Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

87 
 
Əgər kainatda ilkdən olan o böyük partlayışdan təməl – səs 
yaddaşı qalmasa idi sükutdan, sakitlikdən kainat daxili planetlərin birgə 
həmahəng hərəkəti dayanardı. Səsin kainatda mövcud olması varlıq və 
kütlələrin hələ  də  hərəkətdə olmasına, hərəkət etməsinə,  əsas aparıcı, 
hərəkət verici amilidir. 
Varlıqların səs və  səs  əhatəsində olması o varlığın hələ  də 
mövcud olması anlamıdır. Səs və səs tezlikləri kainat yaranışının ilkin 
əsası, mexanikasından biridir. 
Sükut isə aləmləri, təbiəti, insanları düşünüb – düşündürmək 
bəxşindən də mərhum edərdi. 
 
Şənliklər və səslər 
İlk yer üzü insanları Kainat qanun və tələblərini çox yaxşı bilib 
və onları  dəqiq icra ediblər.  İlk yer insanı toyu, toyları ailə quran o 
cütlüyə yer həyatının mə`na və tövsiyyələrini anlatmaqla icra ediblər. 
Toylara şənliklə, şadlıqla mə`na və məntiqlə yanaşıblar. Toylar 
musiqi səsi ilə və müxtəlif rəqslərlə müşayət edilib. Musiqi səsi ilə və 
rəqslərlə o ailə quranlara Kainat qanunlarının hansı başlanğıcdan 
başladığını və hərəkətdə olduğuna  istiqamətləndiriblər. 
Onların Kainatdan gəldiyi ilkin ahəngin, musiqinin, rəqslərlə 
Kainatda planetlərin birgə  hərəkətini, yə`ni Kainat qanunlarına 
yönəltmək məqsədi ilə yerinə yetirilib. O qurulan ailəyə bir yaddaş 
simvolu və  tövsiyyəsi  idi. 
O, toy məclislərinin rəvan səs tezliyi ilə müşayəti, ailənin 
gələcək birgə həyatının şad və rəvan olmasına, birgə hərəkət etməsinə 
bir başlanğıc təməl yaddaş edilirdi. Çünki, bəşər yaddaşı Kainatın 
yaddaş səsinə, hərəkətlərinə, ahənginə uyğundur. 
 
 


88 
 
Səssiz həyat, aləm mümkündürmü? 
Bütün aləmlər canlı varlıqlar səs əhatəsində səslədir. 
Əkin səslə (xış), yağış  səslə (damcı), ildırım səslə (güclü işıq 
tezliyi ilə), biçin səslə (oraq, kərənti), yığım səslə (yaba), e`mal səslə, 
dəyirman daşı səslə (çax – çax), metal ərintisi səslə ( körük), şadlıqlar, 
sevinclər səslə. 
Kədərlər isə sükutla! 
Təndirə lavaş yapılır səslə, bişir səslə, canlı qidalanır səslə, 
həzmlər səslə, ürək döyünür səslə, damarda qan dövran edir səslə və.s. 
Çünki, o partlayış anından Kainatın təməl – səs yaddaşı ilə, o səs 
tezliyinə uyğun, səslə! 
İldırım, yağış, dolu, tufan, alqış səslə! 
Amma qar yağır sakitliklə, sükutla əriyər isə səslə! 
Qar bir yaddaşdır.  İlkinin ilkin halı bir sükutda idi, sükutdur. 
Hər düşüncələrimizi, istəklərimizi, arzularımızı Kainat necə bilir bizdən, 
necə  eşidir bizdən? Başımız, beynimiz düşünüb – düşündürdükcə o 
başdan nazik, incə bir səs tezliyi yayılır  ətrafa və Kainata. Bütün 
varlıqların səs tezliyini Kainat duyar, eşidər bizdən. 
İstəklərimizi, düşüncələrimizi onda bilər bizdən! (Baş – beyin 
heç vaxt susmaz!) 
Bütün yer üzü ayinlərini avazla icra edirlər. Avazların özündə də, 
tezlik səsi var. O səsi, o tezliyi Kainat dinləyər bizdən, eşidər bizdən! 
 
İstək 
 
Nə  istəyiriksə, Kainatdan istəyirik! 
"Yaratmısan, Yaşat"-deyirik! 
Heç düşünmək istəmirik, Dünya bəşəriyyətdən Nəyi və Nələri 
isə, istəyə bilər? 
Bəlkə də, İstəyir! 


89 
 
Bəlkə də, bə'zən biz qulaq ardına vururuq!? 
Bəlaları, faciələri, əziyyətləri yenə də, "Ordan" - deyib, bilirik! 
Bəlkə də, nələri istəmişiksə elə, onları da, yaşayırıq. 
Düşündürücüdür!   
 
İsti-soyuq 
Min illərdir bu yer üzü insanları, heç düşünmək istəmədilər ki, 
Yayın bu, gözəl istisini, “yığsın, bağlasın, saxlasın, qışda istifadə etsin!”  
Belə bir yazı var idi, "yayın istisini yığıb, bağlayıb, saxlayıb, 
qışda istifadə etmək mümkündürmü?". 
İlk baxışda, çox sadə, bəlkə  də  mə'nasız bir hal kimi, görünə 
bilər. Amma bu, fiziki hal çox mürəkkəb bir fiziki prosesdir. 
Ədədlər üçün, "ədədi silsilələr"- qəbul olunub. 
Burada isə, istinin anilikdə soyuqla yer dəyişməsi, "fizikanın, 
fiziki silsiləsidir". 
Beləliklə belə bir məntiqi hal ortaya çıxır ki, “tutuma sığa 
bilməyəni, tutuma necə sığışdırmaq olar?”. 
İsti, soyuq ona görə fizika silsiləsinə aiddir ki, bu Kainat 
yaranışının ilkin halı olub, böyük partlayışdan alınan istilik miqdar 
qədərliyi, kainatın soyuma həddi arası halıdır. 
Kainatda bütün planetlərin birgə  hərəkət sür'əti 16, Kainatın 
ümumi temperatur həddi müsbət 4 - dərəcədir. 
Çox sadə bir fiziki prosesə baxaq: 
Belə bir təcrübə, nümunə qoyaq. 
İsti havada, fərqi yoxdur qapalı sahə olsun və ya açıq sahə olsun. 
İsti havada (müsbət temperatur) yelpəklə insan özünü sərinlətməyə 
çalışır, və ona nail olur. 
Yelpəyin mexaniki hərəkətinə mütənasib, bir tərəfə  hərəkət 
edəndə sərin vurulur. 


90 
 
Halbuki  ətraf hava temperaturu yüksəkdir. Bir tərəfə yelpək 
hava qatını sorduqda, yerinə isti hava sorulmalı olduğu halda, sərin 
hava sorulur. 
Bu münvalla isti havada, hər hansı bir mexaniki hərəkət, külək 
də, ona aid ola bilər, isti yerinə, sərin, soyuq hava sorulur. 
 
Kainat, təbiət,bəşəriyyət 
Mütləq olan insan:  Çox hallar var. Çünki o maraqlı hallar 
arasında insan var. Onu əhatə edən o təbiət arasında bir qanuna 
uyğunluqlar var. 
Çox maraqlı hallar var, o hallar arasında bir mə`na var. İnsan 
mə`na deyil, mütləqdir! Mütləq olan insanı əhatə edən mə`nalar var. 
  Sabit insan 
 Nədir mə`na, nədir insan, nədir hal? İnsan bədən temperaturuna 
görə sabitdir (36-37
o
C). İnsan qida ilə qidalanır. Qidalar isə ya isti və ya 
soyuq temperaturda olur. İnsanın sabit bədən temperaturu (36-37
o
C). 
Qəbul edəcəyi qidanın temperaturu isə 40-50
o
C – dirsə, o qidanı insan  
mütəmadi olaraq qəbul edir. Mə`də isə bu qida temperaturundan 
təlatümə düşmür. Qidanın temperaturu anilikdə 8-10
o
C uyğun 
nizamlanaraq mə`də daxilinə çatır.  İnsan bədəninə (36-37
o
C ) görə 
soyuq su və qida soyuq olsa da, o qida temperaturu da anilikdə 8-10
o
C-
yə  yüksəldilib  mə`də  üçün  nizamlanır. 
İnsan soyuq və ya isti su ilə çimərkən o su temperaturunun 
bədən temperaturundan kəskin fərqli olmasına baxmayaraq, o su 
temperaturu da bədənə görə 8-10
o
C – yə nizamlanır, bədən təlatümə 
düşmür. Bədən isti havada (mövsümə görə) yayda 40-50
o
C əhatəsində 
olmaqla və ya qışda soyuq hava 40-50C əhatəsində olmuş olsa da, 
bədənin sabit temperatur həddi dəyişilmir.  Əhatəsində olan isti, soyuq 
hava  yenə  də  8-10
o
C  həddinə  bədən  üçün  nizamlanır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə