Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

80 
 
- Belə bir fikir mövcuddur ki, hündürlükdən axan şəlalənin üç 
temperatur nöqtəsi var. Şəlalənin başlanğıcından aşağıya axan suyun 
temperaturu, orta nöqtəsində suyun temperaturu, suyun tökülən 
nöqtəsindəki temperaturu. Şəlalədə üç fərqli temperatur həddi var. 
- Mütləq olan aləm var ki, o aləmdə vaxt – zaman yoxdur! Insan 
gəlişi və qayıdışına da vaxt – zaman yoxdur. Nədir gəliş, Nədir qayıdış? 
Əbədi zamansızlığadır qayıdış. O, hər an yaransın və  hər an 
yaranacaqdır anlamıdır. İlkdən Kainatlarda vaxt – zaman olmuş olsa idi, 
Kainatın özü müddətə, müvəqqətiyə - olmuş olardı. 
- Narın 613 – dənəsi var deyirlər. Nar – işıq, isti, alov  kimi 
Azərbaycan ərazisində adlanıb. 
- Simli müsiqi aləti Tara yeddi not sığırsa, tar  müsiqi aləti yeddi 
nota sığmır. Onun hələ  nə  qədər səslənməyən səs yaddaşı var. Bütün 
müsiqi alətləri, Kainat səs toplumunu o səsdə  tərənnüm edir. Bütün 
musiqi alətlərinə o səs tezliyi və tembrini bizmi verdik?. Yox, bütün 
musiqi alətləri Kainat səslərini səsləndirər, o səsləri tərənnüm edər. 
Bütün səslər Kainatın ilkin olan səsidir ki, hələ də davam etməkdədir. 
- Mə`nasız heç bir hərəkət yoxdur. Azərbaycan dili – dilçiliyi 
zəngin olduğu kimi, onun musiqisi də zəngindir, rəngarəngdir. Həzrəti 
Nuh bu ərazidə, bu ərazi dilində danışırdı  və danışdı. O xilas olmuş 
insanlar bir yaddaş daşıyıcıları idilər. Onlar bilirdilər ki, “biz su ilə suda 
xilas olduq, Tenqri İşığı ilə xilas olduq”. Tenqri, Tanqrı, Tanrı bütün 
varlıqlar Onundur ki,  “tanı” – anlamıdır. 
- Tələbəlik günləri bitdisə, gənclik günləri də onunla bitdi. 
Qayğısız günlər, qayğılı günlərlə davam etdi. 
- Həyat gözəldir! Nədir gözəlliyi? Sənin öz gözündə görə 
bildiyindir bu həyatın gözəlliyi. 
- Kimya, Fizikanın paralelidir. 
- Məhəbbət – sədaqətdə  məhəbbətdir! O, sədaqəti olmayan 
məhəbbəti kim sevər?. 
- İnsan öz ədalətinə inanır. Onunla razılaşır. 


81 
 
- O cəmiyyətdə ki, hamı  şəxsiyyət olmaq istəyir, o cəmiyyət 
qarışıq olur. O cəmiyyət ki, şəxsiyyətinə  dəyər verir o cəmiyyət yeni 
şəxsiyyətlər yetişdirir. 
-  İnsan varlığında, özündə, daxilində ölmək “istəməyən” nə 
varlıq yerləşib ki, “O” – ölmək istəmir? Vücud ölməyi bilir, baş ölmək 
nədiri bilmir. Baş, yaddaş İşıq daşıyıcısıdır o “ölməyi” bilmir. 
- Yer kürəsində yeni dağlar, yeni okeanlar yaransalar da belə
yer kürəsinin kütlə  çəkisi və günəş  ətrafında hərəkət sür`əti yenə  də 
dəyişməz olaraq qalacaqdır. Çünki onlar kənardan gələn yox, öz 
varlığından ayrılandır, özündəndir. Günəş  ətrafında hərəkətdə olan 
planetlərin sür`ətləri də  məsafəli hərəkətdə olduğundan nisbətlər 
dəyişməz qalır. Bütün çəkilər, hündürlüklər, çökəkliklər yer kürəsi 
kütləsinə və sür`ətinə mütənasibdirlər. Bütün kütlə və çəkilər yer kürəsi 
həcmi bərabərliyindədirlər. 
           -  Sözə, söz gərəkdir. Fikrə söz gərəkdir. Sözsüz, söz olmur. 
Sözsüz, fikir olmur. Sözsüz, düşüncə olmur. Sözsüz, demək olmur. 
 Söz idi ilk, söz deyildi ilk. Sözlə söz dedilər, sözə söz dedilər. 
Sözlə, sözü ardıcıllıqda dedilər. Kainata üz tutdular, Kainatın öz dilində 
Kainata söz dedilər. Onun dili ilə, Ona söz dedilər. Sözün ilki Onda idi, 
Ona öz sözünü, sözdə dedilər. 
Sözlə Söz idi ilk, Sözə Söz idi ilk. Səsə, səs idi ilk, O səsdən, 
söz idi ilk. Səs  İşıqdan idi, Sözlər  İşığa idi. Söz düşündürən, düşüncə 
sözdə idi. 
          -  Duz  çıxaran, suçu (cuvar), sağıcı (süd), dəyirmançı öz işlərinə 
çox diqqətli və cavabdeh yanaşmalıdırlar. Çünki, onların  əməyi 
müqəddəs işıq daşıyıcıları ilədir. Duz, su, süd, çörək işıq, zərrə 
daşıyıcılarıdırlar. 
- Hər hansı bir sual varsa da, onun cavabı da vardır. İstəmirəm o 
aləmi ki, o sirli, gizli, müəmmalı və naməlumdur. Onlar elmlərdədirlər. 
- “Aq-uş-qa” bu işıq – işıq –işıqdır. Aquşqa Naxçıvanda çox 
qədim vaxtlardan toy məclislərində, xına yaxmada şad, sevindirici 
düşüncələri səsləndirməkdən ibarət idi. Adətən fikri dördlükdə, rübai 


82 
 
kimi deməklə heç kimin xatirinə dəyə biləcək fikir deyilməzdi. Şadlığa 
şad söz, şad fikir deyilərdi ki, qurulacaq ailə şad, sevincdə biri – birini 
başa düşmək anlamı daşısın. Sonrakı  mərhələlərdə “aquşqa” onu 
“haquşqa” kimi də adlandırdılar. 
 
İnsan 
             İnsan - insan olduğuna sevinmiş olsa idi əgər, qarşısında olan 
insanları, "əzərdi"- məgər?  
 
 
İnsan və sür`ət. 
Yer insanı planetin günəş ətrafında 1/san 500 km. sür`ətə uyğun 
düşünə bilir. 
1900 – cü ildən 1/san 650 km. hərəkət sür`ətinə uyğun 
düşünməyə başladı. 
2000 – ci ildən yer insanı daha 1/san 800 km sür`ətə uyğun əqli 
düşüncə tezliyinə keçə bildi. (Yer planeti hərəkətinə mütənasib olaraq). 
Son illər  ərəfəsində insanlar başlarının gicəlləndiyini, fırlandığından 
şikayət edirlər. Bu xəstəlik və xəstəlik əlaməti deyil. Bu yer planetinin 
səthində olmaqla informasiyalar sür`ətidir ki, baş, beyin bu sürətə 
uyğunlaşaraq müxtəlif tezlik informasiyalarını yaddaş hüceyrələrinə 
yerləşdirir. 
1/san 1000 km. informasiyalar tezliyi sür`ətlərinə hazırlaşaq. 
Daha Kainatın informasiyalar tezliyi sür`ətinə yaxınlaşaq. 
 
İşarələr 
Müxtəlif daşlar üzərində  və  tərkibində olan rəngli xətlər, 
işarələr, xallar, mərmərlərin müxtəlif rəngləri və üzərində olan 


83 
 
fakturalar yer kürəsinin temperatur hədlərinin qırılması, sabitliyə 
rənglərlə müxtəlif hədlərin göstəriciləridir. 
Faydalı qazıntılar, Su, neft, qaz, daş kömür və s heç də tükənmir, 
çünki Nüvədən dayanmayan, tükənməyən sinxron prosesin getmə 
nəticələridir.   
 
              İşıqsız, Səssiz aləm mümkündürmü? 
Yer üzü hallarına diqqətlə fikir verdikdə, bir çox hallar dördə 
bölünüb, dörddədir. Cəhətlər, fəsillər də dördə bölünüb dörddədir. 
Quşların, heyvanat aləminin də səsi ritmik olaraq dördə bölünüb, 
dörddədir. 
Uşaqlıq səsi, gənclik səsi, cavanlıq səsi, yaşlılıq səsi də yaşayış dövrü 
ərzində dörd dəfə dəyişər. 
Dəmirçinin zindan üstündə döydüyü ağarmış  dəmirin də  səsi 
dördə bölünüb, dörd ritimdədir. 
Bu dörd səmt, dörd səs (kvartet), dörd fəsil, dörd ünsür və.s. 
İlkdən kainatla bağlı olan yaddaş halıdır. 
Necə ki, O Böyük partlayışdan kainatlar yarandı. Kainatların 
yaranma anı bir güclü işıq toplumunun anilikdə dörd səmtə güclü işıq 
zolağı salınması ilə bir başlanğıcdan işıqlı etməsi məcburiyyət halı 
olmayıb, zəruriyyət halı ilə “Böyük Partlayış” – deyilən o halı yaratdı! 
Nə idi o böyük partlayış halı? O ışıq toplumundan bir 
başlanğıcdan dörd səmtə istiqamətlənməsi oval (ellepsoid) formada, 
onun daxilində isə, qalaktikaların təşəkkül tapmasını yaratdı. 
Bu prosses hansı ərəfədə baş verdi və hansı əlamətlə başlanğıcı 
bəyan edər? 
Bu prosses günəşin (yer planeti üçün) qoç bürcündən keçən 
anından başlaması  əlaməti ilə tarixləşməyə başladı. O ərəfədə  tək yer 
planeti o anı sevinclə, yad etmir. Bütün qalaktikalarda o an işıq yayımı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə