127
duzdan da nəm ayrılır, su ayrılır. Su donarsa, kristala dönər. Ona görə
də su kürəmizin öz varlığı, öz tərkibi, öz yaddaş daşıyıcısıdır. Su
nüvəmizin əhatəsindən ilk kristal qatından işığın duru halıdır ( kristal
işıq saçar, özünə toplamaz ).
Bu yer həyatı susuz, duzsuz, dadsız, yağsız ( karbo – hidrat )
olmaz. Yer planetin də okeanlar, dənizlər duzsuz olmur. Suyun iki halı
var. Bir halda yer qatlarını, layları, faydalı qazıntıları hasilə gətirir, bir
halda isə bitkilərə, canlılara Yaradıcı İşıq bəxş edir.
Yer planetinin nüvəsi öz yaradıcı işıq payını hardan alır? Məsələ
burasındadır ki, yer planeti nüvəsi, günəş nüvəsi ilə paralel bağlılıq
funksiyası daşıyır. Belə ki, yer planetinin nüvə aktivliyi mart ayının 18
– 21 dən, avqust ayı 18 – dən 21 – nə qədər olan dövrdə bir işıq gücü
nisbətində olar. Yer planeti nüvəsi ilə 6 ay aktiv, 6 ay sakitlikdə olar.
Mart ayından avqust ayına qədər nüvənin aktivliyi qatları, suxurları
yetkinliyə gətirməklə, bu ərəfədə bitki aləmini də yetkinliyə gətirir. Yay
mövsümündə yer üzündə səthdə su miqdarı azalır ona görə ki, dərin
qatları və bitki aləmini bərabər nəmlik qədəri bölməklə hasilə gəlsin. 6
ay müddəti payız və qış mövsümü sərf olunmuş isti və nəm miqdarı
kürə daxilində bərabərliyə toplansın. Qış mövsümündə yer qabığı səthi
bu səbəbdən soyuyur. Yer planeti isti və soyuğu nəmi bərabərləşdirir.
Necə ki, kürə forması dairəvi olmasına səbəb iki qütb arasında kürə
qurşağı (ekvator) kürə daxili temperaturların bərabərləşdirmək
konsturuksiyasıdır.
Günəşdən əlavə olaraq, Yer planeti ətrafında olan planetlərin
nüvələri passiv nüvə olduğundan o planetlərdə hələlik dərin qatlardan
su ayrılmaları sükutdadır. Amma demək olmaz ki, onlar adi
planetlərdir. Onlar da işıq, yaddaş, hal daşıyıcılarıdır.
Beləliklə fikirlərdən doymaq olar, münasibətlərdən doymaq
olar, nifrətdən doymaq olar, yalandan doymaq olar. Bu dörd mə`fumdan
isə doymaq olmaz: - işıqdan, sudan, duzdan, çörəkdən doymaq olmaz.
Çünki bunlar bizə Kainatla, yer bəxşidir, bunlarsız isə canlı, insan
olmaz. Ona görə də deyilir ki, “ Mən bir işıq, həyat duzu, həyat suyu,
128
həyat çörəyiyəm ki, ondan kim dadsa, ondan doymaz - ondan doymaq
olmaz “.
Su olmasa nə bitəcək? Ha əksən də nə bitəcək? Su olmasa nə
gələcək, insan bu dünyaya necə gələcək, niyə gələcək? Beləliklə bu yer
həyatına İşıqdan zərrədir törəməsi, isti mühiti, su yaddaşı, torpaq
müddəti olar.
Sübuta ehtiyacı olmayan, sübut
- Dördə bağlı olan yer üzü: Günəşə, Suya, Havaya, Torpağa.
- Narkomaniya – insan vücudunun məhvi, ölümün zümzüməsi,
dirilərin təəssüfləri.
- Dərvişlər – yer üzünə gəldilər, baxdılar, gördülər, dedilər bir
də getdilər.
- Ömür bizə yoldaş, biz ömrə yoldaş, ömür qayıtmağımıza
yoldaş, İşıq Əbədiyyətimizə yoldaş.
- Zaman da bir zamandır. Zaman içərisində, zamanın özü də bir
zamandır (yer üzündə olan, müddətdəki zaman).
- Kainat Əbədi Cavan olduğundan, heç “Görkəmini”- dəyişmir.
-Dialektikası olmayan dialektikada - hansı “dialektika-
dan” danışmaq olar? (düşündürücü-düşüncə).
- Hər bir insan, bir dünyadır! Yer üzünə insan gəldi sevindim,
çünki Dünyamıza “dünya”- gəldi sevindim! Yer üzündən insan getdi,
kədərləndim – “dünyamızdan, dünya getdi”, - deyib də, düşündüm.
- Kainatın, Dünyanın məntiq adlı “Meyvəsi”- var. Yer üzünə hər
gələn, yer üzündən hər gedən o meyvədən dadandır.
- Yer üzü bir bağa bənzər, bütün varlıqlar və olanlar qollu-
budaqlı “ağaclara” (ağac - şərti olaraq – Alleqorik , yəni alleqoriya -
bədii müqayisə, konkret bədii obraz, dialoq – olan) bənzər. Hər
gördüklərimiz, bildiklərimiz o, ağaclardan dərilmiş meyvələrə bənzər.
O “ağac” – məntiq ağacıdır, suallar ağacıdır, maraq ağacıdır, mə`nalar
129
ağacıdır. Yer üzünün hər tərəfini bəzəyər, yer üzünün hər tərəfinə
budaqlanar, yer üzünün hər tərəfindən görünər!
Məntiq həqiqətə sığmaz, həqiqətlər məntiqə sığar. Məntiq
“ağacındakı”- meyvələr, fikirlərə bənzər. Bütün meyvələr bənzər olar,
amma biri-birinə oxşamaz. Hər birinin öz rəngi, öz iyisi, öz ətri, öz
dadı, öz böyüklüyü olar. Məntiqin oxşarı, bənzəri olmaz, Özü olar! O,
“ağacın”- o meyvəsindən dadan, o daddan - doymaz, məntiq ağacının
“meyvəsindən”- doymaq olmaz, çünki, Həqiqi olan - Həqiqətdən
doymaq olmaz. Məntiq dadlı olan, Kainat “Çörəyidir” ki, ondan da
doymaq olmaz!
- Nə bu yerdən, nə bu Aləmdən istəyirəm... Kainata baxıb,
Kainatı istəyirəm, Kainatdan istəyirəm! Bura, (yer aləmində) qədərləri
bölünən, Kainat qədərləri böləndir.
- Yatma – saxtalaşdırmasınlar.
Ayıq ol - saxtalansınlar.
- Elmin alimi - O, elmi tanıdar. Xalqın alimı, Xalqı tanıdar.
- Bə`zən demək, bə`zən susmaq, bə`zən heç deməmək,
gözləmək!
- Axtar, düşün, araşdır! Tapsan sənindir! Desən xalqındır –
Lazımdır!
- Əgər məkr, yalan, “məqsəd”, karıxdırmaq varsa – iddia var.
- Düşüncə - dialektika! Ağacdır, kölgəlidir, sərindir,
rəngarəngdir (ağac - Günəşdən, Sudan, Küləkdən, Torpaqdan, Qayğıdan
bəhrələnərək, kökündən, gövdəsindən, budaqlarından insana rahatçılıq
gətirər), tapsan - meyvəsidir, dadsan –məntiqidir, mə`nasıdır. Məntiq,
mə`na – həqiqətdir.
- Qəribədir, düşüncələrimizi bir də sözlərimizi, heç vaxt
“qurban” – vermək istəmirik. Desək edərik, deməsək etmərik
(azərbaycanlı). Söz insanla, insan sözlərlə.
- Kainata üz tutar sözlə, düşünər sözlə, ümid gözləyər sözlə,
deyər sözlə, qapıları açarlar sözlə, bağlanar o qapılar, sözlə.
Dostları ilə paylaş: |