Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   66   67   68   69   70   71   72   73   ...   89

231 
xumçuluq tingliyindən nə  qədər ailə (lək)  əkmək lazım 
gəldiyini tapmaq lazımdır. 
Yuxarıda göstərilən tapşırığa əsasən hər ləkdə 350 bitki və 
hər bitkidən 80 toxum alınarsa, bir ləkdən (350x80=28000) 
28000 dənə toxum alınır.1000 dənə toxumun mütləq çəkisi 50 
s. olarsa, bir ləkdən (50x28000:1000=1,4) 1,4 kq toxum alınır. 
Beləliklə, 4,7 s. superelit toxum almaq üçün 336 (lək) ailə 
lazım gəlir. (4,7:1,4-335,71 və ya tam götürülərsə -336). 
 
14.3. Hibrid toxumların yetişdirilməsi 
 
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək 
işində yüksək məhsuldar sortların yaradılmasının və toxum-
çuluq işinin düzgün təşkil edilməsinin böyük əhəmiyyəti var-
dır. Xüsusilə  məhsuldarlığı artırmaq işində hibrid toxumların 
rolu daha böyükdür. Hibrid toxumlar məhsuldarlığı yüksəldir, 
məhsulun keyfiyyətini yaxşılaşdırır və yetişmə müddətini 
qısaldır. Məsələn, hibrid qarğıdalı toxumları  əkilən sahədə 
məhsuldarlıq 15-25% artır. Tərəvəz bitkilərindən pomidorda 
80%, badımcanda 60%, soğanda 36, kələmdə 26% məhsul-
darlıq yüksəlir, həmçinin vegetasiya dövrü 15-20 gün qısalaraq 
məhsul tez yetişir. 
Hibrid toxumların yetişdirilməsi heç də  çətin deyildir. Bu 
hər bir fermer təsərrüfatı şəraitində aparıla bilir. Hibrid toxum 
almaq üçün iki müxtəlif sortu (məsələn, pomidorda çudorınka 
ilə bizon sortunu) bir-biri ilə qovuşdurmaq lazımdır. Məsələn 
bir hektar sahə üçün parnikə 40000 ədəd toxum səpmək lazım 
gəlir. Yaxşı toplandıqda bir ədəd  pomidor meyvəsində hibrid 
toxumla təmin etmək üçün ən çoxu 800 ədəd çiçəyi axtalayıb 
tozlandırmaq lazımdır. Bu iş üçün cəmi 3 əməkgün sərf  edilir, 
əvəzində isə hektardan 1-2 dəfə çox məhsul alınır.  Əlavə 
əməkgün yalnız axtalama və tozlandırma üçün sərf olunur, qa-
lan işlər adi təsərrüfat əkinlərində olduğu kimidir. Qarğıdalıda 
hibrid toxumların alınması nisbətən mürəkkəb olduğundan 


232 
bunun haqqında ayrıca danışacağıq. 
Hibrid qarğıdalı toxumlarının istehsalı. Qarğıdalı bitki-
sində hibrid toxumlar alınma qaydalarından asılı olaraq 
aşağıdakı kimi adlanır: 
1.Sortlararası hibrid; 2.Sadəxətlər arası hibrid; 3. İkiqat xət-
lərarası hibrid; 4. Üçxətli hibrid; 5. Sortxətli hibrid; 6. Mürək-
kəb hibrid. 
Sortlararası hibrid iki adi sortun hibridləşdirilməsi yolu ilə 
alınır. 
Sadə  xətlərarası  hibrid almaq üçün bir bitkinin  süpür-
gəsindəki tozcuqları  həmin bitkinin  qıçası üzərində yerləşmiş 
saçaqlara süni surətdə  səpməklə  əvvəlcə öz-özünə tozlandı-
rılmış  xətlər alınır. Qıçaların başqa bitkilərlə tozlanmasının 
qarşısını almaq üçün saçaq hələ xaricə  çıxmamış onu per-
qament kağızından hazırlanmış  təcridedici torba içərisinə 
almaq lazımdır. 
Öz-özünə tozlandırma 5 il davam etdirilir. Sonra öz-özünə 
tozlanmadan alınan iki xətt bir-biri ilə tozlandırılır və sadə 
xətlərarası hibrid  alınır. 
Ikiqat xətlərarası hibrid iki sadə  xətlərarası hibridin bir-
biri ilə tozlandırılmasından alınır.  İkiqat xətlərarası hibrid 
yüksək məhsul verir. 
Üçxətli hibrid alındıqda ana bitki olaraq, sadə    xətlərarası 
hibrid, ata bitki olaraq öz-özünə tozlandırılımış  xətlər iştirak 
edir. Üçxətli hibrid də ikiqat hibrid kimi yüksək məhsuldar 
olur.. 
Sortxətli  hibrid alındıqda hibridləşdirmədə bir sort və bir 
də öz-özünə tozlandırılmış  xətlər iştirak edir. Sort ana bitki 
kimi, öz-özünə tozlandırılmış  xətlər isə ata bitki kimi istifadə 
edilir. Sortxətli hibrid almaq üçün bir neçə  xətt iştirak edə bilər. 
Mürəkkəb hibrid bir neçə öz-özünə tozlanmış  xətlərin və 
ya ikiqat xətlərarası hibridin ikiqat xətlərarası hibridlə hibrid-
ləşməsindən alınır. Adətən bu, bir neçə  məhsuldar sadə  və ya 
ikiqat hibridlərin toxumlarının qarışdırılıb səpilməsi yolu ilə 


233 
alınır. Məsələn, Krasnodar 1/49 hibridi BİR-14, BİR-57, BİR-
37 və Krasnodar-3 xətlərarası hibridlərinin toxumlarının qarış-
dırılıb əkilməsi yolu ilə alınmışdır. 
Qarğıdalının hibrid toxumları yetişdirilərkən yüksək aqrotex-
niki tədbirlər əsasında yalnız xətlərarası və sortlararası hibridlər 
tətbiq edilməlidir. Xətlərarası  və sortlararası hibridlər aldıqda 
iki cərgə ana bitki, bir cərgə ata bitki əkilir. Bu sahədə heç bir 
təcridetmə işi aparılmır. Yalnız başqa əkinlər arasında qoruyucu 
məsafə (200 m) qoyulur. 
Ana bitkinin cərgələrini müəyyən etmək üçün, qarğıdalı 
toxumuna çəkisinin 0,5%-i qədər günəbaxan toxumu əlavə edi-
lir. Ana bitki öz tozcuğu ilə tozlanmasın deyə, süpürgələr 
vaxtında qoparılmalıdır. Süpürgələr tədricən əmələ gəldiyindən 
hər gün nəzarət edib yeni əmələ  gələn süpürgələr qoparıl-
malıdır. Süpürgəsi qoparılmış ana bitki ata bitkinin tozu ilə  
tozlanır. Hibrid sahədən  məhsul iki dəfə  yığılır. Birinci dəfə 
ana bitkinin cərgəsində olan qıçalar, sonra isə ata bitkinin 
cərgəsində olan qıçalar yığılır. Hibrid toxum olaraq ana bitkinin  
cərgəsindən yığılan  qıçalar istifadə edilir. Hibridin birinci nəsli 
adi cinslərə nisbətən daha çox məhsul verir, onun digər 
nəsillərində isə məhsul xeyli azalır. Ona görə də qarğıdalı əkən 
təsərrüfatlar müntəzəm olaraq yüksək məhsul götürmək üçün 
hər il hibridin birinci nəsil toxumlarını istehsal etməlidirlər. 
 
14.4. Toxumun sertifikatlaşdırılması (təsdiqlənməsi) 
 
Kənd təsərrüfatının məhsuldarlığı davamlı surətdə artırıl-
ması  nəzərdə tutulduğu halda yalnız sertifikatlaş  dırılmış 
səpinlik toxumdan istifadə edilməlidir. 
Hər bir rayonlaşdırılmış sortun toxumları, ancaq yaxşı səpin 
keyfiyyətinə malik olduqda və müəyyən edilmiş  tələblərə, ya 
da kondisiyalara uyğun gəldiyi hallarda yüksək məhsul verə 
bilirlər.  İstisna hallar tənzimlənə bilər. Bazarda bu tələbatı 
həyata keçirmək üçün yararlı bitki növlərinin qəbul edilmiş 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə