Microsoft Word Tam hazir metn doc


R. M. OCAQOVA FƏRDI TƏQAÜD VERILMƏSI



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə71/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   ...   67   68   69   70   71   72   73   74   ...   79

R. M. OCAQOVA FƏRDI TƏQAÜD VERILMƏSI 
HAQQINDA 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN  
SƏRƏNCAMI 
 
"Azərbaycan Respublikasının  ədəbiyyat və incəsənət 
xadimlərinə dövlət qayğısının artırılması haqqında" Azərbaycan 
Respublikası Prezidentinin 1997-ci il 10 noyabr tarixli, 641 saylı 
Fərmanına uyğun olaraq qərara alıram: 
Azərbaycan xalqı qarşısında böyük xidmətləri olan Rasim 
Mirqasım oğlu Ocaqova fərdi təqaüd verilsin. 
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
Sərəncamdan irəli gələn məsələləri həll etsin. 
 
Heydər ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 1 may 2002-ci il  
N904 
 
 
 
 
MSTISLAV LEOPOLDOVIÇ ROSTROPOVIÇ 
"İSTIQLAL" ORDENI ILƏ TƏLTIF EDILMƏSI
   
HAQQINDA 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
 
FƏRMANI 
 
Azərbaycanın beynəlxalq mədəni 
əlaqələrinin 
möhkəmləndirilməsi və musiqi sənətinin inkişafındakı görkəmli 
xidmətlərinə görə Mstislav Leopoldoviç Rostropoviç "İstiqlal" 
ordeni ilə təltif edilsin. 
Azərbaycan Respublikasının Prezidenti    


HEYDƏR ƏLİYEV 
Bakı şshəri, 3 mart 2002-ci il  
№670 
 
 
 
Ə. N. NAIBOVUN (ƏKRƏM ƏYLISLININ) "İSTIQLAL" 
ORDENI ILƏ   TƏLTIF EDILMƏSI HAQQINDA 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
FƏRMANI 
 
Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərinə görə 
Əkrəm Nəcəf oğlu Naibov (Əkrəm Əylisli) "İstiqlal" ordeni ilə təltif 
edilsin. 
Heydər ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 4 dekabr 2002-ci il  
№819 
 
 
 
 
M.M.MAQOMAYEVƏ AZƏRBAYCAN 
RESPUBДШKASI PREZIDENTININ FƏRDI 
TƏQAÜDÜNÜN VERILMƏSI HAQQINDA 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
SƏRƏNCAMI 
 
"Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis 
edilməsi haqqında" Azərbäycan Respublikası Prezidentinin 2002-ci il  
iyun tarixli Fərmanına uyğun olaraq qərara alıram: 
1. Maqomayev Müslüm Maqometoviçə Azərbaycan Respublikası 
Prezidentinin fərdi təqaüdü verilsin. 


 
FIKRƏT ƏMIROVUN 80 ILLIK YUBILEYI HAQQINDA 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
SƏRƏNCAMI 
 
2002-ci ilin noyabr ayında Azərbaycanın görkəmli musiqi 
xadimi, Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti, Dövlət 
mükafatları laureatı, bəstəkar Fikrət Məşədi Cəmil oğlu Əmirovun 
anadan olmasının 80 illiyi tamam olur. 
Fikrət  Əmirovun yaradıcılığı XX esr Azərbaycan musiqisinin 
inkişafında mühüm rol oynamışdır. Musiqi sənətinin müxtəlif 
janrlannda yaratdığı  əsərləri ilə o, öz adını Azərbaycan musiqi 
mədəniyyət tarixinə  həmişəlik həkk etmişdir. Fikrət  Əmirovun 
yaradıcılığında Azərbaycan milli musiqi ənənələri ilə dünya 
musiqi mədəniyyətinin nailiyyətləri üzvi şəkildə birləşmişdir. 
Fikrət  Əmirov simfonik muğam janrının yaradıcılarından biridir. 
Onun opera, balet, musiqili komediya, simfonik muğam, 
xoreoqrafik poema, instrumental konsert, mahnı, romans və sair 
janrlarda yazdığı əsərlər Azərbaycan musiqi mədəniyyətinin qızıl 
fondunu təşkil edir. Fikrət  Əmirovun yüksək sənətkarlıqla 
bəstələdiyi  əsərlər dünyanın məşhur dirijorlarının repertuarma 
daxil olmuş, bir çox xarici öikələrin konsert salonlarmda 
səslənərək  Azərbaycan musiqi sənətinə böyük şöhrət gətirmişdir. 
Azərbaycan musiqi mədəniyyətinin inkişafmda böyük 
xidmətləri olan Fikrət  Əmirovun 80 illik yubileyinin ölkəmizdə 
keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli 
Elmlər Akademiyası, Azərbaycan Bəstəkarlar  İttifaqı ilə birlikdə 
Fikrət  Əmirovun 80 illik yubileyinə  həsr olunmuş  tədbirlər 
hazırlayıb həyata keçirsin. 
2. Bakı  Şəhər  İcra Hakimiyyəti Fikrət  Əmirovun yaşadığı 
binaya (Tərlan Əliyarbəyov küçəsi,) xatirə lövhəsinin vurulmasını 
təmin etsin. 


3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 
tapşırılsın ki: Fikrət Əmirovun seçilmiş əsərlərinin beş cildliyinin 
və bəstəkar haqqında kitabın nəşr olunmasını təmin etsin; 
Fikrət Əmirovun həyat və yaradıcılığma həsr olunmuş sənədli 
fılmin çəkili-şini təmin etsin; 
Bakı  şəhərindəki musiqi məktəblərindən birinə Fikrət 
Əmirovun adını versin. 
4. Azərbaycan Respublikasımn Nazirlər Kabineti bu 
Sərəncamdan irəli gələn məsələləri həll etsin. 
 
Heydər ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 7 noyabr 2002-ci il 
 
 
 
 
BAKI BƏLƏDIYYƏ TEATRININ ƏMƏKDAŞLARINA 
FƏXRI ADLARIN   VERILMƏSI HAQQINDA 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
FƏRMANI 
 
Bakı Bələdiyyə Teatrının 10 illik yubileyi ilə əlaqədar Teatrın 
aşağıdakı  əməkdaşlarına səhnə  sənətindəki nailiyyətlərinə görə 
fəxri adlar verilsin: 
"Xalq artisti" fəxri adı 
 
Avşarov Muxtar Həsən oğlu  
Əliyev Vaqif Məzahir oğlu  
Muxtarov Yusif Mehdi oğlu 
"Əməkdar artist" fəxri adı 
 
Abdullayev Kazım Ənvər oğlu  
Babayeva Firəngiz Manaxim qızı  


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə