Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə74/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   70   71   72   73   74   75   76   77   ...   89

244 
aydınlaşdırmaq üçün bir dərzin təhlilini nəzərdən keçirək
Sahənin karantin və zəhərli bitkilərlə zibillənmə dərəcəsinin 
faizi yox, yalnız onun sayı müəyyən edilir. İki dərz götürülən 
sahələrdə hər bir dərz ayrıldıqda təhlil edilib aprobasiya aktına 
yazılır. Sort təmizliyi və zibillənmə faizləri iki dərzdən alınan 
orta rəqəmlə tapılır. Aprobasiya aparılan sahələr sort təmiz-
liyinə görə  aşağıdakı dörd dərəcəyə bölünür. Çarpaz tozlanan 
bitkilər isə alınan nəsillərə görə  dərəcələrə bölünür. Elitadan 
sonra birinci nəsil, birincidən sonra ikinci nəsil və sonra hesab 
olunur. 
Dərzlərin təhlili zamanı sort təmizliyi, yaxud əkinlərin tipik-
liyi, çətin ayrılan mədəni bitkilərlə, karantin, zəhərli, ziyanlı, 
çətin ayrılan alaqlarla zibillənməsi (alaqlanması), xəstəlik və 
ziyanvericilərlə sirayətlənməsi təyin edilən zaman aprobator 
ərazinin torpaq-iqlim şəraitindən, tətbiq olunan aqrotexnikadan 
və sair faktorlardan asılı olaraq sortun ayrı-ayrı  əlamətlərinin 
morfoloji dəyişkənliyini nəzərə almalıdır. 
Elmi-tədqiqat institutlarının təcrübə təsərrüfatlarının toxum-
luq  əkini sahələrindən götürülmüş  hər iki dərz ayrılıqda təhlil 
olunur və aprobasiya aktına daxil edilir. Sort təmizliyi, yaxud 
tipikliyi və əkinlərin digər keyfiyyət göstəriciləri hər iki dərzin 
orta riyazi rəqəmləri əsasında hesablanır. 
Aprobasiya dərzlərinin təhlilindən sonra bütün fraksiyalar 
ayrılıqda, əsas bitkilərin gövdələri isə yüz-yüz bağlanır. Sonra 
bütün fraksiyalar əsas sortla birlikdə bir dərzdə aprobator 
tərəfindən yerindəcə bağlanır, əkin tarlasının adı, bitkinin sortu 
və  dərzi götürmə vaxtını bildirən etiket yazılaraq bir nüsxəsi 
dərzin içərisinə qoyulur, ikinci nüsxə isə  dərzə çöl tərəfdən 
bağlanır. Seçilib götürülmüş  dərzləri aprobator şəxsən özü 
çeşidləmə məntəqəsinə aparılmalıdır. 
Aprobasiya dərzi bütünlüklə analiz edilir və  aşağıdakı 
qruplara ayrılır: 
•  Aprobasiya edilmiş bitkilərin əsas sortunun gövdələri; 
•  Digər sortların, növ müxtəlifliklərinin gövdələri və apro-


245 
basiya edilmiş bitkilərin (sort qarışıqları) növləri; 
•  Çətin ayrıla bilən alaqların gövdələri; 
•  Çətin ayrıla bilən mədəni bitkilərin gövdələri; 
•  Çox zərərli alaqların gövdələri; 
•  Karantin alaqların gövdələri; 
•  Əsas bitkilərin tam inkişaf etməmiş gövdələri; 
Dərz nəzərdən keçirildikdən və bütün qruplar üzrə analiz 
edildikdən sonra hər bir dərzdəki gövdələrin sayı hesablanır; 
Sortun təmizlik faizi, əsas sortun məhsuldar (dənli) gövdə-
lərinin sayının aprobasiya edilmiş bitkilərin bütün inkişaf 
etməmiş gövdələrinin sayına (sürmə ilə  zədələndiyi müəyyən 
edilmiş gövdələri çıxmaqla) nisbəti ilə təyin edilir. 
Əkinlərin sürmə ilə zədələnmə faizi hər bir sürmə növü üzrə 
ayrılıqda təyin edilir və  əsas bitkilərin (sürmə ilə  zədələnmiş 
gövdələr daxil edilməklə) inkişaf etmiş bütün gövdələrin 
sayına olan nisbəti ilə hesablanır. 
Əkinlərin çətin ayrıla bilən mədəni bitkilərlə və çətin ayrıla 
bilən alaq otları ilə zibillənməsi faizi həmin qrupların hər hansı 
birini dənli gövdələrinin sayına (təyin edilən bitki qrupu da 
daxil olmaqla və sürmə ilə zədələndiyi müəyyən edildiyi qrup 
gövdələrini çıxarmaqla)  əsas bitkinin məhsuldar gövdələrinin 
ümumi sayına olan nisbəti ilə təyin edilir. 
Misal: Fərz edək ki, Pərzivan-1 yumşaq buğda sortunun 
aprobasiya dərzinin analiz edilməsi nəticəsində  aşağıdakılar 
müəyyən edilmişdir: 
-  Pərzivan-1 sortunun əsas gövdələri -1070; 
-  Başqa sortların və növ müxtəlifliklərinin sayı-20; 
-  O cümlədən Milturum gövdələri – 10; Ferruqineum 
gövdələri-8; Hordeiforme gövdələrinin sayı -2; 
-  Sürmə ilə sirayətlənmiş əsas bitkilərinin gövdələri -12; o 
cümlədən tozlu sürmə ilə sirayətlənmiş gövdələrinin sayı -4; 
bərk sürmə ilə sirayətlənmiş sayı -8-dir; 
-  Çətin ayrıla bilən mədəni bitkilərin gövdələri -8; o 
cümlədən arpa gövdələrinin sayı -8; 


246 
-  Çətin ayrıla bilən alaq otlarının gövdələri -3; 
Bu zaman əkinin keyfiyyət analizləri belə hesablanır: 
Sort təmizliyi 
              1070 x 100  =  107000   =98,1% 
                1070+20           1090 
Çətin ayrıla bilən bitkilərlə (arpa ilə) zibillənmə; 
Zibillənmə  
 
      8 x 100         =      800        =0,7% 
    1070+20+8           1098 
 
Tozlu sürmə ilə sirayətlənmə 
             4 x 100       =    400       =0,4% 
          1070+20+4        1097 
Əkinlərin bərk sürmə ilə zədələnmə faizi də tozlu sürmə ilə 
sirayətlənmə faizi kimi hesablanır. 
Çətin ayrıla bilən mədəni bitkilərə  aşağıdakılar aiddir: 
buğdada – arpa, çovdar; arpada – buğda, vələmirdə - arpa;  
Əgər  əkinin bütün çətin ayrıla bilən bitkilərlə zibillənməsi 
5%-dən artıq deyilsə onda aprobator, toxumun diqqətlə 
təmizlənməsi haqqında göstəriş verir. 
 Əkinlərin bütün çətin ayrıla bilən mədəni bitkilərlə zibillən-
məsi 5%-dən artıq olduqda həmin  əkinin məhsulu toxumluq 
üçün yararsız hesab edilir və belə  əkinlər üçün çıxdaş aktı 
yazılır. 
Sort təmizliyinin faizlə miqdarı onda bir ədədlə, digər 
keyfiyyət göstəriciləri isə  təlimatda nəzərdə tutulmuş qaydada 
hesablanır (onda bir, yaxud yüzdə bir ədədlə). Digər hesabat 
rəqəmləri sadə olsun deyə yuvarlaqlaşdırılır. 
Yerli sortların sort təmizliyi, yaxud tipikliyi  müəyyən 
edilmir və aktda yalnız onların növmüxtəlifliklərinin faizlə 
miqdarı göstərilir. 
Yerli sortlar aprobasiya edilərkən aprobator dərzdə çox rast 
gəlinən sortun adını (növmüxtəlifliyini) yazmalıdır. Sortun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə