108
öyrənə bildik, tamını isə, yenə də bilə bilmədik. Kainatın işıq payı
bizdədir, amma Kainatın İşıq Qüdrəti və İşıq Qədəri Özündədir.
Təyyarə içərisində sərnişinlərlə bir məntəqədən o məntəqəyə
uçmadayıq. İllüminatordan baxdıqda buludlar, Günəş görünər. O,
illüminatordan aşağıya yer üzünə baxdıqda isə, ağaclar kiçik – kiçik,
yollar nazik – nazik. O, hündürlükdən (on min metr yüksəklikdən)
aşağıya biz baxdıqda heç bir canlı görünmür (görmürük) nə insan, nə
qarışqa, nə həşarat, ehtiyyacı olanı da, ehtiyyacı olmayanı da, sevinən,
kədərlənən, narazı və ya razı olanları görmürük! Axı onlar da bu anda, o
yer üzündə
nələrinsə istəyində, nələrinsə arzularında,
düşüncələrindədirlər. O, canlıları biz, insan olaraq yer üzündə görə
bilmirik. Biz yer səthindən heç də uzağa qopmamışıq, o canlıları nə
görür, nə eşidir, nə də onların istəklər qədərini bilmirik. O, istəkləri
eşitsək də belə,heç bir qədər paylarını onlara ayırmağa da imkanlarımız
çatmır!
Qəribədir, Kainat Sahibi Mütləqi O Ucalıqdan Görür də, Eşidir
də, Bilir də, hər bir varlığa Qədər paylarını Ayırır da.
O, “qatarda“ səfərimiz - ömrümüz, yolumuz! Əbədiyyətə
yüksələcək, bir sonumuz da!
Yer kürəsinin foto şəklinə baxdıqda o planetin səthində nə insan,
nə canlı, nə həşarat, nə meşə, nə çay gözlə görmək olmur. Amma onlar
bu planetin səthində mövcuddurlar. Kainatdan çox – çox yüksəklikdən
dinlənilərkən bir səs eşidilməkdədir, insan:“Yaratmısan yaşat “ – deyər.
Qəribədir Kainat - Görmədə, Eşitmədə, Qədər paylarını pay – pay
ayırmada.
Nə fərqi var ömür payımız qatardamı, gəmidəmi, piyadamı
keçdi. Amma “bu” məntəqədən “o”, məntəqəyə getmədəyik. Bütün
canlı aləm bir fikir deyər, nə tez keçdi, hər şey bir az bundan əvvəl
olmuşdu axı... nə ömür yaşadım ki, axı... nə tez keçdi... Nə ilə
gəlmişdik, nə “ apardıq” axı – nı heç düşünmək istəmirik.
Amma vaxtlarımız, vaxtsız zamansızda keçər ki, deyilir ki, “ nə
ömür yaşadıq ki...“ Bu yer aləmi səhnə deyil, biz personajları! Bu yer
109
aləmi ömürə bir paydır ki, bəxş olunan o ömür payını kim necə yaşadı
ki... Bu yer aləmi ömürə müddətdir, Ölümü yoxdur ki, o “ölümə“ sevinə
ki! Hər bir son, bir başlanğıcdır. Baxar kim, hansı başlanğıca yetişər,
qovuşar ki...
Ömür keçir – gün keçir
- Gün var ki, ömürlə yanaşı keçir. Gün var ki, ömür müddətində
o ömürdən “yan”- keçir. “Yan”- keçən o gün yaddaşda daha əlçatmaz
bir təəssüfdə keçir.
-Bir həyat var ki, “səhnə”- xaricindədir, bir həyat var ki,
“səhnə”- daxilindədir, bir həyat da var ki, insanı səhnəli, səhnəsiz
olduğu kimi göstərəndir.
- Məkrli əqllər, həris gözlər bu bəşəri məhv edəcəkdir.
-Həqdən, həqiqətdən ötrü ölmək istəyənləri görə bilmədik.
Dünya malından, hakimlikdən ötrü, bəşər öldü, öldürdü.
- Yaşadığımızın sevgisində deyilik! Yaşamaq sevgisindəyik,
“necə yaşamaq olardı?” – nı bəşəriyyətin özü də bilmək istəmir. Ancaq
yaşamaq üçün, yaşamaq istəyir bəşər.
- İllər illərə qarışıb, təqvimlər təqvimlərə qarışıb. Yer kürəsi
karıx qalıb, bilmir hansı təqvimə uyğunlaşsın. Təqvimlər Yer kürəsi
tarixlərinə uyğunlaşmır, Yer kürəsi “təqvimlər tarixinə” – uyğunlaşmır.
Tarixlər qarışıb, təqvimlər qarışıb, insanlar qarışıb.
- Ömür keçər, yoxsa gün keçər? Yox, ömür içində “gün keçər”.
O “gün”, – ömrə baxar keçər. Ömür düz bir xətt kimi, uzununadır.
“Gün” – o ömrün qısa qoludur (ölçü kəmiyyəti). Ömür uzununa bir xətt,
gün o xəttin, xətt-xətt bölgüləridir.
- H. Cavid əfəndim dedi ki, “Həyat var ki, ölüm qədər kədərli,
həyat var ki, ölümdən də dəyərli”. Düşündürücüdür onda ki, o həyat ki,
“ölümsüzdür” – dəyərli, nə üçün yaşadığını bilməyənlərə - kədərli.
110
- Nə toyuq nə yumurta ilkdir. Mühit yox, Zərrə İlkdir. Nə düyü,
nə buğda ilkdir, Zərrə İlkdir.
- Dərk etməmək – dərk etməyin əvvəlidir. Inkar etmək – bilmək
istəyinin əvvəlidir.
- Insan gördüyünə alüdə olmur! Necə görmək istədiyinə alüdə
olur! Gördükləri bir həqiqətsə, amma görmək istədikləri bir xəyal olur.
- Güzgü fərdi göstərər, məzarlıq xalqı göstərər, yaddaş tarixi
göstərər, tarix xalqı göstərər.
- Dilçiliyimizdə “Kəhkəşan” – Kainat, göy qübbəsi kimi
adlanırdı. “Kəşanə” – isə ulduzlu sahə kimi anlaşılırdı. M. Füzuli
“Fələk – Kainat”, deməklə “Fələklər yandı ahimdən” Kainata xitab idi.
Ə. Vahid qəzəllərində “Kəşanə” – bir pay, bir hücrə kimi işlədilib.
- Qədim inşaatın şərtləri var idi. Yaşayış sahəsi üçün ev, bina
inşası üçün otaqların hündürlüyü 5,5 metr, eni 5,5 metr, divar qalınlığı
80 sm. olan yaşayış sahələri inşa edirdilər. O, yaşayış sahələrində nisbi
rütubətin bərabərlik əhatəsini, otaqda sabit temperatur həddi nəzərə
alınırdı. Bu sahədə insanın soyuqlayıb xəstələnməsini, oynaq
ağrılarından azad, həmişə xoş əhval-ruhiyyə və xoş sifət olmağına çox
köməkçi olurdu.
- Ölənlər yad olundu, dirilər biri-birinə mehriban oldu (yasda).
- İmadəddin Nəsimi dedi ki, “49-dur yaşım, bilinməz neçədir
yaşım” (hesabla gör neçədir yaşım?).
Yə`ni ki, 49 elə bir ədədi ardıcıllıqdır ki, o ədədlər ardıcıllığı
sistemində “ehtimal nəzəriyyəsi” – işləmir, “təsadüf”- də acizdir. O, 49-
luq arasında “ədədi qrup taparam” da – yalnışdır.
O, “49” - ədədlər ardıcıllığı Kainat hesabatıdır ki, o ədədlərin
bir vahidini və vahidlərini ədədi silsiləyə sığdırır. Şahmat taxtasının 64-
xanəsi “49” - ədədlər ardıcıllığı arasında zəifdir. İ. Nəsimi dediyi “49”
ədədi silsiləsi, ancaq Kainata mə`lumdur. Yə`ni, o ədədi silsilədən
“özümə istədiyim qədərində ömür günlərimi, illərimin sayını özüm
istədiyim qədər seçməyim” – çox müşkül bir məsələdir! "O Ayırar, O
Dostları ilə paylaş: |