Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

76 
 
aciz olardı onda! Kainatın  İşıq  əvvəli, Qaranlıqla son olardı onda! 
Nə dünya bizi cəzb edir, nə biz dünyanı cəzb edirik. Yer üzünə rəvan 
hərəkətlə gəlib, yer üzündən rəvan hərəkətlə qayıdırıq. Yer üzünə biri-
birimizi öyrənməyə, tanımağa gəlirik. 
Kainat (oval, ellipsoid) daxilində olan bütün planetlər, birgə 
hərəkət sür`ətinə tabe olduqlarından biri-birinə  güc, zor, zorakılıq edə 
bilmirlər və birgə  hərəkət sür`əti ahəngini pozmaq  gücünə, sahib 
deyillər. Biz də, o hərəkət sür`əti əhatəsində olduğumuzdan, o hərəkət 
sür`ətini hiss edə bilmirik. 
Planetlər də elədir, biri-birini öyrənir, biri-birini tanıyır. Orbital 
hərəkətinə görə, orbital hərəkətlər pozulmur, nə biri-birinə yaxınlaşır, 
nə biri-birindən uzaqlaşır. Birgə  hərəkətdə olduqlarına sevinir. Çünki 
insanlar da birgə, bir yerdə olduqlarına sevinir. 
  
Həyat davamı 
- Bütün təsəvvürlər Onun olduğundan, “O” – Təsəvvürlərə 
sığmadı, sığa Bilmədi.  
 - Gün bizə müddət, Sahibi Mütləqə, bir Andır. 
- Cəhənnəmin “odu” – olmayacaqdı, əgər bə`ziləri öz odunu 
aparıb, öz “odunda” – yanmasa idi, əgər. 
- Ə. Vahid sözü, mə`nanı əqiq, qiymətli daş kimi cilaladı, 
hamarladı sözü, bədahətdən Qəzəllərdə dedi. 
- Mülahizələr olmasa idi, cümlələr qurulmayacaqdı, hecalar 
olmasa idi, sözlər deyilməyəcəkdi. 
- Verilən, qeydə alınan ən böyük müəlliflik hüququ və ən böyük 
patent xalqın özü, dili, yaddaşıdır. Müəllif  və mövzu o ərazinindir, o 
ərazidəndir. 


77 
 
- Əgər ərazi,  “dirisinə” – sahib çıxsa, ölüsündən narahat 
olmasın, ölüsü də diridir onda. 
- Mükalimə - danışıq, fikir bölmək, düşünmək, düşündürmək 
gözəllikləri bir görmək, bir də eşitməkdir. Gözəllik – gözəlliyə bürəli 
olduğundan, insana rahatçılıq hissi verir. 
- Bu yer həyatı, ayrı bir həyatdır. Bu yer həyatı, Kainata  bağlı 
olan bir həyatdır. 
- Böyüklüyü dərk etməyən (istəməyən), kiçikliyi necə dərk 
edər? Ancaq “mənəm” – deyər. 
- Xəyanətlərin kateqoriyaları yoxdur. Xəyanətlər heç vaxt, 
özünə haqq qazandırmağa yer saxlamır. “Xəyanətin” – 
adlığı  yox!  Özlüyü xəyanət adlı, xəyanətdir. 
- Cüt, cütdürsə əgər, bir ayrılar, bir qalar. 
- İsti, soyuq, gecə, gündüz, həyat, ölüm özü bir sübutdur! Onlar 
sübutsuz, sübut  “olduqlarından”, onları sübut etməyə də lüzum yoxdur. 
Necə ki, Kainatın, onun Sahibi Mütləqinin də, sübut Edilməyinə - 
Ehtiyacı yoxdur. 
- Biz Zərik, Zərdənik, Azərik, Azəriyik, Azərləyik, İşıqlılarıq! 
Bizə, oturaq həyatımızda  Od Yurduna, İşıq Yurduna həmişə, uzaqdan 
qonaq gəliblər. 
Qonaqpərvərlik - bu bizim, təməl yaddaşımızdır. Qonaq gəlişinə 
sevinən, şadlanan, qonaqpərvərik. Bu, Həzrəti Nuhla, Nuh babamızdan 
bizə, ərazimizə, özumuzə qalma bir mirasdır. Qonaq - qonaq kimi gəlsə 
buyurar, məqsədli gəlmiş olsa, süquta uğrayar! (baxın təhrif olunmamış, 
qədim tarixlərə). 


78 
 
Qonaq gələr ərazimizi, İşığımızı görməyə. Qonaq gedər, bizi – 
Zəri, ərazimizi deməyə. 
- Zərim, Zərlim, Azərim, Zərlə Azərlə, İşıqla Azər-bəy-can, 
Vətənimiz! 
- Xalq arasında deyərlər ki, “Çörəyi ver şörəkçiyə, birini də 
artıq” – bəli, tamamı ilə düzgündür. Amma, bir də, “Kitabı ver kitab 
oxuyana, birini də artıq” – çünki, kitabla söz, Kainat, məntiqi, mə`na 
“çörəyidir”- ki, heç ondan da, doymaq olmur. 
Əgər ki, yer üzü, bütün bəşəriyyət çörəksiz ola bilməzsə əgər 
deməli, yerin özü də, sözsüz, hecasız, cümləsiz də , səssiz  və məntiqsiz 
də ola bilmir. Yazı, daş, qaya üstü yazılar  və Kitab, elə bir məvhumdur 
ki, həmişə haradasa, özünün bir nüsxəsini qoruyub saxlacaq, özünü 
oxutduracaqdır. 
- Söz, quru bir kəlmədir? Yox! Söz Kainat aləmində, Kainat 
aləminin özündəndir. 
- Dərviş yaxından baxar, dərvişə uzaqdan baxarlar. Dərvişi dərk 
etməyə, dərviş gərək. Dərvişə “su” - gərək, uzaqdan “fidan” - gərək, o 
Kitabı gərək. 
- Nə isti, nə soyuqdur. O vücudun öz hərarəti var o nə isti, nə 
soyuqdur. 
- Sevgi səndə deyil ki, sevgi məndə deyil ki, Sevgini bu aləmə 
özümüzlə gətirdiyimizdir ki... Sevməsə insan biri-birini, onlar sevgini 
biri-birinə necə sevdirərdilər  ki?  Sevgi qarşılıqlı, sevmək qarşılıqlı, 
sevgi - sevilər, qarşılıqlı! 
-Musiqi kollektivlərində, ansambllarda hər bir musiqi aləti öz 
vaxtında, öz yerində, öz zamanında səslənirlər. İfaçılar musiqiçilərə, 
musiqiçilər isə, ifaçıya yer saxlayırlar. 


79 
 
İndiki ərəfədə, insanlar arasında hansısa bir mövzuya diqqətlə 
qulaq asıb, dinləmək, eşitmək istədikdə, sanki orada olanlar,  bir 
Kvartetə bənzəyir. O insanların hamısı eyni vaxtda danışmağa, fikrini 
deməyə çalışır. Daha nə biri-birini eşidən, nə də biri-birinə imkan verən 
var. 
Hərdən belə bir təəssürat yaranır ki, bu müzakirələr “xoru” – 
Xor kapellasına, bənzəyir. Yəni ki, eyni mövzunu, eyni vaxtda, o 
insanlar, hamılıqla  səsləndirir. 
-“Z”, “S”- Kainat əlifba sistemində İşıq başlanğıcı, İşıq 
daşıyıcısı anlamındadır. Z-S, İşıq – Ur – (ərazi), van – (o ərazidən, o 
ərazidə) - bildirişidir. Zurvan adlığı, örtülü, əksi (güzgü) adı, Navruz 
kimi tarixləşib. Gəmi – Qayadakı daş, qaya üzərindəki yazılarda 
Survan, Zurvan qeyd olunub. Bu ilk olan,  və başlanan həyatın, İşıqdan, 
istidən, Qoç – (Kainatın böyük partlayış gücündən yaranması, İşıq 
anoloqu Günəş) bürcündən, Buğa – (o ərəfədə, suyun, küləyin, torpağın, 
bitkilərin gücə, qüvvəyə gəlməsi, törədici başlanğıcı) bürcünə keçən 
ərəfədə həyat  başlanğıcı, istidən, isti başlanğıcı ilə başlayar, anlamı 
daşıyıcısıdır. 
Həyat gözəldir! Nədir gözəlliyi? 
- Yer planeti istisi, işığı, su, qidası ilə insanlara bir xilaskar və 
yaşadıcıdır. Yer planetinin səthində olmaqla biz ona nə  bəxş edirik? ( 
dağıdıcılıq, təşəkkürsüzlük, günəşə  e`tinasızlıq). 
- Vücudlarımız vaxtsız, zamansız və dayanmadan bizim “Var 
olmağımız” üçün çalışmada və fəaliyyətdədir. Vücudumuza nə bəxş edə 
bilirik? Xəstələnəndə üzvlərimizi yad etməyimiz? 
- Oğuznamədə deyilənə görə “Ağsakrallıq” ifadəsi işlənilir. Bu 
məncə Azərbaycanda çox işlənən “Ağsaqqal” ifadəsinə keçib. 
“Sakrallıq” – Böyük həyat təcrübəsi olan, düzgün yol göstərə bilən, 
düzgün məsləhətlər verə bilən mə`nası daşıyıcısıdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə