Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   25   26   27   28   29   30   31   32   ...   57

97 
 
qədərini, rəngləri özündə hasilə  gətirən bir törədicidir. Yaranmışlara 
əsas aparıcı və törədicidir. 
O, çoxmə`nalı, tə`yinatlı olduğu üçün konkret forma daşıyıcısı 
deyil. Maddə Kainat yaranmasına ardıcıl hərəkət tə`yinatının işıq 
toplumudur. Zərrənin özü də yaranışa “bir adlı”, çox mə`nalıdır. O zərrə 
dediyimiz yaranışa tə`yinli, ilkin işıq halı, işıq daşıyıcısı bütün 
varlıqlara yaradıcılığın  əvvəlidir.  Maddi aləm gördüyün, toxunduğun, 
eşitdiyin, duyduğun, məsafəyə böldüyün, hiss etdiyindir. 
Maddə isə namə`lum, Maddəni görmüş olsan da, o maddənin 
ehtiyatının (resursunun) haradan başlayıb, harayacan yaradıcı daşıyıcısı 
olduğu namə`lumundur. Maddə hərəkət edən, varlıqlar arasında hərəkət 
edib yaranışa çoxmənalı, çoxtərəfli daşıyıcıdır. 
Budur  İşıq, budur zərrə, budur maddə, budur ətraf, budur 
yaranış, budur yaranmış olacaq. Çünki maddə itmir. O itmək, itirmək 
üçün yox, hallar, varlıqlar arasında varlıqları var etmək üçün toplum 
halıdır. Maddə insanamı aiddir? Yox, insan maddəyə aiddir. Maddə 
yoxsa, maddilik yoxdur. İşıq yoxsa, zərrə yoxdur, zərrə yoxsa forma, 
yaranış yoxdur, ilk yoxdur. Yaranış yoxsa, yaranmanın mə`nası yoxdur. 
Maddə  həmişə sevinc halındadır. Maddə yaranmalı olacaqların 
ilk sevincin özündə ardıcıl yaradıcılıq halındadır. O dayanmaz, o 
tükənməz, o yorulmaz, o yatmaz,  yaradıcılıq hallarında mürgüləməz. 
Maddə maddidən deyil, maddədəndir. Maddə, maddiliyə köməkçidir. 
Yaranışlar arasına ötürücüdür və dayanmayan, çox tərəfli hərəkətlər 
halıdır. Maddə toplum yaddaş halındadır, yaddaşsız deyil. Mütləq 
yaddaş halında olduğu üçün itmir. Hallar arasında yenə də yaddaş halını 
deyir. Ona görə maddə itmir. Çünki Kainat özü və kainat daxili bütün 
hərəkətlər yaddaşsız deyil. 
Hər gördüyün, görə bilmədiyin də yaddaşsız deyil. 
 
 
 


98 
 
                                  Maraq 
Bə'zən qəribəmə gəlir. 
Niyə    kimsə, elmə aid ola biləcək, balaca bir fikir 
səsləndirdikdə, inkarlar, iradlar və s. həmin an işə düşür? 
Amma "nağıllar da, miflər də"-eşidilən kimi, niyə onları ancaq, 
"nağıl" - kimi düşünürük?  
Nağıl olmuş olsa da belə, axı nağıllarda da, gizli bir həqiqətlilik 
var! 
Hərdən, başa düşə bilmirəm.  
 
 
“ Mənim Tanrım gözəllikdir, sevgidir “. 
 
H.Cavid  əfəndim dedi ki, “ Mənim Tanrım gözəllikdir, 
sevgidir”. Ustad, o göz ki, ətrafını gözəllikdə görmürsə, o daha qara bir 
zülmətə bürəlidir. Tanrını Gözəllikdə bildin ki, Sevgidə birləşdin. 
Ərtoğrul, Müşkinaz, Turan H.Cavidlə bir məqbərədə (Naxçıvandan), 
Əbədiyyətə çatdılar, qovuşdular. Budur Tanrı  İstəyi: Tanrıya Çatar, 
Qovuşar,  Qovuşdurar. 
Görmədim, bilmədim elə bir türbə ki, müxtəlif ərazilərdən Tanrı 
bütün ailə üzvlərini Cavidlər kimi bir türbəyə Yığsın, Tanrı Hüzurunda 
Əbədiyyətə  Qovuşa bilsin! 
Cavidlər məqbərəsinin inşasına insanlar vasitəçi oldu, onları da 
seçən elə Tanrı Özü  Oldu! 
 
 
 
 
 


99 
 
Meyxanə, meynə, dil. 
 
Azərbaycan xalqının  əsrlərdən  əsrlərə keçərək bizə  qədər gəlib 
çatan yaddaş tarixinə daxil olan gerçəkliklərdən biri də onun qəzəl 
aləmidir. Bu aləmdə meyxanə janrı da olub, var  və  olacaqdır. 
Meyxanəni səsləndirməyə, fəlsəfi fikri çatdırmağa istedad 
lazımdır. Meyxanə janrının heç də şərabla, meylə bağlılığı yoxdur. Bir 
çox hallarda meyxanə haqqında çox bayağı, qondarma fikirlər 
səsləndirilib və  həqiqətin nəyə bağlı olduğu  əslində gizlədilərək, 
insanları  karıxdırmağa çalışıblar. Adam sərxoşsa, özünü 
(müvazinətini), dilini (topuq vuran) qafiyəyə sığışdıra bilməz. 
Meyxanənin isə qayəsi, sərrast məntiq mə`nalar düyünü olan 
qafiyəyə  sığıb, qafiyədə  qalıbdır. Meyxanənin qafiyəsi də  qəfildən, 
bədahətdəndir. Meynə çubuğundakı xanələr arası  məsafə (simmetriya) 
pozulmayan kimidir. 
Televiziyadan meyxanə janrının müzakirələrini seyr etdikcə
düşünürük: meyxana meyxanasa, bəs şərabxanə nədir? 
Böyük meyxanə ustadları öz şagirdlərinə göz önündə dərk edilə 
bilən dərs vəsaiti kimi (Abşeron yarımadası) bir meynənin çubuğunu 
göstərərək, ümumən təbiəti misal çəkərək “fikri çubuq kimi düz de, 
məntiqdə, qafiyədə  qəfildən de, qafiyə sonluğunu u, ü- də 
tamamlayaraq tərəf müqabilə  məntiqi cavabı deməyə yer ver,  meynə 
çubuğunda olan xanələr arası məsafəyə uyğun de. Meynənin xanəsindən 
çıxmaq olmaz, qafiyə pozular”. Qafiyə pozularsa, fikir pozular, 
“meyxanə” sözlü yığım olar, məntiqin ahəngi pozular”, - söyləyiblər. 
Ö.Xəyyamın,  İ.Nəsiminin rübailərinə baxaq. Dörd misralıq bu 
rübailərdə, dörd misra bir məntiq, beşinci misranı isə söyləməyə yer 
qalmayıb. Rübai də bir meynədə bir şanədir. Yəni meynə xanələrində 
simmetriya pozulmur. 
M.Nostradamusda da katrenlər dördlükdədir. Dördlük tamlığın 
ifadəsidir. 


100 
 
Qəzəlxan  Ə.Vahidin qəzəllərinin hər biri “Şanədür,  şanə-
şanədür”. Meyxanə janrı da bir meynə xanələri arasındadır, 
şərabxanadan deyil. Şərabxanada səslər çox olar, məntiq olmaz, fikir 
cəm ola bilməz. 
Xalq xalqı yarada bilməz. Xalq dil yarada bilməz. Dil, dilçilik, 
Yaradandandır. Kainatlara üz tutub xitab edənlər, İlkə, Yaradıcıya xitab 
edənlər Kainatın dilində xitab edərlər.  Əgər bəşərin dilini Kainatlar 
bilmirsə, xitablarımız eşidilir, lakin dərk edilmirsə, sorğu olacaqsa, 
cavab orada, “mənim dilimdə, dediklərim” dərk edilməyəcəksə, onda 
mən nə azad, sərbəst adammışam! 
 ...Vəhdət ahəngdədir, ahəng isə  məntiqin ifadəsidir. Elə buna 
görə  də: bəşər, mənim dilim – Kainatın dili. Kainatın dili – Cəm 
bəşəriyyətin dili.
 
 
Mir Mövsüm Ağa 
   
Azərbaycanda müqəddəs yerlər və müqəddəsliklə bağlı olan 
tanınmışlar olmuşlar. 
Onlardan biri Bakıda İçəri Şəhərdə bütün Azərbaycan əhalisinin 
tanıdığı  və  bildiyi  Mir  Mövsüm  Ağadır. 
Bakıda  İçəri  Şəhərdəki evin, Şüvəlandakı  məqbərən hələ  də 
insanlara nicat qapısıdır! 
Ruhun, O, Böyük Ruhun şad olsun, Mir Mövsüm Ağa! 
Adını çağırıb, ziyarətinə  gəlmək, sənin  İlahi Böyüklüyün 
qarşısında dayanmaq, sənə baş  əymək, təşəkkür etmək, təşəkkürlü 
olmaq ki, nə yaxşı ki, Azərbaycandasan. 
İçəri  Şəhərdə Mir Mövsüm Ağanın qapısına (20.12.2011)  
getdim. Öz hücrəsində, O, əksi (foto) qarşısında, O böyüklüyə  tə`zim 
etdim, O böyüklüyə, təşəkkür etdim. 
 Özümü  dərk edəndən  Kainat və yer üzündə olan, cəm 
Seyyidlər qarşısında özümü həmişə kiçik bilmişəm. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə