Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

49 
 
Dahi insan 
 
• Ay – yer kurəsinin peykidir. Günəş ətrafında olan planetlər isə
Günəşin peykidir. 
• Sabahın xeyir Günəş! Bizim üçün sabahsan, amma özün 
həmişə varsan. Sən bir İşıq, qovduğunsa qaranlıq. Qaranlıq işıqdan 
qaçar, İşıq isə İşıq saçar. Sabahımız xeyir Günəş! 
•  İşlədilməyən sözlərə “arxaiq”- (köhnəlmiş, işlədilməyən) 
sözlər deyilir. Ola bilsin ki, bə`zi sözlər, kəlmələr daha işlədilmir. 
Amma tarixlər, tarixi hadisələr, tarixi dövrlər isə heç vaxt 
yaddan çıxmır. İnsan unutqan olub, o, bə`zi sözləri unuda bilər, ancaq 
tarixlər heç vaxt özünü unutmur. Tarixləri, tarixi hadisələri təhrif 
etdikcə, tarix özünü təkrar edib, təsdiq edir! 
 •  Nə  gələr, nə  gətirər? Su gələr, su gətirər o, yaddaş  gətirər. 
Susuz nə bitkilər, heç hava da olmaz (oksigen). Hava suyun yox, su 
havanın daşıyıcısıdır. Havanı yüksək təzyiqlə sıxsan, donar. Don açılar, 
su ilə hava olar. 
• Kainat nisbi nəmişliklə  əhatəlidir. Bütün planetlər (küllü 
kütlələr) nisbi nəm əhatəsində hərəkətdədir. Bütün planetlər həmahəng 
hərəkətdədir. Planetlər arasında zor, zorakılıqlar yoxdur. Əgər “güclü”, 
“gücsüz” planetlər olmuş olsa idi, onların biri-biri arasında təzyiq 
olardı. Planetlər ya biri-birini cəzb edər, və ya biri-birindən uzaqlaşardı. 
Zorakılıq, güc, təzyiq olmuş olsa idi Kainatda olan bütün planetlər 
qarışar, xaos olardı. Kainat sistemində birgə hərəkət var, xaos yoxdur. 
“Zorakılıqdan”- bütün planetlər biri-birindən uzaqlaşar və ya öz başına 
güclə bir topluma toplanardı. 
• Söz boş olmur, çünki söz boşdan yox, Söz Sahibindən yerə 
gəlib söz olub, sözdə olub, sözə, söz olub. Söz olmasa idi, “sözsüz”- 
olacaqdıq, bir söz belə icad edə bilməyəcəkdik. Biz biri-birimizlə Söz 
Sahibinin “Sözləri”- ilə danışırıq, Kainata “Onun”-Sözü ilə xitab edirik. 
Bütün aləmlərin öz sözçülüyü, öz hecası, öz cümləsi var. 


50 
 
• О qədər dedik-dedik, dedik! Gördük ki, elə deyirik. 
O qədər düşündük-düşündük, düşündük! Gördük ki, elə 
düşünürük. 
O qədər baxdıq-baxdıq, baxdıq! Gördük ki, elə baxırıq. 
Nə qədər bildik-bildik, onda gördük ki, bilirik! Bütün bilgilərin 
açarı elmlərdədir! 
• Elmsiz söz ola bilməz, söz elmsiz ola bilməz, elmsiz cümlə 
ardıcıllığı qurula bilməz. 
M.Füzuli,  İ.Nəsimi, H.Cavid, U.Şekspir söz dedilər,  əsərlərini 
sözdə dedilər, sözün elmi məntiqində dedilər. Söz deyilməsə, söz 
tamamlanmaz. 
• Bu, yer üzü necə olaydı?  İlki kimi xətsiz, sərhədsiz olaydı! 
İnsanlar ilkdə olduğu kimi biri-birinə sevincli, mehriban, biri-birinə 
ehtiyaclı olaydı. Sənin-mənim yox, bizim-sizin yox, yaşamaq 
hamımızın olaydı. 
Bu ərəfədə silaha tuş olmuşuq, öz Ərazimizdə o silahlara qarşı 
silah olmuşuq. 
• Meyvələr ağacların-kolların, Söz-insanların! Rayihələr, 
rənglər, çiçəklərin, güllərin, Sözlər-insanların! 
• Sevinc gözləntisi, başlanğıcı ilə bu həyata gəldi, insan! 
Kədərlər  arasına  bürələndi  niyə,  insan? 
• Qal-qal demə! Qala bilmərik, qal demə! Qalmağa yox, 
qayıtmağa gəlmişik qal, demə! Heç birimiz burada qala bilmərik, qal 
demə! İlkimizə qayıtmalıyıq, burada qala bilmərik! 
• “İnsandır”- deyib düşünən insan! Nə böyük insandır o insan! 
“Heyifdir”- deyib düşünən insan, nə böyük insandır o insan! 
“Yazıqdır”- deyib düşünən insan, nə böyük insandır o insan! 
• Müəllimə, müəllim gərək. Bu yer həyatı müəllimsiz nəyə 
gərək? 
Göy qübbəsi, kəhkəşan, Kainat da bir müəllimdir! Onun ardıcıl 
hərəkətinə, dəyişməyən hallarına, davamiyyətinə baxmasaydıq, seyr 


51 
 
etməsəydik, dərk etməsəydik, məntiqdə “məntiqi”- necə deyərdik? 
Məntiq tədrislə deyil, məntiq Kainatlardadır. Fəlsəfə, məntiqin 
törəməsidir. 
• Düşüncə olmasa, söz olmur. Söz olmasa, sözdən düşüncə 
olmur. Sözun ilki düşüncə, sözün özü düşüncə, Kainatın ilki düşüncə. 
Düşüncə ilə düşüncə, yaradar düşüncə. Nə tapılsa, düşüncədən tapılar. 
Nə icad olunsa, düşüncədən icad olar. Nə kəşf edilsə, düşüncədən kəşf 
edilər. 
Biz Zərik, Zərdənik, Azərik, Azərləyik (vətən) Azəriyik! Yer 
üzünün üçüncü atası, Azər var. Adəmi, Nuhu, Azəri var. 
• H.Cavid əfəndim- ustad, Nəhəngdir. Dram əsərlərində 
personajları vasitəsi ilə çox böyük mətləblər, mə`nalar deyib. H.Cavid 
əfəndim dram əsərlərində, söz xatirinə söz deməyib. Söz içində söz 
deyib, sözə söz deyib, mə`na deyib. Elə cümlələri var ki, aylarla, bəlkə 
də illərlə onu təhlil edib düşünməyə sövq edir. Budur fəlsəfi düşüncə, 
budur fəlsəfi məntiq. 
• Bir kitablıq söz, kitabda “söz”- o böyük bir açardır. 
• Anesteziya (xalq arasında narkoz, o cərrahiyyə zamanı xəstəni 
müvəqqəti yuxulatmaq üçündür) nədir? Vücudu-vücuddan ayıran nədir? 
O müvəqqəti bir yuxudur. Canı-candan, vücudu-vücuddan ayıran bir 
yuxudur.O baş yatmaz, mürgüləməz. O baş (kəllə) bir mütləq olar, 
Kainatlarda olar, “Mütləqə”-yaxın olar. 
O, Mütləqə yaxın ki, O Kainata yaxın ki, orada qorxu yox, 
təlatüm yox, ağrı yox, acam yox, suzam yox, üşüyürəm yox, ümidsizlik 
yox. Canı-candan, vücudu-vücuddan ayıran Kainata, O Mütləqə yaxın 
edən yuxudur. 
İlkimiz ora, sonumuz oradır. Yuxu ilə qalxarıq ora. Kainata 
qalxıb, qovuşarıq onda ora. Yuxudan ayıldarlar, özümüz oyanarıq, onda 
qayıdarıq bura. 
• Narkomaniya- bəşəriyyətin mərtəbə-mərtəbə, mərhələ-mərhələ 
məhvi! 


52 
 
Dünya müharibəsinin başqa bir növü, üslubu. Ərazilərin canlıları ilə 
birlikdə müharibəsiz məhvi. 
Narkomaniya-bütün qanlı müharibələr tarixində, son dövrdə yer 
üzündə bəşəriyyətin məhv edilməsinə e`lan edilməyən ağır müharibəsi! 
Bütün qitələrdə, bütün ərazilərdə, bəşəriyyətin məhv olmasına 
sakit, rəvan, örtülü müharibələr gedir. Bəşəriyyətin məhvi gedir. 
Narkomaniya-özü özü ilə, bəşəriyyətin özü ilə, özündə özü ilə 
kütləvi məhvi sükutla gedir. 
• Ustad H.Cavid əfəndim dedi ki, “Kəssə hər kim, tökülən qan 
izini, qurtaran dahi odur yer üzünü!”. 
  
Darıxırlar? 
 
  
Əbədiyyətə qayıdan bütün insanlar, o Aləmdə o Əbədiyyət 
müddəti ərzində darıxmırlarmı? 
          Yox, qətiyyən yox! Çünki o əbədiyyət aləmində vaxt, zaman, 
gecə, gündüz məfhumu olmadığından “hər an” – bir An kimi 
göründüyündən, darıxmağa da, lüzum qalmır və ola da, bilmir. 
Dörd aləm arasında da, yə`ni ki, yer aləmində deyilən cənnət, 
cəhənnəm, bərzaq və bir aləm də var ki, o da İşıq aləmi, Mütləq 
(obsalyut) olan aləmdir. O aləmdə  də, hər an öz anı  çərçivəsində 
olduğundan, darıxmağa da səbəb yoxdur. Çünki “darıxmaq” – hissi də 
vaxtsız, zamansızlıq  əhatəsinə  sığır ki, darıxmağa, tələsməyə  də 
səbəblər olmur və ola da bilmir. 
Qəribə hal ondadır ki, bütün canlılar yer üzünə, nə 
“Gəlməklərinə” - (öz istəkləri ilə) hazırdırlar, nə də ki, Qayıtmaqlarına - 
hazırlaşarlar. Amma, hər an “gəlmək” ilə, “qayıtmaq” – arasına 
hazırdırlar. 
Nə  gəlmək, nə qayıtmaq (yer vaxtı) vaxtdan, zamandan asılı 
olmadığından hər an “o ana” – hazırdırlar. Ömürlər vaxta, zamana 
sığmadığından konkret olaraq bütün bəşəriyyət və varlıqlara müddətlər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə