Microsoft Word talibova konul doc



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix23.01.2018
ölçüsü0,71 Mb.
#22262
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

43 

 

         Azərbaycanda,o cümlədən Aran iqtisadi rayonunda heyvandarlığın qırmızı 

və naxır,qoyunçuluq və keçiçilik,atcılıq və dəvəçilik,quşculuq və s. formalarının 

inkişaf  etdirilməsi  imkanları  genişdir.Qoyunçuluğun  yaylaq  qışlaq  şəraitində 

inkişaf etdirilməsi əlverişlidir. 

      Heyvandarlığın intensiv metodlar əsasında inkişaf etdirilməsi əhalinin ərzaq 

məhsullarına  olan  tələbatının  yerli  istehsal  hesabına  tam  ödənilməsi,yüngül 

sənaye  sahələrinin  inkişaf  etdirilməsi  ,əhalinin  işsizlik  probleminin  həllində 

mühüm əhəmiyyəti vardır. 



       xtisaslaşdırılmış  yemçilik  təsərrüfatlarının  yaradılması,təsərrüfatda  yem 

bitkiləri  əkininin  genişləndirilməsi  və  inkişaf  etdirilməsi,heyvandarlığın 

möhkəm  yem  bazasının  yaradılması  və  yaxşılaşdırılması  ilə  yanaşı,bitkiçilikdə 

növbəti əkin sisteminin tətbiqini təmin etmiş olar. 



      Heyvandarlığın  müasir  elmi  texnoloji  tələblər  səviyyəsində  inkişaf 

etdirilməsi  üçün  müxtəlif  ixtisaslaşdırılmış  xidmət  sahələrinin  təşkili 

ixtisaslaşmış  xidmət  göstərən  sahibkarların  yaradılması  heyvandarlığın 

inkişafı,məhsul bolluğu yaradılması mühüm əhəmiyyət kəsb edir. 



       Əhalinin heyvandarlıq məhsullarına olan tələbatın ödənilməsi indiki şəraitdə 

real səviyyədə məhsul istehsalına nail olmaq məqsədilə heyvandarlığın intensiv 

amillərə  əsasən  inkişaf  etdirilməsi  və  nəticədə  istənilən  səviyyədə  məhsul 

istehsalına nail olunması ölkə qarşısında duran aktual məsələdir. 



      Aran  rayonunda  torpaqların  eroziyasının  qarşısının  alınması,şoranlaşmanın 

azaldılması,su  resurslarının  çirklənməsi,torpaq  qatının  kimyəvi  tərkibinin 

dəyişməsi,torpaqların  sənaye  tullantıları  ilə  çirklənməsi  onun  əsas  ekoloji 

problemləridir. 



     Aran  rayonunun  kənd  təsərrüfatında  tətbiq  olunan  mineral  gübrələrin  və 

zəhərləyici  kimyəvi  maddələrin  elmi  cəhətdən  əsaslandırılmış  norma  üzrə 

istifadə  edilməsi  atmosferin,su  və  torpaq  resurslarının  çirklənməsinin  qarşısını 

almaqla  yanaşı  bir  sıra  sosial-iqtisadi  məsələlərin  həllində  də  mühüm  rol 

oynayır. 

 

 



44 

 

§2.2. Yüngül və yeyinti sənayenin inkişafı və ərazi təşkili 



 

          Azərbaycan Respublikası əlverişli coğrafi mövqeyə, zəngin təbii şəraitə və 

rəngarəng    təbii  ehtiyatlara  malik  olduğundan  çoxnövlü    təsarrüfat  sahələri  ilə 

tanınır. Belə təsərrüfat sahələrindən biri də xalq istehlakı malları istehsalı,yeyinti 

və yüngül sənayesidir. Son illərdə ÜDM-da yeyinti sənaye-15,1%,yüngül sənay -

2,9% xüsusi çəkiyə malik olmuşdur. 

          Xalq istehlakı malları dedikdə, əhalinin gündəlik tələbatını ödəyən mallar- 

parça,paltar,ayaqqabı,ev  əşyaları  və  s.  başa  düşülür.  Bu  mallar  əsasən  yüngül 

sənaye  müəssisələrində istehsal olunur. Yüngül sənaye  yuyucu,əyirici,boyayıcı, 

toxuculuq,tikiş.xəz-dəri,gön-ayaqqabı  kimi  sahələrdən  ibarətdir.Yüngül  sənaye  

kənd 

təsərrüfatından 



və 

kimya 


sənayesindən 

xammal, 


boyayıcı 

maddələr,maşınqayırmadan  dəzgah  və  avadanlıq  alır.  Yüngül  sənaye    əmək 

tutumlu  sahədir  və  xüsusən  qadın  əməyindən  çox  istifadə  edir.Yüngül  sənaye 

bitki  xammalı  (pambıq,kətan,çətənə)  və  heyvandarlıq  xammalı  (gön-dəri,  xəz-

dəri,ipək)  verən  kənd  təsərrüfatı  ilə  də  sıx  əlaqədardır.  Yüngül  sənaye 

sahələrindən ən mühümü toxuculuqdur.Bu qədim sahədir. Toxuculuq məhsulları 

pambıq parça,yun parça,ipək parça və kətan parça müəssisələrində yaradılır. 

          Hazırda  yeyinti  sənayesi  respublikanın  digər  sənaye  sahələrinə  nisbətən 

ə

razicə xammal  və istehlak  rayonlarına  yaxınlıq prinsipi üzrə  daha  münasib və 



bərabər yerləşdirilməsi ilə seçilir. 

          Yeyinti  sənayesinin  ən  mühüm  sahələrindən  biri  ət-süd  sənayesidir. 

Keçmiş  SSR   dövrlərində  respublikamızın  bir  çox  rayonlarında  o  cümlədən  –

Ş

irvan  (Əli  Bayramlı),  mişli,Mingəçevir  və  digər  şəhərlərində  (Aran  iqtsadi 



rayonu)    ət  kombinatları  istifadəyə  verilmişdir.  1950-90-cı  illər  arasında 

respublikamızda  əhalinin  sayı  iki  dəfə  artdığı  halda,  ət  istehsalı  4  dəfə  artaraq 

kəsilmiş çəkidə 41 min tondan 168 min tona çatmışdır. Lakin əhalinin ətə və ət 

məhsullarına  olan  tələbatın  ödənilməsi  bəzi  respublikalarla  müqayisədə  geri 

qalırdı.  Bu  heyvandarlığın  məhsuldarlığının  aşağı  olması  ilə  yanaşı  ət 

sənayesinin müasir tələblərə cavab verməməsi ilə əlaqədardır. Əhalinin ətə və ət 

məhsullarına olan tələbatını  ödəmək  məqsədi ilə respublikada  ət (kəsilmiş ət) 



45 

 

istehsalının  sürətlə  son  illərdə  artırılaraq  2005-ci  ildə  320-325  min  tona 



çatdırmaq,  bilavasitə  heyvandarlıq  rayonlarında  yeni  ət  qəbulu  və  emalı 

müəssisələri  yaratmaq  ,  ətin  emalını  dərinləşdirmək,  hazır  məhsul  və 

yarımfabrikatlar buraxılmasını artırmaq kimi mühüm işlər həyata keçirilmişdir. 

          Respublikamızın  süd  sənayesi  yüksək  dərəcədə  mexanikləşdirilmişdir. 

Şə

hərlərdə  istehlak  mərkəzlərində  böyük  süd  zavodları  və  kombinatları, 



heyvandarlıq rayonlarında- kənd yerlərində, yaylaqlarda və qışlaqlarda isə kiçik 

süd,yağ,pendir  zavodları  yerləşdirilmişdir.Əli-Bayramlı  (Şirvan),    Mingəçevir, 

Yevlax  şəhərlərində  (Aran  iqtisadi  rayonu)  daha  çox  süd  məhsulları  işlədilir. 

Ş

irvanda,Muğanda südlük,ətlik istiqamətində, ixtisaslaşdırılmış iri heyvandarlıq 



kompleksləri yaradılmışdır. 

          Süd emalı sənayesinin həcmi , yerləşməsi xammal və istehlak amilləri ilə 

bağlıdır.Süd  istehsalı  çoxaldıqca,eçal  müəssisələrinin  də  gücü  artır.üd 

istehsalının  artımı  sayəsində  sənayedə  onun  emalı  güclənmiş  yağ,pendir  və  s. 

istehsalı da çoxaldılmışdır. 

          Bərdədə,Zərdabda,Salyanda və s. yeni süd zavodları işə salınmışdır (Aran 

iqtisadi rayonu). 

          Respublikamızın  balıqçılıq  sənayesinin  güclü  maddi-texniki  bazası 

vardır.Əvvəlki  sətirlərdə  bunu  qeyd  etmişdik.  Balıq    tutan  gəmilər,balıq  emalı 

zavodları,balıq  unu  və  farşı  hazırlayan  qurğular,iri  buzxanalar,gəmi  təmiri  və 

balıqçılıq  limanları,  süni  balıqartırma  zavodları  və  balıqyetişdirən  təsərrüfatlar  

balıqçılara xidmət edir.Hazırda Kürağzı, Kür təcrübə,Əli-Bayramlı (Şirvan) və s. 

zavodlarında  nərə  balıqları    yetişdirilir.  Respublikamızda  nərə  körpələri 

buraxılışı 1960-cı ildə 1,7 milyon olduğu halda 2,3 milyona çatdırılmışdır. Kür 

çayının  mənsəbinə  yaxın  hissələrdə  və  Kürün  Qızılağac  körfəzində  yerləşən  4 

zavodda  pulcuqlu  balıqlar  çoxaldılıb  böyüdülür.  Hacıqabulda  pulcuqlu  balıqlar 

başlıca  olaraq  çəki,çanaq  yetişdirilir.  Bu  zavodlar  hər  il  850  milyondan  çox 

pulcuqlu balıq, o cümlədən 500 milyondan çox çəki körpəsi yetişdirərək Xəzərə 

və Kürə buraxırlar. 

          Çuxurqəbələ  və  Çaykənd  qızıl  balıq  zavodlarında  Kürdən  çıxarılan 

körpələr  əvvəllər  Yevlax  yaxınlığınnda  Kür  çayına  buraxılırdı  ki,  bu  da  böyük 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə