Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

58 
 
daхilində  хaossuz, məqsədəuyğun  şəkildə baş verdiyindən, Kainat 
qədərlərinin konkretliyini ifa etmiş olur. Buna müvafiq Kainat özünün 
Yaddaşına malikdir. Ona görə  də, insan varlığına köçürülən və onun 
yaşayışında, fəaliyyətində, hərəkətlərində  əks olunan belə  bir yaddaşa 
uyğun olaraq, danışıqda hər bir fikir konkret olub, konkret və  qısa 
sözlərlə, özü də müəyyən olunmuş sistemliliyə ta’be olaraq ifadə 
olunmalıdır və olunur. Belə sistemlilik fikirlərin dolğun izahı üçün 
sözlərdə  səslərin, cümlələrdə isə sözlərin say qədərini optimallaşdırır, 
nitqlərin mə’nalılığına və  aхıcılığına  şərait yaradır, lakin onların ara 
vermədən uzun-uzadı davam etməsinin və, beləliklə  də, insanın 
danışıqda zora düşməsinin, həddindən ziyadə güc və vaхt sərf etməsinin 
qarşısını alır. Çünki sözlərin sayı məntiqi tamamlayır. Məntiq Mütləqə, 
Mütləq isə fonemlərin sayına və funksionallığına sığıb. Onların sayı bu 
dil üçün müəyyən olunmuş fikir qədərinin bitginlik dərəcəsini və ya 
tamlığını müəyyən edir. Bir fikri çoх sözlərlə ifadə etmək mümkündür. 
Lakin bu mümkünlük, fikri cəm bir tamlığa yoх, çoх söz arasında 
mə’nasızlığa apara bilir. Dilin fonem fonduna əlavə bir səsin gətirilməsi 
isə yeni, daha böyük fəlsəfi, İlahi bir məntiqi gətirmək deməkdir. İlahi 
fəlsəfənin özü fikri qısa sözlər və cümlələrlə ifadə edir, amma bununla 
bəşəriyyətə çoх böyük anlamları gətirir. Fonemlərin funksional toplumu 
kainatların aхım qədərliyini göstərir. Buradakı  aхımlar biri-birini 
tamamlayır, yeni bir aхımı bəyan edir. 
Qardaşım Fikrət Rzayevin fonemlərin funksionallığından bəhs 
edən bu kitabla gətirdiyi elmi dəyərlər kainatların özü ilə bağlıdır və 
bunlarla tanış olan hər bir kəsi sanki yenidən oralara qaldırır. Kainatlar 
isə, yuхarıda deyildiyi kimi, Yaradana bağlıdır və biz bəşəriyyət 
kainatlara bağlıyıq ki, Yaradana bağlıyıq. 
Düşünməyi bacaran, düşüncəsini təhlil edə bilən kəs nə  qədər də 
хoşbəхtdir. Fikrət Rzayev o хoşbəхtlərdəndir;  хoşbəхtliyi elm 
aхtarışında, elm anlamlarındadır. “Fikir fikirdir, -Fikrətdə fikirdir. 
Fikirləş ki, o da o fikirdədir: fikri kainatlarda, kainatlarla bir fikirdir. 
Oraya bağlıdır ki, kainatların fikrindədir”. 


59 
 
 
  Fikrət Rzayevin "Söz" kitabına Vahid Rzaevin ön sözü. 12.09.2001 
 "Maarif" nəşriyyatı tərəfindən  2012 - ci ildə Bakı  şəhərində   
  çap edilmişdir (səh. 5 - 6.) 
 
  
Доброта 
В  доброте и любовь, и мечты, и желания, и пожелания! 
Не говори о доброте, а будь в доброте! 
Не поймут же о твоей доброте, которую ты считаешь добротой! 
Доброту не утверждают, не указывают и не наказывают добротой! 
В ней заложено все прекрасное, и покой, и утешение! 
Доброта, а где же она, какова же она, а зачем же она? 
Вся Вселенная шепчет в доброте, вся Вселенная движется в 
доброте, 
Вся Вселенная не начало ли доброты? 
Вся  Вселенная заключается в доброте! 
 Это не похоже ли на сказку о доброте? 
Доброта – кому-то сказка, кому-то – шепот о доброте! 
 
 
 
 


60 
 
Əmim - Fikrət Rzayev 
 
Bu gün səhər acı  xəbərlə açıldı gözlərim!  İnana bilmirdim 
eşitdiklərimə! Amma... əmim artıq həyatda yox idi! Varlığını  hər an 
görmək istəsəm də, nədənsə, bəzən uzaq qaldığım insan idi O! 
Uşaqlığımdan belə ona duyduğum sevgi sırf əmi sevgisi deyildi: böyük 
insan idi əmim mənim üçün! İdeal obraz idi həyatımda! Yerə bağlı 
sevgiylə çox istəmirdim onu , Yerdən və  hər  şeydən yüksəklikdə bir 
bağlılıq var idi əmimə qarşı çünki, Rzayev Fikrət əmim idi mənim!  
Yazılışda və yaxud deyilişdə adi söz kimi görünsə də O da bir 
Rzayev idi! Rzayev ailəsinin böyük və yaşlı üzvü idi Fikrət Rzayev. 
Danışmağı elə  də xoşlamazdı, çox vaxt qıraqdan durub ona baxanda, 
sakitçilikdə, olduğu yerdən uzaqlıqda görərdim onu! Atamla olan 
söhbətlərinə  şahidlik edə bildiyim üçün, fərqli bilərdim hərdən özümü 
çünki, bu şans mənə bəxş olunmuşdu. Onları dinlədikdə qulaqlarımdan 
insan səsləri silinərdi. Daha başqa cür, daha rahat olardım.  Əmim 
rahatlıqla və xoşluqla həyata baxırmış kimi görünsə də, bəzən ürəyinin 
bir yerində  uşaqlıqdan qalma gizli ağrını gözlərinə  hər baxdıqca hiss 
edərdim! 
Məndən hər zaman dərslərimin necə getdiyini soruşardı! Hərdən 
düşünərdim: təhsilimi artıq iki ildi bitirdiyim halda, əmimin həmişə bizə 
gələndə soruşduğu sualın niyə bu olduğunu?! Özlüyümdə cavab tapdım 
bu gün! Əmim, əslində, bizlə bağlı olan nailiyyətlərə sevinirdi. Evin ən 
kiçiyi olmağıma baxmayaraq, məndən də istədiyi daha yaxşı 
nailiyyətlərə sahib olmağım idi!  
Əmimin nailiyyətləri də  məni və ailəmizi sevindirirdi! Bizə 
verdiyi sevinclə yanaşı, doğulduğum ölkəyə  də öz “Söz” kitabıyla 
sözünü dedi Fikrət Rzayev! Atamla ata ayrı olsalar da, Rzayev soy 
adında bir idilər  əslində! Ya da Vahid Rzayevin sözüylə desək, onlar 
“əkiz taleyli” qardaşlar idilər bu soyad altında! Bizə bəxş olunmuş bir 
paydı bu, bu bizim taleyimizdi bəlkə  də, paklıqla, yaxşılıqla, 
mehribanlıqla düzgünlüyə doğru yarı payı əlimizdə ola bilən! ...Bu gün 
taleyimizdə ağır gündür. 28 fevral 2013-cü il Fikrət Rzayevi O ağ İşığa, 
qayıdışına,  əbədiliyinə bağışladığımız gündü!İnsan olaraq, o acını 
yaşadığımız gündür! Bu gün atamın gözlərində gördüyüm kədər 
insanlıqdan uzaq, insanlığa xas olmayan kədər idi. 


61 
 
Atamın nə qədər pis olduğunu onun dediyi sözdən başa düşmək 
elə də çətin deyildi! Vahid Rzayevin; atamın “Dədəm öldü, ağlamadım, 
anam öldü, ağlamadım, Fikrət öldü... ağladım, Fikrət... ağlatdı  məni!” 
deməsiylə əmimi nə qədər çox istədiyini bu gün bir daha başa düşdüm. 
Əminəm ki, əmim yenə o sakitçilikdə öz sakitçiliyinə qovuşub 
artıq! Ürəyinin bir yerində qalma o gizli ağrıdan da xilas olaraq, işıqlı 
nəticələrinə yetişib artıq! Əmimi çox istəyirdim - nə qədər utanıb deyə 
bilməsəm də! Bu gün pis olub üzülsəm belə, onun rahatlıq içində öz 
rahatlığına qovuşduğunu bilmək təsəlli edir məni! Axırıncı  dəfə 
telefonla danışarkən bizə  gəlməyini istəmişdim. Soyuqların keçib, 
havaların istiləşdiyi günəşli günlərdə gələcəyini dedi! Əmim Söz verdi 
və... sözünü tutub günəşi öz böyüklüyüylə  təkcə  mənə yox, bütün 
bəşərə  bəxş edərək gəldi və getdi! Mənim üçün əmim bənzərsiz 
şəxsiyyət idi. Mənim  əmim Fikrət Rzayev idi! Hər kəsin  əmisindən 
fərqli olaraq - çünki, o da bir Rzayev idi! 
Fəxriyyə Rzayeva 
28.02.2013 
 
Donmur 
Xam neft və neft məhsulları, təbii qaz, yağlar donmurlar. 
Baxmayaraq ki, onu əhatə edən temperatur hədləri aşağı olmuş olsa da 
belə, onlar donmurlar. Tüstü bacasından çıxan tüstü, sərt soyuqla 
qarşılaşır amma, donmur (bunlar yüksək faizli nəm daşıyıcılarıdır). Qış 
mövsümündə insan tənəffüs etdikcə daxili üzvlər, göz, oynaqlar o 
soyuqdan, o şaxtadan donmurlar (üşüyür ayrı, donur ayrı). Açıq havada, 
qışın  şaxtasında yandırılmalı olan odun, soyuq hava əhatəsində 
olmağına baxmayaraq, donmurlar. Sərt şaxtadan hava qatı da donmur. 
Çünki bunlar səbəb yox, nəticələrdir. Su, hava qatı yer kürəsinin 
dərin qatlarında gedən, dayanmayan prosesin nəticəsidir. Yer kürəsinin 
Nüvəsindən başlayaraq dayanmayan, tükənməyən ardıcıl yaradıcı 
prosesın nəticələridir. Su dərin qatlardan başlamış, bütün layları, qatları, 
süxurları “yetkinlik” – həddinə gətirir, istini, soyuğu nizamlayır. İnsan, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə