Microsoft Word Toxumshunasliq 2014 mbm



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə71/89
tarix24.04.2018
ölçüsü2,8 Kb.
#40008
1   ...   67   68   69   70   71   72   73   74   ...   89

234 
məhsula tələbatı  həmçinin artmalıdır. Bunun üçün müvafiq 
tədbirlər aşağıdakılardan ibarətdir: 
-  Səpinlik toxum keyfiyyətinin  əhatəli yaxşılaşdırılması 
(yüksək cücərmə qabiliyyəti və sairə) 
- Bitkilərin etibarlı qorunması sisteminin yaradılması 
(məsələn, mərkəzi aşındırma stansiyası bitkilərin qorunması 
sahəsində bu gün üçün ən effektli tədbir kimi). 
- Regional kənd təsərrüfatı idarələri daxil olmaqla məlumat 
və təlimə olan tələbatın ödənilməsi. 
Sonradan anbarda saxlanılan istehlak becərmə (məs., taxıl) 
bu təhlilin predmeti deyildir, sadəcə olaraq ümumi kənd 
təsərrüfatı siyasəti çərçivəsində tənzimlənməlidir. 
Lakin buna baxmayaraq aydın olmalıdır ki, yalnız gəlirli və 
məhsuldar təsərrüfatla məşğul olan fermer və ya müəssisə 
sertifikatlaşdırılmış səpinlik toxum üçün sorğu edə bilərlər. 
Təsdiq olunmuş və sertifikatlaşdırılmış toxum istehlakçılara 
sortların/hibridlərin müəyyən genetik xüsusiyyətlərini saxlama-
ğa təminat verir. Cücərmə qabiliyyəti, təmiz saflıq və sairə 
kimi keyfiyyət əlamətləri optimal məhsuldarlığa və keyfiyyətə 
cavab verən müəyyən müvafiq normalara uyğun olmalıdır. 
Digər tərəfdən təsdiqlənmiş toxum seleksiyaçıya və istehlak-
çıya xərclərin çıxarılmasına təminat verir və bu da öz 
növbəsində bazara yararlı sortların yetişdirilməsinə  və  səpinə 
hazırlığı həyata keçirməyə imkan verir. 
Toxum istehsalının idarə olunması  hər  şeydən  əvvəl 
becərmə mövsümündən asılı olaraq toxumun səpinə hazırlığına 
yönəlib. Başqa halda isə sortuna və ya keyfiyyətinə görə tez-tez 
yararlı olmayan istehlak məhsuluna qayıdılır. Qarğıdalının və 
şəkər çuğundurunun hibrid sortları geniş planlaşdırma tələb 
edir, çünki becərmə üçün nəzərdə tutulan məhsullar toxum 
üçün yararlı deyildir. Təkcə «planlaşdırma» ilə istehsal baş tuta 
bilməz, bu yalnız xərcləri ödəmək qabiliyyətli qiymətlərə, 
məhsulun-keyfiyyətinə, toxumun bazar səmərəliliyinə olan 
ümidlə izah olunur. 


235 
Kənd təsərrüfatında intensiv bitkiçilikdə qurulan və  təşkil 
olunan toxum istehsalı  kənd təsərrüfatı istehsalının tərkib 
hissəsi kimi özünün mövcudluğu hüququnu yüksək səviyyədə 
özündə saxlamaqdadır.  İstehsalatda müasir texnologiyanın və 
metodların tətbiqi zamanı gübrələrdən, bitkilərin mühafizəsi 
üçün nəzərdə tutulan vasitələrdən istifadə yüksək keyfiyyətli 
təsdiqlənmiş toxuma olan tələbatın ödənilməsində mütəşəkkil 
toxum istehsalını  mənalı edir. Yalnız fayda verə bilən isteh-
salatda seleksiya və istehsal üçün xərclərdən danışmaq olar. 
Burada həmçinin nəzərə alınmalıdır ki, təcrübə  və istehsal 
yüksək səviyyədə toxum təminatının ayrı-ayrılıqda, iqlim baxı-
mından optimal ərazilərdə çoxaltma texnologiyasının tətbiqi ilə 
baş verə bilər. 
Mühafizə olunan sortların toxumlarının istehsalı toxumçu-
luğun əsas prinsiplərinə riayət edilməsi şərtilə həyata keçirilir. 
Orijinal, super elit və elit toxumların istehsalı sortun 
müəllifinin və ya patent sahibinin nəzarəti altında elmi-tədqiqat 
və 
tədris müəssisələrinin təcrübə 
təsərrüfatlarında, 
reproduksiyalı toxumların istehsalı dövlət və bu fəaliyyət növü 
ilə  məşğul olan ixtisaslaşdırılmış özəl toxumçuluq 
subyektlərində həyata keçirilir. Sort müəllifləri qanunvericiliyə 
uyğun olaraq fərdi qaydada super elit və elit toxumların 
istehsalı ilə məşğul ola bilərlər. 
Aşağıdakı toxumların ticarət dövriyyəsinə daxil edilməsinə 
yol verilmir: 
•  rayonlaşmamış sortların; 
• sortluq və  səpin keyfiyyətlərini təsdiq edən uyğunluq 
sertifikatı və fitosanitar sertifikatı olmayan toxumların; 
•  qablaşdırılmamış və etiketləşdirilməmiş toxumların; 
• sortluq və  səpin keyfiyyətlərini təsdiq edən uyğunluq 
sertifikatının müddəti qurtarmış toxumların; 
• sort qarışığı olan toxumların. 
 


236 
XV FƏSİL 
 
APROBASİYA 
 
Aprobasiya sözünün mənası “bəyənirəm, seçirəm” demək-
dir. Aprobasiya k/t-ı bitkiləri  əkilmiş bütün sahələrdə yox, 
yalnız təsərrüfatın toxumçuluq məqsədilə ayrılan sahələrində 
aparılır. 
Toxumçuluq sahəsində kənd təsərrüfatı işçilərinin qarşısında 
duran vəzifələrdən biri də əkin sahələrində vaxtında aprobasiya 
aparılmasından, sortların toxumluq məhsulunun vaxtında və 
təmiz yığılıb təhvil verilməsindən ibarətdir.  
Respublikamızın iqlim və torpaq şəraiti müxtəlif olduğun-
dan, hər rayonun şəraitinə uyğun sortlar əkilir. Bəzən bir 
rayonda eyni bitkinin bir neçə sortu yetişdirilir. Məsələn, 1958-
ci ildə buğda bitkisi üzrə Tovuz rayonunda Ağ buğda 13, 
Arandəni, Cəfəri, Qırmızı buğda, Sevinc, Xırda buğda və Şərq 
sortları  əkilmişdir. Son dövrlər Elmi-tədqiqat  Əkinçilik 
İnstitutunun alimləri bir sıra məhsuldar buğda və arpa sortları 
əldə etmişdirlər. Onlardan Bərəkətli -95, Tərtər,  Şiraslan -23, 
Vüqar,  Əlincə-84, Mirbəşir -50, Turan, Qaraqılçıq -2 bərk 
buğda, əkinçi -84, Mirbəşir – 128, Azəri, Qiymətli 2/17 yum-
şaq buğda sortlarını və Qarabağ - 7, Qarabağ -21 arpa sortlarını 
göstərmək olar. Beləliklə, bir rayonda bir neçə sortun əkilməsi 
toxumların mexaniki surətdə qarışmasına və sort keyfiyyətinin 
aşağı düşməsinə səbəb ola bilər. Həmçinin sahənin alaq otu ilə 
zibillənməsi, xəstəliklərə tutulması və zərərvericilər tərəfindən 
zədələnməsi də toxumun keyfiyyətini aşağı salır. Ona görə də 
fermerlərin  əkin sahələrini yüksək keyfiyyətli cins və sağlam 
toxumla təmin etmək məqsədilə toxumluq əkin sahələrində, 
toxumçuluq təsərrüfatlarında və ümumi əkinlərdə düzgün və öz 
vaxtında aprobasiya aparılmalıdır. 
Aprobasiya latın sözü olub bəyənmə, təsdiq etmə deməkdir. 
İndi isə, aprobasiya sortluq əkin sahələrinin sort təmizliyinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə