Microsoft Word Var olandan,Var olmusuq duzelish esas son docx



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/57
tarix08.01.2018
ölçüsü2,8 Kb.
#19878
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

108 
 
öyrənə bildik, tamını isə, yenə  də bilə bilmədik. Kainatın işıq payı 
bizdədir, amma Kainatın  İşıq  Qüdrəti  və İşıq  Qədəri  Özündədir. 
Təyyarə içərisində  sərnişinlərlə bir məntəqədən o məntəqəyə 
uçmadayıq.  İllüminatordan baxdıqda buludlar, Günəş görünər. O, 
illüminatordan aşağıya yer üzünə baxdıqda isə, ağaclar kiçik – kiçik, 
yollar nazik – nazik. O, hündürlükdən (on min metr yüksəklikdən) 
aşağıya biz  baxdıqda heç  bir canlı görünmür (görmürük) nə insan, nə 
qarışqa, nə həşarat, ehtiyyacı olanı da, ehtiyyacı olmayanı da, sevinən, 
kədərlənən, narazı və ya razı olanları görmürük! Axı onlar da bu anda, o 
yer üzündə 
nələrinsə istəyində, nələrinsə arzularında, 
düşüncələrindədirlər. O, canlıları biz, insan olaraq yer üzündə görə 
bilmirik. Biz yer səthindən heç də uzağa qopmamışıq, o canlıları  nə 
görür, nə  eşidir, nə  də onların istəklər qədərini bilmirik. O, istəkləri 
eşitsək də belə,heç bir qədər paylarını onlara ayırmağa da imkanlarımız 
çatmır! 
Qəribədir, Kainat Sahibi Mütləqi O Ucalıqdan Görür də, Eşidir 
də, Bilir də, hər bir varlığa Qədər  paylarını  Ayırır da. 
O, “qatarda“ səfərimiz - ömrümüz, yolumuz! Əbədiyyətə 
yüksələcək,  bir sonumuz da! 
Yer kürəsinin foto şəklinə baxdıqda o planetin səthində nə insan, 
nə canlı, nə həşarat, nə meşə, nə çay gözlə görmək olmur. Amma onlar 
bu planetin səthində mövcuddurlar.  Kainatdan çox – çox yüksəklikdən 
dinlənilərkən bir səs eşidilməkdədir, insan:“Yaratmısan yaşat “ – deyər. 
Qəribədir Kainat - Görmədə, Eşitmədə, Qədər paylarını pay – pay 
ayırmada. 
Nə  fərqi var ömür payımız qatardamı, gəmidəmi, piyadamı 
keçdi. Amma “bu” məntəqədən “o”, məntəqəyə getmədəyik. Bütün 
canlı aləm bir fikir deyər, nə tez keçdi, hər  şey bir az bundan əvvəl 
olmuşdu axı... nə ömür yaşadım ki, axı... nə tez keçdi... Nə ilə 
gəlmişdik, nə “ apardıq”  axı – nı  heç  düşünmək  istəmirik. 
Amma vaxtlarımız, vaxtsız zamansızda keçər ki, deyilir ki, “ nə 
ömür yaşadıq ki...“  Bu yer aləmi səhnə deyil, biz personajları!  Bu yer 


109 
 
aləmi ömürə bir paydır ki, bəxş olunan o ömür payını kim necə yaşadı 
ki... Bu yer aləmi ömürə müddətdir, Ölümü yoxdur ki, o “ölümə“ sevinə 
ki! Hər bir son, bir başlanğıcdır. Baxar kim, hansı başlanğıca yetişər, 
qovuşar ki... 
 
Ömür keçir – gün keçir 
- Gün var ki, ömürlə yanaşı keçir. Gün var ki, ömür müddətində 
o ömürdən “yan”- keçir. “Yan”- keçən o gün yaddaşda daha əlçatmaz 
bir təəssüfdə keçir. 
-Bir həyat var ki, “səhnə”- xaricindədir, bir həyat var ki, 
“səhnə”- daxilindədir, bir həyat da var ki, insanı  səhnəli, səhnəsiz 
olduğu kimi göstərəndir. 
- Məkrli əqllər, həris gözlər bu bəşəri məhv edəcəkdir. 
-Həqdən, həqiqətdən ötrü ölmək istəyənləri görə bilmədik. 
Dünya malından, hakimlikdən ötrü, bəşər  öldü,  öldürdü. 
- Yaşadığımızın sevgisində deyilik! Yaşamaq sevgisindəyik, 
“necə yaşamaq olardı?” – nı bəşəriyyətin özü də bilmək istəmir. Ancaq 
yaşamaq üçün, yaşamaq istəyir bəşər. 
-  İllər illərə qarışıb, təqvimlər təqvimlərə qarışıb. Yer kürəsi 
karıx qalıb, bilmir hansı  təqvimə uyğunlaşsın. Təqvimlər Yer kürəsi 
tarixlərinə uyğunlaşmır, Yer kürəsi “təqvimlər tarixinə” – uyğunlaşmır. 
Tarixlər qarışıb, təqvimlər qarışıb, insanlar qarışıb. 
- Ömür keçər, yoxsa gün keçər?  Yox, ömür içində “gün keçər”. 
O “gün”, – ömrə baxar keçər. Ömür düz bir xətt kimi, uzununadır. 
“Gün” – o ömrün qısa qoludur (ölçü kəmiyyəti). Ömür uzununa bir xətt, 
gün o xəttin, xətt-xətt bölgüləridir. 
- H. Cavid əfəndim dedi ki, “Həyat var ki, ölüm qədər kədərli, 
həyat var ki, ölümdən də dəyərli”. Düşündürücüdür onda ki, o həyat ki, 
“ölümsüzdür” – dəyərli, nə üçün yaşadığını bilməyənlərə - kədərli. 


110 
 
- Nə toyuq nə yumurta ilkdir. Mühit yox, Zərrə İlkdir. Nə düyü, 
nə  buğda  ilkdir, Zərrə İlkdir. 
- Dərk etməmək – dərk etməyin əvvəlidir. Inkar etmək – bilmək 
istəyinin əvvəlidir. 
- Insan gördüyünə alüdə olmur! Necə görmək istədiyinə alüdə 
olur! Gördükləri bir həqiqətsə, amma görmək istədikləri bir xəyal olur. 
- Güzgü fərdi göstərər, məzarlıq xalqı göstərər, yaddaş tarixi 
göstərər, tarix xalqı göstərər. 
- Dilçiliyimizdə “Kəhkəşan” – Kainat, göy qübbəsi kimi 
adlanırdı. “Kəşanə” – isə ulduzlu sahə kimi anlaşılırdı. M. Füzuli 
“Fələk – Kainat”, deməklə “Fələklər yandı ahimdən” Kainata xitab idi. 
Ə. Vahid  qəzəllərində “Kəşanə” – bir pay, bir hücrə kimi işlədilib. 
- Qədim inşaatın  şərtləri var idi. Yaşayış sahəsi üçün ev, bina 
inşası üçün otaqların hündürlüyü 5,5 metr, eni 5,5 metr, divar qalınlığı 
80 sm. olan yaşayış sahələri inşa edirdilər. O, yaşayış sahələrində nisbi 
rütubətin bərabərlik  əhatəsini, otaqda sabit temperatur həddi nəzərə 
alınırdı. Bu sahədə insanın soyuqlayıb xəstələnməsini, oynaq 
ağrılarından azad, həmişə xoş əhval-ruhiyyə və xoş sifət olmağına çox 
köməkçi olurdu. 
- Ölənlər  yad olundu, dirilər biri-birinə mehriban oldu (yasda). 
-  İmadəddin Nəsimi dedi ki, “49-dur yaşım, bilinməz neçədir 
yaşım” (hesabla gör neçədir yaşım?). 
 Yə`ni ki, 49 elə bir ədədi ardıcıllıqdır ki, o ədədlər ardıcıllığı 
sistemində “ehtimal nəzəriyyəsi” – işləmir, “təsadüf”- də acizdir. O, 49-
luq arasında “ədədi  qrup  taparam” da – yalnışdır. 
 O, “49” - ədədlər ardıcıllığı Kainat hesabatıdır ki, o ədədlərin 
bir vahidini və vahidlərini ədədi silsiləyə sığdırır. Şahmat taxtasının 64-
xanəsi “49” - ədədlər ardıcıllığı arasında zəifdir. İ. Nəsimi dediyi “49” 
ədədi silsiləsi, ancaq Kainata mə`lumdur. Yə`ni, o ədədi silsilədən 
“özümə istədiyim qədərində ömür günlərimi, illərimin sayını özüm 
istədiyim qədər seçməyim” – çox müşkül bir məsələdir!  "O Ayırar, O 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə