Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

119 
 
- Niyə, hamı şe`r yaza bilmir? Çünki hamı o “tezliyin” hecasını 
bilmir. 
 Hamı niyə musiqi əsəri bəstələyib, musiqi alətində və mahnı ifa 
edə bilmir? Çünki o da o aləmin “Tezlik” hecasını bilmir.  
Rəssam gördüyü predmeti tablolarda bizə  təqdim edir. Çünki 
rəssam, heykəltaraş, rənglər və kütlələr “tezliyinin” hecasını bilir. 
İlahiyyat da belədir. Kainatın ilahi “tezliyinə” uyğunlaşan ilahiyyat 
elminə yüksəlir. Bütün elmlərin “tezlik” halları Kainatdan səslənir. 
- Niyə söz deyib, sözlə danışırıq? – bilmirik. 
İsti niyə, soyuq niyə? – bilmirik. 
Günəş, planet niyə? – bilmirik. 
Kainat, ətrafımızda bu planetlər niyə, - bilmirik. 
Külək, tufan niyə? – bilmirik 
Od, vulkan, kül niyə? – bilmirik. 
Zəlzələ, sunami niyə? – bilmirik. 
Okean, dəniz, səhralar niyə? – bilmirik 
Su, bulud niyə? – bilmirik 
Dağ, dərə niyə? – bilmirik 
Uçmada quşlar, sularda balıqlar niyə? – bilmirik. 
Qum, daş niyə? – bilmirik 
Xoşbəxtlik, bədbəxtlik niyə? – bilmirik 
Bu ərəfədə, bu əsrdə yaranmışıq niyə? – bilmirik. 


120 
 
İşıqdan gəlmişik, hara qayıdacağıq? – bilmirik. 
Yarandığımızı bilirik, bu görkəmdə yaranmışıq niyə? – bilmirik 
Cəm planetlərin, hərəkət verici ətrafında hərəkətdə olduğunu 
niyə? – bilmirik 
At qaçır, tısbağa ləngdir  niyə? – bilmirik. 
Bayquş, yarasa niyə? – bilmirik. 
Qaranquş yerə yenməz, suyu su hövzələrindən uçuşda içər niyə? 
– bilmirik 
İnsan niyə bilir, nəyi bilmir niyə? – bilmirik 
Bunlar fizioloji, bioloji, təbiət hadisələridir? Görəsən niyə? – 
bilmirik 
Çünki bilmək istəmirik ki, bilmirik! 
- Yaranacaq düşünəcəkdir, ölüb bu dünyadan köçsə  də 
düşünəcəkdir. 
Çünki bütün aləmlər düşüncə üstündə bir düşüncədir.  
Kainatın 15 milyard ildir düşünür, 4.5 milyard ildir Günəşlə  ətrafında 
olan planetlər düşünür. Düşüncələr olmasa idi, hərəkətlər olmayacaqdı. 
Yaddaşı da düşüncəsindədir  O,Ovalın,  O, Kainatın. 
-  İnsan insandan ağıllıdır.  İnsanlar, insanlardan ağıllıdır. Cəm 
Bəşəriyyət ağıllıdır. Kainat bilgilərin, bildiklərimizin “ağıl” mərkəzidir. 
Öz ağlın, ağıllardan ağıllıdır. Elmi araşdırman, elmi kəşfin 
ağıllar üçün ağıllıdır. 


121 
 
Ağıllarda ağıl var. Ağıl – ağdır, Ağ – dandır, Ağ – İşıqdandır, 
hər  yaranış, ağıllıdır. 
- Özümüzdə - özümüzü, 
Özümüzlə - özümüzü, 
Özümüz – özümüzdə, 
Kainat - Yaradanı,  tanıyaq! 
- Azərbaycan dilində, dilçiliyində çox böyük mə`nalı sözlərdən 
biri “həkim yoxlamasıdır”, (müayinə sözü sonradan əlavə olaraq
işlənməyə başlayıb). 
Xəstəhal insan, həkimə müraciət etdikdə bir söz işlədir “həkim 
yoxlasın” yə`ni həkim yoxlasın, yox etsin, sıfırlaşdırılsın. 
- Ölüm var, ölümdür! 
Ölüm var, ölünmür 
Ölüm var, zülümdür 
Ölüm var, ölümə yalvarış, 
Ölümü çağırışdır (Əzrailə yalvarış) 
Ölüm var, soyuqdur. 
Ölüm var, rahatdır! 
Ölüm var, dedim! Amma ölüm yoxdur! 
Yaranışdan bəxş olunmuş Pak İşıq payı ilə, Yaradana qayıdış 
Ölümsüzdür! 


122 
 
- “Fəlsəfə” – ilk insanın nəzakətli düşüncə  və davranışının 
nəticəsində meydana çıxdı. 
Fəlsəfə  nəzakətli düşüncənin və  nəzakətin özündə  cəm olub, 
budur  fəlsəfə,  fəlsəfə  cəhətlərdə  deyil. 
- İnsanlar İlahiyyatla dini qarışıq salıblar. İlahiyyat Kainat elmi, 
Din isə yer aləminin Kainata qaldırmaq, bağlamaq təlimidir. 
- Bilib, bilib, bilmərik! 
Bildikcə bilmədiklərimizi axtarıb, bilərik. Tapdıqca yenə  də 
bilərik ki, bilmərik. Kiminsə yox, öz məntiqi fikrimizdə axtarsaq, 
bilərik. Axtara – axtara  bilərik, düşünə - düşünə bilərik. 
Düşünüb  Kainatdan ayırıb bəxş etdiyi elmlərin mütləqini 
bilərik. Elmlər “Ondadır”, Ona can atmasaq, bilmədiklərimizi bilmərik! 
-  Ən böyük mə`bəddir məktəblər, bir də elm! Ən böyük 
məbəddir tədqiqat, bir də elm! Ən böyük mə`bəddir Kainat, bir də elm! 
- Kaş elm mə`bədləri bir arı  pətəyinə, bir qarışqa yuvasına 
bənzər olaydı. Gələn elmə, tədqiqata yenilik gətirəydi. Gətirməyənlər o 
mə`bəd qapısından keçməyə idi. 
- Bütün hal başlanğıcları bir ilkin nöqtə başlanğıcından başlayır. 
Necə ki, böyük partlayışdan Kainatlar yarandı. Kainatda planetlər bir 
simmetrik düzülüşdə oldu. 
İlk partlayışın səsi Kainatda varlıqları  və  hər hərəkəti “səslə” 
müşayət edən təməl yaddaş oldu! 
İlk Yer insanından sözlər, səslər və  ətraf səslər Kainatın səs 
tezliyinə uyğun olaraq, “səslə” səsləndirildi. Cümlələr Kainatdakı 
planetlərin simmetrik düzülüşü, sözlər vasitəsilə səsləndirdiyimiz “səs” 


123 
 
isə Kainatın təməl –  yaddaş səsidir. İnsanlar sözləri ona görə səslərlə 
tələffüz edirlər  ki,  Kainatın təməl – səs tezliyinə uyğun səslənsin. 
Amma bir hal da budur ki, Yer planetində səslənən bütün səslər 
və o cümlədən maşın – mexanizmlərin, müsiqilərin, küləyin, quşların, 
dalğaların, suların, ağac – kolların, meşələrin səsləri rənglərin, işıqların 
və s. hamısı hamımıza tanışdır. Bunların hamısını insan təbiətə - Yer 
üzünə  bəxş  edə  bilməz. 
Rənglər, məsafə bildirişi, səsləri isə Kainatla həmahəng səs 
tezliyidir! 
Bunların cəmi Kainatın cəm təməl  səsi və  təməl rəngidir! 
Kainatdan təyinləşdiyindən Yer üzündə səslər, rənglər, vəhdətlər, işıqlar 
insanlar əhatəsində bizə əzizdir! 
 
Söz... 
Sözə, söz gərəkdir. Fikrə söz gərəkdir. Sözsüz, söz olmur. 
Sözsüz, fikir olmur. Sözsüz, düşüncə olmur. Sözsüz, demək olmur. 
Söz idi ilk, söz deyildi ilk. Sözlə söz dedilər, sözə söz dedilər. 
Sözlə, sözü ardıcıllıqda dedilər. Kainata üz tutdular, Kainatın öz 
dilində  Kainata  söz  dedilər. 
Onun dili ilə, Ona söz dedilər. Sözün ilki Onda idi, Ona öz 
sözünü, sözdə dedilər. 
Sözlə  Söz  idi  ilk, Sözə  Söz  idi  ilk. Səsə, səs  idi ilk, O səsdən 
söz idi ilk. 
Səs İşıqdan idi, Sözlər İşığa idi. Söz düşündürən, düşüncə sözdə 
idi. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə