Microsoft Word umidlerin izi ile son 10. 02. 2012



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə20/42
tarix01.07.2018
ölçüsü1,72 Mb.
#52556
1   ...   16   17   18   19   20   21   22   23   ...   42

 
 
79 
dəfə  kəsiləndə  mən elə bilmişdim, universitetə  qəbul ola 
bilmədim, kəndə qayıdanda  Qala dərəsində mənimtək savadlı 
qızın olmadığını  düşünən anama başucalığı  gətirə bilmədim. 
Amma atamın arxamda durması, axıra qədər mənim 
hüquqlarımı müdafiə etməsi mənə ikinci cəhdimdə ali məktəbə 
qəbul olmaq həyəcanı yaşatdı. Həmin an bütün problemlərin 
bitdiyini hesab etmişdim. Arxamda dağ kimi dayanan atamla 
fəxr etmişdim. Balaca uşaqlar kimi atamı  dünyanın  ən ağıllı, 
ən güclü adamı hesab etmişdim. Atalı keçirdiyim bir aylıq 
tələbə  həyatı  ərzində heç bir problemlə yaşamamışdım. “Qa 
deyəndə ət, qu deyəndə suyum” yanımda olurdu. Amma onun 
qəfil  ölümü  məni yaman sarsıtmışdı, hətta anam razılıq 
versəydi, universiteti buraxıb evimizə – ata ocağına  qayıtmaq 
istəyirdim. “Yetim qızın oxumaqla nə  işi?!”,- deyə  hərdən 
özümlə qalanda özümü danlayırdım da. Qanadı  sınmış quş 
kimi hardan əsməsi bəlli olmayan küləkdən, kol dibindən nə 
vaxt  çıxacağı  bəlli olmayan yırtıcı pişikdən qorxurdum. 
Çarəsizlikdən qorxurdum, yalnızlıqdan qorxurdum, 
tənhalıqdan qorxurdum. Kimsəsizlikdən qorxurdum.  Atam 
da min əzabla kimsəsiz böyüyüb başa  çatmışdı. O, yetim 
uşağın çəkdiklərini o qədər danışmışdı ki, mən artıq yetimliyi 
yaşamış kimi olmuşdum. Bir daha yetim olmaq istəmirdim. 
“Bir tərəfdən bağlayan Allah bir tərəfdən açar” deyən 
nənəmin müdrik ifadəsi o vaxt da Ramillə tanışlığımda  öz 
təsdiqini tapmışdı.  
   İndi də yalnız Ramilin varlığı  mənə  təsəlli verirdi. 
Ləkələnmiş, zorlanmış, kiminsə artığı olduğumu bilə-bilə yenə 
də Ramilə olan sevgimə zərrə qədər də olsun zərər gəlməmişdi. 
Hələ  də  ümid edirdim ki, hər  şey bitəcək, Ramil məni başa 
düşəcək, bu olanları unutmağım üçün mənə yardım edəcəkdi. 
Bütün bunları  düşündüyüm zaman sanki Ramilə danışdığımı 


 
 
80 
hiss edirdim. Bunların hamısı yaşamaq  üçün edilən təsəllidən 
başqa bir şey deyildi.  
   Həmin anda məni dünyalar qədər sevən Ramilə  möhtac 
hiss etdim özümü. Ona sarılmağa, ona sığınmağa, onun 
qoynunda  özümü  dünyanın  ən bəxtəvəri hesab etməyə  çox 
ehtiyacım var idi. Kaş ki, yenə o illər ola idi.... 
   Bütün bu düşüncələrim Qədim dayının qəlpə yarasından 
ağrılar içində iniltisi ilə  müşayiət edilirdi. Girovları  dəyişən 
zaman Qədim dayını yaralı olmasına baxmayaraq nədənsə 
dəyişmədilər. Qədim dayı bunun səbəbini onun Xankəndində 
sözükeçən, imkanlı bir adam kimi tanınması ilə izah etdi. Sən 
demə, Qədim dayı  çoxlu yüksək vəzifələrdə  işləyib, istər 
ermənilər, istərsə azərbaycanlılar tərəfindən hörmət 
qazanmışdı. 
   Sadə, mehriban, qayğıkeş olması ilə  bərabər  çox da 
cüssəli və ciddi bir kişi idi. Qədim dayı bizimlə olduğu 45 gün 
müddətində daima bizə  dəstək olur, verilən işgəncələrə  əzmlə 
dözürdü. Sanki bir liderə  çevrilmişdi. Hər  şeyi ona məsləhət 
edir, dedikləri ilə oturub dururduq. Bəlkə  də, o olmasa idi, 
sonradan qaytarılan girovların  əksəriyyəti  öldürülmüşdü. O 
həmişə  səbirli olmağı tapşırır, keçmiş  günlərdən  danışaraq 
bizi ovundurmağa çalışırdı.  
   Zirzəminin qapısını  açıb-bağlayan erməni  əsgəri Veneks 
Qədim dayını tanımışdı. Qədim dayıya erməni dilində  nəsə 
dedi. Qədim dayı da ona cavab verdi. Bu hadisə Qədim dayını 
ölümdən xilas etmişdi. O astaca ona demişdi ki, vəzifədə olan 
ermənilərdən tanışı-dostu varsa, adın desin ki, ona xəbər 
çatdırsınlar. O vaxtkı Xankəndi “QAİ”-sinin rəisi  Şamik 
Qədim dayının yaxın dostu olmuşdur. Qədim dayı da onun 
adını vermiş, ona xəbər vermələrini istəmişdi. Səhəri Həmin 
Şamik Qədim dayını  görməyə  gəldi. O, Qədim dayını qan 
içində  görəndə insan kimi qəlbinin ağrıdığı  gözlərindən hiss 


 
 
81 
olundu, amma bunu gizlətməyə çalışdı. Aşağı çömbəlib onun 
əlindən tutdu: “Biz dost idik, təəssüflər olsun ki, indi 
düşmənik”, deyib başqa heç bir söz demədən getdi. Mən o 
zaman Qədim dayının azərbaycanlı kişisi olduğu ilə  fəxr 
etdim. Bir kəlmə belə demədi. Bəlkə də, Şamik Qədim dayının 
ona yalvarmasını, alçalmasını, onu buradan qurtarmasını 
istəyirdi. Amma Qədim dayı heç  nə demədi. Ağrılarını da 
yaddan  çıxarmışdı. Arxasınca soyuqqanlılıqla da baxdı. 
Əvvəllər dostluq etməsinə  görə  özünü  söymədi də, danlamadı 
da, deyinmədi də. Belə  də olacağını  gözləyirdi sanki. Çünki o 
erməni idi. Atalar yaxşı deyib ki, ot öz kökü üstündə bitər. İtə nə 
qədər yaxşılıq etsən də elə itliyində qalar. 
   Amma  axşama yaxın tamam başqa bir şeyin  şahidi 
olduq. Erməninin hər şeyi etdiyinə inanar, buna inanmazdıq. 
Lakin şahid olduq. Bir həkim gəldi, cavan bir oğlan idi. Hiss 
olunurdu, universiteti yenicə bitirib. İçəri girən kimi erməni 
dilində asta səslə dedi: 
– Qədim Abbasov kimdi? 
– Mənəm deyə, Qədim dayı da erməni dilində cavab verdi. 
Qarabağda yaşayan ermənilərin əksəriyyəti Azərbaycan dilini, 
azərbaycanlıların da əksəriyyəti erməni dilini bilirdi. 
– Səni  əməliyyat etməliyik, deyib Qədim dayını zirzəminin 
sonundakı otağa aparmalarını  əsgərlərə tapşırdı.  Özü  də ora 
keçdi. O, Qədim dayını cərrahiyyə əməliyyatı etdi. Amma bu 
işləri də vəhşicəsinə etdilər.  
Qədim dayını  əməliyyatdan sonra yenə bizim yanımıza 
gətirdilər. Qarnından qəlpə  çıxarmışdılar. Bir gün  özündə 
olmadı. Həkim gedəndə  əsgərlərə demişdi ki, bu dərmanları 
verərsiniz içsin. Amma həkim gedəndən sonra əsgərlər 
dərmanları yerə atıb ayaqları ilə əzdilər. Üstünə örtməyə belə 
bir  şey verməmişdilər. Biz üstümüzdə olanlardan onun altına 
üstünə  sərdik. Qədim dayı  özünə  gələndə danışdı ki, həkim 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə