Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə23/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   19   20   21   22   23   24   25   26   ...   42

 
 
90 
Mən 5-10 dəqiqə otaqda ayaq üstə durdum. Nə düşündüyümü 
heç indi də xatırlamıram. Bəlkə  də, heç  nə  düşünmürdüm. 
Düşünə bilmirdim. Bacarmırdım düşünməyi. Hər  şeyi 
unutmuşdum. Artıq Ramil də yadıma düşmürdü. 
Xatırlayanda da unutmağa, ondan uzaq olmağa  çalışırdım. 
Qapının açılması  və onun mənə “niyə soyunmamısan?” sualı 
məni donub qaldığım yerdən bir addım geri çəkilməyə məcbur 
etdi.  
  Məni  çarpayıya itələyərək  üstümə atıldı.  Qolumdan 
tutduğu zaman çox güclü olduğunu hiss etdim. Əynindən 
hərbi paltarını çıxardı. Qarnı o qədər iyrənc görünürdü ki...   
   Boyunun  hündürlüyü, qollarının güclü olması istənilən 
qadınla mübarizədə qalib gəlməsinə yetirdi. Vaskanyan məni 
öpməyə başladı.  Əllərimi bir əli ilə tutub tülkü  ağzına oxşar 
ağzı ilə dodaqlarımı, sinəmi  öpür, bir əli ilə paltarımı 
soyundurmağa  çalışırdı. Ağzından  ürəkbulandırıcı araq iyi 
gəlirdi. Fısıltısı isə insanı dəhşətə gətirirdi. 
   Düzü,  üstümdə elə uzanmışdı ki, hərəkət etməyə heç bir 
imkanım yox idi. Sadəcə başımı o tərəf-bu tərəfə  çevirir, 
dizlərimlə onu vurmağa çalışırdım. O isə sanki yırtıcı heyvan 
kimi  əlində olan zəif ceyranı parçalamağa  çalışırdı. O anda 
ceyranın gücü sadəcə  gözlərinə  və  ürəyinə  çatırdı. Mənim 
çırpınmağım, ağlamağım, qışqırığım ona ləzzət verirdi. O 
durmadan məni vurur, dişləyirdi. Bir növ məni müqavimət 
göstərməyə  sövq edirdi. Elə bil bilərəkdən işini uzadır, 
bitməsindən qorxurdu. Uzandıqca vəhşiləşir, gözləri qanla 
dolur, orqazma çatacaq dana kimi böyürürdü.  
-Sən bunlara alış,  öyrən, vəzifəni bil, türk qancığı. Bundan 
sonra mənim kefim istədiyi zaman bura gələcəksən. Mənə 
qulluq edəcəksən. Gör sənə  nələr göstərəcəm. Sənin türk 
kişilərin  sənə indiyə  qədər  əl vurmayıblar ki, mənə xidmət 
edəsən,-deyir, gücü  çatdığı  qədər ağır zərbələrlə  şillə vurur, 


 
 
91 
məqsədinə  çatmağa tələsmirdi. Adətən, insan bu cür 
vəziyyətdə kimisə köməyə çağırar, haray qoparar, amma mən 
o anda bir şeyi dərk edirdim ki, köməyə  çağırılası heç kim 
yoxdur. Sözsüz ki, Allahı  nəzərə almasaq. Allahı isə 
çağırmağa heç bir ehtiyac yox idi. Bizə öyrədildiyi kimi idisə
o, bizi görürdü. Görməsə də eşidirdi. Amma nə fayda?... 
   Nənəmlə  mübahisələrimdə “Tanrı niyə pis adamları 
günahlandırmır? Onlara imkan verir ki, həyatı istədikləri kimi 
yönəltsinlər?” deyə onu hirsləndirirdim. Rəhmətlik nənəm çox 
yaxşı  müsəlman idi. Dinini və allahını sevməyi və qorumağı 
həmişə bacarırdı. Yadıma gəlmir ki, nənəmin orucundan, 
namazından qaldığını  görüm. Rəhmətlik bu sualımı  çox 
sevdiyi atalar sözü ilə cavablandırırdı: “Allahın barmağı 
yoxdur ki, soxub göz  çıxartsın”, “gec edər, güc edər”. O, hər 
şeyi görür. Hər şeyə qadirdir.”  
Hətta nənəm danışırdı ki, 20 Yanvar faciəsi baş verəndə 
bütün naxçıvanlılar Nehrəmdəki  İmamzadəyə  yığışıb allaha 
yalvarıblar da. Azərbaycanın  üstünü  alan qara buludları tez 
bir zamanda dağıtması  üçün göz yaşı  töküb, ağlayıblar da. 
Tanrının tez bir zamanda erməniləri cəzalandıracağına  çox 
əmin idi rəhmətlik nənəm. Onun düşüncəsinə  görə Tanrı 
yalnız bizim idi. Ermənilərin ya tanrısı yox idi, ya da bizim 
tanrı onları sevmirdi. Ya da Tanrı yalnız yaxşılara sahib 
çıxırdı. Pislərə isə  şeytan başçılıq edirdi. Belə olduqda isə 
bizlər-müsəlmanlar yaxşı olduğumuz  üçün Tanrı bizim idi. 
Ermənilərin isə payına şeytan düşürdü. Bu cür dayaz düşüncə 
isə  dünyanı, bəşəriyyəti dərk etməkdə bizi müəyyən qapalı 
sahədə saxlayırdı. Bunun üçün də ya Tanrının bizə olan 
münasibətini tam dəqiqləşdirə bilmirdik, ya biz Tanrıya qarşı 
münasibətimizi aydınlaşdıra bilmirdik. Tanrı isə  həmişəki 
kimi bildiyini edirdi.... 


 
 
92 
    “Bu  zülmü allah bağışlamaz”,- deyirdi yazıq nənəm. 
Şərqin – müsəlmanların bəlkə də bəlalara düçar olmasının ilk 
səbəbi hər  şeyi göyə-tanrıya bağlamaları idi. Hər  şeyi də 
ondan gözləməsi idi. İstənilən müsəlman istənilən problem 
qarşısında qaldıqda  üzünü  göyə tutur, ondan kömək istəyir. 
Bu isə insan beyninin tənbəlləşməsinə gətirib çıxarır. Tanrıya 
müraciət etmək, həlli ondan gözləmək  ən asan yoldur, lakin 
məntiqin gücü ilə problemin həlli daha çətin, daha 
mürəkkəbdir.  
   O gecə mənim ömürlük ruhuma damğalanmış acı bir gecə 
oldu... Var gücümlə  mübarizə aparmağa  çalışsam da, heç  nə 
alınmırdı. Məndən qat-qat güclü olması istədiyi kimi rəftarına 
ən yaxşı yardımçı idi. Mənim alt paltarım da yox idi. Onu 
evimizdə olarkən əynimdən çıxarmışdılar. Bu onun işini bir az 
da asanlaşdırırdı. Mən artıq yorulmuş, taleyimlə bir daha 
barışmağa hazırlaşırdım. Amma, deyəsən, mənim 
yorulmağım,  çırpınmamağım onun həvəsini söndürürdü. Bir 
də ki, çarpayının setkası boş olduğu  üçün orta hissə batırdı. 
Bu da onun işini çətinləşdirən amillərdən idi. Bunu hiss edən 
Vaskanyan məni döşəmənin üstünə atdı. Bu zaman su əvəzinə 
qan axıdan gözlərim onun cinsiyyət orqanına sataşdı. 
Bayaqdan  üstümdə  qızmış  dəmir parçası kimi məni narahat 
edən orqan artıq büzüşmüşdü. Vaskanyan dəliyə  dönmüşdü. 
Gözləri qanla dolmuşdu. Kişilik qüruru hesab etdiyi onu 
məğlub vəziyyətə salmışdı. Yalançı qürur sahibi isə bunu hər 
hansı bir girovun qarşısında özünə heç bağışlaya bilmirdi. 
   Stolun üstünə qoyduğu  şalvarından remenini çıxardı. Və 
dayanmadan məni vurmağa başladı. Mən bunu qələbə hesab 
edirdim. Timsahın dişləri arasından qurtulmuşdum. Amma 
Timsah  əlindəki ovu yeyə bilmədiyi  üçün  çılğınlığından 
partlayırdı. Erməni dilində  nəsə deyir, saçımdan tutaraq 
sürüyür, bağırırdı. Nə edəcəyini bilmirdi. Sığala ehtiyacı olan 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə