Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə73/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   69   70   71   72   73   74   75   76   ...   89

240 
məsafə müxtəlif bitkilərdə müxtəlifdir. Məsələn, payızlıq və 
yazlıq çovdar, qarğıdalı, sorqo və qarabaşaq üçün 200 m, sorqo 
və Sudan otu, süpürgə sorqosu arasında 400 m, müxtəlif yağlı 
bitkilərdə 100-dən 500 m-ə qədər olur. Bu məsafə bitkilər ara-
sında maneələr (meşə zolağı, tikintilər və təbii maneələr) olub-
olmaması ilə əlaqədar olaraq dəyişilir. Məsələn, günəbaxanda, 
gənəgərçəkdə maneə olduqda 500 m, olmadıqda 1000 m məsa-
fə qoyulur. Aprobator hazırlıq dövründə sortluq əkinlər çətin 
seçilən mədəni alaqlarla 5%-dən yuxarı zibilli olduqda, onu 
təsərrüfatda diqqətlə  təmizlətməlidir. Məsələn, bərk buğdadan 
yumşaq buğdanı, çovdardan arpanı, buğdadan arpanı və s.  
 
15.2. Aprobasiya dərzlərinin götürülməsi 
 
 Aprobasiya  dərzləri yalnız bitkilər kök üzərində olarkən 
(sort  əlamətləri inkişaf etdikdən sonra) toxumçuluq təsərrü-
fatlarının nümayəndələrinin iştirakı ilə götürülür. Aprobasiya 
dərzləri götürülərkən, müəyyən edilmiş sahədən bir dərz və 
nümunə götürülür. Lakin toxumçuluq təsərrüfatlarında selek-
siya stansiyaları  və elmi idarələrin sahələrində iki dərz götü-
rülür və  hər dərz ayrılıqda təhlil edilir. Toxumçuluq təsərrü-
fatları ayrı-ayrı xırda əkinlərə malik olduqda və sahə eyni tipli 
olduqda bir dərz götürülə bilər. Ancaq toxumluq sahələrin hər 
birindən ayrı-ayrı  dərzlər götürülüb, təhlil edilərək hər biri 
üçün ayrıca akt tərtib edilir.  
Aprobasiya dərzləri ümumi əkinlərdən sahənin hər birinin 
diaqonalı, toxumluq əkinlərdə isə bitkiləri seçmədən sahənin 
iki diaqonalı üzrə bərabər nöqtələrdən götürülür. Paxlalı bitki-
lərdə isə bitkilər diaqonal üzrə  nəzərdən keçirilərək aprobasiya 
edilir. 
Aprobasiya dərzləri götürülən zaman sahənin alaqlanma də-
rəcəsi aşağıdakı şkala üzrə gözəyarı: tam təmiz sahə - 0, əhə-
miyyətli dərəcədə alaqlı sahə -1, orta dərəcədə alaqlı sahə-2, 
güclü dərəcədə alaqlarla tutulmuş sahə-3 rəqəmi ilə qiy-


241 
mətləndirilməlidir. Həmçinin karantin alaqların adı da 
müəyyən edilir.  
 
Dənli və dənli-paxlalı bitkilərin aprobasiya dərzi nümunələrinin  
seçilməsi və baxılması qaydası 
Cədvəl 26  
 
Bitk
ilə

 
Aprobasiya 
zamanı bitkinin 
inkişaf 
mərhələsi 
Aprobasiya 
dərzinin 
(nümunəsinin)
götürülməsi 
üçün sahə 
norması,  ha 
Nümunə 
 üçün bitki 
götürülən 
məntəqə-
lərin sayı,  
ədədlə 
Nümunə 
götürülən 
bitkilərin 
sayı, ədədlə
 (ən azı) 
Aralıq 
məsafə 
norması, 
metrlə 
Payızlıq və 
yazlıq buğ-
da, arpa, 
vələmir 
Mum 
yetişmənin 
əvvəli 
450 100 
1500 
200 
Tritikale Mum 
yetişmə 450 
100  1500  150 
Çovdar 
Süd yetişmədən 
tez olmaz 
450 100 500 
200 
Lobya, 
mərcimək, 
noxud 
Aşağı paxlalar 
yetişəndə 
100 50 250 - 
Çəltik 
Tam yetişmənin 
başlanğıcı 
100 100 
1000 - 
Qarğıdalı 
Tam yetişmənin 
başlanğıcı 
50 25 
250 
200 
 
Qeyd: - Bitkilərə kökü üstə baxılır (dərz götürülmədən paxlalar 
götürülür). 
 
Yuxarıda göstərilən qayda ilə  dərzlər sahədən götürüldük-
dən sonra bağlanıb üzərinə etiket asılır və həmin etiketin ikinci 
nüsxəsi dərzin içərisinə qoyulur, sonra dərz təhlil ediləcək 
binaya gətirilir və ən çox iki gün müddətində təhlil edilir. 
Elit toxumluq sahələrdən isə 2 dərz götürülür. Dərz sahədə 
bağlanır, etiket qoyulur. (sortun adı, götürülmə vaxtı  və s.) 
Analiz olunacaq yerə gətirilir. 


242 
Yığımdan qabaq götürülmüş nümunə  dərzləri laboratoriya 
şəraitində  təhlil edilməlidir. Pitomniklərdən asılı olaraq nü-
munə dərzi kimi ləkin orta hissəsindən götürülmüş 10 bitki və 
ya 1 kv.m sahədən götürülmüş bütün bitkilər təhlil olunmalıdır. 
 
15.3. Aprobasiya  dərzlərinin təhlili 
 
Aprobasiya dərzlərinin təhlili iki gündən gec olmayaraq 
başa çatdırılmalıdır. Aprobasiya dərzi təhlil edilən zaman 
sahənin sort təmizliyi və ya birtipliliyi təyin edilir, həmçinin 
çətin seçilən mədəni alaqlar, yabanı, karantin, zərərli və çox 
zəhərli bitkilərlə zibillənmə, zərərvericilərə  və  xəstəliklərə 
tutulma dərəcəsi müəyyən edilir.  
Karantin alaqlara: bütün ambroziya  növləri, kalış, kuskuta; 
çox zərərli alaq otlarına: su çayırı, çəhrayı  kəkrə, quşüzümü, 
kamelina, tülküquyruğu, acı biyan, salaməleyküm, tüklü unluca 
və sair zəhərli bitkilərə isə trixodesma və meyvəsi tüklü 
heliotrop daxil edilir.  Dənli bitkilərdə sort təyin edildikdə 
əvvəlcə növ müxtəlifliyi, sonra isə sort əlamətləri əsasında sort 
təyin edilir.  
Dənli-paxlalı bitkilərdə or-
ta yarusda paxlanın forması 
və ölçüsü, səthinin xüsusiy-
yəti, toxumun rəngi, forması 
və s. noxudda gövdə, paxla-
nın yerləşməsi, buğum ara-
larının sayı (birinci  paxlaya 
qədər), gövdənin sarınması 
və ya dik durması, bitkinin 
müxtəlif orqanlarında bənöv-
şəyi rəngin olması  və s. 
ümumiyyətlə, həmin bitkinin 
morfoloji xüsusiyyətləri  əsa-
sında bütün sort əlamətlərini 


243 
nəzərə alaraq sort təmizliyi qeyd edilməlidir.  Yerli sortlarda 
seleksiya sortlarından fərqli olaraq növ müxtəlifliyinin qarışığı 
olur, lakin biri çoxluq təşkil edir. Əgər həmin növ müxtəlifliyi 
85%-dən az olmazsa, qeyd edilir və aprobasiya aktına yazılır. 
Əks halda növ müxtəlifliyinin qarışığı yazılır. Yerli sortda 
təmizlik deyil, birtiplilik qeyd edilir. Buğda və arpa növ 
müxtəlifliyinə; vələmir-dənin rənginə; noxud-toxumun forma-
sına (yumru, künclü və ya aralıq forması), rənginə (ağ, sarı, 
qırmızı, çəhrayı, narıncı, qara) və toxumun iriliyinə görə; lərgə 
və paxlada yerli sortların digər paxlalı bitkilərlə qarışma 
dərəcəsi təyin edilir. Aprobasiya aktına yerli sort verilən  əsas 
ad yazılır. Hibrid toxumlar ilə səpin aparılmış əkinlər botaniki 
tərkibcə müxtəlif olur. Belə əkinlərdə də yerli sortlarda olduğu 
kimi aprobasiya aparılır.  
Aprobasiya dərzi təhlil edildikdə əsas sortun gövdələri ayrı-
lıb yüz-yüz bağlanır. Başqa qruplar bu sortun gövdələri içə-
risində qarışıq hesab olunur. Məsələn, bərk buğdada yumşaq və 
əksinə, darıda başqa rəngli dənlilər və süpürgəlilər. Qarışıqlar 
seçilib ayrıca bağlanır. 
Növ müxtəlifliyini nisbətən asan, sort qarışığını isə  çətin 
təyin etmək olur. Ona görə  də aprobasiya zamanı dövlət sort-
yoxlama  şəbəkəsi tərəfindən aprobasiya üçün tərtib edilmiş 
kitabdan istifadə etmək lazımdır. 
Dərzlər təhlil edildikdə  xəstə  və inkişaf etməmiş gövdələr 
ayrı bağlanır. Sort təmizliyinin faizi tapıldıqda normal inkişaf 
etmiş  və  xəstəliyə tutulmayan bitkilər nəzərdə tutulur. Sort 
təmizliyinin faizi tapıldıqda əsas gövdənin sayı 100-ə vurulub, 
əsas sort və qarışığının sayına bölünür. 
Xəstəliklərə tutulma faizi tapıldıqda xəstə bitkilərin sayı 
100-ə vurulub hasil əsas gövdənin sayı ilə qarışıq və  xəstə 
bitkilərin sayının cəminə bölünür. 
Sonrakı qarışıqlar tapıldıqda isə, həmişə 100-ə vurulub, 
hasil  əsas gövdənin sayı ilə  əsas bitkidən olan qarışıq və 
tapmaq istədiyimiz qrupun sayının cəminə bölünür. Bu misalı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə