Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

84 
 
ilə kainat boyu əlamətlidir. Yəqin ki, astronomlar, astrofiziklər günəş 
sistemi ətrafında bir anlığa işıqlıq olduğunu müşayət ediblər. 
İlk yer üzü insanları, hər yaz ayının (bu çox – çox qədim dövr 
tarixi olmaqla) əvvəlində (yəni günəşin qoç bürcündən keçən o anı, o 
ərəfəni)  şənlik və  şadlıqla yad edib, kainatla, qalaktikalarla birlikdə 
bayram ediblər. 
Sonrakı tarixi mərhələlərdə  həmin, bayram günlərində qoçu 
bəzəyərək  şadlığın önündə  gətirilməsi və onu müqəddəsllik başlanğıc 
rəmzi kimi qəbul edirdilər. Həm də müqəddəsin, müqəddəslik 
davamçısıdır. 
Yə`ni, yaz başlanğıcının yer planetinə xarakterik olan, günəşin 
qoç bürcündən keçən mərhələni sevinclə yad ediblər. 
O  ərəfəni isə, mütləq olaraq tonqallar yandırmaqla o tonqallar 
ətrafında güclü gurultu salmaqla yad ediblər. 
Yə`ni ki, tonqal ilk işığın analoqu, gurultu salmaqla isə, o böyük 
partlayışı yad etməklə bayram səviyyəsində qeyd ediblər.  Təzə 
paltarların geyinilməsi isə Kainatın, Qalaktikaların yenilənməsi 
təzələnməsi anlamı daşıyıb. 
Amma ki, bir mütləq həqiqət ondadır ki, o yaz ayının başlanğıc 
anı səmada ildırımın güclü ağ işıqla çaxması və o işıqdan güclü gurultu 
eşidilməsi Kainatın ilkin halının bir işıq başlanğıcı  və  səslə başlanğıc 
anını bizə bə`yan edir  (Böyük Partlayışın ilkin yaddaş daşıyıcısıdır). 
O ərəfədə kosmonavtlar çox yüksəkdən  yer kürəsini müşahidə 
etmiş olsalar, onlar o ildırım işığının yayılma sərhədliyinin bir oval 
(ellipsoid) cızıldığını müşahidə edəcəklər. 
Çünki o ilkin işığın bir başlanğıcdan dörd bərabər səmtə  işıq 
salma tezliyi səslə müşahidə olunaraq ovalın mövcudluğunu ilk anda 
bəyanlaşdırdı (Kainat forması). 
Qəribə  və maraqlıdır, dağ qoçları vuruşmağa başlayanda biri – 
birinə buynuzları ilə çox güclü (ağrısız) zərbə vururlar. O anda qoçların 
buynuzları arasında  qığılcım yaranır, səslə isə sönür. 


85 
 
Bir hal da bundadır ki, ilk yer insanından yaddaşlarda Günəşi 
müqəddəs işığın, gözlə görünən işıq təzahürü halı kimi qəbul edib onu 
da müqəddəs bir işıq kimi bilirdilər. Onunla bərabər günəşdə 11 – 
dönüş halı, yer planetində isə 33 – də bir ərəfə keçid halını  işığın 
yaradıcı zərrə halını bilirdilər. 
Zərrələr və  zərrələr toplumunu işıq yaddaş daşıyıcısı olduğunu 
duz, su, unda toplandığını bildiklərindən süfrəyə ilkin olaraq duz, su, 
çörək gətirməklə ailə üzvlərini vücudlarında işıq toplumlarının bərabər 
bölünməsində köməkci və  müqəddəs bilirdilər. 
Onlar duz, su, çörəklə    bərabər südün özündə  də  zərrələrin 
yaddaş  işıq daşıyıcısı olduğunu bilərək onları müqəddəs, toxunulmaz 
kimi qəbul edirdilər. 
Duz – işıqdan zərrələr toplumunun kristal halıdır, Su – işığın 
zərrələr toplumunun duru halıdır, Un – İşığın hüceyrələrdə  zərrənin 
toplum halıdır, Süd – vücudda zərrələrin bərabər bölüm halıdır. Onların 
birliyi varlıqlara sağlam işıq daşıyıcısıdır, müqəddəslik anlamıdır. 
Buzu, duz əridir. Duzla, suyun bərabər bölünmə həddi kimyada 
“doymuş məhlullar” yəni 5,5 pH - dır.Yağış suyu, qar suyu, distilyatlar 
da  doymuş məhlullara aiddir. 
Bu yuxarıda deyildiyi 11 – in tən bölən halıdır. 
Kainat dili ilə “ deyilər” yer dili ilə “düşünülər”. Yer üzündə 
bütün dillər Kainatın dili, dilçiliyidir o, dillə Kainata xitab edirlər. 
İlkin olaraq kainatlar və planetlərin simmetrik düzülüşü və o 
partlayışdan törənən səs isə, yaranmalı olacaq bütün kütlə  və varlıqlar 
arasına ilkin səs yaddaş oldu. 
İlk partlayışın səsi Kainatda varlıqları  və  hər hərəkəti  “Səslə” 
müşayət edən təməl yaddaş olaraq qaldı. 
İlk yer insanından sözlər, tələffüzlər Kainatın yaddaş  səsi 
tezliyinə uyğun olaraq “səsdə” səslənirdi. Cümlələr Kainatdakı 
planetlərin simmetrik düzülüşü, sözlər vasitəsi ilə səsləndirdiyiniz “səs” 
isə Kainatın təməl – yaddaş səsidir. 


86 
 
İnsanlar sözləri ona görə səslə tələffüz edirlər ki, Kainatın təməl 
– səs – tezliyinə uyğun səslənsin. 
Amma bir hal da budur ki, yer planetində səslənən bütün səslər o 
cümlədən maşın – mexanizmlərin, musiqilərin, küləyin, quşların, 
dalğaların, suların, ağac, kolların, meşələrin səsləri, rənglərin, işıqların 
və.s. hamısı hamımıza tanışdır. Bunların hamısını isə insan təbiətə, yer 
üzünə  bəxş edə bilməz. Rənglər  məsafə  bildirişi, səslər isə Kainatla 
həmahəng səs tezliyidir. 
Bunların cəmi, Kainatın cəm təməl - səsi və o partlayış anından 
istilikdən törənən təməl – rəngidir. 
Bunlar insan əhatəsində olmaqla biz insanlara əzizdir. 
 
İnsanlar və səslər 
 
Yer üzündə insanlar biri – birini yaxından tanımış olsalar da 
belə, yenə  də o fərdin “səsini” eşitməklə  və “ adıyla ” ayırd edib 
tanıyırlar. Ailədə  də belədir: ailə üzvləri arasında hər ailə üzvünün öz 
fərdi səsi və öz fərdi səs tezliyi vardır. Ailə üzvlərinin hansınınsa biri 
yaxında olmasa da, uzaq məsafədən onun səsini eşitməklə onu tanıyır. 
İnsanlar biri – birini adı və səsi ilə tanıyır ayırd edirlər. Yə`ni adı 
Vahiddir amma onun səsini bir neçə insan arasından eşitdikdə, 
yəqinliklə təyin edir ki, bu o “Vahidin” səsidir, başqa Vahidin yox. 
Son illərdə astrofiziklər radioteleskop vasitəsi ilə, kainatda başqa 
sivilizasiyaların olub – olmadıqlarını  aşkar etmək istəyirlər. Bunun 
üçün müxtəlif tezliklərlə kainata səs siqnalları yayırlar. 
Maraqlı  nəticə bundan ibarətdir ki, əks siqnal qəbul etdikdə, 
kainatdan böyük parlayışın səsi müşahidə olunur. Müxtəlif elmi 
yanaşmaların nəticəsində bu qənaətə gəlirlər ki, yeni kainatlar yaranır. 
Amma bu səs, kainatın ilkin yaranış anının təməl – səs 
yaddaşıdır ki, o səs hələ də yaddaş olaraq qalır və qalacaqdır da. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə