Microsoft Word talibova konul doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə17/25
tarix23.01.2018
ölçüsü0,71 Mb.
#22262
1   ...   13   14   15   16   17   18   19   20   ...   25

49 

 

          Yuxarıda  göstərilən  regional  mərkəzlərinin  inkişafında,digər  amillərlə 



yanaşı,  onların  qloballaşma  şəraitində  əhəmiyyətinin,getdikcə  artan  iqtisadi 

coğrafi  mövqeyinin  təsiri  də  böyükdür.Adları  çəkilən  şəhərlər  “ pək  yolu” 

üzərində  və  ona  qonşu  ərazilərdə  yerləşir.  Onların  əksəriyyəti  həm  də  iri  kənd 

təsərrüfatı  zonalarının  mərkəzində  və  əhəmiyyətli  faydalı  qazıntı  yataqlarının  

yaxınlığında  yerləşir  ki,  bütün  bunlar  da  şəhərəmələgətirmə  xüsusiyyətinə 

malikdir. 

          Azərbaycan  Respublikasının  ictimai  əmək  bölgüsündə  mühüm  yer  tutan 

Aran  iqtisadi  rayonunun  ərazisində  Ağcabədi,Yevlax,Ağdaş,Göyçay,Ucar, 

Kürdəmir,Zərdab, mişli,Sabirabad,Hacıqabul,Salyan,Neftçala,Biləsuvar,Saatlı 

rayonları,Mingəçevir və Şirvan şəhərləri daxildir. Sahəsi 21,1 min kv.km,əhalisi 

1520,3 min nəfərdir. 

           qtisadi  frayonda  istehsal  olunan  ümumi  sənaye  məhsulunun  xeyli 

hissəsini verən yüngül sənayenin əsasını pambıq parça,yunun emalı,tikiş,pambıq 

təmizləmə müəssisələri təşkil edir. 

          Müharibədən (1941-1945) sonrakı illərdə Mingəçevir şəhərində iri pambıq 

parça  kombinatının  tikilməsi  ilə  əlaqədar  olaraq  iqtisadi  rayon  respublikanın 

mühüm  toxuculuq  mərkəzlərindən  birinə  çevrilmişdir.Yevlaxda  yunun  emalı 

fabrikinin  işə  salınması  yüngül  sənayenin  daha  da  inkişaf  etməsinə  səbəb 

olmuşdur. 

          Bərdə,Yevlax,Salyan,Sabirabad,Şəki  və  Ucar  pambıqtəmizləmə  zavodları 

iqtisadi rayonun iri ixtisaslaşmış yüngül sənaye müəssisələrindəndir.Bu zavodlar 

rayon  üzrə  istehsal  edilən  yüngül  sənaye  məhsulunun  çox  hissəsini  verir.Xam 

pambıqdan alınan malların əksər hissəsi ğlkədən kənara göndərilir. Bundan əlavə 

iqtisadi  rayonda  pambıqtəmizləmə  fabriki,xalçaçılıq  emalatxanaları,tikiş 

fabrikləri,istehlak  kombinatları  və  s.  fəaliyyət  göstərir.Yüngül  sənaye 

müəssisələrinin özəlləşdirilməsi sahənin sürətli inkişafına səbəb olacaqdır. 

          Yerli  xammal  emal  edən  yeyinti  sənayesi  iqtisadi  rayonun  əsas  sənaye 

sahələrindən  biridir.  Rayonda  respublika  əhəmiyyətli  bir  sıra  yeyinti  sənaye 

müəssisələri  yerləşir.  Bunlardan  Şirvan  şəhərində  yağ  ekstrak  zavodunu,Bankə 

qəsəbəsindəki  balıq  kombinatını,Qazıməmməd  şəhərində  yerləşən  balıq 




50 

 

yetişdirmə  zavodunu,Yevlax  şəhərindəki  tütün-fermentasiya  zavodunu,  yonun 



yerli xammal əsasında mövsüm əzində on min tonlarla üzüm emal edən çoxsaylı 

ilkin  şərab  avodlarını,Ucar  meyvə-tərəvəz  konserv,  Göyçay  nar  şərabı  istehsal 

edən konserv zavodlarını və s. qeyd etmək olar. 

           qtisadi rayonun şəhərlərində  və inzibati rayon mərkəzlərində yağ,süd,ət 

emalı  müəssisələri,unüyütmə  və  çörəkbişirmə,Şərq  şirniyyatı,  heyvandarlığın 

inkişafı  üçün  yem  istehsalı  və  s.  müəssisələri  vardır.  qtisadi  rayonda  yeyinti 

sənaye müəssisələrinin özəlləşdirilməsi proqramı həyata keçirilir. 

          Aran  iqtisadi  rayonunun  şəhərlərindən  Mingəçevir,Yevlax,Şirvan,Salyan 

şə

hərləri respublika əhəmiyyətli mərkəzlərə çevrilmişlər. 



          Yevlax  şəhəri  sənayesinin  strukturunda  yüngül  sənayenin  xüsusi  şəkisi 

böyükdür.Onun sənaye məhsulunun 85%-dən çoxunu yüngül sənaye tutur. 

          Şəhərdə  yeyinti  və  yem  sənayesi  xeyli  inkişaf  etmişdir.  Yeyinti 

sənayesinin  ən  böyük  müəssisəsi  Yevlax  tütün  fermentləmə  zavodudur.  Yerli 

ehtiyaclara  xidmət  edən  çörək  zavodu,pivə  zavodu  və  s.  istehsal  gücü 

məhduddur.  Yevlax  taxıl  məhsulları  kombinatının  respublikanın  bir  sıra 

rayonlarının qüvvəli yemlə təmin edilməsində rolu böyükdür. 

          Salyan şəhəri Lənkəran rayonuna və  rana gedən mühüm nəqliyyat yolları 

üzərində  yerləşir.Yerli  xammal,  əlverişli  iqtisadi  –coğrafi  mövqe  kooperasiya 

ə

laqələri  Salyan  şəhərinin  Şirvan-Salyan  sənaye  qovşağının  mühüm 



maşınqayırma,yüngül və yeyinti sənayesi mərkəzidir. 

          Vacib  məsələlərdən  biri  də  şəhər  və  rayonların  sənaye  strukturunun 

təkmilləşdirilməsidir.  Hazırda  Aran  iqtisadi  rayonunda  başlıca  olaraq  kənd 

təsərrüfatı və ya mineral xammallarının ilkin emalına əsaslanaraq sənaye hələ də 

birtərəfli  inkişaf  etdirilir,  əmək  tutumlu  sahələrdə,ən  əvvəl  yeyinti  və  yüngül 

sənayedə kifayət qədər iş yerləri yaradlmamışdır. Bunun nəticəsi olaraq rayonun 

ə

ksəriyyətində işləməyənlərin xüsusi çəkisi yüksəkdir. 



          Aran iqtisadi rayonunda sosial infrastruktur sahələri kifayət qədər inkişaf 

etməmişdir.Bunun  başlıca  səbəbi  odur  ki,  son  25  il  ərzində  Azərbaycan  üzrə 

sosial infrastruktur sahələri üçün ayrılmış vəsaitin ümumi həcminin tıqribən  35-

38%-i yalnız Abşeron iqtisadi rayonunun payına düşməsidir. 




51 

 

          Qeyd  etmək  lazımdır  ki,ilkin  emal  edildikdən  sonra  mineral  xammal  və 



kənd təsərrüfatı ehtiyatları yenidən emal olunmaq və hazır məhsul kimi istehsal 

olunmaq  məqsədi  ilə  respublikanın  şəhər  və  rayonlarının  əksəriyyətindən  

Abşeron  iqtisadi  rayonuna  və  respublikada  kənara  aparılır.  Halbuki,  yerlərdə 

məhsulları  hazırlıq  səviyyəsinə  çatdıran  müvafiq  istehsalın  yaradlması  Aran 

iqtisadi  rayonunun iqtisadiyyatının  kompleks inkişafına,nəqliyyat  daşımalarının 

azaldılmasına  və  bununla  əlaqədar  olaraq  ,  xammal  və  yarımfabrikatların 

itkisinin azaldılması hesabına məhsulun maya dəyərinin aşağı salınmasını təmin 

edə  bilər.  Bu  həmçinin  məhəlli  ərazi  istehsal  komplekslərinin  formalaşması  və 

inkişafı prosesini xeyli sürətləndirə bilərdi. 

          Aran  iqtisadi  rayonunda  sahələrarası  komplekslərin  daha  da  inkişaf 

etdirilməsinin əsas vəzifəsi aşağıdakılardan ibarətdir: 

1.

  Təsərrüfat  kompleksinin  səmərəli  fəaliyyət  göstərməsi  mənafelərindən 



çıxış edərək, yeni müəssisələr hesabına onların tərkibini artırmaq lazımdır. 

2.

  Sahələrarası  komplekslərin  daxilində  və  arasında  elə  ərazi  nisbətləri 



yaradılmalıdır  ki,  bu  Aran  iqtisadi  rayonunda  yerli  imkanlardan  daha 

səmərəli  istifadə  edilməsinə  və  onların  inkişafı  qarşısında  duran  sosial-

iqtisadi problemlərin həllinə kömək etmiş olsun. 

          Aran  iqtisadi  rayonunda  işləməyən  əhalinin  böyük  bir  qisminin  ictimai 

istehsala  cəlb  etmək  məqsədilə  kənd  yerlərindəkənd  təsərrüfatı  mallarının 

yenidən  emal  edilməsi  və  onların  saxlanılması  üzrə  çox  da  böyük  olmayan 

müəssisələr,xalq  istehlakı  malları,o  cümlədən  yüngül  və  yeyinti  müəssisələri 

yaratmaq məqsədə uyğundur. Bu zaman mövcud yerin əhalisində ənənəvi olaraq 

yaranmış  əmək  vərdişlərinin  xüsusiyyətləri  ,  əmək  ehtiyatlarının  strukturu  və 

ixtisas  səviyyəsi  ,  kadr  hazırlığının  formaları  nəzərə  alınmaqlaevlərə  iş 

verilməsinin,tikinti  briqadalarının,istehsal  kooperativlərinin  ,xarici  ölkələrdə 

müştərək  müəssisələr  yaradılmasının  və  s.  imkanlarından  geniş  istifadə 

olunmalıdır. 

          Yerli  bələdiyyələr  də  göstərilən  vəzifələrin  müvəffəqiyyətlə  həllində 

mühüm rol oynamalıdırlar.  stifadə olunmayan ehtiyat və imkanları, xüsusilə də 

istehsal güclərindən daha çox istifadə edilməsi , xalq istehlakı malları istehsalı, 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə