Microsoft Word Tebriz folkloru doc



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə79/98
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#54600
1   ...   75   76   77   78   79   80   81   82   ...   98

 

  

٣٤٧



Әli İbadiyan, Aşıq Әziz Şәhnazi olmuşlar. 

Türk aşıq sәnәtinin  әn qabaqcıl aşıqlarından sayılır, bir 

çox xalq dastanı ilә tanışdır. 1998-1999-cu illәrdә Çindәn, 

Fransayadәk gedәrәk konsertlәr vermiş, böyük tәqdir qazan-

mışdır. Hazırda  “Aşıqlar Ocağı” adlı dәrnәk yaradaraq bir çox 

gәnc aşıq yetişdirib türk alәminә tanıtmışdır. Ara-sıra aşıq ya-

radıcılığının müxtәlif janrlarında şeirlәrini ifa edir. 

 

Sirus Kiyani 

 

Aşıq Sirus Kiyani Tәbriz yaxınlığın-



da  Mahmıdabad kәndindә anadan olub, 

1994-cü ildә Tәbrizә  köçüb. 20 yaşından 

aşıq sәnәtilә tanış olub. Söz ustadları Aşıq 

Hüseyn Sayi, Hüseyn Tәbrizli, Aşıq Hә-

sәn Cәfәri, saz ustadı isә  Aşıq Sәdaqәt 

Gәncәli olub. 5 ilә yaxın bu ustadlardan 

dәrs almışdır. 

Aşıqlığa 25 yaşından başlayıb. Çoxlu xalq dastani, o cüm-

lәdәn: “Koroğlu”, “Әsli-Kәrәm”, “Tufarqanlı Abbas”, “Qur-

bani-Pәri”, “Әlәsgәr”, “Heydәr bәy”, “Bәhram-Gülәndam”, 

“Şah Abbas”, “Hüseyn Cavan”, “İbrahim-Aslanxan”, “Ululu 

Kәrim”, “Mir Mahmıd-Sara”, “Aşıq Hәkim ilә  Sәdәf xanım”,

 

“Aydın Misgәri” dastanları ilә tanışdır.



 

Qәdim saz havalarından “Ağaxani”, “Qaradağ  tәcnisi”, 

“Qurbani roman şikәstәsi”, “Cәfәri”, “Şirvani”, “Koroğlu” mü-

xәmmәsi, “Osmanı bәhri” havaları ilә tanışdır.  

Aşıq yaradıcılığının müxtәlif janrlarında şeirlәri var.  

Aşıq Yәdullah Eyvәzpurla deyişmәsi var. 

 



 

  

٣٤٨



İsa Qaraxanlı 

 

Aşıq  İsa Qaraxanlı 1976-cı ildә  Tәbriz  



şәhәrindә anadan olmuş, 12 yaşından aşıq sә-

nәti ilә tanış olmuşdur. Saz-söz ustadları  Sә-

daqәt Gәncәli, Çingiz Mehdipur, Әli Quliyev, 

Aşıq Mәmmәd Mәmmәdov, Aşıq Vüqar Şir-

vanlı, Aşıq Hacı  İbadiyan olmuşlar. Aşıqlığa 

12 yaşından başlamış, onun sözlәrinә görә, 

aşıqlığa başlayan gündәn indiyәdәk özünü şagird sayır. 

Xalq dastanlarından “Abbas-Gülgәz”, “Qurbani-Pәri”, 

“Mәsum-Dilәfruz”, “Әsli-Kәrәm”, “Baba Neysan”, “Aşiq  Әli 

vә  Aşiq Rәfi”, “Aşıq Qәrib”, “Aşıq  Әlәsgәr Göyçәli”, “Ko-

roğlunun dörd sәfәri” ilә tanışdır.  

Qәdim saz havalarından “Qaradağ”, “Qaradağ  şikәstәsi”, 

“Qara kәhәri”, “Qurbәti”, “Sarı don”, “Bostan dübeytisi”, 

“Ceyrani Kәrәm”, “Sarı Topraq”, “Zarinci  şikәstәsi”, “Qobus-

tani” havalarını ifa edir. İki kitabı çap olunub. Tәcnis, gәraylı, 

qoşmaları var. Bir çox aşıqla deyişmәsi olub.  

 

Elyas Qasımpur 

 

Aşıq Elyas Qasımpur 1969-cu ildә Tәb-



rizdә anadan olmuş, 15 yaşından aşıq sәnә-

tilә tanış olmuşdur. 3 ilә yaxın saz-söz ustad-

ları İsa Dәşәn vә Әli Sәlimidәn dәrs almışdır. 

Aşıqlığa 18 yaşından başlamışdır. “Hü-

seyn-Ağaxan”, “Abbas”, “Әsli-Kәrәm”, 

“İmanı” dastanları ilә tanışdır. 

Qәdim saz havalarından Ağa bәyi, Qara 



 

  

٣٤٩



Kәhәr, Şah Xәtayini ifa edir. Qoşma, gәraylı, divani, tәcnislәri 

var. Mahmıd Cәhangiri, Abbas Hәzrәti, Әvәz İbadpurla deyiş-

mәlәri olub. 

 

Mәhәmmәd Xirәdmәnd 

 

Aşıq Mәhәmmәd Xirәdmәnd 1978-ci 



ildә Tәbriz yaxınlığında Gümmәnd kәndin-

dә anadan olmuşdur. 1980-ci ildә  Tәbrizә 

köçmüşdür. 1993-cü ildәn aşıq sәnәtilә ta-

nış olmuş, 3 ilә yaxın saz-söz ustadı  Aşıq 

Әlәsgәr Üskuyidәn dәrs almışdır. 1995-ci 

ildәn aşıqlıq edir. 

Qәdim havalardan “Daban şikәstә” ilә tanışdır. 

 

Şәhrud

 

Hüseynzadә Mallalar

 

 

Aşıq  Şәhrud Hüseynzadә Mallalar 

1971-ci ildә  Әhәr  şәhәrinin Mallalar kәn-

dindә anadan olmuşdur. 1983-cü ildә Tәb-

rizә köçmüşdür. 18 yaşından aşıq sәnәtilә 

tanış olmuş, saz ustadı Aşıq Sәdaqәt Gәn-

cәli, söz ustadi Aşıq Mehdi Nurazәrdәn 

dәrs almışdır. 3 ilә yaxın  şagirdlik etdik-

dәn sonra 25 yaşından aşıqlığa başlamışdır. 

 



 

  

٣٥٠



Mәsum Heydәri 

 

Aşıq Mәsum Heydәri, Qaradağın Üzüm-



dil mahalının Xәlvәnsar kәndindә anadan 

olmuşdur. 1977-ci ildә Tәbriz şәhәrinә köçüb, 

19 yaşından aşıqlığa başlamışdır. Aşıq Rәsul 

Qurbani, Sәfәr Zare, Hәsәn Qәffari kimi 

ustadların yanında 5 il şagirdlik etmişdir.  

 “Әlixan-Pәri”, “Kәrәm”, “Şah  İsma-

yil”, “Mәsum-Dilәfruz”, “Әlәsgәr”, “Bәh-

ram”, “Qәrib-Şahsәnәm”, “Mir Mahmıd” kimi xalq dastanları 

ilә tanışdır. 

Qәdim saz havalarından “Ağbәyi”, “Şah Xәtayi”,  “Xala-

bacı” kimi havaları bilir. 

Aşıq Sayi, Aşıq Qasım Rüstәmi, Mәmmәd Mollayi, Mәm-

mәd Әnvәri kimi aşıqlarla deyişmәlәri olub. 

 

Qәnbәr Xanzadә Yağbәstili 

 

Aşıq Qәnbәr Xanzadә Yağbәstili, Tәb-



rizdә doğulmuş, 12 yaşından aşıq sәnәtilә ta-

nış olmuşdur. Saz ustadı  Aşıq Sәdaqәt Gәn-

cәli, söz ustadı Әrsәlan Zaredir. 10 il müddә-

tindә şagirdlik edәrәk 20 yaşında aşıq olub.  

“Әsli-Kәrәm, “Әlәsgәr”, “Qәrib-Şah-

sәnәm”, “Valeh-Zәrnigar”, “Abbas-Gül-

gәz” dastanları ilә tanışdır. 

Qәdim aşıq havalarından “Mәcnun dәrdi”, “Daban şikәstә-

si”, “Şirvan şikәstәsi”, “Şәqәyiq umrani”, “Dol hicrani” ilә ta-

nışdır. 



 

  

٣٥١



Aşıq  Әdalәt vә Bakının başqa aşıqları ilә bir çox deyiş-

mәlәri olub. 

 

Mәdәd Yusifi 

 

Aşıq Mәdәd Yusifi 1964-cü ildә Qara-



dağın Hәsәnabad mahalının Rәştin kәndindә 

doğulub, 15 yaşından aşıq sәnәtilә tanış 

olub. 1975-ci ildә  Tәbrizә köçüb, saz-söz 

ustadı Aşıq Hәsәn Qәffari, Hacı Sәmәd Ba-

qirzadә, Mustafa Әbbasi olub. 5 il şagirdlik 

edib. 21 yaşından aşıqlığa başlayıb.  

“Qurbani-Pәri”, “Abbas-Gülgәz”, “Valeh-Zәrnigar”, “Ko-

roğlu”, “Әsli-Kәrәm”, “Әli-Rafi” kimi dastanlarla tanışdır. 

Mәmmәd  Әnvәri, Hәzrәtqulu Xudadad, Mәhәmmәd 

Hüseyni kimi aşıqlarla deyişmәsi var. 



 

Şәrif Cәlili 

 

Aşıq Şәrif Cәlili 1960-cı ildә Tәbriz ya-

xınlığında Mirzәli kәndindә anadan olub. 10 

yaşından aşıq sәnәtilә tanış olub, 1985-ci 

ildә Tәbrizә köçüb. Saz ustadı Aşıq Fәtullah 

Rizayi, söz ustadı Aşıq Mәşi Paşayi olmuş-

lar. 2 il şagirdlik etdikdәn sonra 20 yaşından 

aşıqlığa başlamışdır.  

“Әli-Rafi”, “Valeh-Zәrnigar”, “Әsli-Kәrәm”, “Qurbani-

Pәri” kimi dastanlarla tanışdır. 

 



Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə