Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   33   34   35   36   37   38   39   40   ...   57

127 
 
duzdan da nəm ayrılır, su ayrılır. Su donarsa, kristala dönər. Ona görə 
də su kürəmizin öz varlığı, öz tərkibi, öz yaddaş daşıyıcısıdır. Su 
nüvəmizin  əhatəsindən ilk kristal qatından işığın duru halıdır ( kristal 
işıq saçar, özünə toplamaz ). 
Bu yer həyatı susuz, duzsuz, dadsız, yağsız ( karbo – hidrat ) 
olmaz. Yer planetin də okeanlar, dənizlər duzsuz olmur. Suyun iki halı 
var. Bir halda yer qatlarını, layları, faydalı qazıntıları hasilə gətirir, bir 
halda isə bitkilərə, canlılara Yaradıcı İşıq bəxş edir. 
Yer planetinin nüvəsi öz yaradıcı işıq payını hardan alır? Məsələ 
burasındadır ki, yer planeti nüvəsi, günəş nüvəsi ilə paralel bağlılıq 
funksiyası daşıyır. Belə ki, yer planetinin nüvə aktivliyi mart ayının 18 
– 21 dən, avqust ayı 18 – dən 21 – nə qədər olan dövrdə bir işıq gücü 
nisbətində olar. Yer planeti nüvəsi ilə 6 ay aktiv, 6 ay sakitlikdə  olar.           
Mart ayından avqust ayına qədər nüvənin aktivliyi qatları, suxurları 
yetkinliyə gətirməklə, bu ərəfədə bitki aləmini də yetkinliyə gətirir. Yay 
mövsümündə yer üzündə  səthdə su miqdarı azalır ona görə ki, dərin 
qatları və bitki aləmini bərabər nəmlik qədəri bölməklə hasilə gəlsin. 6 
ay müddəti payız və  qış mövsümü sərf olunmuş isti və  nəm miqdarı 
kürə daxilində bərabərliyə toplansın. Qış mövsümündə yer qabığı səthi 
bu səbəbdən soyuyur. Yer planeti isti və soyuğu nəmi bərabərləşdirir. 
Necə ki, kürə forması dairəvi olmasına səbəb iki qütb arasında kürə 
qurşağı (ekvator) kürə daxili temperaturların bərabərləşdirmək 
konsturuksiyasıdır. 
Günəşdən  əlavə olaraq, Yer planeti ətrafında olan planetlərin 
nüvələri passiv nüvə olduğundan o planetlərdə  hələlik dərin qatlardan 
su ayrılmaları sükutdadır. Amma demək olmaz ki, onlar adi 
planetlərdir. Onlar da işıq, yaddaş, hal daşıyıcılarıdır. 
Beləliklə fikirlərdən doymaq olar, münasibətlərdən doymaq 
olar, nifrətdən doymaq olar, yalandan doymaq olar. Bu dörd mə`fumdan 
isə doymaq olmaz: - işıqdan, sudan, duzdan, çörəkdən doymaq olmaz. 
Çünki bunlar bizə Kainatla, yer bəxşidir, bunlarsız isə canlı, insan 
olmaz. Ona görə də deyilir ki, “ Mən bir işıq, həyat duzu, həyat suyu, 


128 
 
həyat çörəyiyəm ki, ondan kim dadsa, ondan doymaz - ondan doymaq 
olmaz “. 
Su olmasa nə bitəcək? Ha əksən də  nə bitəcək?  Su  olmasa  nə 
gələcək, insan bu dünyaya necə gələcək, niyə gələcək? Beləliklə bu yer 
həyatına  İşıqdan zərrədir törəməsi, isti mühiti, su yaddaşı, torpaq 
müddəti olar. 
                    
Sübuta ehtiyacı olmayan, sübut 
- Dördə bağlı olan yer üzü: Günəşə, Suya, Havaya, Torpağa. 
- Narkomaniya – insan vücudunun məhvi, ölümün zümzüməsi, 
dirilərin təəssüfləri. 
- Dərvişlər – yer üzünə  gəldilər, baxdılar, gördülər, dedilər bir 
də getdilər. 
- Ömür bizə yoldaş, biz ömrə yoldaş, ömür qayıtmağımıza 
yoldaş,  İşıq  Əbədiyyətimizə  yoldaş.  
- Zaman da bir zamandır. Zaman içərisində, zamanın özü də bir 
zamandır (yer üzündə olan, müddətdəki zaman). 
- Kainat  Əbədi  Cavan olduğundan, heç “Görkəmini”- dəyişmir. 
-Dialektikası olmayan dialektikada - hansı “dialektika- 
dan”  danışmaq olar? (düşündürücü-düşüncə). 
- Hər bir insan, bir dünyadır! Yer üzünə insan gəldi sevindim, 
çünki Dünyamıza “dünya”- gəldi sevindim! Yer üzündən insan getdi, 
kədərləndim – “dünyamızdan, dünya getdi”, - deyib də, düşündüm. 
- Kainatın, Dünyanın məntiq adlı “Meyvəsi”- var. Yer üzünə hər 
gələn, yer üzündən hər gedən o meyvədən dadandır. 
- Yer üzü bir bağa bənzər, bütün varlıqlar və olanlar qollu-
budaqlı “ağaclara” (ağac - şərti olaraq – Alleqorik , yəni alleqoriya - 
bədii müqayisə, konkret bədii obraz, dialoq – olan) bənzər. Hər 
gördüklərimiz, bildiklərimiz o, ağaclardan dərilmiş meyvələrə  bənzər. 
O “ağac” – məntiq ağacıdır, suallar ağacıdır, maraq ağacıdır, mə`nalar 


129 
 
ağacıdır.  Yer üzünün hər tərəfini bəzəyər, yer üzünün hər tərəfinə 
budaqlanar, yer üzünün hər tərəfindən görünər! 
Məntiq həqiqətə  sığmaz, həqiqətlər məntiqə  sığar. Məntiq 
“ağacındakı”- meyvələr, fikirlərə  bənzər. Bütün meyvələr bənzər olar, 
amma biri-birinə oxşamaz. Hər birinin öz rəngi, öz iyisi, öz ətri, öz 
dadı, öz böyüklüyü olar. Məntiqin oxşarı, bənzəri olmaz, Özü olar!  O, 
“ağacın”- o meyvəsindən dadan, o daddan - doymaz, məntiq ağacının 
“meyvəsindən”- doymaq olmaz, çünki, Həqiqi olan - Həqiqətdən 
doymaq olmaz. Məntiq dadlı olan, Kainat “Çörəyidir” ki, ondan da 
doymaq olmaz! 
- Nə bu yerdən, nə bu Aləmdən istəyirəm... Kainata baxıb, 
Kainatı istəyirəm, Kainatdan istəyirəm! Bura, (yer aləmində) qədərləri 
bölünən, Kainat qədərləri böləndir. 
- Yatma – saxtalaşdırmasınlar. 
 Ayıq ol - saxtalansınlar.  
- Elmin alimi - O, elmi tanıdar. Xalqın alimı, Xalqı tanıdar.  
- Bə`zən demək, bə`zən susmaq, bə`zən heç deməmək, 
gözləmək!  
- Axtar, düşün, araşdır! Tapsan sənindir! Desən xalqındır – 
Lazımdır!  
- Əgər məkr, yalan, “məqsəd”, karıxdırmaq varsa – iddia var. 
- Düşüncə - dialektika! Ağacdır, kölgəlidir, sərindir, 
rəngarəngdir (ağac - Günəşdən, Sudan, Küləkdən, Torpaqdan, Qayğıdan 
bəhrələnərək, kökündən, gövdəsindən, budaqlarından insana rahatçılıq 
gətirər), tapsan - meyvəsidir, dadsan –məntiqidir, mə`nasıdır. Məntiq, 
mə`na – həqiqətdir. 
- Qəribədir, düşüncələrimizi bir də sözlərimizi, heç vaxt 
“qurban” – vermək istəmirik. Desək edərik, deməsək etmərik 
(azərbaycanlı). Söz insanla, insan sözlərlə. 
- Kainata üz tutar sözlə, düşünər sözlə, ümid gözləyər sözlə, 
deyər sözlə, qapıları açarlar sözlə, bağlanar  o  qapılar, sözlə. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə