Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   17   18   19   20   21   22   23   24   ...   57

69 
 
da bir baxışdır. Gözəlliklik mə`fumları bizim fikrimizin “ məhsulu “ 
olmayıb nə “ subyektivdə “, nə “ obyektiv “ – dədir, nə müqayisələrdə 
nə  də düşüncələrimizdə  və o gözəllikləri görmək istəklərimiz
gözlərimizdədir. O, gözəlliklər isə yaranışın başlanğıc anından başlamış 
və davam edən gözəlliklər əhatəsində o gözəllikdədir. Çünki yaranışın 
ilki gözəldir, özü gözəldir, ardıcıllıqları gözəl, törəməsi gözəldir. 
Kimsə “ eybəcərlik “ – ləri görmək istərkən o, o “ eybəcər “ – 
liyi gözəllikdə olduğunu görə bilmir. Kimin balası, kimin törəməsi 
çirkinlikdədir? Onlar onun gözündə, gözəlliklər əhatəsindədir. Onların “ 
çirkin “ – liyi görə bilməyən gözlərindədir. Onun gözündə o, yenə  də 
gözəllikdədir. 
Ərazimiz, dilçiliyimiz göz dedi, gözdə dedi, göz - əllikdə dedi. 
Yenə  də görən gözdə dedi. Gözəllikləri görmək istəyən gözdə  mə`na 
olur, “ məqsəd “ olmur. 
Söz, fikir düşüncənin məhsulu deyil, söz vəziyyətin,  şəraitin 
ardıcıllığı  mə`nasıdır. Düşüncələr gözlərin dərinliyində, sifətin 
cizgilərində görünər. Sözü sözdən gör, “ gör “ deyirik. Söz görünmür, 
düşüncə görünmür, hava qatı görünmür, səs görünmür, ağrı görünmür 
daha nələr – nələr görünmür. Bu mə`fumlar Sahibi Mütləqin 
xüsusiyyətlərindəndir ki, onlar da görünmür. Çünki o, Sahibi Mütləq də 
görünmür. Amma hər an Özünün var olduğunu bəyan edər. Hər hansı 
bir mə`fumları görə bilmiriksə bu o demək deyil ki, onlar yoxdur. Onlar 
bizim dərk etməyimiz, eşitmək, bilmək üçün vardır. 
Mə`nasızlıq yığışıb mə`na gətirə bilmir, söz yığımı konkretliyi 
gətirə bilmir. Mə`nasızlıqla, məntiqsizlik mütləqi gətirə bilmir. 
Dəqiqsizlik yol göstərə bilmir. İnsanlar ad düşündülər “ bəhanə “. 
Bəhanə  də bir bəhanədir, nə  bəhanə?  İlkdən ilk insandan yer üzündə 
məntiqi fikir, məntiqi düşüncələrdən fəlsəfə  və elmlər törədi. Yer 
üzündə hansı yazıda, hansı elmdə mətiqi fəlsəfə özünü göstərmir? 
Cansız “ substansiya “ deyilən də bir hərəkətdədir. Kütlə, 
varlıqlar da sakitlikdə, sükunətdə yox, o da hərəkətdədir. Daş, dağ, dərə 
də  hərəkətdədir. Bu hərəkətlər, yer kürəsi hərəkətinə mütənasib 


70 
 
hərəkətdədirlər. Yer kürəsi Günəş  ətrafında, günəş isə qalaktika 
daxilində, qalaktikalar Kainat daxilində, Kainatlar hərəkəti isə bir işıq 
başlanğıcı ətrafında hərəkətdədirlər. 
“ Cansız “ – ı cansız etməyə, can gərək ola. Canlını canlı etməyə 
də can gərək ola. Canın özünə  də, can bəxş edən olar. İşıqsız, cansız, 
temperatursuz, kütləsiz, çəkisiz, formasız, rəngsiz də ola bilməz. 
Candan candır canımız, cana candır canımız. Canlılar arasında candır 
canımız. Cansız substansiya və ya substansiya cansız? Substansiya 
deyilən də bir candır, çünki adı varsa, demək özü də vardır. 
Qum – qumdan, daş – daşdan, ağac – ağacdan, çiçək – çiçəkdən, 
çay – çaydan, dəniz – dənizdən, okeanlar – okeanlardan, zirvələr – 
zirvələrdən, söz sözdən gözəldir ki, onlar da hərəkətdə bir candır ki, 
varlıqdır ki... 
İnsan böyük varlıqdır o, Kainatla yer təmsilçisidir. O, Kainatı 
yerə bağlar ( əqli düşüncələri, dərki ilə ), yer aləmini Kainata bağlar ( 
informasiyaları ilə ). İnsan iki həddlidir, öz bioloji konstruksiyasında iki 
bölüm arasındadır.  Çünki insan vücudunda alınla qaş arası, bir 
sərhəddir. Alın sərhədsə, qaş da bir sərhəddir. Alın mərkəzində  zəka 
nöqtəsi yerləşir o, başlanğıc sərhədliyidir. Alından yuxarıya ( zəka 
nöqtəsindən ) olan baş, yaddaş daşıyıcısı, dərk etmə daşıyıcısı olmaqla 
Kainata bağlılıqdadır. Alında zəka nöqtəsindən aşağıya qaşlardan 
başlamış, göz material aləmi açmağa göstərməyə bağlılığın 
başlanğıcıdır. İşıq bir mütləq. 
Gördüklərimiz, bildiklərimizlə biz onun mə`na daşıyıcılarıyıq. 
Göz gördüyünü bilər, qulaq eşitdiyini bilər, dil daddığını bilər, 
qan vücudu bilər, ürək qanı bilər və s. Qaşlardan aşağıya vücud diqqəti 
istər,  əzizlənməyi istər, tumarlanmağı  bəzəyi istər, yatmağı istirahəti 
istər, yaraşığı istər, isti soyuq qida istər və s. Ayaqlar hərəkət,  əl 
barmaqları hiss etdirməyi istər. Zəka, baş, yaddaş yatmaz, mürgüləməz, 
susmaz, dayanmaz, qida ilə qidalanmaz. Baş  və baş daxili tumar, 
yaraşıq, bəzək istəməz. Baş  dərki istər, yaddaş istər, məntiq istər. 
Zəkamızdan bizi Kainata bağlamaq istər. 


71 
 
Gözlər 
Əgər deyirsə, deyərkən – dediyi başqa, düşündüyü başqa, baxışı 
başqa, məqsədi başqa, addımları da ona uyğun başqadırsa, onunla “vaxt 
itirməyə” – dəyməz. Onları özünə istəyəndir, məkri özündən öndə 
gedəndir, öz məqsədləri ancaq özünü karıxdırandır. 
Gözlər də, qəribədir maraqlıdır! Gözlər var rəhmlidir, 
mehribandır, həlimdir, qəddardır, paxıldır, məkrlidir, yalan deyəndir, 
aldadandır, karıxdırandır, azdırandır, xəyanətkardır, tənbəldir, çevikdir, 
şüşə kimi soyuqdur və s. və i. Gözlərə bax, gözlərə... 
Baxışı ayrı, dediyi ayrı, düşündüyü ayrı, fikri ayrı - gözlərə bax
gözlərə... Dediklərinin arxasında gizlənən - gözlərə bax, gözlərə... 
Düşündüklərinin arxasında gizlənən – gözlərə bax, gözlərə... 
Gözlər, dediyini, düşündüyünü, istəklərini (gizli) gizlədə bilməz 
– gözlərə bax, gözlərə. Gözlər yumulub gizlənsə  də, sürmələnib - 
sürməli olsa da, gözlərə bax, gözlərə. Deyilən “mə`fumlar” – sirli, 
örtülü, gizli, müəmmalı, məqsədlidir – gözlərə bax, gözlərə... 
Diqqətlə baxdıqda - söz, səs, musiqi gözlə görünməyən ancaq 
eşidiləndir. Bir də - düşüncələr, fikirlər, istəklər, məkr, yalan, 
xəyanətlər, karıxdırmalar və s. nə gözlə görünən, nə  də  eşidiləndir. 
Amma yenə də, gözlərə bax, gözlərə... Onları gizlətməyə, gözün gücü 
çatmır, yenə də - gözlərə bax gözlərə! 
 
Günəş işığı tükənmə
           
*Soruşsaydılar ki, bu yer həyatında nə istəyərdin? 
Cavab verərdim ki, təməl sinfindən başlayıb, dünya elmlərini  yenə də 
öyrənməyə  təhsilimi istəyərdim!  (Amma hələ gec deyil.) 
           *Ömür o dünya ilə bu dünya arasında deyil. Ömür o ikisinin 
“duet”-i arasındadır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə