Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

66 
 
- Bilirsiniz, insan beyni maraq dairəsinə görə çox rəngarəng 
sahələri əhatə edir. Əgər sən mühəndis-mexaniksənsə, bu o demək deyil 
ki, sən elə mütləq dəmirdən konstruksiyalar barədə düşünməlisən. İnsan 
ömrü boyu ancaq eyni predmet barədə düşünə bilməz axı.  İnsan 
beyninin çox macəraları var. Bir də görürsən ki, elə fantastik 
mənzərələr açılır beynində. 
- Amma yenə də hansı fakt, hansı impuls Sizi dilin və sözlərin 
mənşəyi barədə mülahizələrə  gətirib çıxardı? Bu kəşf prosesi necə 
başladı? 
- Hər şey ötən əsrin 90-cı illərində, yəni 20-22 il bundan əvvəl 
bütün Azərbaycanı bürümüş milli-azadlıq hərəkatı və mitinqlər zamanı 
başlandı. Mən bir vətəndaş kimi bu mitinqlərin  əksəriyyətində  iştirak 
edir və mtinqlərdə  çıxış edənlərin nitqlərini diqqətlə izləyirdim. 
Qəflətən bir sual doğdu beynimdə: adamlar niyə  məhz bu sözlərlə 
danışırlar və sözlərdəki səslərin növbələnməsi niyə  məhz bu cürdür? 
Fikir vermədən işlətdiyimiz danışıq səslərinin arxasında hansı sirlər 
gizlənir? Bu səslərin növbələşməsi niyə məhz bu mənanı formalaşdırır? 
Göründüyü kimi, bu suallar elə də asan suallar deyildi və onlara 
cavab tapılmalıydı. Beləliklə, düşünməyə  və sözləri təhlil etməyə 
başladım. Yəni dilin və sözlərin mənşəyi barədəki nəzəriyyəm 
Azərbaycan xalqının müstəqillik tarixi ilə eyni vaxtda başladı. Mən onu 
da anladım ki, Azərbaycan xalqı bu milli-azadlıq hərəkatında bir xalq 
kimi yenidən yaranmağa başlayır və bu zaman tamamilə yeni düşüncə 
tərzindən istifadə etməlidir. Deməli, bu məqamda sözlərə xüsusi fikir 
verilməlidir. Bu analıiz prosesi 4-5 il davam etdi və lap sonda danışıq 
səslərinin hamısının semantikasını, yəni mənasını tapa bildim. Yəni 
tutaq ki, a səsinin və yaxud t səsinin məna funksiyasını tapdım və 
gördüm ki, danışıq səsləri bütün sözlərdə eyni vəzifəni yerinə yetirir.  
- Deməli, Sizin axtarışlarınıza təkan verən milli-azadlıq hərəkatı 
oldu? 
- Bəli, dilin mənşəyi ilə bağlı axtarışlarımın ilk qaynağı, daha 
doğrusu, bulağın gözü milli-azadlıq hərəkatı oldu. 
- Sözlərin arxitekturası ilə Kainatdakı proseslər, memarlıq 
abidələrinin quruluşu arasında uyğunluqlar, hansısa bir harmoniya 
müşahidə olunurmu? 
- Sözün düzü, bu istiqamətdə axtarışlar aparmamışam və 
konkret heç nə deyə bilmərəm. Amma güman ki, müəyyən 


67 
 
qanunauyğunluqlar olmalıdır. Amma sözlər üzərində apardığım 
müşahidələr bunu deməyə  əsas verir ki, sözlərlə istənilən hərəkətin 
arasında müəyyən bağlılıqlar var və bu bağlılıq daha çox istiqamətlə 
bağlıdır. Kainata gəlincə isə, danışıq səsləri Kainatda baş verən bütün 
prosesləri ehtiva edə bilir. Yəni danışıq səsləri ilə proseslər bir vəhdət 
halındadır. 
Məsələn, saitlər istənilən sözdə istiqamətin müəyyən edilməsinə 
xidmət edir. 
- Bəs saitlərlə samitlərin əsas məna fərqi nədədir? 
 -Saitlərin  əsas işi istiqaməti ifadə etməkdir. Məsələn, “uzun” 
sözündəki u səsi davamlı məsafəni ifadə edir. Və yaxud u səsi “ulduz” 
sözündə  də eyni funksiyanı daşıyır. Saitlərin məna xüsusiyyətlərini 
anlamaq üçün bu cəhətə xüsusi diqqət yetirmək lazımdır. Samitlər isə 
hadisələrin özünü, onun əsas, başlıca əlamətlərini göstərir. 
- Məşhur alim akademik Marrın vaxtilə belə bir ideyası olub ki, 
elə bir zaman gələcək ki, səsli danışıq itəcək və insanlar bir-birləri ilə 
telepatik şəkildə əlaqə saxlayacaqlar, yəni şüur dili yaranacaq. Marr onu 
da bildirirdi ki, bütün dillər vahid bir dildən yaranıb. Buna Günəş dil 
nəzəriyyəsi də deyilir. Sizin nəzəriyyə-nizlə bu nəzəriyyə arasında bir 
yaxınlıq varmı? 
- Haçansa danışıq dilinin itəcəyi barədə ideya ilə razılaşmıram. 
Çünki onsuz da Kainatda istənilən varlıq tamamilə uzaqdakı varlıqla 
düşüncə vasitəsilə  əlaqə yarada bilir. Belə bir təmas üsulu lap 
qədimlərdən məlumdur və Kainatda yeganə ünsiyyət forması məhz bu 
cür baş tutur. Qardaşım Vahid Rzayev demişkən,  «“Kainatın ölçü və 
miqyasında Azərbaycan dili, dilçiliyi o qədər zəngin olan bir dildir ki, 
bu dildə Nuh, Xızır, Zərdüşt danışdı, kainatın konstruksiya və 
mexanikası dilçiliyini bizim əraziyə - azərbaycanlılara gətirib, çatdırdı, 
bəxş etdi. Onlar fəlsəfə, astronomiya kimi elmi gətirməklə o elmlərdən 
Yer üzü bəhrələndi.  
Bütün yüksək elmi mətnlərin qıfılı müəllif, açarı isə oxuculardır.          
Bütün hallara, hərəkətlərə, həndəsi bucaqlara, varlıqlara baxdımsa da, 
onları elmdə, elmləri isə onların əhatəsində gördüm.  
“A” – hərfi kainat konstruksiyasıdır. Alfavitin (əlifbanın) ilk 
hərfi də “A” - dır.  İki istinad xətti bir mütləqə istiqamətlənməklə 
zirvədə  İşıq göstərirsə (piramida tipi), “O” işıqdan (nurdan) yayılan, 
törəyən  şüa  şölədirsə, ondan isə  zərrələr yayılarsa, biz A - zərlərik 


68 
 
(işıqdan zərrə törəyər). A- zər bəydirsə  və sonda candırsa (işığın 
canlısıyıqsa), ona görə biz A - zərlərik.  A - zər – bəy - canlılarıq.             
Yaranışın Nuha qədər, Nuhdan sonra ilkiyik.  
“Haralısan?” – deyəndə, inciməyək. O mənim “Vətən balamdır, 
ərazim, torpaq payımdır, Azərbaycanımdır!” 
 Ərazimiz və özümüz Nuha qədər, Nuhdan sonra heç vaxt 
ətrafımıza, xalqlara, mədəniyyətlərə ziyankarlıqla, saxtakarlıqlarla 
yanaşmadıq. “O” bizi, ərazimizi tufandan Nuha qədər də, Nuhdan 
sonra da hifz etdi, qorudu. İşıqla, zərlə yenə  də  işıqlı etdi. Daş 
qayalarda (Gəmiqaya, Qobustan, Azıx mağarası) yazılı etdi, tarixlərə 
başlanğıc etdi.  
Bütün bəşəriyyət,  ərazilərindən asılı olmayaraq, ikihecalı söz 
başlanğıcından söz deyər. “Nə - nə”, “də - də”, “ba - ba”, “mə - mə” 
və s. tələffüz edər. Körpələrə biz insanlarmı o ikihecalı məntiqi adlıqları 
mənimsədirik? Köklü olaraq yox! O körpələr Yer üzündə hansı dili, 
dilçiliyi təmsil edərlər? Kainat dili, dilçiliyini!. Körpələrin ilk ikihecalı 
sözlərin tələffüzü “Kainat Dilçilik Akademiyasının məzunlarına” 
bənzəmirikmi?» 
- Elmi araşdırmalarınızı nəşr etdirmək imkanlarınız necədir? 
- Təxminən, 15-20 il başladığım tədqiqatları yalnız bu il kitab 
halında oxuculara çatdıra bildim. Səbəbi isə maliyyənin olmaması idi. 
Hazırda bu yöndə  tədqiqatları  əhatə edən ikinci kitabım – “Söz 
konstruktorluğu” çapdan çıxmaq üzrədir. Bundan əvvəl isə elmi 
dərgilərdə 
və 
bəzi qəzetlərdə yazılarım dərc edilib. 
 
 
                   Söhbətləşdi: Fərzuq Seyidbəyli“Unikal” qəzeti,  9.10.2012 
Görünən, görünməyən, eşidilən 
         İnsan ətrafına baxdı ona ad tapdı “ Mutant “ (eybəcərləşdirilmiş), 
“ Amorf “ (görkəmsiz, formasız, eybəcər ). Amma planetimiz və ətraf 
nədir, necədir hansı gözəlliklər  əhatəsində, gözəlliklərdədir. Niyə 
gözəllikdədir? 
Gözəlliklər  ətrafımızdadır, görmək istəsək də, istəməsək də o, 
yenə də gözəlliklər əhatəsində gözəlliklərdədir. Bu baxımdan “ Eqo “ – 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə