Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə72/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   68   69   70   71   72   73   74   75   ...   89

237 
müəyyən edilməsinə və qiymətləndirilməsinə deyilir.  
Tarla aprobasiyasının aparılmasında məqsəd fermerlərin sort 
və səpin keyfiyyətinin Dövlət Standartına uyğun gələn sağlam 
toxumlarla təmin etməkdir. Aprobasiyanın vəzifəsi: kənd 
təsərrüfatı bitkiləri sortluluq əkinlərinin keyfiyyətinə qiymət 
vermək, yerli sortları müəyyən etmək və qiymətləndirmək, bir-
illik və çox illik toxumluq ot bitkilərinin  əkinini qiymət-
ləndirməkdən ibarətdir.  
Aprobasiya prosesinin əsas vəzifələri aşağıdakılardır: 
a) K/t-ı bitkiləri  əkinlərində sortun keyfiyyətinin qiymət-
ləndirilməsi; 
b) Yerli sortlarla və eləcədə hibrid toxumlarla aparılmış 
əkinlərin qiymətləndirilməsi
c)  Birillik və çoxillik ot bitkilərinin toxumluq nöqteyi nə-
zərindən qiymətləndirilməsi; 
d) Yüksək keyfiyyətli toxum materialı almaq üçün toxum-
çuluq təsərrüfatlarına qoyulan tələblərin yerinə yetirilməsinə 
nəzarət; 
Həmçinin  əkinlərin sortluluq keyfiyyəti müəyyən edilərkən 
aşağıdakılara: 
a)  əkinlərin çətin seçilən mədəni bitkilərlə  və alaqlarla 
zibillənmə dərəcəsinə, o cümlədən karantin və zəhərli bitkilərə;  
b) kənd təsərrüfatı bitkilərinin xəstəlik və ziyanvericilərlə 
yoluxma dərəcəsi; 
v) təsərrüfat tərəfindən toxumçuluq aqrotexnikasının yerinə 
yetirilməsinə diqqət verilməlidir.  
Toxumluq  əkin sahələrini qiymətləndirmək məqsədilə apa-
rılan tarla aprobasiyası sahədən dərz götürüb, onu təhlil 
etməkdən ibarətdir.  
Aprobasiya işinin təşkilinə və onun aparılmasına təsərrüfatın 
rəhbərləri və aqronomları cavabdehdirlər. Aqronom-aprobator  
bu işi fermer təsərrüfatının fəhlələrinin köməyi ilə aparmalıdır. 
Toxumçuluq təsərrüfatlarında isə  həmin iş  ən təcrübəli apro-
bator tərəfindən aparılır.  


238 
Kənd təsərrüfatı bitkilərinin toxumluq əkinlərində aproba-
siya aparmaq hüququ olan və bunun üçün toxumçuluq sahə-
sində səlahiyyətli Dövlət orqanı tərəfindən attestasiya olunmuş 
fiziki şəxslərə aprobatorlar deyilir. 
Bitkilərin sort təmizliyini və ya sort cinsliyini, sort əkin-
lərinin alaqlanma dərəcəsini, xəstəliklərə yoluxmasını və zərər-
vericilər tərəfindən zədələnməsini müəyyən etmək məqsədilə 
sort  əkinlərinin müayinə edilməsi prosesi əkinlərin aprobasi-
yası adlanır. 
Qeyd etmək lazımdır ki, rayonun baş aprobatoru (baş apro-
bator rayonda müəyyən edilir və respublika Kənd Təsərrüfatı 
Nazirliyi tərəfindən təsdiq edilir) işin yerlərdə vaxtında və 
düzgün aparılması üçün məsuliyyət daşıyır. O, aprobasiya 
aparacaq şəxslərə lazımı göstəriş və təlimat verməli, habelə işin 
aparılması qaydası ilə onları tanış etməlidir.  
Aprobasiya fermerlərin toxumluq sahələrində toxumçuluq, 
elit toxumçuluq təsərrüfatlarında seleksiya-təcrübə mü-
əssisələrinin sort əkin sahələrində aparılmalıdır. Aprobasiyanın 
aparılması məhsul yığımından 2-3 gün qabaq qurtarmalı və bu 
işdə  təsərrüfatın nümayəndəsi iştirak etməlidir. Aprobasiya 
zamanı aşağıdakı sənədlər tərtib edilir: 
Aprobasiya aktları nömrələndikdən sonra imzalanıb aproba-
tora verilir. Aprobasiya aktları rəsmi sənəd hesab edilir və bu 
aktlar əsasında təsərrüfat sort şəhadətnaməsi, attestat və s. alır.  
Aprobatorun mütləq tarla jurnalı olmalıdır, bu jurnalda 
aprobasiya olunan sahə, aprobasiyanın nəticəsini və aprobasiya 
sənədləri qeyd edilir.  
Elit toxumçuluq təsərrüfatlarında aprobasiya aqronom apro-
bator tərəfindən aparılır və o, tam məsuliyyət daşıyır. 
Aprobasiya prosesi 4 mərhələdə aparılır. 
1.  Aprobasiya hazırlığı; 
2.  Aprobasiya dərzlərinin götürülməsi; 
3.  Laboratoriyada dərzlərin analizi; 
4.  Sənədlərin hazırlanması. 


239 
15.1. Aprobasiyaya hazırlıq və sort əkinlərinin qeydi 
 
Aprobator aprobasiya işinə başlamazdan qabaq yerli rəhbər 
işçilər ilə söhbət aparır, sənədlər və  təsərrüfatla tanış olur. 
Sonra təsərrüfatdaxili nəzarətin yerinə yetirilməsi, aqrotexnika 
qaydalarına əməl edilməsi və sort əkinləri üçün istifadə olunan 
toxum materialının keyfiyyəti ilə tanış olmalıdır. Bu işlər 
görüldükdən sonra aprobasiya sahəsinin həcmi, perspektiv və 
yerli sortlar, yüksək məhsuldar və qeyd olunacaq əkinlər 
müəyyən edilir, həmçinin aprobasiya olunacaq sahələrin sər-
hədi, orta götürüləcək xətt və s. müəyyən edilir. Aprobator elə-
cə  də bitkilərin kökləri üzərində sort və növ zibillənməsini 
yoxlayır.  
Yuxarıda göstərilən işlər qurtardıqdan sonra aprobator 
aprobasiya aktının müəyyən qrafalarını  və ya sort əkinlərin 
qeyd aktını yazır.  
Aprobator keçən il təsərrüfat üçün tərtib edilmiş aprobasiya 
aktlarına, yerli sortların müəyyən edilməsinə dair yoxlamaya, 
fermer təsərrüfatlarına sort şəhadətnaməsinə, seleksiya stansi-
yasının və elit-toxumçuluq təsərrüfatının verdiyi attestata bax-
malıdır.  Əgər yuxarıda göstərilən sənədlər olmazsa, o zaman 
aprobator həmin sənədlərin bərpa olunması üçün tədbir 
görməlidir.  
Xüsusilə, aprobator aprobasiyaya hazırlıq dövründə təsərrü-
fatda sort toxumların saxlanması  və  əkilməsi zamanı onların 
qarışmasının mümkün olunmasını müəyyən etməlidir, çünki 
yerli sortların müəyyən edilməsi və  sənədləşdirilməsi xüsusi 
əhəmiyyətə malikdir.  
Yerli sort dedikdə müəyyən adla 5-7 il ərzində  həmin 
rayonda  əkilən yerli sortlar nəzərdə tutulur. Yerli sortların 
müəyyən edilməsinə dair olan sənədlər rayon tərəfindən təsdiq 
olunmalıdır.  
Sort əkinlər nəzərdən keçirildikdə çarpaz tozlanan bitkilərin 
arasında qoyulan məsafəyə  də diqqət yetirmək lazımdır. Bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə