Microsoft Word talibova konul doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix23.01.2018
ölçüsü0,71 Mb.
#22262
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

40 

 

        Məlumdur  ki,  aparılan  aqrar  islahatlar,  ilk  növbədə  ölkə  əhalisinin  ərzaq 



təminatının  yaxşılaşdırılmasına,  əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsinə 

xidmət edir.  Bu baxımdan son illər aqrar sahədə, o cümlədən bitkiçilikdə əldə 

edilən  iqtisadi  artım  adambaşına  kənd  təsərrüfatı  məhsulları  istehsalının  

həcminin yüksəldilməsinə əlverişli şərait yaratmışdır; bax cədvəl 9. 

        Cədvəl  9-un  təhlilinin  göstərdiyi  kimi,  son  illər  adambaşına    bitkiçilik 

məhsulları istehsalında artım meylləri  müşahidə edilmişdir. Belə ki, 1995-ci illə  

müqayisədə  2012-ci  ildə  adambaşına  taxıl  istehsalı  2,5  dəfə,  şəkər  5,5  dəfə, 

tərəvəz 2,6 dəfə, bostan bitkiləri 8 dəfə, meyvə və giləmeyvə 6,3 dəfə artmışdır. 

       Aadambaşına  istehsalın  və  istehlakın  səviyyəsinə  də  əhəmiyyətli  dərəcədə 

təsir  göstərmişdir.  Belə  ki,  müqayisə  olunan  dövrdə  adambaşına  istehlakın  

səviyyəsi  taxıl  məhsulları  üzrə  10,0%,  şəkər  üzrə  14,4%,  tərəvəz  üzrə  44,4%, 

kartof  üzrə  50,1%  artmışdır.  Adambaşına  istehsalın  və  istehlakın  səviyyəsinin  

artması  eyni  zamanda  istehsalın  tələbatda  xüsusi  çəkisinin  yüksəlməsilə  də 

müşayiət    olunmuşdur.  Məlumatlardan  göründüyü  kimi,  son  illər  adambaşına 

taxıl  istehsalının  artımı  istehsalın  tələbat  normasını  üstələməsinə  təsir 

göstərmişdir.  

          Təhlil  göstərir ki  adambaşına  məhsul istehsalı  və istehlakın  səviyyəsində 

müsbət  meyllərlə  yanaşı,  istehlak  səviyyəsi  əksər  məhsul  növləri  üzrə  tələbat  

normasından  aşağıdır.  Bu  isə  belə  qənaət  gəlməyə  əsas  verir  ki,  hələ  də  ərzaq 

istehlakı  daxili  istehsal  hesabına  qənaətbəxş  dərəcədə  ödənilmir  və  idxal 

kanallarının xüsusi çəkisi yetərli olaraq qalır. 

         Qeyd  edilməlidir  ki,    bitkiçilikdə  sosial-iqtisadi  inkişafın  səviyyəsinə 

məhsul   satışının nəticələri və o cümlədən  rentabellik  səviyyəsi  də  əhəmiyyətli 

təsir    göstərir.  90-cı illərin  əvvəllərindən bazar iqtisadiyyatına  keçidlə  əlaqədar  

dövlət    kənd  təsərrüfatı  və  ərzaq  məhsullarının  bölüşdürülməsi  sferasından 

demək  olar    ki,  tamamilə  uzaqlaşmışdır.  1992-ci  ildə  etibarən  tədarük 

fəaliyətində dövlət    fondlarının xüsusi  çəkisi bütün  məhsul növləri üzrə kəskin 

şə

kildə  məhdudlaşdı.  Nəinki  dövlət  tədarükünün  həcmi,  eləcə  də  aqrar-sənaye 



məhsullarının  yenidən    bölüşdürülməsi  üzrə  dövləti  fəaliyyətində    miqyası  və 

tədarükün    formalaşması  da  dəyişilmişdir.Bu  isə  ilk  növbədə  təsərrüfat 




41 

 

subyektinin  özəlləşdirilməsi,  ərzaq    məhsullarının  emalı  və  satışı  sferasının 



praktik  olaraq    xüsusi  sektora  məxsus    olması  ilə  bilavasitə  əlaqədardır.  Aqrar 

ə

rzaq  məhsullarının  bölüşdürülməsində  birbaşa  əlaqələndirici  agent  kimi 



dövlətin  rolu  kəskin  şəkildə  aşağı  düşmüşdür.  Bazarda  yeni  tip  vasitəçilər 

yaranmışdır. Xüsusilə özəl vasitəçilər sektoru geniş şəkildə inkişaf etmişdir.  

          Aqrar  ərzaq  məhsullarının  reallaşdırılması  kanalları  çoxsaylı  xarakter 

daşıyır.  Adətən  kənd  təsərrüfatı  istehsalçıları  öz  məhsullarını    bir  neçə  alıcılar  

qrupu  vasitəsilə  reallaşdırırlar.  Kənd    təsərrüfatı  xammalı  və  ərzaq  bazarı 

müxtəlif    istiqamətdə  inkişaf  etmişdir.  Birincisi,  vasitəçilik  sektoru  hazır 

məhsullar  bazarından    əvvəl  formalaşmışdır.Kənd  təsərrüfatı  xammal  bazarı 

ə

rzaq bazarı ilə  müqayisədə qıtlıq səbəbindən aşağı rəqabətlidir. Bu bir tərəfdən 



kənd təsərrüfatı əmtəə istehsalçıları tərəfindən təklifin həcminin məhdudlaşması 

ilə  bağlıdır.  Digər  tərəfdən  aqrar  zəif  rəqabət  tənzimlənməsinin  regional 

hakimiyyətin  təsirinə  məruz  qalması  ilə  bağlıdır  ki,  bu  da  kənd  təsərrüfatı 

istehsalçıları  üçün    alıcı  seçmək  imkanlarını  məhdudlaşdırır.  Aqrar  sahədə 

rentabellik  səviyyəsinin  yüksək  olması  son  nəticədə  istər  istehsalın  mənfəətli 

işləməsi,  istərsə  də  pul  gəlirlərinin  həcminin  artmasının  nəticəsi  kimi 

dəyərləndirilir.  Bu  isə  kənd  təsərrüfatı  əmtəə  istehsalçılarının  iqtisadi  cəhətdən 

stimullaşdırılmasının  əyani  göstəricisidir.  Müxtəlif  səbəblər    üzündən  məhsul 

satışının zərərlə yekunlaşması və onun davamlı xarakter daşıması  son nəticədə 

daxili  ərzaq  bazarında  yerli  istehsalın  xüsusi  çəkisinin  aşağı  düşməsinə  gətirib 

çıxarır. 

         Təhlil  göstərir  ki,  1995-ci  illə  müqayisədə  2009-cu  ildə  bitkiçilik  

məhsullarının  iqtisadi  göstəricilərində  müsbət  tendensiyalar  müşahidə 

edilməkdədir; bax  cədvəl 10. 

 

 

Cədvəl 10



 

1995-2012-ci illərdə Azərbaycan Respublikasında bitkiçilik məhsulları 

istehsalının  iqtisadi göstəriciləri 

Məhsullar 

1995 

2000 


2005 

2012 



42 

 

1 sent 



məh. 

maya 


dəyəri, 

man  


Rentab

ellik 


səviyyə

si % 


1 sent 

məh. 


maya 

dəyəri, 


man 

Rentabell

ik 

səviyyəsi 



1 sent 


məh. 

maya 


dəyəri, 

man 


Rentabellik 

səviyyəsi 

1 sent 


məh. 

maya 


dəyəri, 

man 


Rentabellik 

səviyyəsi 

Dənli və dənli- -



paxlalılar 

4,69 


44,0 

8,88 


7,9 

8,05 


35,5 

12,84 


36,3 

Xam pambıq 

23,45 

-6,6 


26,14 

-30,7 


21,64 

26,3 


31,37 

0,45 


Şə

kər çuğunduru 

3,46 

-17,7 


2,38 

-11,3 


2,99 

6,3 


3,53 

6,3 


Tütün 

50,89 


-17,7 

53,79 


-2,9 

31,65 


37,3 

48,87 


25,3 

Kartof 


23,27 

-31,6 


13,27 

-31,4 


11,06 

25,4 


20,34 

67,8 


Tərəvəz 

4,89 


-39,3 

7,82 


-9,1 

4,70 


20,3 

7,94 


36,0 

Bostan 


məhsulları 

2,48 


-11,0 

3,33 


14,3 

5,80 


19,6 

8,33 


32,3 

Üzüm  


10,08 

-13,3 


12,81 

-12,6 


10,54 

1,8 dəfə 

21,56 

30,7 


Meyvə, 

giləmeyvə  

3,82 

-29,4 


5,57 

4,0 


6,81 

20,0 


13,81 

47,6 


Çay yarpağı 

17,68 


5,8  

26,03 


8,0 

25,5 


5,5 

43,64 


-1,8 

 

       1995-ci  ildə  dənli  və  dənli-paxlalılar,  çay  yarpağı  istisan  olmaqla  digər 

bitkiçilik məhsullarının istehsalının göstəriciləri zərərlə yekunlaşmışdır.  Kartof  

istehsalında  zərərlik  səviyyəsi  31,6%,  xam  pambıqçılıqda  6,6%,  üzümçülükdı 

13,3%, şəkər çuğunduru istehsalında 17,7%, tərəvəzçilikdə 39,3%, tütünçülükdə  

17,7%   təşkil etmişdir. 2000-ci ildə xam pambıq, şəkər çuğunduru, tütün, kartof,  

tərəvəz,  üzüm  istehsalının  zərərlə  nəticələnməsi,  rentabelli  sahələrin  sayını 

azaltmışdır. Ən yüksək  rentabellik çayçılıqda, taxılçılıqda əldə edilmişdir. 

        2005-2012-ci  illərdə  bitkiçilik  üzrə  zərərlə  işləyən  sahələrin  sayı  azalmış, 

istehsalın  rentabellik  səviyyəsi  yüksəlmişdir.  Belə  ki,  ən  yüksək  rentabellik 

səviyyəsinə  üzümçülükdə,  meyvəçilikdə,  kartofçuluqda  çatılmışdır.  Yalnız  çay 

yarpağı istehsalı zərərlə (1,8%)  nəticələnmişdir.  

        Son  nəticədə  qeyd  edilməlidir  ki,  bitkiçiliyin  mövcud  durumunu  təhlil  

edərək  belə  qənaətə  gəlmək  olar  ki,  respublikanın  kənd  təsərrüfatının  bu  sahə 

quruluşunun 

təkmilləşdirilməsinə, 

 

 

aqrar 



bazar 

infrastrukturların 

formalaşdırılmasına,  regional  topdansatış  bazarlarının  yaradılmasına  kəskin 

ehtiyac  vardır.    Bitkiçilikdə  adı  çəkilən  problemlərin  həlli  Azərbaycan 

Respublikası  Prezidentinin    2009-2013-cü  illərdə  Azərbaycan  Respublikası 

Regionların  sosial-iqtisadi  inkişafının  Dövlət  Proqramı  ilə  bağlı  fərmanının 

yerinə yetirilməsi, regionlarda iş yerlərinin yaradılması istiqamətində ən mühüm 

addım olar. 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə