100
bunun yuxu olduğunu düşünüb cavab verməmişdi. Yalnız
saçlarına toxunan barmaqların nəvazişindən bunun gerçək
olduğunu duyub hövlnak ayağa qalxdı.
– Sən Allah, düzünü de, birini deyib neçəsini çəkmisən
siqaretin?! - ərinə fürsət verməyib qabaqdangəlmişlik elədi.
– Mən birini çəkib buraya gəldim, amma səni belə görüb
oyatmağa qıymadım, inanmırsan?! – Nərminənin sualından
sonra ani düşünərək o gedəndən sonra qutudakı iki, yeni
qutudan daha birini çəkdiyini yada saldı.
– İnanan daşa dönsün! – Nərminənin şirin tərzdə dediyi bu
sözdən sonra hər ikisi bərkdən gülüşdülər.
– Gəl, gedək – Ramil dilləndi. Görəsən, Aytəkin neyləyir?!
Həyat yoldaşının əlindəki kitabı alıb stolun üstünə qoydu.
Başa düşdü ki, xanımı onun nəyə görə belə fikirli olmasını
anlayıb. Bu qədər anlayışlı olduğu üçün onu bağrına basmaq
istəsə də, ürəyindən gələn səs buna imkan vermədi. Daha
doğrusu, beyninə hakim çıxa bilmədi. Bir az əvvəl bu beynin
bütün sirli aləmi on doqquz il əvvəl itirdiyi Aytəkini
xatırlamışdı... Əli gəlmədi yoldaşını qucaqlamağa. Bu qəribə
bir hiss idi... Bunu yalnız yaşayanlar bilərdi. Amma Ramil heç
vaxt bunu kiməsə arzulamazdı. Bu o qədər ağır idi ki! Kişi
mərdliyinə, qüruruna xələl gətirə biləcək qədər dözülməz idi.
Bir az duruxsunub, iş otağından çıxmaq üçün qapıya tərəf
getdi.
– Ramil!.. – həyat yoldaşının səsindəki həyəcan ona qeyri-adi
gəldi. Bu səslənişdə yalvarış, minnətdarlıq, sevgi, bağlılıq,
ürək ağrısı... Hər şey var idi. Ramil bunu hiss edə bilmişdi.
Nərminənin nə deyəcəyini, yaxud edəcəyini anladı. Bir anlıq
onu çağıranın Aytəkin olduğunu da düşündü. Özünü aldatmaq
istədi həmin saniyələrdə... Axı, illərdir bu səsi həsrətlə
gözləmişdi... Tələbəlik illərinin hər anı ilə xoş dəqiqələrinə,
arzularına, niyyətlərinə qərq olmuş pak sevgisini yaşatmaq
101
üçün Aytəkinin əsirinə çevrilmişdi. Həmişə, elə indi də, bu
saniyə də elə düşünürdü ki, Aytəkin ölməklə o da ölmüşdü.
Əzab çəkməklə o da sınmışdı. Əsir düşməklə o da əsir
düşmüşdü. Bu əsirlik erməni əsirliyindən daha sarsıdıcı,
dəhşətli və dözülməz idi... Ramilin əsirliyinin yeganə adı sevgi
idi. Ümidsiz sevgi...
– Ay can! – sanki Nərminənin onun nə düşündüyünü
bilməkdən utanıb tez özünü ələ aldı.
– Mən səni canımdan çox istəyirəm! – qadın bunu deyib onun
boynuna sarıldı. Bu, əsl qadın nəvazişi idi. Hansı ki, artıq sözə
ehtiyacı yox idi. Ramilin bayaq edə bilmədiyini həyat yoldaşı
bacarmışdı. Hər ikisi hallarından məmnunluq hissi ilə bir
birinə sığınmışdılar.
– “Sevgi qarın doyuzdurmur, əzizlərim!” – yarı açılı
vəziyyətdə olan iş otağının qapısını açıb içəri keçən Aytəkinin
otağa girməyi ilə bu sözü deməsi bir oldu. Valideynlərini bir-
birini qucaqlayan görən qız
özünü itirsə
də,
hazırcavablığından qalmadı. Yadına düşdü ki, qapını
döyməmiş içəri girib. Amma qapıya da bağlı demək olmazdı
axı! Həm də ki, nə qədər gözləmək olar?! Artıq bütün
dərslərini oxuyub bitirmişdi. Sabahkı tədbirə də ciddi
formada hazırlaşmışdı. Hətta otağındakı güzgünün qarşısında
yarım saata qədər öz-özünə məşq də etmişdi.
– Sizə mane olduğuma görə bağışlayın, amma mən çox
acmışam! Səhvini boynuna almamaq üçün uşaq şıltaqlığı ilə
dilləndi. Amma onun bu sözlərində uşaqdan daha çox böyük
adamlara məxsus əda, ironiya var idi. Son günlərdə atasının
ona hədiyyə etdiyi “Atalar sözləri, aforizmlər və məsəllər”
kitabındakı sözlərdən də çox məharətlə istifadə edirdi. Bu bir
daha onun istedadlı olmasını göstərirdi.
102
– Peşman olduq ha, sənə o kitabı almağa. Başımıza bəla oldun
müdrik kəlamlarınla, – Ramil bunu deyib, qızını özünə tərəf
çəkib boynunu qucaqladı.
Bu dəfə daha da ucadan gülüşdülər. Utandığından
yanaqları qızaran Aytəkin də valideynlərinə qoşulub gülməyə
başladı.
Bu yanaqların qızartısı Ramilə tanış idi. Həsrət qaldığı
həmin yanaqlar... İllər aman vermədən ötmüşdü...
103
14. Köməyə gələn var?!
Martın 9-u idi... Havaların qızmağa doğru getməsi əsən
küləyin yumşaqlığından hiss olunurdu. Soyuq əvvəlki kimi
adamı göynətmirdi. Günəş isə yalançı pəhləvanlar kimi sanki
“mən də varam” deməyə çıxmışdı. Yerdəki qarlar isə ərimiş,
yeri palçığa çevirmişdi. Təbiət sanki soyuq havada ayağını
yorğandan çıxardıb, üşüdüyü üçün yenidən içəri çəkən şıltaq
uşağa bənzəyirdi. Günəşin şüaları yerə xeyli uzaq olduğundan
adama bir o qədər də təsir etmirdi.
Bu gün ermənilərə nə isə olmuşdu. Bizim hamımıza bir rus
adyalı verərək həmin binanın ikinci mərtəbəsinə qaldırıb, ya
iki, ya da üç yerə bölərək otaqlara yerləşdirdilər. Çünki bizim
otaqda 8 nəfər var idi.
– Əgər kimsə bura gələn adamlara yaşadıqları haqqında nəsə
desə, ona qan udduraram. Bu gələnlər bir günlükdür, amma
siz burda hələ çox qalacaqsınız, - deyə Vaskanyan yanındakı
əsirin başına ironiya ilə sığal çəkdi.
Bizi otaqlara yerləşdirdikdən təqribən iki saat sonra səliqəli
geyimdə olan üç kişi, bir də qadın gəldi. Bu Qırmızı Xaç
Cəmiyyətinin nüməyəndələri idi. Erməni əsgərləri bu gələnləri
tam mühasirəyə almışdılar. Danışıqlarından almanlara
oxşayırdılar. Hərəmizə bir kağız verdilər və tərcüməçinin
Dostları ilə paylaş: |