195
maq üçün qiymətləndirmə balla aşağıdakı şkala üzrə aparılır:
l. çox az
-27-30 q-dan az olduqda;
3. az
-31-38q olduqda
5. orta
-39-46 q olduqda;
7. yüksək -47-54 q olduqda;
9. çox yüksək -54 q-dan çox olduqda
Arpa nümunələrini 1000 dənin kütləsinə görə qruplaşdırmaq
(beynəlxalq klassifıkatora görə)
üçün qiymətləndirmə balla
aşağıdakı şkala üzrə aparılır:
1. çox az -34,1 -36,0 q olduqda;
3. az
-36,1 -40,0 q olduqda
5. orta
-40,1-45,0 q olduqda;
7. yüksək
-45,1-50 q olduqda;
9. çox yüksək - 50,0 q-dan çox olduqda
Dənin rəngi - növmüxtəlifliyinə və sorta
məxsus olan
morfoloji əlamət olmaqla ətraf mühit amillərinin və tətbiq
edilən aqrotexniki tədbirlərin təsirindən qismən dəyişə bilər.
Dənli bitkilərdə aşağıdakı rənglərdə dənlərə rast gəlinir:
1- açıq sarı;
2- sarı;
3-kəhraba rəngli sarı;
4- açıqqəhvəyi;
5- qəhvəyi;
6-qəhvəyi-kəhraba;
7- yaşıl;
8- bənövşəyi;
9- digər rənglərdə.
Sünbüldə dənlərin sayı. 1000 dənin və bir sünbüldə dənin
kütləsinə əsasən tapılır:
dk
k
s
M
D
D
1000
⋅
=
196
Burada
D
k
- sünbüldə dənlərin sayı, ədədlə;
M
dk
-
1000 dənin kütləsi, q-la.
Sünbüldə dənlərin sayını asan
və tez təyin etmək üçün
aşağıda
verilmiş cədvəldən istifadə oluna bilər. Tədqiq olunan
buğda sort və sortnümunələrini bir sünbüldəki dənlərin sayına
görə balla qruplaşdırmaqdan ötrü aşağıdakı şkaladan istifadə
edilməlidir:
l. çox az- sünbüldə dənlərin sayı 11-15 ədəddən az olduqda;
3. az- bir sünbüldə dənlərin sayı 16-25 ədəd olduqda;
5. orta bir- sünbüldə dənlərin sayı 26-35 ədəd olduqda;
7. yüksək- bir sünbüldə dənlərin sayı 36-55 ədəd olduqda;
9. çox- yüksək bir sünbüldə dənlərin sayı 55 ədəddən çox
olduqda.
Arpa sort və sortnümunələrini bir sünbüldəki dənlərin sayı-
na görə balla qruplaşdırmaqdan ötrü (beynəlxalq klassifikatora
görə) aşağıdakı şkaladan istifadə edilməlidir:
2 cərgəli 6 cərgəli
1. çox az- bir sünbülda dənlərin sayı 12-13 və 28-32 ədəd
olduqda;
3. az- bir sünbüldə dənlərin sayı 14-19 və 33-42 ədəd
5. orta- bir sünbüldə dənlərin sayı 20-24 və 43-52 ədəd
7. yüksək- bir sünbüldə dənlərin sayı 25-30 və 53-60 ədəd
olduqda;
9. çox yüksək- bir sünbüldə dənlərin sayı 30-dan və 60-dan
çox olduqda
Qarğıdalı qıçasından dən çıxımının təyini. Qarğıdalının
qıçasından dən çıxımı dövlət standartında göstərilən üsulla
təyin edilir.
Bunun üçün orta nümunədən on ədəd qıça 1 kq-a qədər də-
qiqliklə çəkildikdən sonra laboratoriyada qarğıdalıdöyən ma-
şında döyülür. Əgər bu maşın yoxdursa, döymə prosesi əllə
198
XII FƏSİL
TOXUMÇULUĞUNUN AQROTEXNOLOGIYASI
Hal-hazırkı şəraitdə təsərrüfatlar
sürətlə özəlləşir və to-
xumçuluqla məşğul olmaq istəmirlər. Odur ki, necə əvvəllər
olduğu kimi toxumçuluq yenə də Dövlət tərəfindən nəzarətə
götürülməli və ona xüsusi diqqət yetirilməlidir. Çünki,
toxum k/t-ı bitkilərinin məhsuldarlığının bünövrəsini təşkil
edir. Odur ki, toxum təmiz, cücərmə qabiliyyəti yüksək,
dolğun, sağlam və sortca təmiz olmalıdır.
Belə toxumu
o zaman yetişdirmək olar ki, yüksək aqro-
texniki tələblərə əməl edilsin, növbəli əkində toxumluq sa-
hələr düzgün yerləşdirilsin, gübrə sisteminə düzgün əməl
edilsin.
Toxumların əsas səpin keyfiyyəti göstəriciləri onların təmiz-
liyi, tərkibində başqa bitki və alaq toxumları qatışığının olma-
ması,
cücərmə qabiliyyəti, rütubətliyi, tam çəkiliyi, ölçüyə və
çəkiyə görə bir cinsliliyindən ibarətdir. Yaxşı toxumlar zərər-
verici və xəstəliklərə tutulmamalıdır.
Toxumluq təsərrüfatları toxumu kondisiyaya çatdırmaq
üçün toxum təmizləyən maşınlara, toxum anbarlarına, to-
xum qurutmaq üçün asfalt-sement meydançalara malik
olmalıdır.
Aqrotexniki şəraitdən asılı olaraq bitkilər öz təbiətini də-
yişdiyi üçün toxum təsərrüfatlarında
aqrotexnika yüksək
səviyyədə olmalı, lazımı k/t-ı maşınları və yüksək ixtisaslı
kadrlarla təmin edilməlidir.
Toxumun keyfiyyəti nə qədər yaxşı olarsa, ondan inkişaf
edən bitkilər bir o qədər güclü və məhsuldar olar. Buna görə də
təsərrüfat yetişdirəcəyi toxumun yüksək keyfiyyətli olması
üçün bütün tədbirləri vaxtında görməlidir.
Məhsuldarlığı yüksəltmək işində toxumun əhəmiyyətini
nəzərə alaraq sort toxumlarının təmiz, cücərmə qabiliyyətinin