199
yüksək, dolğun, sağlam və sortca cins olması üçün yüksək
təsərrüfat tələbkarlığı göstərilir.
Əgər fermer yuxarıda göstərilən şərtlərə əməl etmək im-
kanına malikdirsə və özü toxum istehsal etmək istəyirsə o,
yüksək aqrotexniki tədbirlərə əməl etməli, növbəli əkində
toxumluq sahələr düzgün yerləşdirilməli, gübrələri düzgün və
vaxtında verməlidir.
Toxumçuluq təsərrüfatları toxumtəmizləyən maşınlara, an-
barlara, toxumu qurutmaq üçün sement meydançalara və s.
malik olmalıdır ki, toxumları lazımı kondisiyaya çatdırmaq
mümkün olsun. Dənli, texniki və ot bitkilərinin toxumlarını
təmizləmək və sortlara ayırmaq üçün OS-1 sort ayıran; buğda,
çovdar, arpa və vələmirin toxumlarını ayırmaq, təmizləmək
üçün isə OS-3 maşınlarından istifadə etmək lazımdır.
Ümumiyyətlə toxumçuluq təsərrüfatları adi təsərrüfatlara
nisbətən yüksək aqrotexniki səviyyədə olmalı, kənd təsərrüfatı
maşınları və yüksək ixtisaslı mütəxəssislərlə təmin edilməlidir
ki, cins toxumlar yetişdirə bilsinlər. Eləcə də həmin
təsərrüfatlar toxumların keyfiyyətini yüksəltmək üçün lazım
olan əlavə tikintilərə malik olmalıdırlar.
Toxumçuluq təsərrüfatları yüksək məhsul almaq üçün to-
xumluq tingliyindən başlayaraq fermerlərin toxumluq sahələ-
rinə qədər bütün dövrdə aqrotexniki qaydalara ciddi riayət
etməlidirlər. Yalnız belə şəraitdə yüksək cins və səpin keyfiy-
yətinə malik olan toxum almaq olar. İlk əkinçilik dövründən
başlayaraq bu günə qədər olan iş təcrübəsi göstərir ki, yaradılan
aqrotexniki şəraitlə əlaqədar olaraq, bitkilər öz təbiətini
dəyişdirir və münbit tarlalarda yetişən toxumun cinsi yaxşılaşır.
Ona görə də toxum yaxşı aqrotexniki şəraitdə becərilməlidir
ki, onun cinsi və səpin keyfiyyəti yaxşılaşsın, yüksək məhsul
alınsın.
Toxumluq əkinlərdə iki cür bioloji və mexaniki zibillənmə
mövcuddur.
Bioloji zibillənmə, müxtəlif sort və bəzən növlər arasında
200
gedən tozlanma nəticəsində əmələ gəlir. Ona görə də bioloji
zibillənmənin qarşısını almaq üçün müxtəlif sortların əkinlərini
elə yerləşdirmək lazımdır ki, başqa sort bitkilərlə tozlanma
imkanı olmasın. Bu isə bir sıra şərtlərdən asılıdır. Məsələn,
sortlar arasında qoruyucu meşə zolağının və digər maneələrin
olması, həmçinin çiçəkləmə dövrünün eyni vaxta düşməməsi,
bir-biri ilə tozlana biləcək bitkilər arasında qoruyucu məsafənin
olması bioloji zibillənmənin qarşısını alır.
Xüsusilə, şəkər çuğunduru yem çuğunduru ilə tozlandıqda
şəkər faizi aşağı düşür. Ona görə də şəkər və yem çuğundu-
runun bioloji zibillənməsinin qarşısı alınmalıdır. Qarğıdalı
sortları da bir-birindən aralı məsafədə əkilməlidir.
Mexaniki zibillənmə, bir sortun əkininə digər sortdan, digər
mədəni və ya alaq otları toxumlarının qarışmasına deyilir.
Mexaniki zibillənmə iki cür olur:
Birinci növ mexaniki zibillənmə sort (çeşid) qarışığı adlanır.
Sort zibilliyi çox qorxuludur. Ona görə ki, onu bəzən əl ilə də
ayırmaq mümkün olmur, çünki əlamətlər bir-birinə çox oxşayır.
İkinc i növ mexaniki zibillənmə mədəni bitkilərin və otların
qarışığıdır ki, buna növ və ya cins zibilliyi deyilir. Növ və cins
zibilini (alağını) həm bitkini toxalamaqla, həm də toxumu
təmizləməklə ayırmaq olar.
Bütün hallarda toxum istehsal etmək istəyən fermer mexa-
niki zibillənmə ilə mübarizə aparmalıdır.
Toxumçuluğun bütün dövrlərində sortların cins təmizliyini
saxlamaq üçün aşağıdakı qaydalara riayət etmək lazımdır.
Toxumun qəbulu. Elit toxumlar tədarük məntəqələri tərə-
findən surquclanmış (plomblanmış) kisələrdə buraxılmalıdır.
Qəbul edildikdə kisənin və surqucların düzgün olmasına, xarici
etiketin toxum sənədinə uyğun gəlməsinə diqqət yetirilməlidir.
Kisələrdən şup adlanan alətlə nümunə götürülür, gözəyarı
qiymətləndirilir və qəbulu zamanı akt tərtib edilir.
Fermer qəbul edilən toxumların sort təmizliyini və fiziki xü-
susiyyətlərini müəyyən etmək məqsədilə təlimata uyğun qay-
201
dada nümunə götürüb aktla birlikdə toxum-nəzarət laborato-
riyasına göndərir.
Surqucun açılması. Toxumlar dərmanlanana qədər surqu-
cun açılmasına icazə verilmir. Surquc sahədə fermerin və
toxumçu aqronomun iştirakı ilə açılmalıdır. Komissiya üzvləri
kisənin xaricində olan etiketi daxilindəki ilə yoxlayırlar.
Toxumların dərmanlanması. Dərmanlama apararkən, müt-
ləq mexaniki zibillənmənin qarşısı alınmalıdır. Dərmanlanma
ayrıca otaqda aparılmalıdır ki, zibillənmə getməsin. Dərman-
lanma zamanı otaqda başqa iş görülməməlidir. Dərmanlama
əvvəlcə yuxarı dərəcəli toxumlardan başlanmalıdır. İstifadə
olunan maşın və digər alətlər diqqətlə təmizlənməlidir.
Toxumların səpin üçün buraxılması. Toxumlar səpin üçün
yalnız öz kisələrində buraxılmalıdır. Başqa kisə istifadə edil-
dikdə həmin kisə diqqətlə təmizlənməli və dezinfeksiya olun-
malıdır. Toxumlar sahəyə daimi yollar ilə daşınmalıdır, başqa
sortların əkiləcəyi sahə ilə toxumların daşınmasına yol veril-
məməlidir.
Sortların sahədə yerləşdirilməsinə olan tələbat. Ümumiy-
yətlə, hər sortun əkiləcəyi sahə əvvəlcədən müəyyən edilmə-
lidir və çarpaz tozlanan bitkilər arasında qoruyucu məsafə
qoyulmalıdır ki, onlar bir-biri ilə bioloji zibillənməsin. Mexa-
niki zibillənmənin qarşısını almaq üçün taxıl bitkilərinin bir-
birinə sələf olmasına yol vermək olmaz. İmkan olmadıqda isə
bir-birindən asanlıqla ayrıla bilən bitkilər əkilməlidir. Səpin
zamanı xırman yeri, qış yolları müəyyən edilməlidir. Yığım
zamanı başqa növ əkin sahələri ayrıca yığılmalıdır.
Səpinə hazırlıq və səpin. Toxumluq sahələrdə səpin aparı-
larkən səpin maşınları mütləq təmizlənməli və dezinfeksiya
olunmalıdır. Eyni zamanda səpin aparılan sahədə də təmizlən-
mə aparmaqla, yeni sort səpilərkən maşınlarda toxum qalma-
ması üçün yenidən yoxlanılmalıdır.
Səpin aparılarkən əvvəlcə yuxarı, sonra isə aşağı dərəcəli
toxumlar səpilməlidir. Bu cür səpin aparıldıqda yuxarı dərəcəli
Dostları ilə paylaş: |