marketinqi 




Yüklə 5,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə