- 128 -
Şairin özü və sözü
(Xalq şairi Zəlimxan Yaqub haqqında)
Sənin nə ki, sazın-sözün, özün də,
Şeirsən, məna var hər bir sözündə.
Hacı Sədrəddin
Zəlimxan Yaqubun özü
ilə çoxdan tanış olsam da,
poeziyası zaman keçdikcə mə-
nə daha doğma gəlir. Ya onun
poeziyası yaşa dolduqca fəl-
səfəyə yaxınlaşır, ya mən yaşa
dolduqca akademik tədqiqat-
lardan, elm fəlsəfəsindən daha
çox, şeirə, sənətə və gənclik
xatirələrinə yaxınlaşıram.
Zəlimxan Yaqubun 50 illik yubileyi münasi-
bəti ilə mən onun poeziya yolunu təkrar nəzərdən
keçirərək “Ozan fenomeni və milli özünüdərk” adlı
məqalədə ona fəlsəfi prizmadan qiymət verməyə ça-
lışdım. Daha 10 il keçdi. Zəlimxan poeziyasının fəl-
səfi yükü bir az da artdı və onun sadəcə ayrı-ayrı
şeirləri, poemaları haqqında deyil, həm də bütövlük-
də dünyagörüşü, estetik və fəlsəfi baxışları haqqında
- 129 -
fikirlərimi “Sazla havalıyam, sözlə diriyəm” adlı
məqalədə çap etdirdim. Beləliklə, Şairin özü ilə gö-
rüşlərimiz səngisə də, yaradıcılığı ilə, sözü ilə taniş-
lığım getdikcə dərinləşir, - desəm səhv etmiş olma-
ram.
İndi isə Zəlimxan Yaqubun özü ilə tanışlığı-
mın 40 illiyini yad etmək istəyirəm. 1970-ci ildə
BDU-nun fizika fakültəsinin ikinci kursunda oxu-
yarkən kitabxanaçılıq fakültəsində ədəbiyyat dərsi
deyən əmim Əmirxan Xəlilov məni tələbələrindən
biri ilə tanış edib, “gələcəyin böyük şairidir”, – dedi.
O vaxt fakültələrimiz eyni mərtəbədə idi və biz tez-
tez görüşürdük. Amma Zəlimxan məndən iki kurs
yuxarıda oxuduğundan universiteti də təbii ki, tez
bitirib bizi tərk etdi. Sonra öyrəndik ki, o, kitab pa-
- 130 -
sajında işləyir. Və biz də (bir neçə şeirsevər fiziklə
birgə) kitab seçmək adı ilə tez-tez pasaja gedib Zə-
limxanın yeni şeirlərindən xəbər tuturduq. 1976-cı
ildə mənim namizədlik dissertasiyamın müdafiəsin-
də o da iştirak edirdi. Moskvadan gəlmiş rəsmi op-
ponentim xalq şairi Osman Sarıvəllinin oğlu Rəfiq
Qurbanovla söhbətləri yaxşı tutmuşdu. Müdafiəni
“qeyd etmək” üçün “Çənlibel” restoranına da şair
dostlarımızla getdik. Rəfiq müəllim köhnə dostu
Vilayət Rüstəmzadəni, mən isə Zəlimxan Yaqubu
dəvət etdim və gündüzkü fəlsəfə məclisini poeziya
gecəsi ilə davam etdirdik. Tanıyanlar bilir ki, Vila-
yət Rüstəmzadə də sinədəftər şair idi. Elə Rəfiq Sa-
rıvəlli də böyük şeir bilicisi idi, əmim Əmirxan Xə-
lilov da. Və bir də gənc Zəlimxan Yaqub. Qalanını
deməyə ehtiyac yoxdur. Həmin gün mənim rəsmən
“filosof” olduğumu qeyd edirdik. Amma fəlsəfənin
yolları hələ təzə açılırdı. O vaxtdan neçə onillər ke-
çəcəkdi və Zəlimxan poeziyanın “Peyğəmbər” qatı-
na yüksələcəkdi, mən isə fəlsəfənin poeziya qatına
qədəm basacaqdım. Qədəmlərimiz mübarək, şair
eloğlum!
İllər bizi gah uzaqlaşdırır, gah yaxınlaşdırırdı.
Gah da yaşadığımız ictimai-siyasi həyat bizi eyni
bir məqamda birləşdirirdi, eyni bölgədən millət
vəkili seçilib, eyni məclislərdə çıxış etməli olurduq.
Zəlimxan Yaqubdan sonra çıxış isə necə çətin oldu-
ğunu izah etməyə, yəqin ki, ehtiyac yoxdur. Hamı
- 131 -
bilir ki, Zəlimxanın natiqliyi az qala şairliyi qədər
heyrətamizdir.
P.S.
Şairin guya özü haqqında yazarkən, sual çıxdı
ki, ayə, indi daha Zəlimxan sənin o tələbəlik illərin-
dən xatırladığın Zəlimxan deyil. İndi onun şəxsi hə-
yatı arxaya keçib, özü elə sözüdür.
Zəlimxan da söz yolunda şam ola,
Hər kəlməsi sevgi dolu cam ola,
Təbiətin özü kimi tam ola,
Əsillənə, nəsillənə, soylana.
Düzdür, şair öz-dən söz-ə keçməyin bir eniş
məqamını da görür:
Dağ başında vallah adam dağ olar,
Nahaq endik o dağların başından.
Amma bir zirvədən başqasına keçməyin enişi
də var, yoxuşu da.
Atam deyərdi:
Bu fani dünyanın iki üzü var,
Qaranlıq gecəsi, şux gündüzü var,
Dərəsi-təpəsi, dağı-düzü var,
Enişli-yoxuşlu, şair eloğlum!
Və bu sözləri məhz Zəlimxana müraciətlə de-
mişdi. Atam Hacı Sədrəddin şairlə birlikdə Həcc zi-
yarətində olmuşdular. Hər bir Borçalı ziyalısı kimi
atam da aşıq poeziyasını çox sevirdi. Aşıq Abbas
Tufarqanlıdan, Xəstə Qasımdan tutmuş Aşıq Ələs-
gərə, Aşıq Şəmşirə qədər – hamısını əzbər deyirdi.
Zəlimxan Yaqub poeziyasına da məndən daha yaxşı
- 132 -
bələd idi. Ziyarətdən qayıtdıqdan sonra Zəlimxana
“Şair eloğlum” rədifli bir şeir də həsr etmişdi.
Bu ziyarət izsiz ötüşmədi. Şairin yaradıcılığın-
da Haqq mövzusu getdikcə genişləndi, “Peyğəm-
bər”ə, “Mövlana”ya zəmin yarandı.
Vergi Allah vergisidir. Bu, qəlb evinin gizli
xəzinəsidir, – üzə çıxır. Bu, təsirlənmək, duyğulan-
maq və bu təəssüratın qığılcımlarını üfürüb alovlan-
dırmaq, bu alovun istisinə isinmək, işığına işıqlan-
maq və öz hərarəti ilə başqalarını da hənirləndir-
mək, öz işığı ilə başqa qəlbləri də işıqlandırmaq əz-
midir. Bu məqama çatmağın da iki yolu var. Birin-
cisi, pillə-pillə yüksələrək görünən dünyanın dərkin-
dən adi gözlə görünməyən mətləblərin dərkinə doğ-
ru çətin bir yol keçmək. İkincisi, – Allah vergisi!
Ustad ozanlardan dərs alıb aşıqlıqdan aşiqliyə yük-
səlmək və buta verilməklə “haqq aşığı” olmaq.
Zəlimxan Yaquba yuxusunda buta verilibmi,
verilməyibmi, – deyə bilmərəm. Amma onun yara-
dıcılığı, bir tərəfdən, “haqq aşığı” institutu ilə sovet
aşıq məktəbinin, digər tərəfdən də, folklorla klassik
Azərbaycan poeziyasının sanki bir sintezidir. Hər-
çənd bir sıra əsərlərinin dini-fəlsəfi, yaxud siyasi-
fəlsəfi yönü və mündəricəsi var, bütövlükdə baxan-
da Zəlimxan Yaqub daha çox saz və folklor üzə-
rində köklənib.
Zəlimxan Yaqubun «Peyğəmbər» yazmaq ar-
zusu çoxdan var idi. Bu arzunu dost-tanışla bölüş-
məzdən hələ neçə illər öncə qəlbində gəzdirirdi.
Dostları ilə paylaş: |