- 124 -
dığı obrazlar hərəkətli, dinamikdir. Heykəl isə su-
sur. Daş kimi soyuqdur və onun nəfəsini duymaq,
nəbzini tutmaq elə də asan məsələ deyil. Onu can-
landırmaq üçün tək sənətkardan deyil, tamaşaçının
özündən də böyük ruhani enerji tələb olunur.
Heykələ çevrilmiş hər bir daş canlanmaq im-
kanına malik deyil. Daşın bətnində yatan böyük da-
xili enerjini hərəkətə gətirmək, heykəli dilləndirmək
və onu timsalı olduğu prototipin real obrazına çevir-
mək qeyri-adi məharət tələb edir. Sənətkar onu ya-
radarkən ona ruh bəxş edə bilməyibsə, tamaşaçı nə
qədər ezoterik enerji sərf etsə də, daş canlanmaz.
Ömər Eldarovun heykəlləri isə sanki canlıdır,
onlar nəinki danışa bilir, həm də proza ilə deyil,
poetik dildə danışırlar. O, təcəssüm etdirdiyi şəxsin
sadəcə zahiri görkəmini yox, həm də lirik «mən»ini,
arzu və istəklərini, həyat enerjisini daşa köçürür.
Əslində, bu enerji də, bu lirika da əsərin pro-
totipindən daha çox yaradıcı sənətkarın özünə məx-
susdur. Bir var, kimsə ürəyindən keçənləri sözlə
ifadə edərək desin; bu – şairlik məqamıdır. Bir var,
kimsə öz daxili halını zahirində, sifətinin ifadəsində
biruzə versin; bu məqamı rəssamlar tərənnüm edir.
Bir də var, insan hansı isə bir hərəkətə, hansı isə hə-
yəcanlı bir hadisəyə hazırlaşmağını sadəcə duruşu
ilə, bədənin səmada vəziyyəti ilə ifadə etsin. Daxili
istəyin, könül pərvazlanmasının, ehtizazın, ruhani
yüksəlişin, şövqün daşa həkk olunması, fəza konfi-
qurasiyasının gözlə görünməyən daxili gözəlliyinin
- 125 -
üzə çıxarılması, Ömər Eldarovun özünün dediyi
kimi, « sanki uçmaq üçün quşlardan qanad istəyi-
nin» bədii tərənnümü! Hərəkətə hazırlıq halında ifa-
də olunan bütün sonrakı hekayətlərin konsentrasiya
olunmuş forması, ruhun həndəsi təsviri – bütün bun-
lar hərəkəti heykəlləşdirən bir sənətin möcüzələri-
dir.
«Əyilməz vicdanın böyük heykəli», – deyirdi
şair. Heç şübhəsiz, vicdanın heykəlini, ruhun fəza
təcəssümünü ifadə etmək üçün sənətkardan böyük
ruhani güc, pak-təmiz estetik vicdan tələb olunur!
Romantika və reallıq
Heykəltəraşlıq bütün digər sənət növləri içəri-
sində gerçəkliyi ancaq maddiyyat müstəvisində ifa-
də etmək baxımından ruhdan ən çox uzaqlaşdırılmış
bir sənətdir. Hegelin dediyi kimi, bu sənət qarşısın-
da ruhu ağır materiyanın dili ilə təcəssüm etdirmək
kimi çətin bir vəzifə dayanır. Hələ bu az imiş kimi,
gerçək həyatdan zaman amili də götürülür və sənət-
karın ixtiyarında ancaq bir an qalır. Bu maddi dün-
yanın dondurulmuş bir məqamı! Dayanmış zamanda
nəinki ruhu ifadə etmək çox çətindir, bu halda həm
də hərəkəti və dinamikanı təcəssüm etdirmək üçün
vasitələr yox dərəcəsindədir. Bu ən monumental sə-
nət həm də ən ləng, ən statik, ən ağır bir ifadə tex-
nikasına əsaslanan sənətdir. Bu baxımdan heykəltə-
raşlıq öz məqsədinə daha çox dərəcədə simvolların
dili ilə çata bilir. Təsadüfi deyil ki, postmodernizm
- 126 -
dövründə bu sənət öz ifadə vasitələrini xeyli geniş-
ləndirməyə nail olmuşdur. Amma məhz klassik üs-
lubda yaratmaq, gerçəyə adekvat bir sənət yarat-
maq, bu cismani dünyanın ən cansız, ən ruhsuz sa-
yılan maddi vasitələrindən, daşından-kəsəyindən is-
tifadə edərək, ruhun sanki əks qütbündən başlayaraq
ilahi bir məqama yüksəliş cəhdi göstərmək, – bu, ən
çətin və ən nadir bir yaradıcılıq missiyası, əsl sə-
nətkarlıq əzmidir. Bəli, o şeyi ki, böyük zaman və
məkan fəzasında sərbəst olaraq yaratmaq mümkün
olur, o şeyi ki, bütün rəng çalarlarının və bütün səs
qammalarının vasitəsilə ifadə etmək mümkün olur,
o şeyi lokal məkanda və dayanmış zamanda ağır
maddiyyatın timsalında ifadə etmək və bu ağır yükə
qanad verərək onu uçurtmaq, səs verərək dilləndir-
mək, daxili impuls verərək hərəkətləndirmək sənət-
kardan qeyri-adi bir istedad, virtuozluq tələb edir.
Təsadüfi deyil ki, sənət tarixində şairlərin, bəstəkar-
ların, rəssamların imzası kifayət qədər çox olsa da,
böyük heykəltəraşların imzası tək-təkdir.
Ömər Eldarovun yaradıcı gücünün düzgün tə-
səvvür oluna bilməsi üçün öncə onun seçdiyi bu sə-
nətin spesifikası, nə qədər məhdud imkanlara və va-
sitələrə malik olduğu nəzərə alınmalıdır. Maraqlıdır
ki, digər sənət növləri ilə yanaşı heykəltəraşlıq sa-
həsində də incilər yaradan Leonardo da Vinçi müqa-
yisəli təhlil nəticəsində bu qənaətə gəlir ki, hey-
kəltəraşlıq məhz imkanlarının məhdudluğuna görə,
sənətkarlıq baxımından ən çətin sahədir.
- 127 -
Biz bu sətirləri ona görə yazmırıq ki, Ömər
Eldarovu, onun sənətini və bu sənətin həqiqi böyük
qiymətini verməkdə acizliyimizi ifadə edək. Əksinə,
ən incə mətləblər də məhz fəlsəfə aynasında daha
aydın görünür. Kimsə deyə bilər ki, bütün rəsmi ti-
tullara layiq görülmüş, ən yüksək orden və medal-
larla təltif olunmuş Ömər Eldarov sənətinə bundan
daha yüksək necə qiymət vermək olar ki? Amma
nəzərə alınmalıdır ki, Ömər Eldarov sənəti hər cür
rəsmi təltifdən yüksəkdə duran bir sənətdir. Ömər
Eldarov azərbaycanlıdır. Lakin onun sənəti bir ölkə
hüdudlarını keçərək ümumbəşəri dəyərlər xəzinə-
sinə elə töhfələr vermişdir ki, o öz yaşadığı lokal
məkanın və zamanın hüdudlarına sığmır.
Bütün böyük alimlər, yazıçılar, sənətkarlar öz
fəaliyyət sahəsinin zirvəsinə qalxanda əslində filo-
sofluq məqamına yüksəlmiş olurlar. Mən Ömər El-
darovun simasında böyük bir sənətkarla yanaşı, həm
də xalqımızın fəlsəfi fikrini, yaradıcı təfəkkürünü ən
yüksək səviyyədə ifadə və təmsil edən bir şəxsiyyət
gördüm.
Sənət ilə fəlsəfənin görüşü, sənətin fəlsəfə zir-
vəsinə yüksəlişi və fəlsəfənin dönüb sənətə qiymət
vermək və onun simasında milli-bədii təfəkkürdən
qidalanmaq təşəbbüsü!
Sağlığında klassikə çevrilənlər.
“Azərbaycan” qəzeti, 21 avqust 2011-ci il
Dostları ilə paylaş: |