Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   65   66   67   68   69   70   71   72   ...   89

228 
olmayaraq, yağlı bitkilərdə isə 0,10-0,50 hektar sahə götürülür. 
Sortdaxili tozlanmadan alınan toxum elə becərilməlidir ki
onun maksimum çoxalması təmin edilə bilsin. Sonra fərdi ailə-
vi və kütləvi seçmə aparılır. Kütləvi seçmə yüksək məhsuldar 
və təmiz sortlu sahələrdə aparılır. Dənli bitkilər üzrə 1,5-2 min 
bitki seçilir. Kütləvi seçmədən alınan toxumlar qarışdırılaraq 
ümumi sahədə  səpilir.  Əsas sortun tipik əlamətlərinə malik 
olmayan, xəstə və inkişaf etməmiş bitkilər kənar edilir. Kütləvi 
seçmədən alınan toxumlar superelit  toxum almaq üçün əkilir. 
Çarpaz tozlanan bitkilərdən elit toxumlar istehsal edildikdə 
tozlanma zamanı bioloji seçicilik imkanının olması üçün həmin 
sortun müxtəlif şəraitdə becərilən bitkilərinin tozu ilə çox qatlı 
əlavə tozlandırma aparılır. 
Bəzən superelit toxum almaq üçün fərdi-ailəvi seçmədən 
istifadə edilir. Fərdi –ailəvi seçmə zamanı 1-ci və 2-ci toxum-
çuluq tingləri təşkil edilir. Sağlam tipik və  ən yaxşı bitkilər, 
sünbüllər və s. seçilərək sahədə  və laboratoriyada qiymətlən-
dirilir. Sonra fərdi döyülür. Dən döyüldükdən sonra bir daha 
pisləri çıxdaş edilir. Dənli bitkilərdən  ən azı 1000, yağlı 
bitkilərdən isə 300 ailədən az olmayaraq birinci il toxumçuluq 
tingliyində  əkilir və üzərində diqqətli yoxlama aparılır. Az 
məhsuldar, xəstə, tipik olmayan  ailələr çıxdaş edilir. Birinci il 
toxumçuluq tingliyində, dənli bitkilərdə 300-400, yağlı bitki-
lərdə isə 100-150-dən az olmayaraq ailə seçilir və təkrar yox-
lamaq üçün ikinci il toxumçuluq tingliyində əkilir. Bu tinglikdə 
dənli bitkilərin zülallığı un-çörək keyfiyyəti və s. yağlı 
bitkilərdə isə yağ faizi yoxlanılır. Özünü doğruldan ailələrin 
toxumu yığılaraq  birləşdirilir və superelit almaq üçün istifadə 
olunur. Superelit toxumlardan isə elit toxumlar istehsal olunur. 
Toxumçuluq tingliyində yüksək aqrotexniki  tədbirlər tətbiq 
edilməlidir ki, məhsuldarlıq və toxumun keyfiyyəti yüksəlsin. 
Elit toxumlar istehsal olunduqda dənlərin maşınlarla seçilməsi 
də aparılmalıdır. Çünki bu zaman iri, ağır və  bərabər 
böyüklükdə olan dənlərin seçilməsinə imkan yaranır. Beləliklə, 


229 
bu üsul digər üsulları tamamlayır. 
Elit toxumlar istehsal edildikdə, istifadə olunan üsuldan asılı 
olmayaraq aşağıdakı qaydalara riayət edilməsi vacibdir. Böyük 
sahələrdə seçmə aparılmalıdır; tozlanma zamanı dişiciklər 
tozcuqları seçmək üçün şərait yaradılmalıdır; bütün dövrlərdə 
sort  və növ alağı edilməlidir; tipik olmayan, inkişaf etməmiş, 
xəstə bitkilər kənar edilməlidir; yüksək aqrotexniki tədbirlər 
tətbiq edilməlidir; bütün tingliklər eyni sahədə olmalıdır; 
çarpaz tozlanan bitkilərdə sortlararası qoruyucu məsafənin 
qoyulmasına riayət edilməlidir və s. 
Elit toxumların keyfiyyətini nəzarət altına almaq üçün bu 
toxumlar birinci nəsil toxumlar ilə müqayisə edilir. Təcrübə 
göstərir ki, elit toxumlar sonrakı  nəsil toxumlara nisbətən hər 
hektardan 1-2 s. artıq məhsul verir. İstehsal olunan elit toxum-
ların planı kənd təsərrüfatı nazirliyi tərəfindən verilir. 
Bütün bitkilər üzrə  hər il tələb olunan superelit və elit to-
xumların 30%-i qədər, darı, qarğıdalı sortları və yağlı bitkilərin 
(bura günəbaxan, soya, araxis aid deyil) hər il sorttəzələmə 
üçün tələb olunan birinci nəsil toxumlarının 25%-i qədər, 
çovdar, buğda, arpa, qarabaşaq, dənli-paxlalı bitkilər, soya və 
araxis bitkilərinin hər il sorttəzələmə üçün tələb olunan ikinci 
nəsil toxumlarının 25%-i qədər, dənli və yağlı bitkilərin su-
perelit toxumları istehsal olan təsərrüfatlar özləri üçün  lazım 
olan sığorta fondunu öz təsərrüfatlarında saxlayırlar, başqa 
təsərrüfatların ehtiyacı üçün olan sığorta fondlarının 30%-i isə 
dövlət toxum tədarükü məntəqələrinə təhvil verilir. 
Ümumiyyətlə superelit, elit, birinci və ikinci nəsil toxumlar 
üzrə yaradılan sığorta fondları  hər il, saxlanan yerdə  təzələn-
məlidir. Daha doğrusu köhnə toxum istifadə edilib təzəsi sax-
lanmalıdır. Seleksiya stansiyaları və elit toxumçuluq təsərrüfat-
ları superelit və elit toxum istehsal etdikdə sahəni elə hesab-
lamalıdırlar ki, verilmiş planı yerinə yetirə bilsinlər: 
Superelit və elit toxumçuluq sahələr hesablanarkən mütləq 
əvvəlcədən aşağıdakı məlumatlar əldə edilməlidir: 


230 
1.  Elit təsərrüfatlarında plan üzrə alınacaq  məhsuldarlıq; 
2.  Hektara səpiləcək toxum norması; 
3.  Ümumi məhsuldar kondisiyaya uyğun alınacaq toxum 
faizi; 
4.  Hər ləkdəki (ailədə) bitkilərin və bir bitkidəki dənlərin 
sayı; 
5.  Toxumun mütləq çəkisi. 
Bütün yuxarıda göstərilənlər əldə edildikdən sonra sahələrin 
hesablanması aparıla bilər. Məsələn. 300 sentner kondisiyaya 
uyğun elit toxum istehsal etmək planı verilmişdir. Səpin 
norması 1,5 s. hektardan  20 s. məhsul alınır, alınacaq ümumi 
məhsulun 60%-i kondisiyaya uyğun gəlir, hər ləkdə 350 bitki 
və bir bitkidən orta hesabla 80 toxum alınmalıdır. Toxumun 
mütləq çəkisi (yəni 1000 dənə toxumun) 50 q-dır. Bu 
məlumatlar  əsasında superelit və elit toxumçuluq sahələrini 
hesablamaq lazımdır. 
300 s. kondisiyaya uyğun toxum almaq üçün 500 s. ümumi 
məhsul alınmalıdır, çünki 60% kondisiyaya uyğun gəlir, qalan 
toxum  çıxdaş edilir (300   100:60=500). Əgər hər hektardan 20 
s. məhsul alınarsa, 500 s. almaq üçün 25 hektar elit sahəsi tələb 
olunur ( 
= 25 hek.) 
Hər hektar elit sahəsinə 1,5 s toxum səpilərsə, 25 hektar 
üçün 37,5 s. superelit toxum tələb olunur. 60% kondisiyaya 
uyğun olarsa, (3,75  100:60=62,5 s) cəmi 62,5 s superelit 
toxum istehsal olunmalıdır. 62,5 superelit toxum almaq üçün 
isə (62,5:20=3,13 hektar) 3,13 hektar sahə tələb olunur. 
Superelit sahələr toxumçuluq tingliyinin alınan toxumla 
təmin edilir. Ona görə də toxumluq tingliyində alınacaq məhsul 
və sahə hesablanmalıdır. 
Hər hektara 1,5 toxum səpilərsə, 3,13 hektar superelit sahə 
üçün toxumçuluq tingliyindən 3,7 s toxum alınmalıdır (3,13 x 
1,5 = 4,7 s). 
Məlum olduğu kimi, toxumçuluq tingliyində ayrı-ayrı ailələr 
əkilir. Ona görə  də 4,7 s. superelit toxum almaq üçün to-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə