Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

111 
 
Bilər, O Sahibi Mütləq Tə`yin edər!" - “neçə olacaq  yaşım” – 
mə`nasındadır. 
-  İnsan öz gözəlliyini, yaraşığını, təravətini müddət - müddət 
itirir, amma, gənclik yaddaşındakı halları, hadisələri, sevinclərinin 
təravətini, mənimsədiyi elmlərin, peşənin, sənətin gözəlliyi ardıcıllığını 
heç vaxt itirmir. 
 
Ömür kitabı 
Hər insan bir Kitab, bir Kitabədir! 
O kitabın müəllifi özüdür, redaktə, korrektə etmək istəyən də, 
özüdür! 
            Çünki o kitabın, müəllifi özüdür. 
O kitabın sətirlərini, hecalarını, başlıqlarını özündən başqa heç 
kim, oxuya bilməz. 
O kitabı O, aləmə özü ilə aparıb, o Aləmdə oxutdurmasa olmaz, 
özünün nə ilə qayıtdığını, bildirməsə, olmaz! 
Bu nağıl deyil, nağıl axtarma, Kainatın hər varlıqdan, xəbəri 
olmasa olmaz! 
Olmasa varlıq yaranmaz, varlıq özünü - özü də, yarada bilməz. 
 
Ömür yolumda yanaşı 
Gedək elə bir yerə ki, o yerdə vücudi rahatlıqda olaq. Orada 
sükutda yox, sakitlikdə  olaq. Dalğaların bir- birinə sevincdə 
ləpələnməsinə çataq. 
Gedək elə bir yerə ki, Günəş  işığının başlanğıc anını görək. 
Günorta günəşi  zirvədə bizlə, birlikdə bilək. Günəşin qürubunu, onun 
bir də məhəbbətlə işıq saçacağını gözləyə bilək. Sübh günəşini gözləyə-
gözləyə Ağ Kəhkəşana yoldaşlıq edək. 


112 
 
Gedək elə bir yerə ki, külək mehribandır deyək, istiləri, doğma 
bilək. Məzarın, məzarlıqların olmadığı yerə  gedək. 
Gedək elə bir yerə ki, yaşıllıqları özümüzlə yanaşı görək, o 
yaşıllıqlardan özümüzə alaçıq quraq. İşığımıza qayıdışı,  İşığa 
qovuşmağı oradan bilək! 
Gedək elə bir yerə ki, sevgini, məhəbbəti yaxınımızda, həsrəti, 
ayrılıqları isə çox uzaqda bilək! 
Gedək elə bir yerə ki, o aləmlər bizimlədir, bizlədir,  sevinclədir,  
sevlədir, gözəlliklər əhatəsində gözəlliklədir… 
 
Onlar bizə nə ad veriblər? 
Bütün heyvanat aləminə ad deyib, ad vermişik. Heyvanlara ad 
vermişik: it, pişik, şir, ilan, milçək, qarğa, çalağan, at və.s. 
Görəsən ad verdiyimiz o heyvanlar biz insanları görəndə  nə 
düşünür, “bizi” nə adla bilirlər? Yəqin fikirləşir ki, “yenə bu ... gəlir”. 
O, heyvanlar aləmi biz insanlar aləminə baxanda, biz insanları  nə 
“adda” bilirlər görəsən? Maraqlı deyil? 
 
Oxudum, baxdım, düşündüm! 
      Oxudum, baxdım, düşündüm! 
Hardan aldıq bu işarələri, bu "simvolları"?. 
       Bizmi gətirdik bu işarə, bu simvolları?  
Onlar bizə qədər də, var idi! 
       Kim gətirdi bu işarələri, bu simvolları? 
Niyə yazılarda, mətnlərdə işləndi bu işarələr? 
İlk yer üzündə olan, ilk yer insanından gəldi, bu işarələr,            
simvollar! 
İldırım, şimşək çaxdı - çaxdı, insan "nida" - etdi, maraq etdi, onu 
işarələdi (!). 


113 
 
Yerə baxdı, torpağa baxdı, hər cücərən cücərtiyə baxdı, onun 
formasına baxdı, "nədir bu torpaqdan baş qaldıran, bu cücərti"- onun 
oxşarını işarələdi (?), ona, sual dedi, sual kimi işarələdi. 
 Sözlə, söz arasını, fasiləli olduğunu bilib bir xətlə işarələdi (-). 
Fikrini, sözünü dedi, dayandı, yeni fikri deyənəcən onu 
nöqtələdi (.). Nöqtə, sonmu? Və s. və i. nə düşündüsə, necə düşündüsə, 
işarələdi! 
Bir işarəni isə tapmadı - "bu daha sondur"- o işarəni tapmadı! 
Sözmü son, düşüncəmi son, cümləmi son, həyatmı son, günmü son, 
gecəmi son, təbiətmi son, daha nələr və nə son? 
O son ola bilməyən o işarəni tapmadı, O olmayanı tapa bilmədi, 
onun işarisini də,  göstərə bilmədi! 
Sonsuzluq dedilər, işarə  də, etdilər, amma bu, son-sonun 
işarəsidir deyə bilmədilər! 
Son olmayanın, “son işarəsi” də, olmaz! 
Əbədidir deyildi,  "O"- nun da, Sonu  Olacağını  heç  də, deyə 
bilmədilər! 
Olanı, ola bilməyəni işarə, simvolla da, işarə etmək mümkün, 
olmadı! 
Varsa belə bir işarə, belə bir söz, belə bir düşüncə, belə bir 
simvol və s. "sondur daha, sonudur daha!"- mənə  də, deyin mənim 
özüm də, bilmək istədim daha - mən də bilim, daha! 
 
Pay 
    Bu aləm tükənməyən bir varidatdır, hər birimizə bir payı 
vardır! 
Müqayisələr etməyək, biri-biri ilə! 
    Sənə ayrılan pay, o birinə ayrılan paydan, qat-qat çoxdur! 
Nə edək, ayrılan paylarımız bu qədərdir! 
İstəsək də, istəməsək də, İstədiyimiz  paylar  elə  bu qədərdir!  


114 
 
Pay-pay, hissə-hissə... 
Hər bir hal kvant-kvant, hissə-hissə.  İnsan da qidalanır kvant-
kvant, hissə-hissə. Qidanı udar kvant-kvant, hissə-hissə. Amma ömür 
yaşayır bir pay, bir hissə, o, isə olmur kvant-kvant, hissə-hissə. 
Ürəyimiz də döyünür kvant-kvant, hissə-hissə. Vücud da, daxili 
üzvlər də, düşüncələr də kvant-kvant, hissə-hissə. Nəfəsi, danışığı, 
tələffüzü də hissə-hissə.Vücudumuzda daşıyarıq İşıq payı, o hərəkətləri 
böldürər, döyündürər  kvant-kvant,  hissə-hissə. 
Maşın mexanizmlər, tikə-tikə, hissə-hissə. Bina inşa edərlər 
kvant-kvant, hissə-hissə. Kainatdan qədər payı ayrılar, ayr-ayrı, hissə-
hissə hər varlığa. 
 
Plastika, elastika, karbo – hidratlar 
Bütün varlıqlar işıq, nəm, isti və yağla (karbo hidratlar) örtük 
halındadırlar. Yağla örtük halı bir qlafdır. Kainat (oval) işıq, isti, 
nəmişliklə örtük halındadır. Canlı varlıqların nəmişlik və yağlarla örtük 
halları varlıqları quruluqdan parçalanma və alışma halından qoruyur. 
Varlıqların alışmasına səbəblər, yağla havanın birlik halıdır. Bütün 
mövcud varlıqlardan və mövcud ola biləcək varlıqlardan zərrə, nəm, 
isti, yağla əhatə hallarını biri – birindən təmamilə ayırmaq, uzaq etmək 
qeyri mümkündür (yoxlamaq olar). 
Şüşə də, polad da, kvarts da, çox sərt bildiyimiz almaz da karbo 
hidrat ( yağlarla) örtük halındadırlar. Yağların mövcudiyyəti hər hansı 
bir mə`mulata formalar, cilalamalar verməyə köməkçidirlər. Həmin 
yağlar mə`mulatlara  Plastika (yumşaqlıq) varlığı, mə`mulatlara lazım 
olan və tələb olunan formalar verməyə köməklik edir. Bütün varlıqlarda 
yağların mövcudiyyəti eyni vaxtda o varlıqlarda temperatur hədlərinin 
(istinin, soyuğun) nizamlama funkiyası daşıyıcısıdır yanğın vaxtı su, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə