Microsoft Word Tam hazir metn doc



Yüklə 2,86 Kb.
Pdf görüntüsü
səhifə73/79
tarix24.12.2017
ölçüsü2,86 Kb.
#17909
1   ...   69   70   71   72   73   74   75   76   ...   79

 
AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ 
"İNCƏSƏNƏT XADIMLƏRI ÜÇÜN AZƏRBAYCAN 
RESPUBLIKASI PREZIDENTININ MÜKAFATLARINM 
TƏSIS EDILMƏSI HAQQINDA" 2002-CI IL 28 MAY 
TARIXLI, 707 NÖMRƏLI FƏRMANINA DƏYIŞIKLIK 
EDILMƏSI HAQQINDA 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
FƏRMANI 
 
Azərbaycan Respublikası Prezidentinin "İncəsənət xadimləri 
üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis 
edilməsi haqqında" 2002-ci il 28 may tarixli, 707 nömrəli 
Fərmanının birinci bəndindəki "Hər biri ayda iki milyon manat 
olmaqla on beş mükafat" sözləri "Hər biri ayda iki milyon manat 
olmaqla on doqquz mükafat" sözləri ilə əvəz edilsin. 
 
Heydər ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 26 iyul 2002-ci il 
№ 736
 
 
2003 
 
POLAD BÜLBFILOĞLUNUN AZƏRBAYCAN 
RCSPUBLIKASININ MƏDƏNIYYƏT NAZIRI TƏYIN 
EDILMƏSI HAQQINDA 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
SƏRƏNCAMI 
 


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 
5-ci bəndini rəhbər tutaraq qərara alıram: 
Polad Bülbüloğlu Azərbaycan Respublikasının mədəniyyət 
naziri təyin edilsin. 
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. 
 
İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 8 noyabr 2003-cü il  
N 16  
 
 
 
ƏFƏNDIYEVIN "İSTIQLAL" ORDENI ILƏ TƏLTIF 
EDILMƏSI   HAQQINDA 
 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 
FƏRMANI 
 
Azərbaycan  ədəbiyyatının inkişafindakı böyük xidmətlərinə görə 
Elçin İlyas oğlu Əfəndiyev "İstiqlal" ordeni ilə təltif edilsin. 
Heydər ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 29 may 2003-cü il  
N871 
 
 
 
“ŞABRAN ŞƏHƏRİ” TARİX VƏ MƏDƏNİYYƏT 
ABİDƏSİNİN QORUNMASI  
HAQQINDA 
 
 Əsası eramızdan  əvvəl I minilliyin ortalarında qoyulduğu 
ehtimal edilən  Şabran  şəhəri Azərbaycaanın möhtəşəm qədim 
şəhərlərindən biri olmuşdur.  Şamaxı yüksələnədək  şəhəri 


Şirvanşahlar dövlətinin paytaxtı idi. Böyük İpək yolu üzərində 
yerləşən bu şəhər iqtisadi, ticarət və  mədəni mərkəz kimi diqqət 
mərkəzində olmuşdur. Tədricən iqtisadi çətinliklərlə qarşılaşan və 
tez-tez yadellilərin basqınlarına məruz qalan Şabran XVIII 
ortalarında tarix səhnəsindən silinmişdir. 
Keçən  əsrin 30-cu illərindən başlayaraq həyata keçirilən elmi 
tədqiqatlar və 5000m
2
 çox ərazidə aparılan arxeoloji qazıntılar 
xalqımızın maddi və  mənəvi mədəniyyətini  əks etdirən zəngin 
arxeoloji materiallar əldə etməyə imkan vermişdir.  Şabran tarixi 
mənbələrdə göstərilən 12 qalasından ikisi, atəşpərəstlər məbədi
zərbxaana,  həbsxana XI-XIV əsrlərə aid küçələr, sənətkarlıq 
məhəllələri, 3000-ə  qədər numizmatika nümunəsi, arxeoloji 
ədəbiyyatda analoqu əks etdirilməyən  yeni arxeoloji tapıntılar üzə 
çıxarılmışdır. 
Şabran  şəhərinin bərpası və qorunması haqqında hələ XX əsrin 
80-ci illərində Azərbaycan Elmlər Akademiyası tərəfindən məsələ 
qaldırılsa  da, indiyədək öz həllini tapmamamışdır. Hal-hazırda 
Şabran şəhərinin yerindəki 5 qazıntı sahəsindən yalnız biri qalmış, 
aşkara çıxarılan tikinti və memarlıq abidələri-dağılıb bərbad hala 
düşmüşdür, arxeloji qazıntı ərazisindəki torpaq sahələri isə əhaiyə 
paylanmışdır. 
"Şabran  şəhəri" tarix və  mədəniyyət abidəsinin qorunub 
gələcək nəsillər üçün saxlanmasını  və mühafizəsini təmin etmək 
məqsədi ilə qərara alıram
1. "Şabran şəhəri" tarix və mədəniyyət abidəsi tarixi qoruq elan 
edilsin. Azərbaycan  Respublikasının  Nazirlər Kabineti: 
- bir 
ay 
müddətində  "Şabran  şəhəri" tarixi qoruğunun 
mühafizə zolağını əks etdirməklə onun xəritə təsvirini təsdiq etsin; 
- Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə 
alınmaqla  Şabran  şəhəri qalığının konservasiyasına dair tədbirlər 
planını iki ay müddətində  təsdiq etsin və bu barədə Azərbaycan 
Respublikasının prezidentinə məlumat versin; 
- "Şabran  şəhəri" tarixi qoruğunda elmi-tədqiqat işlərinin 
aparılması üçün Azərbaycan Milli Elmlər Akademiyasına müvafiq 
vəsait ayrılmasını təmin etsin. 


3. Azərbaycan Milli Elmlər Akademiyası  Şabran  şəhərinin 
Azərbaycan orta əsr  şəhərləri arasında seçilməsini nəzərə alaraq 
onun qalıqlarının arxeoloji cəhətdən daha geniş öyrənilməsi üçün 
tədbirlərgörsün,  Şabran  şəhəri haqqında elmi-tədqiqat  əsərlərinin 
nəşrini və müxtəlif dillərə tərcüməsini təmin etsin. 
4. Azərbaycan Respublikasının Gənclər, idman və Turizm 
Nazirliyinə tapşırılsın ki, "Şabran  şəhəri" tarixi qoruğu haqqında 
müxtəlif dillərdə bukletlər nəşr etsin və qoruğun beynəlxalq 
turizm marşrutuna salınması  və oraya turistlərin cəlb edilməsi 
üçün müvafiq tədbirlər görsün. 
5. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə  və 
Dəvəçi Rayon İcra Hakimiyyətinə tapşırılsın ki, "Şabran  şəhəri" 
tarixi qoruğunun qorunub saxlanmasını  və mühafizəsini təmin 
etsinlər. 
6. Dəvəçi Rayon icra Hakimiyyəti rayonun hüquq-mühafizə 
orqanları ilə biriikdə "Şabran şəhəri" tarixi qoruğunun ərazisində 
onun konservasiyası ilə bağlı olmayan hər hansı tikinti və 
təsərrüfat işləri aparılmasının qarşısının alınmasını təmin etsin. 
 
Heydər ƏLİYEV,  
Azərbaycan Respublikasının prezidenti 
 
27 sentyabr 2003-cü il       
 


Yüklə 2,86 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə