- 143 -
edilməsi, pərakəndə tədqiqatların əsasında konsep-
tual sistem yaradılması təşəbbüsü xüsusi qeyd edil-
məlidir.
Bu tədqiqatlar daha artıq yüksək intellektual
səviyyəli bir ziyalının istənilən problemə öz müna-
sibətini bildirməsi deyildir. Onun bu sahədə gördü-
yü işlər peşəkar tədqiqatçılıq səciyyəsi daşıyır. On-
da sual ortaya çıxır ki, tamamilə bir-birindən fərqli
elm sahələrində, məsələn, təbabətdə və tarixdə təd-
qiqatçılıq üçün Nurəddin müəllim necə vaxt tapır?
Görünür, vaxtın düzgün bölünməsi, səmərəli istifa-
dəsi də yüksək mədəniyyətin təzahürlərindən biri-
dir.
Bəs müxtəlif elm sahələrinə eyni dərəcədə
marağın əsasında nə durur?
Dünyanın maddi vəhdətindən çıxış edən Nu-
rəddin Rzayev müxtəlifliklər arasında əlaqəni, ümu-
miliyi görə bildiyindən onu öyrənərkən elmlər ara-
sında formalaşmış ənənəvi sərhədləri «görmür» -
vahid dünyaya vahid elmi platformadan baxır. Bu
da filosofluğun daha bir əlamətidir. Vəhdət halında
götürülmüş barlı-bəhrəli, nizamlı-düzümlü bütöv
dünyanın bütövlükdə ehtiva edilməsi olur. Bu hiss
fəlsəfi ehtiras adlanır.
Filosofluğun bir əlaməti də insanın özünədər-
ki ilə yanaşı, özünə sevgisi, özünə hörmətidir. Daha
doğrusu, insanlığa sevgi və hörmət şəxsi timsalın
prizmasından keçməlidir.
- 144 -
Nurəddin müəllim başqalarına hörmətlə ya-
naşmağa bacardığı kimi, özünə hörmət etdirməyi
bacaran şəxsdir. Beynəlxalq miqyasda müxtəlif elmi
forumlarda iştirak təcrübəsi və şəxsi mənəvi keyfiy-
yətlərinin sayəsində onda elmi tədbirləri yüksək sə-
viyyədə təşkil etmək səriştəsi formalaşmışdır. Elmi
məclislərin spesifikasının nəzərə alınması, elmi po-
lemikanın qaydalarına əməl etməsi və başqalarını da
bu qaydalara dəvət etməsi onu bir elm təşkilatçısı
kimi də örnək edir.
Nurəddin Rzayevin həyatında çox önəmli bir
məqamı bir rəmz olaraq nəzərə salmaq istərdim. 70-
80-cı illərin ziyalıları çox sanballı şəxsiyyətin: alim
Xudu Məmmədovun, şair Bəxtiyar Vahabzadənin,
həkim Nurəddin Rzayevin və bir mahalın ağsaqqılı
Zeynal Məmmədovun dostluğunu yaxşı xatırlayır-
lar. İnsanlar arasında dostluq nümunələri çoxdur.
Lakin, məhz bu dostluq ona görə ictimaiyyətin ya-
dında saxlanıb ki, o, şəxsi miqyaslı hadisə deyildi,
həmin dövrdəki ziyalı mühitinin gözəl timsalı, müx-
təlif sahələri təmsil edən adamların yaradıcı əmək-
daşlığının parlaq nümunəsi, rəmzi idi. Bu rəmz həm
də Nurəddin Rzayev dünyasının hərtərəfli açılma-
sına imkan yaradır. Belə ki, Nurəddin Rzayev hə-
kimliyi, bir tərəfdən, onun elmi-fəlsəfi təfəkkür tərzi
ilə, digər tərəfdən gözəl poetik duyumu və poeziya-
nı qiymətləndirmək istedadı və nəhayət, adi insani
müdriklik səriştəsi ilə tamalanır.
- 145 -
Nurəddin Rzayevi bir çox başqa alimlərdən
fərqləndirən əsas cəhətlərdən biri də onun intellek-
tual bütövlüyü, mənəvi-intellektual mühitə sıx bağ-
lılığıdır.
Yüklü zərəciklər ətrafında elektrik sahəsi ya-
ratdığı kimi, intellektlə yüklənmiş adamlar da ətra-
fında milli-intellektual mühit yaradırlar. Elə bil ki,
bu mühitlə qidalanır, burda nəfəs alırlar. Bu mühiti
formalaşdıran yüklü mərkəzlərin sayı və sahənin in-
tensiliyi azalanda intellektual aclıq yaranır.
Bəli, bioloji varlıq kimi insan üçün atmosfer
nədirsə, bir balıq üçün su nədirsə, vətəndaş üçün
milli-mənəvi mühit nədirsə, alim üçün elmi mühit
nədirsə, ziyalı üçün də mənəvi-intellektual mühit
odur. Bir tərəfdən ətrafa intelleklual sahə şüalandı-
rır, digər tərəfdən özü o şüalara möhtacdır.
Çox geniş tədqiqat diapazonuna malik olan,
istənilən elmi problemə fəlsəfi səviyyədə, metodo-
logiya müstəvisində baxmağı bacaran, mürəkkəb
məsələləri çox sadə şərh etməyi, ilk baxışda sadə
görünən məsələlərin isə dərin qatlarına enməyi ba-
caran, tək alimliyi ilə deyil, insanlığı və vətəndaşlığı
ilə də seçilən, sayılan Nurəddin Rzayevin bütöv ob-
razını yaratmaq çox çətindir. Ona görə də, mən bu
yazıda ancaq bəzi təəssüratlarımı qeyd etməklə ki-
fayətlənirəm.
“İpək yolu”, 1999, №2
- 146 -
Qürbətdə milli ruhun nisgili
(Professor Rafiq Qurbanov haqqında)
Sovet dövrün-
də bütün ittifaq miq-
yasında olduğu kimi
Azərbaycan fəlsəfi
fikrində də böyük
yeniliklər gözləmək
sadəlövhlük olardı.
Bununla belə xarici
dilləri bilən filosof-
ların bir qismi Qərb fəlsəfi fikrində gedən prosesləri
izləyir və yeri gələndə onlara tənqidi və «tənqidi»
münasibət bəsləyirdilər. Moskva fəlsəfi məktəbi də
əsasən marksist-leninçi təlim çərçivəsində fəaliyyət
göstərmək məcburiyyətində idi. Bununla belə
Moskva əyalətlərə, milli respublikalara nisbətən
azad fikirlik dərəcəsinə görə seçilirdi. Xüsusən elm
fəlsəfi sahəsində dünya fəlsəfi fikrinə inteqrasiya
olunmaq imkanları çox idi. İstedadlı həmkarımız
Rafiq Qurbanovu da Moskvaya çəkib aparan, görü-
nür məhz bu fərqli elmi mühitin cazibəsi idi.
Rafiq müəllimdən əvvəl də Moskvada azər-
baycanlı filosoflar və elmin digər sahələri ilə məş-
ğul olan alimlər olmuşdur. Amma Azərbaycan el-
- 147 -
minin Moskvadakı səfiri, təmsilçisi Rafiq müəllim
idi. Adətən elm adamları çox zaman qapalı olur, öz
elmi işləri ilə məşğul olurlar. Amma Rafiq müəllim
özündən çox başqaları üçün çalışırdı, Vətəndən ayrı
olmasının boşluğunu Azərbaycandan gələnlərlə dol-
dururdu. Moskvada özü üçün bir Azərbaycan mühiti
yaratmışdı. Seçdiyi ixtisasdan asılı olmayaraq Və-
təndən gəlmiş bütün aspirantlara yardımçı olar, on-
ların yaşadıqları yataqxanaya tez-tez baş çəkər, istər
elmi işləri, istərsə də yaşayış şəraitləri ilə maraqla-
nar, problemlərinin həllinə imkan daxilində öz kö-
məyini göstərərdi. Rafiq müəllimin hər kəsə bu qə-
dər diqqətli olması, başqalarının problemləri ilə
məşğul olması barədə çox düşünmüş və həmişə də
bu qənaətə gəlmişəm ki, onun qədər milli ruhlu,
şerə-sənətə bağlı bir adam öz mühitindən ayrı düş-
müşdüsə, orada da özü üçün milli mühit yaratmalı
idi. O, sanki dilemma qarşısında qalmışdı: ya elmi
seçməli idi, ya da qəlbindən gələn bir tələbata uy-
ğun həyat yaşamalı idi. Ya əqlin tələbatını, ya da ru-
hun tələbatını ödəməli idi. O, əqlin yolunu seçmiş,
onun naminə – fizikanın fəlsəfi məsələləri, elm fəl-
səfəsinin aktual problemləri üzrə tədqiqat aparmaq
üçün SSRİ EA-nın Fəlsəfə İnstitutundan ona edilən
təklifi qəbul etmişdi. Bu, Azərbaycan elmini İttifaq
miqyasında, yeri gələndə dünya miqyasında təmsil
etmək üçün böyük bir şans idi ki, Rafiq müəllim
bundan imtina etməmişdi. Lakin o, təbiətcə, xarak-
tercə beyinlə, zehni işlə yaşamaqla yanaşı, daha çox
Dostları ilə paylaş: |