Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

72 
 
            *Hal olmasa, “mə`na” olmur. “Mə`na” olmasa, məntiq olmur. 
Kainatdaxili bunlarsız olmur. 
             *Deyirlər, “Hər kəsin öz dünyası var”. Düzgündür! Amma hər 
kəsin “öz dünyası”-nı bu insanlar aralarında bərabər bölsəydilər, 
bərabərləşdirsəydilər, nələr olardı? 
              *Nədir həsrət, haradadır həsrət? Yerdə ikən yerdəki qaranlığa 
yoxdur həsrət. Əbədi olan o işığadır həsrət... 
              *Sevgi – gözəlliyindədir. Məhəbbət – birliyindədir. Budur 
bağlılıq, budur anlayış. 
              *Kainatdakı işıq aləmi elə bir aləmdir ki, orada ölmürlər! 
Çünki orada doğulmurlar. 
Yer aləminə gəliş – yerdə doğulmaqdır. Yerlə Kainat arasında o 
Mütləqə bağlılıqdır. 
              *Söz “sirr” deyil, səsin özü insana əsrarəngiz bir sirdir. 
              *Pikasso, Salvador Dali, Da Vinçi biz insanlara nələrisə dedilər 
və qayıtdılar. Biz insanlar isə, hələ də düşünürük. 
             *Səslənən fikir və ideyaları “obyektiv”ə, “subyektiv”ə bölə-
bölə həqiqət fikri  nəyi əhatə etdiyini müzakirəsiz,  natamam hala 
gətirmirikmi? “Sənin fikrin elədir, mənim fikrim isə ...” deyilmirmi? 
              *Hər bir düşüncə  ilə düşüncə tezliyi Kainata səslənir, Kainatda 
eşidilir. Yazıq  Kainat, “bə`zi” düşüncə və istəkləri, tələbləri düzgün 
nizamlamaq üçün nə qədər işıq, zərrə anı sərf edirsən ki, nizamlar
ardıcıl hərəkətlər xaotik olaraq pozulmasın? 
Belə olmasaydı, insanlar neçə milyon illər bundan əvvəl Yer planeti və 
Günəşin özünü də məqsədli  düşüncələri ilə söndürüb məhv etmişdilər. 


73 
 
                *Ölümün son anında (bir anilikdə) vücud çox aktivləşir. Bu, 
ilkdən canlının “Ol” halından (işıqdan) “Oldu” (Müddəti tamam oldu) 
halına keçid məqamıdır. 
Varlığın özündə olan işıq payını Kainata (mütləq işığa) çatdırmaq, 
qovuşdurmaq isə, Can Aparanın müşahidə halıdır. 
                *Düzgünlük arasında yalan yoxdur. Yalan arasında 
düzgünlük yoxdur. 
                *Hər bir yenilik keçmişi unutdurmur. Hər bir yenilik keçmişi 
müqayisəli dərəcədə xatırladır. “Keçmiş” dediyimiz uzaqlaşmır. O, hər 
an yaxınlığımızdadır. 
               *Hər bir keçmişi unutdurmaq istədikcə, yenə də yeniliklə 
qarşılaşır və kifayətlənməli oluruq. 
               *Əbədiyyət elə bir aləmdir ki, orada “son oldu” olmur. Hər 
son bir başlanğıcdır. 
               * Aləmin sevdasına bir bax. Sevdanınsa aləminə bir bax. 
               * Yer üzündə olan bütün elmlər bilmək istəyinin əvvəlidir. 
Amma “bildim”-lə yenə də kifayət  deyil. 
               * Xalq arasında “ürəyim istəyir” deyirlər. 
Amma ürək istəmir, ürəkdən keçən qan “istəyir”. 
 Düşüncələri baş, beyin istəyir. Vücudi istəkləri isə qanımız istəyir. 
                *  Nəyin çirkin, nəyin eybəcər (mutant) varlıq olduğunu 
göstərə bilmərik biri-birimizə. Çünki  hər nə yaranıbsa, gözəlliyin ozü 
ilə özündə yaranıb. 
               * İstək üçün inamın gərək ola. İnam üçün isə istəyin gərək ola! 


74 
 
               * İnanmasan, aldanmayacaqsan. Aldanmasan, 
inanmayacaqsan! Daha düşünəcəksən. 
                * Günəş planetinin nüvəsi aktiv olduğundan kütləsinə görə 
işıq qədərini saçan, yayandır. O, işıq qədəri çox vacib olandır. Günəş 
işığı kainatın işıq halına bağlı olduğundan onun işıq saçması tükənməz, 
işığı sönməz. Günəş səthindəki iy, qızarmış buğda iyinə çox yaxındır. 
Onun səthində rahat hərəkət etmək olar. Vücudun, gözlərin yanmaz, 
nəfəsin darıxmaz. 
Günəşin hər tərəfi “yandırma”-da deyil, yandırmaz. Günəş varlığında 
11 hal dəyişikliyi, yeniləşməsi var. 
Çünki hər bir dözülməzlik həddinin, bir dözülmə sərhəddi var. 
Günəşə ən yaxın olan Merkuri planetinin ən qısa dolanma dövrü 88 
sutkadır. Günəşdən Merkuriyə olan məsafə 0,4 astronomik vahiddir. 
Müqayisəli olaraq, yerin günəşdən orta məsafəsi 1 astronomik vahidi 
150 000 000 km-dir. Amma buna baxmayaraq Merkuri planeti günəşə 
yaxın olsa da, öz təyin olunmuş sabit temperaturunu dəyişmir. 
Günəş planeti də, nüvəsinə mütənasib olaraq, rəvan temperatur həddinə 
malikdir. 
            * Bu gün bir danışıq əsnasında belə bir fikir eşitdim: 
- Sən əyri ol, ətrafın düzgün olana qədər. 
Düşündüm ki,  
- Yox, sən düzgün ol, yer üzü düzgün olana qədər. 
          * Candır ki, vücuddur. Vücuddur ki, bədəndir. Bədəndir ki, var 
olan varlıqdır. Var olan varlıqdır ki, hərəkətdədir.  
(Diri yeriyər, ölü aparılar).   


75 
 
            * Söz, cümlə, fikir: düşüncələrin tezliyi ilə,  üst-üstdədir.  
            * Nağıl hadisənin ardıcıllığıdır. Rəvayət keçmişin 
xatırladıcısıdır. Mif, əsatir isə, tarixi hadisə  və personajların 
dəyişikliyidir.  
          * Yoxdur elə bir varlıq ki, "Var olanın"  Özünün 
tə`yinləşdirdiyindən, var olmasın.  
Yoxdur elə bir varlıq ki, "İşığın Özündən" ayrılan "O zərrədən," "O"- 
varlığın özü olmasın. 
Günəşlə, ətrafı 
Nə yaxşı ki, Günəş ətrafında olan planetlər o, Günəşi cəzb etmir 
özünə! 
Nə yaxşı ki, Günəş də ətrafında olan planetləri cəzb etmir özünə! 
Cəzb edib, cəzb olunsaydı günəş, onda Günəşin özünü də cəzb 
edərdi Qiqantlar (həcm və kütləcə günəşdən çox böyük olan planetlər) 
onda biz və  ətrafında olan planetlər gedərdik Günəşlə. Onda yer 
planetində nələr olardı? 
Dağlar parçalanar, sular qaynayar daşar, insan torpağa, torpaq 
canlı ilə insana qarışar, o dünyaya ilk ölən, bu dünya ilə son ölənə 
qarışardı onda. Yer kürəsi nüvəsi karıxıb, özünə yer tapmağa çalışar, bu 
planet parçalanıb, tikələnər onda. 
Günəş  ətrafında olan planetlər, Günəşlə bir planetlər, elə 
Günəşin özü də o, gücdən o, təzyiqdən tikələnər, Kainata səpələnərdi. 
Orbitsiz bir orbit olub, xaosla (qarışıqlıq) xaotik (öz başına) 
olardı onda. Bürclər karıxıb yerindən çıxar, Qoç – Buğaya, Buğa – Su 
tökənə, Su tökən – Əkizlərə  və i., qarışardı onda. Hər planetin sü`rət 
həddi, dəfələrlə artardı onda. Kainatda olan bütün küllü kütlələr 
(planetlər) parçalanıb, tikələnib, sürtünmədən kül olub, Kainatın sonu 
olardı onda! Hərəkətləri nizamlayan, ardıcıllaşdıranın Özü də karıx, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə