Microsoft Word S?xsiyy?tl?r W-2003 formatted new doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/32
tarix17.09.2017
ölçüsü5,01 Kb.
#438
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

 
- 120 -
edə bilir? Hansı  mərmər parçası «Elegiya» kimi 
musiqiyə çevrilib? Bəs Heydər Əliyevin məğrur si-
masını qranitlərdə yenidən canlandırmaq hansı  sə-
nətkarın qüdrətidir? Axı, nəyə görə biz öz klassiklə-
rimizi sağlığında yetərincə dəyərləndirə bilmirik?  
 
İki Akademiya 
Əslində akademik Ö.Eldarovun sənət dünyası 
ayrıca bir Akademiyadır. Onun yaradıcılığına həsr 
olunmuş «Ömər Eldarov. Heykəltəraşlıq…Bakı, 
2005» kitabi isə bu Akademiyaya giriş hesab oluna 
bilər. Burada sənətkarın həyat və yaradıcılığı haq-
qında yığcam bir məlumatdan sonra onun ayrı-ayrı 
əsərləri, yaratdığı  sənət abidələri haqqında söhbət 
açılır, heykəllərin müxtəlif rakurslarda təsviri veri-
lir. Kitab öz oxucu-tamaşaçılarını  rəsm  əsərlərinə 
çevrilmiş heykəllərlə tanış edir; istər-istəməz bu 
abidələri üçölçülü fəzada, gerçək həyatda görmək 
arzusu baş qaldırır. Bunun üçün isə bütün Bakı şə-
hərini və  hətta bütün ölkəni gəzmək kifayət etmir. 
Ö.Eldarovun bir sıra  əsərləri bizi xarici ölkələrdə 
təmsil etməklə Azərbaycanın sənət elçilərinə çev-
rilmişdir. Amma «dənizin dadını bilmək üçün onu 
bütövlükdə içməyə ehtiyac yoxdur; elə bir damla da 
bəs edər» düşüncəsi ilə yaxında olan, əlçatan  əsər-
lərlə canlı ünsiyyət qurduq. Daha sonra onun qurdu-
ğu ikinci bir akademiya ilə – Azərbaybaycan Dövlət 
Rəssamlıq Akademiyası ilə tanış olduq. 


 
- 121 -
Ömər müəllimin son illərdə  ərsəyə  gətirdiyi 
ən mühüm əsərlərdən biri məhz bu Akademiyadır. 
Biz bu böyük sənətkarla görüşmək, onun yeni yara-
dıcılıq axtarışları ilə, davamçılarının, gənc heykəl-
təraşların işləri ilə tanış olmaq üçün Rəssamlıq Aka-
demiyasına yollandıq. 
Gənc sənətkarların əl işləri ilə, real yaradıclıq 
prosesləri ilə tanış olmaqda bizə Akademiyanın pro-
rektoru Validə xanım yardımçı oldu. Burada əsl ya-
radıcılıq mühiti, bir sənət ab-havası var idi. Biz 
müəllimlərlə tələbələr arasında səmimi, bərabər hü-
quqlu bir münasibətin şahidi olduq. Maləsəf, indi ali 
məktəblərimizin çoxunda çatışmayan bir mühit... 
Buna  şərait yaradan bir neçə amili xüsusi 
qeyd etmək istərdim: 
Birincisi, mənəvi təmizlik. Çirkab içərisində, 
təmənna olan yerdə səmimiyyətdən söhbət gedə bil-
məz. 
İkincisi, münasibətlərdə bəlkə də sənətin özü-
nün təlqin etdiyi bir sevgi, doğmalıq, qayğı; gənc-
lərin özlərini öz evlərində, öz ailələrində hiss et-
məsi. 
Üçüncüsü, yaradıcı mühit. Daxili azadlığın tə-
xəyyülə açdığı meydan və gənc sənətkarların öz ide-
yalarını  sınaqdan keçirə bilməsi üçün yaradılmış 
şərait, texniki təchizat da daxil olmaqla.. 
Və  nəhayət, ustadlarla bilavasitə  təmas, onla-
rın yaradıcılığını izləmək və bu prosesin iştirakçısı 
olmaq, öz xəyalları ilə baş alıb çox uzaqlara uçmaq-


 
- 122 -
dan çəkinməmək, həmişə ustad bələdçinin dəstəyini
himayəsini hiss etmək. 
Əslində bu Akademiyada digər ali məktəb-lə-
rimiz üçün örnək ola biləcək çox cəhətlər vardır, 
amma indi mən bu Akademiyanın da, neçə-neçə 
böyük sənət  əsərlərinin də müəllifi olan böyük sə-
nətkarımız Ömər Eldarovun özündən bəhs etmək 
istəyirəm. 
 
Ziyalı abidəsi  
Ömər Eldarovun əsərləri içərisində  ən böyük 
abidələrdən biri də onun yaşatdığı ziyalı obrazıdır. 
Əslində bu dəfə mən onun əsərlərini yox, şəxsiyyə-
tini nəzərdə tuturam. Təəssüflər olsun ki, indiki zi-
yalı kasadlığı  şəraitində Ömər Eldarov ziyalılığı 
yüksək səviyyədə  təcəssüm etdirmək baxımından, 
özü də unikal bir abidədir – canlı abidə! Sadəliyi
təvazökarlığı, sənətə vurğunluğu ilə, işinə yüksək 
məsuliyyətlə yanaşması, yaşının bu çağında yaradı-
cılıq əzmi və nəhayət, təşkilatçılığı, dövlətə və xalqa 
bağlılığı ilə çoxlarından seçilən Ömər müəllim zi-
yalılığın və vətəndaşlığın yüksək timsalıdır. 
Ömər müəllimi səciyyələndirən cəhətlərdən 
biri də onun az danışması, çox vaxt sadəcə susması-
dır. Belə təəssürat yarana bilər ki, görünür, öz sözü-
nü sənətilə daha gözəl deyən Ömər Eldarov danış-
maqda, fikrini sözlə ifadə etməkdə  çətinlik çəkir. 
Amma yaxından tanışlıq göstərdi ki, Ömər müəllim 
dərin fəlsəfi təfəkkürə malik bir şəxs olmaqla ya-


 
- 123 -
naşı, öz düşüncələrini də  məhz fəlsəfi dildə gözəl 
ifadə edə bilir. Çox vaxt susmağının səbəbi də  əs-
lində elə bununla bağlı imiş. O məhz adi söhbətlərə 
qoşulmağı, boğazdan yuxarı, trafaret ifadələrlə da-
nışmağı xoşlamırmış. Amma gerçəkdən yeni bir 
ideya, sənət haqqında dərin bir düşüncə onu sil-
kələyir və o, fikrin alt qatındakı diskursda ən gözəl 
həmsöhbət olur. Bəsit söhbətləri sevməməsi, artıq 
danışıqlardan qaçması mənə onun sənəti ilə bağlı bir 
hikməti xatırlatdı. Hansı isə böyük bir heykəltəra-
şın, səhv eləmirəmsə, Rodenin dediyi kimi, hər daş-
da bir heykəl yatır; sənətkar bura nə isə əlavə etmir, 
əksinə, onun vəzifəsi artıqları yonub-götürməkdir. 
Mahiyyət ancaq artıqlar atılanda üzə  çıxır. Ömər 
müəllim öz sənətində məhz bu işlə məşğuldur; üzdə 
olan, artıq olan və mahiyyəti malalayan nə varsa, 
ondan xilas olmaq. Söhbətlərində  də zahirilikdən, 
bəsitlikdən, təkrarlardan qaçır. Ancaq zəruri olanı 
deyir, mahiyyəti ifadə etməyə çalışır: sözü ilə  də, 
sənəti ilə də!  
 
Daşın poeziyası 
Nəyə görə poeziya haqqında çox yazılır, hər 
bir kiçik şeir də bəzən təhlil olunur, rəsm əsərləri və 
monumental sənət növü, heykəllər, abidələr haqqın-
da isə fikir mübadiləsi nadir hallarda aparılır? 
Görünür, sözü sözə çevirmək daha asandır. 
Poeziya sənət olsa da, hər halda sözlə ifadə olunmuş 
bir sənətdir. Onun nəbzi vurur, nəfəsi eşidilir, yarat-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə