Microsoft Word Tam hazir metn doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə72/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   ...   68   69   70   71   72   73   74   75   ...   79

Babayeva Şahzadə EynuUa qızı  
Bayramov Tofıq Qulaməli oğlu  
Əliyev Aydın Allahverdi oğlu  
Hüseynov Arzu Sadıq oğlu  
İbrahimov Rafiq Əli oğlu  
Quliyeva Gülsabah Əjdər qızı  
Məmmədova Təzəgül Hidayət qızı  
Mürvətova Hüsniyyə Vaqif qızı  
Salahov Əhməd Məmməd oğlu  
Soltanov Əfqan Soltan oğlu  
Şahbazova Esmiralda Məmmədəli qızı  
Şükürov Azad Hatəm oğlu  
Yaqubova Mahirə Mehdi qızı 
 
 
"Əməkdar incəsənət xadimi" fəxri adı 
 
Qurbanov Oruc İzzət oğlu  
Tağıyev Zirəddin Məmmədtağı oğlu 
 
"Əməkdar mədəniyyət işçisi" fəxri adı  
 
Abidov Nazim Əzizulla oğlu  
Cəfərov İlqar Mustafa oğlu  
Məmmədov Yusif Nadir oğlu 
Heydər ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezldenti 
 
Bakı şəhəri, 7 noyabr 2002-ci il 
№ 813 
 


 
İNCƏSƏNƏT XADIMLƏRI ÜÇÜN AZƏRBAYCAN 
RESPUBLIKASI   PREZIDENTININ MÜKAFATLARININ 
TƏSIS EDILMƏSI HAQQINDA 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
FƏRMANI 
 
Azərbaycan Respublikasının incəsənət xadimlərinə dövlət 
qayğısının artırılması, Azərbaycanda səhnə sənətinin inkişafı üçün 
daha əlverişli şərait yaradılması məqsədi ilə qərara alıram: 
 
1. Səhnə fəahyyəti ilə bağlı aparıcı incəsənət xadimləri üçün 
Azərbaycan Respublikası Prezidentinin mükafatları təsis edilsin: 
 
Azərbaycan Respublikası 
 -  hər biri ayda iki milyon manat  
Prezidentinin I dərəcəli        olmaqla on beş mükafat; 
mükafatı 
 
Azərbaycan Respublikası - 
hər biri ayda bir milyon beş  yüz       
Prezidentinin II dərəcəli  
   min manat olmaqla iyirmi   beş 
   
mükafatı  
 
 
   mükafat; 
 
Azərbaycan Respublikası - 
hər biri ayda bir milyon manat ol- 
Prezidentinin III dərəcəli         maqla otuz mükafat. 
mükafatı          
 
 
Azərbaycan Respublikası Prezidentinin mükafatını alanlar hər 
ilin birinci rübündə Azərbaycan Respublikası Prezidentinin qərarı 
ilə müəyyən edilir. 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
Fərmandan irəli gələn məsələləri həll etsin. 
 
Heydər ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 28 may 2002-ci il  
N2 707 
 


 
AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ 
FƏRDI TƏQAÜDÜNÜN TƏSIS EDILMƏSI HAQQINDA 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
FƏRMANI 
 
Azərbaycan Respublikasında son illər  ərzində dövlət 
quruculuğu, iqtisadiyyat, elm, təhsil və  mədəniyyətin müxtəlif 
sahələrində aparılan islahatlar öz səmərəli nəticələrini verir. 
Əhalinin müxtəlif qruplarının sosial vəzijryətinin yaxşılaşdırılması 
üçün dövlət qayğısının artırılması,  əməyin qiymətləndirilməsi və 
təqaüdlər sisteminin təkmilləşdirilməsi sahəsində 
də 
nəzərəçarpacaq irəliləyiş 
əldə edilmişdir. Azərbaycan 
Respublikası Prezidentinin "Azərbaycanda gənc istedadlara dövlət 
qayğısının artırılması haqqında" 22 iyun 1996-cı il tarixli, 464 
nömrəli və "Azərbaycan yazıçılarına dövlət qayğısının artırılması 
haqqında" 24 noyabr 1997-ciıl tarixli, 643 nömrəli fərmanları 
istedadlı  gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi 
işinə öz müsbət təsirini göstərmişdir. 
Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş şəxslərin 
bir qrupu üçün də fərdi təqaüdlərin təyin edilməsi bu yolda atılmış 
konkret addım olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 
"Ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması 
haqqında" 10 noyabr 1997-ci il tarixli, 641 nömrəli Fərmanı ilə 
Azərbaycanın qocaman ədəbiyyat və incəsənət xadimlərinin bir 
qrupu üçün ömürlük fərdi təqaüd təsis edilmiş  və Azərbaycan 
Respublikası Prezidentinin 21 fevral 1998-ci il tarixli, 677 nömrəli 
Fərmanı ilə  həmin fərdi təqaüdlərin sayı artırılmışdır. 1997-ci 
ildən indiyə  qədər səksən dörd nəfər qocaman ədəbiyyat və 
incəsənət xadimi fərdi təqaüdə layiq görülmüşdür. 
Azərbaycanm  ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, 
ölkəmizin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət 
idarəçiliyində  və digər sahələrdə böyük əməyi olmuş  şəxslərin 


xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin 
yaxşılaşdırılması məqsədi ilə qərara alıram: 
1. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təsis 
edilsin. 
2. Hər biri bir milyon beş yüz min manat məbləğində yüz əlli 
fərdi təqaüd müəyyən edilsin. 
3. Fərdi teqaüd Azərbaycan Respublikası Prezidentinin qərarı 
ilə dövlət büdcəsi hesabına verilir. 
4. Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1997-ci 
il tarixli, 641 nömrəli və 21 fevral 1998-ci il tarixh, 677 nömrəli 
fərmanları, habelə 22 dekabr 1997-ci il tarixli, 714 nömrəli, 22 
fevral 1998-ci il tarixli, 752 nömrəli, 29 may, 1998-ci il tarixli, 
813 nömrəli, 23 avqust 1998-ci il tarixli, 884 nömrəli, 6 dekabr 
1999-cu il tarixli, 278 nömrəli, 22 yanvar 2000-ci il tarixli, 318 
nömrəli, 19 aprel 2000-ci il tarixli, 396 nömrəli, 29 aprel 2000-ci 
il tarixli, 402 nömrəli, 18 dekabr 2000-ci il tarixli, 589 nömrəli, 1 
mart 2001-ci il tarixli, 634 nömrəli, 11 avqust 2001-ci il tarixli, 
787 nömrəli, 7 sentyabr 2001-ci il tarixli, 801 nömrəli, 13 noyabr 
2001-ci il tarixli, 828 nömrəli, 3 dekabr 2001-ci il tarixli, 832 
nömrəli, 12 dekabr 2001-ci il tarixli, 836 nömrəli, 1 may 2002-ci 
il tarixli, 904 nömrəli sərəncamları qüvvədən düşmüş hesab 
edilsin. 
5. Bu Fərman 2002-ci il iyul ayının 1-dən qüvvəyə minir. 
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
Fərmandan irəli gələn məsələləri həll etsin. 
 
Heydər ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 11 iyun 2002-ci il 
№715 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə