Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

62 
 
bütün faydalı qazıntılara cüzi tə`sir etməklə, (texnoloji) ona lazım olan, 
bütün mə`mulatları əldə edə bilir. 
Bunlar planetimiz daxilində və səthində olan hazırlanmış, hasilə 
gəlmiş, tamamlanmış “materiallardırlar”. Yer planetinin kürə daxilində 
gedən bütün proseslər çox sür`ətli (saniyənin mində bir qədərində) 
getdiyindən, ayrılmalar, ardıcıllaşmalar biri – birini tamamlayır və 
dayanmayan, tükənməyən bir yaradıcı ardıcıllıq baş verir. 
Adlandırdığımız o “Təbiət”- in saniyənin mində bir qədərində 
“Boş vaxtı”, yoxdur ki, şıltaqlıq etsin. Biz, bə`zi müdaxilələrlə, 
eksperimenlərlə düşüncələrlə  təbiətə müdaxilə etməsək, təbiət də bizə 
“Müdaxilə” etməz, “Şıltaq” – olmaz. O, elə bir “canlı” – orqanizimdir” 
ki, onu təkmilləşdirməyə, dəyişməyə, karıxdırmağa da, ehtiyacı yoxdur. 
O, yer kürəsi o qədər dəqiqliklə nizamlanıb ki, özünə ehtiyaclı 
deyil. Biz ona ehtiyaclıyıq. Onun səthindən, dərin qatlarından, 
suyundan, havasından, istisindən, sərinindən, soyuğundan faydalanırıq 
və bizə lazım olan mə`mulatları  əldə edirik. Amma Ona, təşəkkür 
edirikmi? 
 
 
Eşq...   
Neylərəm o eşqi ki, əgər bəlası varsa? 
Neylərəm o, eşqi ki, əgər bəlası yoxsa? 
Nədir onda bu eşq ki, "bəladır"- deyilir? 
Nədir onda o, eşq ki, bəla ilə gileylənir?  
 
 
 
 


63 
 
Eşqlə, məhəbbət 
Məcnun nə, Leyli nə? – dedilər ki, onlar Eşqə, məhəbbətlə 
divanədirlər. Məhəbbət arada qalmış, Eşq həsrətə qalxmış, eşq 
məhəbbəti divanə salmış. İki sevənlər biri – birindən uzaqda qalmış. 
Məhəbbət nə dəyər, nə də ki, qiymətdir. Onun dəyər – qiymətini 
sevənlər bilər. Məcnunlar, Kərəmlər, Sə`nanlar bilər. Sevgini deyənlər 
bilər, bir də sevgini bilənlər bilər. Məcnunlar, Kərəmlər, Sə`nanlar 
bilər... 
Məhəbbət yenə də sevgisin deyər, ruhumuz səmalarda eşqlə bir 
də birləşsin deyər... 
  
İkili pıçıltı 
    
Məni “ mənlə “, sənə dedilər. Səni “ sənlə “, mənə dedilər. 
Deyənlər bizi, biri – birimizdən dedilər. 
Deyənlərə baxdıq, heç sevdamıza baxmadıq. Arada olan 
deyənlərə baxdıq. 
Deyənlər arada qaldı biz biri – birimizdən uzaqda qaldıq. 
İstəklərimiz aradaikən, özümüzlə özümüz uzaqda qaldıq. 
Daha deyənləri görmədik, biri – birimizdən uzaqlığı gördük. 
Məni səndən, səni məndən “ daha uzaqlaşdılar “ – dedilər. 
O sevgi ilə, məhəbbət uzaqlaşmadı  həsrətə döndü, aramızda 
qaldı. 
Məni səndən, Səni məndən, bizə - bizdən, bizi – bizdən 
deyənlər, mövzu edənlər arada qaldı... 
 
 
 


64 
 
“Dilimizdəki istənilən söz sanki bir riyazi 
düsturdur”
 
 
“Dilimizdəki istənilən söz sanki bir riyazi düsturdur” 
Fikrət Rzayev: “Dilin mənşəyi ilə bağlı axtarışlarımın ilk 
qaynağı, daha doğrusu, bulağın gözü milli-azadlıq hərəkatı oldu”   
Məlum olduğu kimi, danışıq dilinin mənşəyi barədə lap qədim 
dövrlərdən başlayaraq  ən müxtəlif nəzəriyyələr irəli sürülsə  də, bu 
problem hələ  də ciddi bir müəmma olaraq qalır. Qocaman mühəndis
 
Fikrət Rzayevin danışıq dilinin və sözlərin mənşəyi ilə bağlı 
araşdırmaları respublikanın elmi ictimaiyyəti tərəfindən maraqla 
qarşılanıb. Qəribəsi budur ki, Fikrət müəllim ixtisasca “humanitar” 
deyil, “texnar”dır. Onun bu il çapdan çıxmış “Söz” monoqrafiyası 
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik 
İnstitutunda dilçi alimlərin iştirakı ilə müzakirə edilıib... 
Beləliklə, dillərin və sözlərin mənşəyi barədə suallarımızı 
mühəndis Fikrət Rzayev cavablandırır.  
- Fikrət müəllim, Sizin dilin və sözlərin yaranış prinsipi barədə 
nəzəriyyəniz respublikanın müvafiq elmi dairələrində ciddi maraq 
doğurub. Sizdən xahiş edirik ki, bu barədə oxucularımıza da sadə  və 
anlaşıqlı formada məlumat verəsiniz. 
-  İstənilən dildəki istənilən söz sanki bir riyazi düsturdur. 
Sözlərdəki danışıq səsləri müəyyən məntiqi  əsaslarla birləşərək 
mənaları ifadə edən konstruksiyalar əmələ gətirir. Sözlərin quruluşunda 
təsadüfi heç bir danışıq səsi yoxdur. Hər bir danışıq səsi sankli bu 
düsturun vacib və əvəzedilməz komponentidir.  
- Bəs biz danışığımızda istifadə etdiymiz bu fonemləri hazır 
şəkildə haradan “götürürük”?  
- Azərbaycan dilindəki danışıq səsləri və ya fonemlər bizə, 
həqiqətən də, hazır  şəkildə verilib. Onların sayı 33-dür, çünki biz iki 
səsi yazıda eyni hərflə - “k” ilə ifadə edirik. Başqa dilərdə fonemlərin 
sayı müxtəlifdir, 28 fonemdən başlayaraq 52 fonemi olan cürbəcür 
dillər qeydə alınıb.  


65 
 
- Sizin nəzəriyyəniz başqa dillərə də təbiq edilə bilirmi? Yəni bu 
tezislər ancaq Azərbaycan dili üçündür, yoxsa dünyanın bütün dilləri 
üçündür? 
- Yox. Mən bu il çapdan çıxmış “Söz” kitabımda üç dilin – 
Azərbaycan, rus və alman dillərinin materiallarından istifadə etmişəm. 
Nəticə isə çox maraqlı alınıb və müsbət nəticələr ortalığa qoyub. Dil 
materiallarının mənim nəzəriyyəm  əsasında tədqiqi göstərir ki, bütün 
dünya dillərindəki sözlər eyni prinsip və eyni məna konstruksiyaları 
əsasında meydana gəlib.  
- Yəni dünyanın bütün dilləri eyni səs qanunauyğunluqlarına 
görə tərtiblənib? 
- Bəli. Hələlik mənim tədqiqata cəlb etdiyim bu üç dildir. Amma 
dillər müxtəlif olsa da, danışıq səsləri – fonemlər bu dillərin üçündə də 
eyni funksiyanı daşıyır və eyni mənaya malikdir. Mən əminəm ki, digər 
dillərə məxsus sözlər də mənim nəzəriyyəm əsasında yoxlanılsa, nəticə 
eyni olacaq. Tədqiqata cəlb etdiyim dillərə  məxsus danışıq səsləri 
işlənmə təyinatına görə ciddi fərqlər nümayiş etdirmir. 
- Bəs Azərbaycanın elmi ictimaiyyətinin Sizin tədqiqatlara 
münasibəti necədir? 
- Respublikadakı dilçilərin mənim nəzəriyyəmə münasibəti 
birmə`nalı deyil və bu da təbiidir. Elmi ictimaiyyət orta məktəb sinfi 
deyil ki, hamı  əlini qaldırıb bir səslə “bəli” desin. Yanaşmalar 
müxtəlifdir, amma ümumi münasibət müsbətdir. 
- Məsələn, dilçilərimizdən kimlər sizin nəzəriyyənizə müsbət 
şəkildə yanaşırlar? 
- Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji 
Universitetinin professoru Buludxan Xəlilov, Azərbaycan Milli Elmlər 
Akademiyasının müxbir üzvü Nizami Cəfərov və akademik Afat 
Qurbanov mənim elmi əsərlərimlə ciddi şəkildə maraqlanırlar və 
araşdırmalarım barədəki ümumi rəyləri müsbətdir. Professor Buludxan 
Xəlilov həm də  mənim “Söz” monoqrafik araşdırmamın elmi 
redaktorudur və ona ön söz yazıb. Bildiyimə görə, digər dilçilərimiz də 
hazırda mənim “Söz” kitabımı oxumaqla məşğuldurlar. 
- Bildiyimə görə, özünüz ixtisasca mühəndis-mexaniksiniz. Bəs 
necə oldu ki, mühəndis-mexanik dilin mənşəyi və dildəki sözlərin 
yaranma mexanizmi ilə maraqlanmağa başladı? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə