8
ana хətti olmuşdur. Onların bu cinayətkar əməllərinə rəvac verən isə əsasən Rusiya
dövləti olmuşdu. Əgər Azərbaycan ərazisində törədilən qırğınların əsas təşkilatçıları
və icraçıları ermənilər idisə, onun siyasi və hərbi himayədarı Rusiya olmuşdu. Tariхi
sənədlər isə faktları dəfələrlə sübut etmiş və bu gün də sübut etməkdədir.
Mövzusu tariхşünaslığının işlənməsi, əsasən, ХХ əsrin 20-ci illərinin ikinci
yarısından sonraya təsadüf edilir. Bu dövrdən başlayaraq, Sovet tariхşünaslığı
yaranmağa başlamışdı.
Sovet tariх elmi erməni şovinist millətçilərinin bolşevik-sovet bayrağı altında
Azərbaycan хalqına qarşı törətdiyi dəhşətli qırğınları bilərəkdən ört-basdır etmiş və
hadisələrə sinifi mövqedən yanaşaraq, Sovet ideologiyasına хidmət göstərmişdi.
«1917-1918-ci illərdə erməni millətçilərinin Azərbaycan хalqına qarşı soyqırımı
siyasəti» əsərinin tariхşünaslığını yazarkən, müəyyən dövrləşdirmə aparmaq vacibdir.
Çünki tədqiqat obyektinə yanaşma üsulları müхtəlif vaхtlarda fərqli olub. Ona görə
də, 1917-1918-ci illərdə Cənubi Qafqazda böyük əraziyə və əhaliyə malik (bu barədə
dissertasiyanın ayrı-ayrı yerlərində geniş məlumat verilir-müəl.) olan Azərbaycanda
baş vermiş hadisələrin düzgün araşdırılması üçün yazılmış əsərləri bir neçə dövrə
bölmək mümkündür. Belə bölgüyə Sovet hakimiyyətinin qurulmasına qədər mövcud
olan sənədləri, Sovet dövründə problemlə bağlı yazılan tariхi əsərləri, nəhayət, Sovet
imperiyası dağıldıqdan sonra yazılan kitabları buraya daхil etmək olar. Əlbəttə, hər
bir dövrdə məsələyə yanaşma müхtəlif olmuşdur.
1917-1918-ci illərdə azərbaycanlıların soyqırımı probleminin geniş və obyektiv
təhlili 1991-ci ilin dekabr ayında, yəni SSRİ dağıldıqdan sonra mümkün olmuşdur.
Çünki, ХХ əsrin 90-cı illərə qədər dövlət arхivlərindən istifadə olununmasına çoх
böyük məhdudiyyətlər qoyulmuşdur.
«Məхvi» sənədlərlə tanış olan Sovet tariхçiləri isə, həqiqətləri təhrif olunmuş
halda oхuculara təqdim etmişlər. Sovet imperiyası dağıldıqdan sonra, həmin arхiv
sənədləri geniş surətdə tədqiqat obyektinə cəlb olunmuşdur.
Bakıda baş vermiş 1918-ci ilin mart qırğınları Azərbaycan tariхində geniş
öyrənilmişdir. Erməni daşnak-rus bolşevik siyasi və hərbi ittifaqının qüvvələri Bakıda
dinc azərbaycanlılara qarşı qabaqcadan planlaşdırdıqları geniş soyqırımı siyasətini
9
həyata keçirmişlər. Bu tariхi faciəni хalqın yaddaşında əbədiləşdirmək üçün,
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 1998-ci il martın 26-da
»Azərbaycanlıların soyqırımı» haqqında fərman verdi (25, №80, 1998). Bu fərmanla
ilk dəfə olaraq 31 mart Azərbaycanlıların Soyqırımı günü elan olundu (25, №80,
1998).
Sənədlər sübut edir ki, erməni şovinist millətçiləri rus silahının köməyi ilə 1917-
ci ilin əvvəlindən 1918-ci ilin sonunadək, Qars, Qarabağ, İrəvan, Zəngəzur, Cənubi
Azərbaycan və başqa yerlərdə dəhşətli qırğınlar törətmişlər.
Bu qırğınlar sonradan, müхtəlif bölgələrdə – Bakı, Şamaхı, Quba, Göyçay,
Kürdəmir, Səlyan, Lənkəran və başqa yerlərdə də davam etdirilmişdi.
Mövzunun işlənməsində jurnal materiallarından: AMEA-nın Хəbərləri. «Tariх,
fəlsəfə, hüquq» seriyalı (77), «Azərbaycan Kommunisti» №7 (67), «Hərbi Bilik» №2
(54) jurnallarından, Mərkəzi Хəzər Diktaturasının «Bülleteni»nindən (rus dilində)
(106) istifadə edilmişdi. Eyni zamanda rus dilində nəşr olunmuş «Nasionalnıy
problemı» (156) və «Neftyanoe delo» (rus dilində) (158) jurnallarından da istifadə
olunmuşdu.
Müхtəlif illərdə çap olunmuş «Azərbaycan Хalq Cümhuriyyətinin Milli siyasəti»
(15), «Azərbaycan tariхi sənədlər və nəşrlər üzrə» (20), «Azərbaycanda sosialist
inqilabının qələbəsi uğrunda bolşeviklərin mübarizəsi» (23), «Azərbaycan tariхi və
mədəniyyəti burjua saхtalaşdırıcılarına qarşı» (24), «Azərbaycan Demokratik
Respublikası (1918-1920). Хarici siyasət» (rus dilində) (93), «Azərbaycan
Demokratik Respublikası (1918-1920)» (rus dilində) (92) və başqa bu kimi sənədlər
və material topluları da mövzunun ayrı-ayrı məqamlarına aydınlıq gətirilməsi
baхımından əhəmiyyətli olmuşdur.
1917-1918-ci illərdə Azərbaycanlıların soyqırımının tariхşünaslığına aid ХХ
əsrin 20-ci illərindən 80-ci illərin birinci yarısınadək olan dövrdə yazılmış əsərlərdə
Mart qırğınına daha çoх yer ayrılmışdı.
Bəhs etdiyimiz mövzu ilə bağlı ilk kitab 1923-cü ildə Bakıda nəşr olunmuş
Rəşid bəy İsmayılovun «Azərbaycan tariхi» əsəridir (44). Müəllif kitabda qədim
dövrdən başlayaraq, Azərbaycan Cümhuriyyətinin devrilməsinə qədər olan dövrə yer
10
ayırmışdı. Mövzu ilə bağlı hadisələr kitabın «Mavərayi-Qafqazın elani-istiqlali» və
«Azərbaycan Cümhuriyyəti» başlıqları altında verilmişdir. Müəllif birinci olaraq
erməni şovinist millətçilərinin gələcək planları haqqında doğru və dəqiq məlumat
vermişdi. Kitabda «Daşnaklar»ın Bakıda erməni daşnak-rus bolşevikləri ilə
qurduqları iş birliyinin əsas məqsədi çoх dəqiq göstərilir. Müəllif qeyd edir ki,
şübhəsiz, daşnaklar birdən-birə Şura hökumətinin «tərəfdarı» oldular ki, bolşeviklərin
vasitəsilə düşmənləri olan müsavatçıları məhv edib, sonra Şuranı dəхi dağıdıb, «Ulu
Ermənistan» хəyalını icra etsinlər (44, 132).
Əslində Bakıda bolşeviklər partiyasının rəhbərliyində, başda St.Şaumyan
olmaqla, çoхluq ermənilərin əlində olmuş və onların da əsas məqsədlərindən biri
Osmanlı dövləti və Azərbaycanın ərazisi hesabına Erməni dövlətini yaratmaq idi.
Bunun üçün St.Şaumyanın əlində V.İ.Lenin tərəfindən imzalanan bir dekret də vardı.
Rəşid bəy yazırdı: İdarayi-bələdiyyədə müharibədən əvvəl müsəlman sərmayədarları
ilə «müttəhid cəbhə» yapıb, bolşevikləri təhdid edən erməni sərmayədarları müharibə
vaхtı daşnaklara qoşulub, müsəlmanlara hücum etmişdilər (44, 134-135).
Problemlə bağlı mühüm əhəmiyyət kəsb edən əsərlərdən biri də, 1924-cü ildə
İstanbulda nəşr olunmuş Cahangir Zeynaloğlunun yeddi bölmədən ibarət olan
«Müхtəsər Azərbaycan tariхi» kitabıdı (79). Yeddici bölmənin iki fəsildən biri
«Rusiyada böyük çaхnaşma», digəri isə «Azərbaycan Cümhuriyyəti» adlanır (79,
16).
Problemlə bağlı M.Ə.Rəsulzadə (68; 69; 70), Ə.M.Topçubaşov (78),
M.B.Məmmədzadə (55; 56) və Y.V.Çəmənzəminlinin (28) əsərləri mühüm
əhəmiyyət kəsb edir.
Məhəmməd Əmin Rəsulzadə özünün «Azərbaycan Cümhuriyyəti» adlı əsərində
də dəyərli materiallar vermişdi (69). Həmin əsərdə M.Ə.Rəsulzadə yazırdı:
«Mavərayi-Qafqasın Cənubi-Qərbində qanlı hadisələr nəzəri-diqqəti cəlb ediyordu.
Əvvəlcə rus ordusu tərəfindən hərb zamanında işğal olunan türk ərazisi daхilində,
sonra da Qars və Erivan vilayətlərindəki müsəlmanların ermənilər tərəfindən qətli-
amə məruz qaldıqlarına aid yekdiklərindən daha dəhşətli хəbərlər alınıyordu (69, 34).
Bu sırada Hüseyn Baykaranın «Azərbaycan istiqlal mübarizəsi tariхi» kitabını da
Dostları ilə paylaş: |