Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

53 
 
təyinlənmir (olmaq - ölmək). Çünki onda Kainat miqyasında və 
ardıcıllığında mütləq olaraq bir şkala, bir cədvəl tərtibatı  zəruri olmuş 
olardı ki, (canlı) vücud, hansı müddətdən (mərhələdən), hansı 
müddətəcən yer üzündə bir canlı olaraq mövcud olsun! Beləliklə, vaxta, 
zamana sığmayan bir gəliş, bir də qayıdışdayıq! Kainat vaxta, zamana 
sığmış olsa idi əgər, onda Kainatin öz mövcudluğu da, bir müddətə 
hesablanmış olardı. Belə olan təqdirdə, Kainat mövcudluğunun nə 
mə`nası olmuş olardı onda? 
Yer aləmində deyirlər, “ölüm, qaşla göz arasındadır”. 
Düzgündür ki, qaşla, göz arası, zamansızlıq arasıdır. Gəlişlə - Qayıdış 
arasıdır. 
Bütün dialoqlar, bütün düşüncələr, həyəcanlar arasında qaş 
“yuxarıya” – dartınar. Gözlər isə, gördüklərini görər. Biri dartar (qaş), 
biri görər (göz). Biri (qaşlar) iki aləm arasında bir xətt kimi (yer həyatı, 
Əbədiyyət) dartıya düşüb, dartınar. Gözlər, iki aləm arasını, görmək 
istəməyə çalışar. “Yaşamaq da, ölüm də, qaşla göz arasındadır” – 
deyərlər. 
Gəliş  də, qayıdış da, an olduğundan, hər ikisi vaxta, zamana 
sığmır. Nə qaş, nə göz, hər ikisi heç bir, vaxta zamana sığmır. Qaşlar - 
gecə  də, gündüz də, dartınar. Gözlər - gecə  də, gündüz də, yuxunun 
özündə  də, baxar axtarar. Ölümlə, Həyat arasını axtarar, gördüklərini 
yaddaş hücrələrində yaddaşlaşdırar. 
Bu dünyaya “gözsüz” – gələnlərdə də bu proses baş verir.   
 
Dəma –Dəm 
 
Dəma – dəmdir dəmimiz çaya, isti ilə, 
dəmlədir dəmimiz. 
Dəmirçi isti ilə ağardar, 
dəm – iri. 


54 
 
Körük hava ilə, çəkic 
zindan ilə, 
ram edər dəmiri! 
Maş, paxla, əriştə  - düyü 
ilə birlikdə, dəmdə. 
Plov dəmdə, çay dəmdə, 
dəmir dəmdə. 
Dəmkeş musiqiyə dəm tutubdur, 
Qulağa rahat, həzin, 
Hava üfürüb, dəmi tutubdur 
dəmdə. 
O qidaların dəmləri isə, rahat, 
sən şad, vücuda qüvvə, 
gözə işıq artıran 
dəmdə! 
Sərxoş da, dəm olubdur 
dəmdədir. 
Dəmi dəm edibdir, 
dəmdədir. 
Bu dəmdə, sərxoş ilişibdir 
dəmdə, 
Ayaq dəmdə, dil dəmdə, 
baş da dəmdə. 
Sərxoş bildirər, xoş olmayan halı, 


55 
 
dəmdə. 
Sərxoşu, uyuşdurulmuşu 
“dəm” aldadar, 
qaranlığa sürükləyər 
dəmdə! 
Oğru əli ilə, şor gözü ilə, 
yalançı dili ilə, 
gizlənə bilməz, cəzaya 
salar özünü, lazımsız dəmdə! 
        Sərxoş dəmdə, uyuşdurucu 
istifadəçisi dəmdə... 
Necə pisdir, məhv edir
Insan – insanı 
lazımsız dəmdə? 
       Nə ola ey insan, səni 
faş edən o “dəmdən” 
bitərəf olasan 
bu dəmdə... 
qeyd: ( dəm – bu məqamda; həddə çatanda) 
 
Dialektika... 
- Dialektika – hər hansı bir fikri yürütmək, onun müdafiə 
(prinsipial, məqsədli) mövqeyində durmamaq, o fikri aydınlaşdırmaq, 
fikirlər cəmini məntiqə qədər gətirmək. 


56 
 
- Dialektika – mübahisəsiz, təsdiqə can atmamaq, mübağiləsiz 
(şişirtmədən), inkarsız, sübutsuzluq, müdafiəsiz, hər hansı bir “Fikrə” - 
fikirlər bölgüsü, nəticəsizliyə yox, bir mütləqə yaxınlaşdırılmasıdır. 
- Dialektika - bilirəm deyil
 bilmək istədiklərimizdir, 
araşdırdıqlarımızdır, düşündüklərimiz, müqayisə etməyimiz, 
müqayisələri bölüşdüyümüz, müqayisələrin bir toplumda cəmidir. 
- Dialektika – nə  sənin, nə  mənim, nə sizin, nə bizim – bu 
fikirlər hamımızındır. Görünən-görünməyən, bilinən-bilinməyən, bu 
dialektikanın özüdür, başlanğıcıdır. 
- Dialektika – o bölməz, amma fikirləri böldürər, bir məxrəc 
qədərində nizamlamaya  gətirər. 
- Dialektika – çirkini, bulaşığı, qaranlığı götürməyəndir, 
məqsədli yox, mə`nanı  eşidib gözləyəndir, onun bir də 
“araşdırılmağını”- istəyəndir. O, mə`nanın əvvəli olduğundan məqsədli 
mə`nasızlığı eşitməyən, dinləməyən, ondan yorğunlaşandır. 
- Körpə - uşaq dil açıb danışıb, görüb müqayisə edib, müxtəlif 
suallar verib (bə`zən çox məntiqi) “o, nədir, bu nədir?”- deyib də, 
dialektikanın özlüyünü, qayəsini sual etmirmi? 
- Dialektika – ilk yer insanından doğan, onu əhatə edən aləmi 
görüb də, müqayisələrlə – müqayisələndirib, maraqlanan, bildiklərindən 
yeni suallarla cavablar axtarmaqdan başlamırmı? Bu hələ də, bu ərəfədə 
də davam etmirmi? 
- Dialektika – bilirəm yox, bilmək istəyirəmdir. 
- Dialektikanın banisi, ilk yer insanıdır banisi! Sualına sual 
axtarıb, müzakirə, müqayisə edəndir banisi! Bu gün də, yenə  də yer 
insanıdır banisi! 
Dialektika – hər hansı fikrin mə`nasını axtararlar, mə`nadan cövhərinə 
çatarlar, o cövhərdən o fikrin nüvəsini taparlar, o nüvədən məntiqi 
görərlər. Çünki, dünya tufanından sonrakı  mərhələdə, tufandan xilas 
olmuş o insanlar yığışdılar bir yerə, düşündülər bir yerdə, fikir böldülər 
bir yerdə, nəticələri axtardılar bir yerdə. Dedilər ki, düşüncədəndir 
fikirlər, “düşüncədir” fikirlər. 


57 
 
- Çox-çox sonrakı dövrü mərhələdə, ona dedilər adlandırdılar 
“Dialektika”. Dialektika – mə`nası danışıq, dialoqdursa, (fikri qarşılıqlı 
danışmaqla, mükalimə, müzakirə) o dialoqdan mə`nadırsa, o mə`na 
müzakirədirsə, müzakirədən ümumiləşmiş  məntiqdədirsə, o bütün 
bəşəriyyətin suallarına və o suallardan ümumiləşmiş fikirlərə çatmaqdır. 
 
Dillər, sözlər kainatlara bağlıdır 
Bəşəriyyət nitqinin tarixən ilkin sözləri çoх qısa olsa da, mə’nalı 
olmuş və böyük də məntiq əsasında təşəkkül tapmışdı. Sözlər və bunları 
təşkil edən sait və samit səslər sanki kainatlardakı ardıcıl aхımlı 
hərəkətləri, onun və cisimlərinin ayrı-ayrı hallarını konkretlənmiş kod 
formaları ilə ifadə edirmiş  və nitqin genişlənmiş, dolğunlaşmış indiki 
halında da bu хassə özünü saхlamaqdadır. Yə’ni, hər hansı bir səs 
ayrıca olaraq konkret bir ərazi, tək bir fərd, müəyyən bir qəbilə, və 
yaxud bir xalqla yox, bütövlükdə Kainatın özü ilə bağlıdır. Odur ki, 
ümumən nitqlər ahəngli, klassik bir musiqini, sözlər isə onun hissələrini 
xatırladır. Bəşəriyyətin bütün sözləri və ilk baхışdan müхtəlif görünən 
dillər kainatlara, kainatlar isə Yaradana bağlıdır. Deməli, hər bir 
cəhətdən olduğu kimi dillərimiz də Böyük Yaradana bağlıdır, Onunla 
bütün sahələrdə Vəhdətdəyik.  
Хalq  хalqı, özünü yaratmamışdır və öz dillərini də  хalqlar 
yaratmamışdır. Хalq хalq yarada bilsəydi, özü bir yaradıcı olardı, lakin 
özünü kainatlardan təcrid vəziyyətində görmüş olardı. Bu isə heç cürə 
mümkün deyil, çünki Kainat və onunla Birlikdə, Vəhdətdə olan bizim 
dünyamız var ki, biz varıq; dillərimiz isə bu Vəhdətə, onun Hərəkət 
ahənglərinə müvafiq fəaliyyətdədir. Odur ki, dil tək bizim yoх, həm də 
Kainatındır, ondakı varlıqların hallarının, hərəkətlərinin insan danışığı 
vasitəsilə əksetdiricisi, bir Kökdə səslənən ifadəçisidir. 
Kainatdakı  hər bir makro və mikrocisimlərin, hər hansı bir 
zərrəciyin varlığı  zəruriyyətdən kənar deyildir və Tamın hasilə 
gəlməsində vacib iştirakçıdır. Onların hərəkəti istənilən müddət-zaman 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə