Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   ...   24   25   26   27   28   29   30   31   32

 
- 143 -
edilməsi, pərakəndə  tədqiqatların  əsasında konsep-
tual sistem yaradılması təşəbbüsü xüsusi qeyd edil-
məlidir. 
Bu tədqiqatlar daha artıq yüksək intellektual 
səviyyəli bir ziyalının istənilən problemə öz müna-
sibətini bildirməsi deyildir. Onun bu sahədə gördü-
yü işlər peşəkar tədqiqatçılıq səciyyəsi daşıyır. On-
da sual ortaya çıxır ki, tamamilə bir-birindən fərqli 
elm sahələrində, məsələn, təbabətdə və tarixdə təd-
qiqatçılıq üçün Nurəddin müəllim necə vaxt tapır? 
Görünür, vaxtın düzgün bölünməsi, səmərəli istifa-
dəsi də yüksək mədəniyyətin təzahürlərindən biri-
dir. 
Bəs müxtəlif elm sahələrinə eyni dərəcədə 
marağın əsasında nə durur? 
Dünyanın maddi vəhdətindən çıxış edən Nu-
rəddin Rzayev müxtəlifliklər arasında əlaqəni, ümu-
miliyi görə bildiyindən onu öyrənərkən elmlər ara-
sında formalaşmış  ənənəvi sərhədləri «görmür» - 
vahid dünyaya vahid elmi platformadan baxır. Bu 
da filosofluğun daha bir əlamətidir. Vəhdət halında 
götürülmüş barlı-bəhrəli, nizamlı-düzümlü bütöv 
dünyanın bütövlükdə ehtiva edilməsi olur. Bu hiss 
fəlsəfi ehtiras adlanır. 
Filosofluğun bir əlaməti də insanın özünədər-
ki ilə yanaşı, özünə sevgisi, özünə hörmətidir. Daha 
doğrusu, insanlığa sevgi və hörmət  şəxsi timsalın 
prizmasından keçməlidir. 


 
- 144 -
Nurəddin müəllim başqalarına hörmətlə ya-
naşmağa bacardığı kimi, özünə hörmət etdirməyi 
bacaran şəxsdir. Beynəlxalq miqyasda müxtəlif elmi 
forumlarda iştirak təcrübəsi və şəxsi mənəvi keyfiy-
yətlərinin sayəsində onda elmi tədbirləri yüksək sə-
viyyədə təşkil etmək səriştəsi formalaşmışdır. Elmi 
məclislərin spesifikasının nəzərə alınması, elmi po-
lemikanın qaydalarına əməl etməsi və başqalarını da 
bu qaydalara dəvət etməsi onu bir elm təşkilatçısı 
kimi də örnək edir. 
Nurəddin Rzayevin həyatında çox önəmli bir 
məqamı bir rəmz olaraq nəzərə salmaq istərdim. 70-
80-cı illərin ziyalıları çox sanballı şəxsiyyətin: alim 
Xudu Məmmədovun,  şair Bəxtiyar Vahabzadənin, 
həkim Nurəddin Rzayevin və bir mahalın ağsaqqılı 
Zeynal Məmmədovun dostluğunu yaxşı xatırlayır-
lar.  İnsanlar arasında dostluq nümunələri çoxdur. 
Lakin, məhz bu dostluq ona görə ictimaiyyətin ya-
dında saxlanıb ki, o, şəxsi miqyaslı hadisə deyildi, 
həmin dövrdəki ziyalı mühitinin gözəl timsalı, müx-
təlif sahələri təmsil edən adamların yaradıcı  əmək-
daşlığının parlaq nümunəsi, rəmzi idi. Bu rəmz həm 
də Nurəddin Rzayev dünyasının hərtərəfli açılma-
sına imkan yaradır. Belə ki, Nurəddin Rzayev hə-
kimliyi, bir tərəfdən, onun elmi-fəlsəfi təfəkkür tərzi 
ilə, digər tərəfdən gözəl poetik duyumu və poeziya-
nı qiymətləndirmək istedadı  və  nəhayət, adi insani 
müdriklik səriştəsi ilə tamalanır. 


 
- 145 -
Nurəddin Rzayevi bir çox başqa alimlərdən 
fərqləndirən  əsas cəhətlərdən biri də onun intellek-
tual bütövlüyü, mənəvi-intellektual mühitə sıx bağ-
lılığıdır. 
Yüklü zərəciklər  ətrafında elektrik sahəsi ya-
ratdığı kimi, intellektlə yüklənmiş adamlar da ətra-
fında milli-intellektual mühit yaradırlar. Elə bil ki, 
bu mühitlə qidalanır, burda nəfəs alırlar. Bu mühiti 
formalaşdıran yüklü mərkəzlərin sayı və sahənin in-
tensiliyi azalanda intellektual aclıq yaranır. 
Bəli, bioloji varlıq kimi insan üçün atmosfer 
nədirsə, bir balıq üçün su nədirsə, vətəndaş üçün 
milli-mənəvi mühit nədirsə, alim üçün elmi mühit 
nədirsə, ziyalı üçün də  mənəvi-intellektual mühit 
odur. Bir tərəfdən  ətrafa intelleklual sahə  şüalandı-
rır, digər tərəfdən özü o şüalara möhtacdır. 
Çox geniş  tədqiqat diapazonuna malik olan, 
istənilən elmi problemə  fəlsəfi səviyyədə, metodo-
logiya müstəvisində baxmağı bacaran, mürəkkəb 
məsələləri çox sadə  şərh etməyi, ilk baxışda sadə 
görünən məsələlərin isə  dərin qatlarına enməyi ba-
caran, tək alimliyi ilə deyil, insanlığı və vətəndaşlığı 
ilə də seçilən, sayılan Nurəddin Rzayevin bütöv ob-
razını yaratmaq çox çətindir. Ona görə  də, mən bu 
yazıda ancaq bəzi təəssüratlarımı qeyd etməklə ki-
fayətlənirəm. 
 
“İpək yolu”, 1999, №2 


 
- 146 -
 
 
 
Qürbətdə milli ruhun nisgili 
(Professor Rafiq Qurbanov haqqında) 
 
Sovet dövrün-
də bütün ittifaq miq-
yasında olduğu kimi 
Azərbaycan fəlsəfi 
fikrində  də böyük 
yeniliklər gözləmək 
sadəlövhlük olardı. 
Bununla belə xarici 
dilləri bilən filosof-
ların bir qismi Qərb fəlsəfi fikrində gedən prosesləri 
izləyir və yeri gələndə onlara tənqidi və «tənqidi» 
münasibət bəsləyirdilər. Moskva fəlsəfi məktəbi də 
əsasən marksist-leninçi təlim çərçivəsində fəaliyyət 
göstərmək məcburiyyətində idi. Bununla belə 
Moskva  əyalətlərə, milli respublikalara nisbətən 
azad fikirlik dərəcəsinə görə seçilirdi. Xüsusən elm 
fəlsəfi sahəsində dünya fəlsəfi fikrinə inteqrasiya 
olunmaq imkanları çox idi. İstedadlı  həmkarımız 
Rafiq Qurbanovu da Moskvaya çəkib aparan, görü-
nür məhz bu fərqli elmi mühitin cazibəsi idi.  
Rafiq müəllimdən  əvvəl də Moskvada azər-
baycanlı filosoflar və elmin digər sahələri ilə  məş-
ğul olan alimlər olmuşdur. Amma Azərbaycan el-


 
- 147 -
minin Moskvadakı  səfiri, təmsilçisi Rafiq müəllim 
idi. Adətən elm adamları çox zaman qapalı olur, öz 
elmi işləri ilə məşğul olurlar. Amma Rafiq müəllim 
özündən çox başqaları üçün çalışırdı, Vətəndən ayrı 
olmasının boşluğunu Azərbaycandan gələnlərlə dol-
dururdu. Moskvada özü üçün bir Azərbaycan mühiti 
yaratmışdı. Seçdiyi ixtisasdan asılı olmayaraq Və-
təndən gəlmiş bütün aspirantlara yardımçı olar, on-
ların yaşadıqları yataqxanaya tez-tez baş çəkər, istər 
elmi işləri, istərsə də yaşayış şəraitləri ilə maraqla-
nar, problemlərinin həllinə imkan daxilində öz kö-
məyini göstərərdi. Rafiq müəllimin hər kəsə bu qə-
dər diqqətli olması, başqalarının problemləri ilə 
məşğul olması barədə çox düşünmüş  və  həmişə  də 
bu qənaətə  gəlmişəm ki, onun qədər milli ruhlu, 
şerə-sənətə bağlı bir adam öz mühitindən ayrı düş-
müşdüsə, orada da özü üçün milli mühit yaratmalı 
idi. O, sanki dilemma qarşısında qalmışdı: ya elmi 
seçməli idi, ya da qəlbindən gələn bir tələbata uy-
ğun həyat yaşamalı idi. Ya əqlin tələbatını, ya da ru-
hun tələbatını ödəməli idi. O, əqlin yolunu seçmiş, 
onun naminə – fizikanın fəlsəfi məsələləri, elm fəl-
səfəsinin aktual problemləri üzrə  tədqiqat aparmaq 
üçün SSRİ EA-nın Fəlsəfə İnstitutundan ona edilən 
təklifi qəbul etmişdi. Bu, Azərbaycan elmini İttifaq 
miqyasında, yeri gələndə dünya miqyasında təmsil 
etmək üçün böyük bir şans idi ki, Rafiq müəllim 
bundan imtina etməmişdi. Lakin o, təbiətcə, xarak-
tercə beyinlə, zehni işlə yaşamaqla yanaşı, daha çox 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə